525.Az

“Biz Qarabağa gedib, ermənilərlə birgə vuruşuruq”- PKK lideri


 

“Biz Qarabağa gedib, ermənilərlə birgə vuruşuruq”- PKK lideri<b style="color:red"></b> PKK/KCK-nın qadın təşkilatının “liderlərindən” olan Layika Gültəkin ermənilərlə birlikdə döyüşdüklərini etiraf edib.

525.az xəbər verir ki, bu barədə “Haber Global” Türkiyənin Təhlükəsizlik Qüvvələrinə istinadla məlumat yayıb.

Məlumata görə, L.Gültəkin bu etirafı təşkilatın nəşrində edib.

“Biz Qarabağa gedib, erməni əsgərləri ilə birgə vuruşuruq. Ermənistan xalqı nə vaxt istəsə, həmişə onlarla birlikdə olacağıq”, - deyən təşkilat “rəhbəri” terrorçuların Azərbaycana qarşı mübarizə apardıqlarını bildirib.

Bununla da PKK terrorçularının Dağlıq Qarabağda Ermənistan hərbçiləri ilə bir sırada olduğu bir daha sübut edilib.

Mənbə bildirib ki, PKK/KCK terror təşkilatının Qarabağda Ermənistanın tərəfini tutmaqda əsas məqsədi rəsmi İrəvanın PKK-nı İraqın şimalında dəstək olmasına sövq etməkdir.
 





28.11.2020    çap et  çap et