525.Az

Uşaqlara qarşı zorakılıq halları ilə bağlı statistik təhlillər aparılacaq


 

Uşaqlara qarşı zorakılıq halları ilə bağlı statistik təhlillər aparılacaq<b style="color:red"></b>

2020–2025-ci illərdə uşaqlara qarşı zorakılıq hallarının səbəbləri, miqyası, nəticələri və qarşısının alınması istiqamətində problemlərin öyrənilməsi məqsədilə statistik təhlillər aparılacaq.

525.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən  “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nda əksini tapıb.

Fəaliyyət Planına əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Dövlət Statistika Komitəsinə tapşırıq verilib.

 





27.11.2020    çap et  çap et