525.Az

Rusiyada COVID-19-a təkrar yoluxma halları qeydə alındı


 

Rusiyada COVID-19-a təkrar yoluxma halları qeydə alındı<b style="color:red"></b>

Rusiyada yeni növ koronavirus (COVID-19) infeksiyasına təkrar yoluxma halları qeydə alınıb.

525.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko bildirib.

Nazir vurğulayıb ki, bununla bağlı məlumatlar dərc olunub.

Qeyd edək ki, Rusiyada COVID-19-a yoluxanların sayı 2 215 533 nəfərə, koronavirusdan ölənlərin sayı isə 38 558 nəfərə çatıb. Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

 





27.11.2020    çap et  çap et