525.Az

Çörəklə imtahana çəkilənlər


 

Çörəklə imtahana çəkilənlər<b style="color:red"></b>

Azərbaycanda kiçik sahibkarlığın problem yaşadığı sahələrdən biri çörəkbişirmədir. Problemlərin bəziləri iqtisadi amillərdən qaynaqlansa da, bu sahibkarlıq subyektlərinin ən çox əziyyət çəkdiyi inzibati problemlərdir. Son illər Bakı şəhərində iri çörək zavodlarının fəaliyyətə başlaması ilə kiçik çörəkbişirmə sexlərinin ağrılı günləri başlayıb. Dövlət iri çörək zavodlarına böyük maliyyə dəstəyi verməklə bilərəkdən ya bilməyərəkdən kiçik sahibkarların onsuz da ağır maliyyə-iqtisadi durumunu daha da ağırlaşdırıb.

Böyük çörək zavodlarının əksəriyyəti Sahibkarlığa Kömək Milli Fondunun maliyyə dəstəyi ilə tikilib yeni texnologiya ilə təchiz edilib. Rəsmi statistikaya görə, Fond ümumi dəyəri 108,2 milyon manat, gündəlik istehsal gücü 721 ton olan 25 çörək zavodunun tikintisinə onların müasir texnologiya avadanlıqlarla təcizatına 38,1 milyon manat güzəştli kredit ayırıb. Bu zavodlardan 18-i artıq fəaliyyətə başlayıb, onların gündəlik istehsal gücü 638 tondur. Zavodların texnologiya avadanlığının əksər hissəsi Türkiyə, Almaniya Çex Respublikasından gətirilib. Hesablamalara görə, çörək zavodları tam istehsal gücü ilə fəaliyyətə başlayandan sonra  Bakı Sumqayıtda yaşayan istehlakçıların 60-70 faizini yüksək keyfiyyətli müxtəlif çeşidli çörək çörək məmulatları ilə təmin edə biləcək.

Sahibkarlığın Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun (SBİİYF) ABŞ BİA-nın maliyyə dəstəyi ilə həyata keçirdiyi "Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək" layihəsi çərçivəsində İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) ekspertləri "Kiçik çörək sexlərinin fəaliyyətinə təsir edən inzibati baryerlərin  müəyyənləşdirilməsi" mövzusunda tədqiqat aparıblar.

Tədqiqata kiçik çörək sexləri arasında sorğunun fokus-qrup müzakirələrinin keçirilməsi daxildir.

Ölkədə çörəkbişirmə müəssisələrinin sayı ilə bağlı dəqiq rəsmi statistikaya rast gəlinməsə , İTM ekspertlərinin hesablamalarına görə, respublikada minə yaxın belə müəssisə fəaliyyət göstərir. Ekspertlərin qənaətincə, ölkədə, xüsusilə, Bakı onun ətrafında kiçik çörəkbişirmə zavodlarının sayı istehsal gücü əvvəlki illərə nisbətən xeyli azalıb.

Sorğu müzakirələrə cəlb olunan sahibkarlar əvvəlki illərlə müqayisədə rentabelliyin aşağı düşdüyünü bildiriblər. Ən başlıca səbəb böyük çörək zavodlarının fəaliyyətə başlamasıdır. Ancaq digər qeyri-iqtisadi səbəblər var. Sahibkarların fikrincə, onların istehsal gücünün zəifləməsinin əsas səbəblərindən biri müvafiq dövlət nəzarət orqanları tərəfindən yoxlamalara tez-tez məruz qalmaları nəticədə əvvəlki illərə nisbətən daha çox cərimə olunmalarıdır.  Maraqlıdır ki, sahibkarlar bu cərimələrin əksəriyyətinin haqlı olaraq kəsildiyini etiraf edirlər. İşçilərin əmək müqaviləsi bağlanmadan işlədilməsi, sanitar-gigiyenik qaydalara riayət olunmaması bu sahədə ən çox rast gəlinən pozuntulardandır. Sahibkarlar bu pozuntuları məcburiyyətdən etdiklərini bildiriblər. Onların fikrincə, böyük çörək zavodlarının basqısı nəticəsində müştərilərin əldən çıxması maliyyə çatışmazlığına rəvac verir ki, bu da çörək istehsalı, saxlanması daşınması sahəsində Standartlaşma, Metrologiya Patent üzrə Dövlət Komitəsinin təsdiq etdiyi standartlar əməl etməyi nəinki çətinləşdirir, hətta, deyərdik ki, mümkünsüzləşdirir. Nəticədə cərimə ödəməli oluruq.

Tacirlər İstehlakçılar İctimai Birliyinin sədri Sevgim Rəhmanovun fikrincə, indiki istehsal gücü ilə çörəkbişirən heç bir kiçik sahibkar müasir çörəkbişirmə texnologiyasına sahib ola bilməz. Ekspert bu sahədə olan digər problemlərə toxunub. Kiçik çörəkbişirmə sexlərinin özlərinin binalarının olmaması, çörəkbişirmə texnologiyasını yaxşı bilən kadr çatışmazlığı bu sahə üçün xarakterik olan əsas problemlərdəndir.

S.Rəhmanov bildirib ki, kiçik çörəkbişirmə müəssisələrində güclü təzyiqə hesablanmış, xüsusi qaz sayğaclarından istifadə olunur: "Qiyməti 6-7 min manat olan belə sayğaclar sahibkarların şəxsi vəsaiti hesabına alınır. İndi təsəvvür edin ki, sayğac xarab olub. Bu o deməkdir ki, sahibkarın illik mənfəətinin yarısı yeni sayğacın alınıb quraşdırılmasına gedəcək".

İTM-in eksperti Rəcəb İmanovun fikrincə, kiçik çörəkbişirmə sexlərinin saxlanılması inkişaf etdirilməsi birinci növbədə ona görə vacibdir ki, böyük çörəkbişirmə zavodları inhisara çevrilməsinlər. Əks təqdirdə meydanı boş görən böyük zavodlar bu sektoru öz "qaydaları" ilə idarə etməyə cəhd göstərəcəklər. Eyni zamanda, belə zavodlarun çörəkbişirmə ilə əlaqəli olan digər iqtisadi sferalara da təsir imkanları artacaq. Başqa sözlə desək, böyük çörək zavodlarının daxil olduğu şirkətlər çörəkbişirmədə istifadə olunan un, yağ, duz, şəkər tozu s. ərzaq məhsullarının istehsalını yaxud ixracını öz əllərində cəmləməklə belə məhsulları satan kiçik orta sahibkarları da meydandan kənarlaşdıra bilərlər. R.İmanov çörəkbişirmə sektorundakı kiçik orta sahibkarların xilasını onların maliyyə imkanlarının yaxşılaşdırılmasında görür. Belə ki, hökumət bu sahədə çalışan sahibkarlara da güzəştli kredit ayırmalı, onların maddi-texniki bazalarının yaxşılaşdırılmasına dəstək verməlidir. Sonrakı mərhələdə bu müəssisələrə nəzarət edən, kommunal xidmətlər göstərən qrumlarla əlaqələrin hüquqi müstəvidə işlək mexanizmləri qurulmalıdır. İndiki halda hər hansı bir qurum qanunsuz yoxlama aparırsa yaxud hər hansı bir kommunal xidmət göstərən orqanın günahı səbəbindən sahibkar zərər çəkirsə, bunun qarşılığı ödənmir. Məsələn, çörəyin bişməsi prosesində maye qazın xəbərdarlıq edilmədən kəsilməsi sahibkara ciddi ziyan vurur. Ancaq bunun müqabilində sahibkar qaz satışı ilə məşğul olan quruma heç bir iddia qaldıra bilmir. Çünki bu qurumlarla sahibkarlar arasında kommunal xidmət göstərən orqanın üzərinə demək olar ki, heç bir öhdəlik düşmür.

Ekspertin fikrincə, sadalanan problemlər tezliklə aradan qaldırılmasa, tez bir zamanda kiçik çörəkbişirən müəssisələr sıradan çıxacaq, bazar bütünlüklə iri çörək zavodlarının əlinə keçəcək.

Vəfa MƏMMƏDLİ

 





05.03.2014    çap et  çap et