525.Az

Məktəbəqədər yaş dövrü üzrə təhsil kurikulumları hazırlanacaq


 

Məktəbəqədər yaş dövrü üzrə təhsil kurikulumları hazırlanacaq<b style="color:red"></b>

2021-2023-cü illərdə uşaqların məktəbəqədər yaş dövrü üzrə təhsil kurikulumları hazırlanacaq.

525.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nda əksini tapıb.

Fəaliyyət Planına əsasən, Təhsil Nazirliyinə tapşırıq verilib.

Həmçinin 2021-2023-cü illərdə məktəbəqədər yaş dövründə intellektual inkişaf üçün şərait yaradılması, eləcə də sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların inkişafı sahəsində tələblər hazırlanacaq.

Fəaliyyət Planına əsasən, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırıq verilib.

 





27.11.2020    çap et  çap et