525.Az

Bakı-Xırdalan-Sumqayıt qatarlarının hərəkəti bərpa olundu


 

Bakı-Xırdalan-Sumqayıt qatarlarının hərəkəti bərpa olundu<b style="color:red"></b>

Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsündə tikinti işləri yekunlaşıb.

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən 525.az-a verilən məlumata görə, artıq körpüdə təhlükəsizliklə bağlı zəruri sınaq tədbirləri görülür.

“Yaxın günlərdə Bakı-Xırdalan-Sumqayıt istiqamətində qatarların hərəkətinin bərpa edilməsi planlaşdırılır”, - məlumatda qeyd edilir.

Dəqiq tarixlə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

 





27.11.2020    çap et  çap et