525.Az

Ermənistanın yeni yaraları - Telman Orucov yazır


 

Ermənistanın yeni yaraları - <b style="color:red">Telman Orucov yazır </b>

(Əvvəli ötən sayımızda)

Erməni xalqının qüsuru ondan ibarətdir ki, əclaflara asanlıqla boyun əyir, özünün marionet kimi istifadə edilməsinə etiraz etmək əvəzinə buna dözür, özündə bu xəstəliyə qarşı immunitet yaratmaq əvəzinə, ona yoluxmaqdan qaçmağa səy göstərmir və bunun da nəticəsində faciələrin qurbanı olur.

Bu xalq heç olmasa axırıncı ağır sınaqdan sonra millətçilik ideyası ilə birdəfəlik vidalaşmalıdır, bunu edə bilməsə, növbəti fəlakətlərinin də şahidi olacaqdır.

Erməni millətçiləri etiraf etməsələr də, Hitleri təqlid etməyi sevirlər. Hitler isə özlərinin barbar adlandırılması ilə də fəxr etdiklərini deyirdi.

Bu xalq xaricdə, birinci növbədə qonşularında özünə düşmən axtarmasına son qoymalı, öz daxilindəki ifritləri aşkara çıxarıb, zərərsizləşdirməlidir. Bağırsaq qurdu, qlist insan bədənində parazitlik edən kimi qatı millətçilər də xalq orqanizmində, xalqın içərisində yaşamaqla, vampir kimi onun qanını sorur. Qatı millətçiliyin hansısa xalqa xeyir verdiyini göstərən bir şəhadət mövcud deyildir, ona görə də onu beşikdəcə boğmaq lazımdır. Qlistlər vaxtında məhv edilmədikdə, orqanizmə ağır ziyan vurmaqda davam edir. Qatı millətçilər də onlara bənzəyirlər, onu sotsiumun bədənindən qovub çıxarmaq lazımdır. Elə şərait yaradılmalıdır ki, əhali onların nüfuzdan tam düşmələrini əyani qaydada hiss etsin, onlar bir daha adamların şüuruna hücum etməyə cəsarət etməsinlər.

Xalq öz marginallarının uydurduqları yalanlarda yaşamağa son qoymalıdır, birdəfəlik anlamalıdır ki, istənilən həqiqət nə qədər acı olsa da, həmişə faydalı olur. Marginallar daim xalq adından danışırlar, lakin onun iradəsinə məhəl də qoymurlar. Xalqa bir hüququ - onlara ləbbeyk demək hüququnu ötürürlər. Beləliklə, xalq onların böyük xoruna çevrilir.

Qatı millətçiliyi xalqın içərisində görünən qorxulu alaq otu hesab etmək olar, belələri karantin bitkiləri hesab olunur. Ambroziya adlanan alaq otunun üç növü insanlarda xəstəlik yaratdığına görə ona qarşı SSRİ-də karantin qoyulmuşdu, harada rast gəlinirdisə, orada da məhv edilirdi. Qatı millətçilik, əslində, irqçiliyin başlanğıc fazası sayılmalıdır və ona qarşı mübarizə aparılmasa, çoxlu fəsadlara gətirib çıxara bilər. Alman nasizminə qarşı dünyada ümumi mübarizə aparılmadığından həmin ölkədəki irqçilik yəhudilərin, qismən də slavyanların və qaraçıların genosidi, məhv edilməsi ilə nəticələndi. Almaniyanın həm öz ərazisində, həm də işğal etdiyi ölkələrdə həyata keçirdiyi holokost 6 milyon yəhudinin məhv edilməsinə səbəb oldu.

Bəşəriyyət insanlığa qarşı olan bu cinayətdən yalnız II Dünya müharibəsindən sonra nəticə çıxardı. XX əsrin son onilliklərində Cənubi Afrika Respublikasında azlıq təşkil edən ağdərili əhalinin çoxluğunu təşkil edən qaradərililərə - zəncilərə qarşı əsl irqçiliyin nümayişi olan aparteidə artıq dünya dözmədi və həmin ölkəyə qarşı boykot tədbirləri, ciddi sanksiyalar həyata keçirildi. Beynəlxalq təzyiqlər öz işini gördü, 1991-ci ildə CAR prezidenti Frederik de Klerk  vəziyyətin çıxılmaz olduğunu görüb, seqreqasiya qanunlarını ləğv etdi. 1993-cü ilin sonunda parlament aparteidə son qoyan yeni konstitusiya qəbul etdi. 1994-cü ilin aprelində ağ və qara vətəndaşların iştirak etdiyi parlament seçkilərində Afrika Milli Konqresi (ANK) 63 faiz səs çoxluğu ilə qalib gəldi. 9 mayda yeni parlament ilk dəfə olaraq Cənubi Afrika qaralarından ANK lideri Nelson Mandelanı prezident seçdi. Öz mübarizəsinə görə o, 27 il dustaqlıqda olmuşdu. Aparteid siyasətinə nəhayət bütünlüklə son qoyuldu.

Təəssüf ki, bu proses böyük fayda verməsi ilə yanaşı, qaraların heç də az təhlükəli olmayan irqçiliyinin meydana gəlməsinə şərait yaratdı. Qaralar sivilizasiya cəhətdən ağdərililərdən, yerli bur mənşəli və ingilis əhalisindən geridə qalırdı və öz gerilik nümunəsi olan adətlərindən əl çəkmirdilər. Ağdərili əhalinin bir hissəsi ölkəni tərk etməli oldu, digərləri şəhərin mərkəzlərindən uzaqlaşıb kənarlarında yaşamağa başladılar. Zəncilər şəhərləri antisanitariya vəziyyətinə salıb, qismən cinayət məkanlarına çevirdilər.

Dünyada irqçiliyə qarşı mübarizə isə əslində, xeyli uğur qazandı, ayrı-ayrı ölkələrdə bu müstəvidə hələ də baş verən hadisələr həmin bəlanın dərin kök saldığını göstərir. Ona görə də irqçiliyi, qatı millətçiliyi məhv etmək üçün onu alaq otu kimi kökündən çıxarmaq lazımdır. Ciddi karantin tədbirləri görülməlidir ki, onun yenidən cücərməsi bir daha baş verməsin.

Ermənistandakı qatı millətçiliyi birbaşa irqçiliyin təzahürü kimi qiymətləndirmək olar. Bu ölkədə yaşayan azərbaycanlı əhalinin kütləvi şəkildə öz ata-baba yurdlarından çıxarılması əvvəldən müxtəlif bəhanələr altında baş vermişdi. 1948-1950-ci illərdə guya vətənə dönən erməni repatriantlarını məskunlaşdırmaq üçün boş ərazi lazım imiş, bu məqsəd üçün azərbaycanlıların yaşadıqları yerlər seçilmişdi. Azərbaycanlı ailələrin mal-qara vaqonlarında yola salınması 1944-cü ildə Qafqazdakı və Krımdakı əsasən müsəlman əhalinin öz yaşayış yerlərindən Qazaxıstana, Sibirə, Özbəkistana deportasiya edilməsinə bənzəyirdi. Azərbaycanda da onların yaşaması üçün mənzillər olmadığından, yerli əhalinin evlərində yerləşməli oldular.

1988-ci ilin sonunda isə Ermənistandakı azərbaycanlıların öz yaşadıqları yerlərdən qovulması başlandı, bu iyrənc tədbir bir qədər əvvəl Dağlıq Qarabağda da həyata keçirilmişdi. Ermənistanı tərk etməyə məcbur edilənlər qış vaxtı, şaxtalı, qarlı havada dağları aşaraq Azərbaycana pənah gətirmişdilər. Ermənistan az sayda yezidi kürdlər və malakan rusları istisna olmaqla, yalnız titul millətin məkanı olmaqla, ölkə monomilli növ xarakteri qəbul etmişdi. Nə bizim eradan əvvəlki V əsrin Afinasında, nə XVI əsrin İstanbulunda buna bənzər hal olmuşdı, həmin şəhərlərdə və əslində, dini münaqişələrin baş vermədiyi əksər yaşayış məntəqələrində çox müxtəlif sayda olan xalqların nümayəndələri dinc qonşuluqda, mehriban şəraitdə yaşayırdılar, hansısa xalqa mənsubluğa görə heç kəsə qarşı ayrı-seçkiliyə yol verilmirdi, müəyyən məhdudiyyətlər tətbiq etməklə münasibətlər nizamlanırdı. Milli zəmində hansısa bir ixtilaf baş vermirdi.

Ermənistanda isə başqa xalqlara mənsub olanların ölkə ərazisindən, əslində, onların tarixi kiçik vətənlərindən qovulması əgər sırf irqçilik nümunəsi deyilsə, onu necə adlandırmaq olar? Bu iyrənc irqçiliyin davamı kimi Ermənistan ordusu Azərbaycan ərazisinə müdaxilə edib, yerli əhalini qırmaq təhlükəsi altında yaşayış yerlərindən çıxarmaqla, geniş əraziləri işğal etmişdi.

Təəssüf ki, dünya dövlətləri, beynəlxalq aləm Ermənistan rəhbərliyindən bu cinayətlərinə görə məsuliyyət tələb etməyərək, anlaşılmayan süstlük, laqeydlik göstərdi. Boş bəyanatlar heç bir əməli tədbirlərlə müşayiət olunmadığından havanı titrətməkdən başqa bir şey deyildi. Vaxtilə CAR-a tətbiq olunan boykot tədbirlərinin hətta kiçik hissəsi Ermənistana qarşı işə salınsaydı, onu kirpi kimi qınına çəkilməyə məcbur edərdi. Təəssüf ki, bunlar baş vermədi və Azərbaycan "Qordi düyünü"nü öz qılıncı ilə kəsməli oldu.

Ermənistanın özünə isə hərbi məğlubiyyəti ağır zərbə vurmuşdur, lakin bu zərbənin qatı millətçilərə də dəyməsi, onları nokaut vəziyyətinə salması hələ sual altındadır. Təəssüf ki, ölkədə qatı millətçilər qalır və onlar əhalinin müxtəlif dairələrinə təsir göstərə bilirlər. Xaricdəki erməni diasporaları da millətçiliyi qızışdırmaq sahəsindəki ziyankar fəaliyyətlərindən əl çəkmirlər. Nə qədər ki, Ermənistanın siyasi rəhbərliyinə bu məsələdə ciddi təzyiq göstərilməyib, ölkədə vəziyyətin sağlamlaşması prosesinin gedəcəyinə ümid azdır. Təhlükəli qüvvə qaldıqca ondan hər cür bəd əməlləri gözləmək olar. Dünya dövlətləri Ermənistanın hərbi qüdrətinin bərpasına nəinki kömək göstərməməli, əksinə, hər cür vasitələrlə ona mane olmalıdır. Ölkədə militarizmin bərpası regionda sülhün yenidən pozulmasına yol aça bilər.

Vəziyyət dəyişdiyinə görə mimikriyaya uyğun olaraq erməni marginalları da azərbaycanlılara və türklərə qarşı yeni iyrənc böhtanlar və iftiralar uyduracaqlar. Onlar üçün provokasiya ən kəsərli silahdır. Onlardan bəzisi qəzəbini boğa bilməyəndə, karıxıb doğma dildə danışmaqdan it dilinə keçir, hürməyə başlayır. Bəziləri isə çoxları onları eşitsin deyə, at kimi kişnəməyə keçir. Azərbaycanı hədələyənlər arasında isə ağızlarından köpük daşanlar da az deyildir.

Alaq otu qalırsa, o, hökmən ətrafa yayılacaq, millət içərisində gur çiçəklənməyə meyl edəcəkdir. Ona görə də alaq otu kökündən çıxarılmalıdır. Beynəlxalq təzyiqin təsiri ilə bunu Ermənistan hökumətinin özü etməlidir, ən azı onlara qarşı karantin tədbirləri həyata keçirməlidir.

Assuriya çarı Sardanapalın ordusunu düşmən qoşunları mühasirəyə almışdı və onun məhv edilməsi qısa müddətdə baş verməli idi. Süquta uğradığı bir vaxtda çarın sağ qalacağına ümidi çox az idi. Sardanapal əmr etdi ki, hərəmxanasındakı qızlar və özünün seçmə tərifli atları da onunla bir yerdə ölümə getsinlər. Çarın gözləri qarşısında mühafizəçisi xəncər zərbəsi ilə hərəmləri öldürürdü. Çar uca yerdə uzanıb bu mənzərəyə tamaşa etməklə öz sonluğunu gözləyirdi. Ətrafda öldürülmüş atların cəsədi və həyat nişanəsi olmayan gənc qızların bədənləri sərilmişdi. Cangüdən növbəti bir çılpaq qızın kürəyinə xəncəri soxduqda çar da bundan azacıq da olsa təsəlli tapırdı ki, hərəmləri ondan sonra başqasına qismət olmayacaqdır. Öz yaxınlaşan ölümünü fikrindən uzaqlaşdırmaq üçün bu qəssabxana dəhşətlərinə maraqla tamaşa edirdi, anlayırdı ki, özünün də son nəfəsini almağa az qalmışdır.

Böyük fransız rəssamı Ejen Delakrua özünün "Sardanapalın ölümü" tablosunda bu faciəli dramı olduqca canlı təsvir etmişdir. Çarın qəzəbi, amansızlığı, hətta yaxınlarına qarşı quduz münasibəti həyatının son anlarında da onu tərk etməmişdi.

Erməni xalqı da öz daxilində olan qatı millətçilərinin özünə vurduğu yaraların təkrar olunmaması üçün, çar Sardananalın təcrübəsindən, özünü xilas qaydasında, tam oxşar şəkildə olmasa da, məqbul sayılmalı formada istifadə etməlidir. Onları fiziki cəhətdən deyil, mənəvi cəhətdən sıradan çıxarmağı bacarmalıdır. Xalq bunu öz varlığını qorumaq xatirinə etməlidir. Bu baş verməsə, onlar öz xalqının düşmənlərinin sayını daha da artıracaqlar, çünki başqa bir peşələri yoxdur. Onlar peyin böcəyi kimi adət etdiklərindən uzaqlaşmayacaqlar. Qoy erməni xalqı hərtərəfli düşünüb, özü problemini həll etsin, onları tərksilah etməyə nail olsun. Buna gücü və iradəsi çatmasa, əlavə faciələrlə üzləşməyə hazırlaşmalıdır, bunu isə ona, yəqin ki, heç kəs arzu etmir.

SON
25.03.21

 





15.04.2021    çap et  çap et