525.Az

Yaşam boyu sürən dostluq (Əli bəy Hüseynzadə və Əhməd Ağaoğlu)


 

Yaşam boyu sürən dostluq <b style="color:red">(Əli bəy Hüseynzadə və Əhməd Ağaoğlu)</b>

(davamı)

Türkiyə Cümhuriyyətinin quruluşu ərəfəsində, 1923- il oktyabrın 13- Ankara paytaxt elan olunmuşdu. Cəmisi 70 min əhalisi olan paytaxt əslində kiçik əyalət şəhərini xatırladırdı. Lakin zamanla o, yalnız siyasi inzibati deyil, həm beyin mərkəzi olmalı idi. Bu da türk intellektuallarının mühüm bir qisminin, xüsusən yeni dövlətin ideoloji əsaslarını hazırlayanların Ankarada yaşayıb-işləmələrini zərurətə çevirirdi. Onların arasında Əli bəyi birincilər sırasında görən Əhməd Ağaoğlu bu münasibətlə dostuna yazırdı: “Səni buraya cəlb etmək fikrinə gəlincə şu fikir bundan ibarətdir: Mütəfəkkir alim arkadaşların Ankarada birləşmələri arzu olunur. Bu məqsədlə Ziya Göyalp bəy 75000 quruş maaşi-əsli ilə təlif tərcümə heyəti başına intixab edildi. Martın sonuna doğru buraya gələcəkdir. Bizim arzumuz səni onun yanında görməkdir. İnşallah, bu arzumuz ənqərib (ən yaxın zamanlardaV.Q.) hasil olur”.     

Lakin görünür yerdəyişmələrə, həm ekstremal şəraitdəki yerdəyişmələrə o qədər meylli olmayan, sakit nizamlı  həyatı daha üstün tutan Əli bəy dostların entuziazmına çox da həvəslə yanaşmamışdı. Bunu Əhməd Ağaoğlunun növbəti məktubundakı aşağıdakı sətirlərdən sezmək mümkündür: “Fəqət əzizim! Həqiqətdə sən bizdən qaçırsan. Ziya mən səni burada görmək iştiyaqı ilə möhtərisiz. Maarif vəkaləti digər zəvat nəzdində olan müraciət yapıldı. İndi sənə rəsmən yazmaq üçün səlahiyyəti-tamma aldım. Maaşın əsli 6500-7500 quruş olmaq, yəni ayda cəmən 150 lirə olmaq üzərə eyni zamanda burada təəssüs edəcək fakültədə bir kürsü işğal etmək üzərə bura gəlmək istərmisin?”

Əli bəy bizə naməlum səbəblərdən təklif olunan vəzifələri qəbul etmək Ankaraya köçmək istəməmişdi. Təbii ki, bu İstanbuldakı həyatının tam bir düzən içərisində olmasından irəli gəlmirdi. Çətinlik ehtiyac orada da yetərincə idi.  Vəziyyəti belə görən Əhməd Ağaoğlu bu dəfə dostuna İstanbulda kömək yolları axtarmağa başlamışdı: Ona ünvanlanan suallar da ilk növbədə həmin məqsədə xidmət edirdi: “İstəmədiyin halda sənin İstanbuldakı hini-məişətindən mütəəssir olan arkadaşlarını bu izritabdan qurtarmaq üçün kimi tədbirlərin icrasını tövsiyə edirsən? Adnan bəyin (məşhur türk yazıçısı Xalidə Ədib Adıvarın əri, Türkiyənin tanınmış siyasi dövlət xadimi Adnan Adıvar nəzərdə tutulurV.Q.) təklifi nədən ibarətdir? Əcəba, biz burada işin üsuluna müavinət edəməzmiyiz? Bu xüsuslara aid səri səhih cavabına müntəzirəm”.

1926- ildə Atatürkə sui-qəsddə iştirak ittihamı ilə İstiqlal Məhkəməsi önünə çıxarılması hətta bəraət alandan sonra da Əli bəyi inzivaya çəkilməyə məcbur etmişdi. Onun hansısa bir dövlət qurumunda, yaxudbeyin mərkəzindəçalışması ideyası da  beləcə gündəmdən çıxmışdı.

Ötən əsrin 20-ci illərinin birinci yarısı Türkiyənin ağır dövrü idi. Hər kəsin həyatına öz möhürünü vuran çeşidli çətinliklər iki dostun məktublarında da tez-tez dərdli bir müzakirə mövzusuna çevrilirdi. “İstanbulun halından bəzi tanıdıqlarımızın düşmüş olduğu vəziyyətdən bəhs edirsiniz. Bu çox ürək ağrıdan bir hadisədir...” – deyən Əhməd Ağaoğlu Əli bəyi inadla dəvət etdiyi Ankarada çətinliklərin birə beş artıq olduğunu, fəlakət həddinə çatdığını da gizlətmirdi: “Fəqət, əzizim, viran bərbad olmuş Anadolunu görsən, şəfqətinin bir hissəsini buraya xərcləyərsən.  Məruz qaldığın hücumun mən burada daha şiddətlisinin qarşısındayam. Eyni zamanda da aciz bir mövqedəyəm”.

Son sətirlərin bir qədər izahata ehtiyacı var. Söhbət dostların məruz qaldığı hansı hücumlardan gedir? Bəlli olduğu kimi, onların ikisi İttihad Tərəqqipartiyasına yaxınlıqları ilə seçilirdi. Bu partiyanın on illik hakimiyyəti isə Türkiyəni bir dövlət kimi süqutun astanasına gətirib çıxarmışdı. Artıq ittihadçı liderlərin meydandan çəkildiyi bir şəraitdə onların yanlış addımları, yaramaz idarəçilikləri ilə bağlı bir sıra ağır suallara Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə digər ziyalılar cavab verməli olurdular.

Əhməd bəyin övladlarının təhsil həyatında, onların çağdaş türk gəncliyinin seçkin nümayəndələri kimi yetişmələrində Əli bəy Hüseynzadə ailəsinin mühüm rolu olmuşdu. 1920-ci illərin başlanğıcında yeni paytaxt Ankarada hələlik heç bir normal təhsil müəssisəsi fəaliyyət göstərmədiyindən uşaqların hamısını İstanbula göndərmək zərurəti yaranmışdı. Səməd Əbdürrəhman yatılı (pansionat) sistemə malik Qalatarasaray liseyində təhsil alırdılar. Artıq İstanbul universiteti hüquq fakültəsinin ilk qız tələbəsi olan Sürəyya bacısı Təzəxanım (Teze) isə Əli bəyin evində yaşayırdılar. Məktublarının birində sonbeşik övladı istisna olmaqla uşaqlarının hamısının qayğısını Əli bəyin üzərinə yükləməsindən söz açan Əhməd bəy xəfif bir yumor hissi ilə yazırdı: “Oğlanlarımı göndərirəm. Qızlar da bir ay sonra gəlirlər o zaman şenlik bizdən sizə intiqal edir. Etiraf et ki, bu təqsimdə sənə düşən hissə dörd kərə ziyadədir”.

Qızlarının təhsil həyatına başladığı vaxt isə sonsuz təşəkkürlərini aşağıdakı şəkildə bildirmişdi: “Sürəyya Təzəxanımı sənə övlad olmaq üzərə təvdi edirəm. Təhsillərini natamam buraxmamaq üçün İstanbula göndərmək məcburiyyətində qaldım səndən başqa onları etimad edəcək yer bulmadığım üçün sənə Əhdiyyə xanım əfəndiyə zəhmət vermək istirarında qaldım. Onları qəbul etmək kimi lütfdə bulunmağınız məni ailəmi şükranı ödənməyəcək qədər minnətdar etdi”. Nəzərə alsaq ki, Əli bəyin İstanbulda heç zaman öz evi olmamışdı Əhməd bəyin qızları da onun kirayə tutduğu evdə yaşayırdılar, o zaman dostunun övladlarına münasibətdə fədakarlığının hüdudları daha aydın olar. 

Təbii ki, Əhməd bəy uşaqlarının əsas xərclərini qarşılayırdı. Lakin bununla belə işin ən çətinionların həqiqi türk vətəndaşı yeni cəmiyyətə yararlı insanlar kimi yetişmələrinə nəzarət Əli bəyin üzərinə qoyulmuşdu: “Artıq cocuqlar sənindir, – deyə Əhməd Ağaoğlu özünün tərbiyə prinsiplərini açıqlayaraq yazırdı: –Məni tanıyırsan. Mən insanda həsəb nəsəbdən, elm irfandan ziyadə əxlaqa, mətanətə qiymət verirəm. Mən türk qızlarının sərbəst olmalarını, həyata qarışmalarını bütün fəaliyyəti-ictimaiyyədə iştirak etmələrini arzu edirəm. Qızlarımın da o yolda hazırlanmış olmalarını istəyirəm. Fəqət hürriyyət sərbəstliyi şirrətlik, intizamsızlıq xudsərlik şəklində tələqqi edəməm. Onun üçün qızlarımdan da təvazö, iffət, hicab hörmət dairəsində sərbəstlik istərim. İştə qardaşım, mənim əməlim bu, artıq bilirsən. Hər cəhətdən onların atası sənsən! Sənin əmr iradənə kəza Ədhiyyə xanım ilə böyük xanım əfəndiyə (Əli bəyin qayınanası nəzərdə tutulurV.Q.) tabeyyət itaətləri mütləq olacaqdır. Binaənəleyh, Səidə, Feyzavər Mehmet (Əli bəyin övladlarıV.Q.) haqqında necə hərəkət etsəniz, onları da o surətdə tələqqi edəcəksiniz”.

Əli bəy xanımı Ağaoğlu ailəsinin övladlarını həqiqətən öz uşaqlarından fərqləndirməmişdilər. Onların yalnız biliklərə deyil, həm yüksək mədəniyyətə mənəviyyata yiyələnmələri üçün əllərindən gələni etmişdilər. Bütün bunları yaxşı bilən yüksək qiymətləndirən Əhməd Ağaoğlu dönə-dönə üzərinə qayıtdığı bu  məsələ ilə bağlı başqa bir məktubunda yazırdı: “Cocuqlar haqqında gərək sənin, gərək xanım əfəndilərin ibzal buyurduğunuz asari-iltifat nəzakət bizim cümləmizi mütəşəkkir minnətdar edir. Zavallılar sizin haqqınızdakı təşəkkürlərini söyləyə-söyləyə bitirəmirlər”.

Dövrün iki böyük fikir adamının səyləri hədər getməmişdi. Türkiyənin ilk qadın hüquqşünası, məşhur vəkil Sürəyya Ağaoğlu (1903-1989) Beynəlxalq Qadın Hüquqşünaslar Asossiasiyasının vitse-prezidenti seçilmişdi. Tezer (Təzəxanım) Taşqıran (1907-1979) təhsil təşkilatçısı, filosof, psixoloq yazıçı idi. 1940-50-ci illərdə üç dəfə TBMM üzvü seçilmişdi. Strasburqda təhsil alan Səməd Ağaoğlu (1909-1984) Türkiyənin demokratikləşdirilməsində mühüm rolu olan  Demokrat Partiyasının qurucularından idi. 1950-60- illərdə Adnan Menderes hökumətində baş nazirin müavini, sənaye naziri, iqtisadiyyat naziri vəzifələrini tutmuşdu. O da atası bacısı kimi üç dəfə TBMM-ə seçilmişdi. Eyni zamanda XX əsr türk ədəbiyyatına öz möhürünü vurmuşdur. Nəhayət, Əbdürrəhman Ağaoğlu (1905-1954) Grenoblda ali mühəndislik təhsili almış, Türkiyənn çağdaş elektrik şəbəkələrinin qurulmasının pionerlərindən biri kimi tanınmışdı.

lll   

1923- ildə ikinci dönəm Türkiyə Böyük Millət Məclisinə seçkilərdə namizədlər siyahısına Əhməd Ağaoğlunun da adı daxil edilmişdi. Rəhbərlik etdiyi Mətbuat İstihbarat Ümumi Müdirliyinin blankındaxüsusiqrifi ilə yazılmış 15 aprel tarixli məktubunda həyatında gözlənilən mühüm dəyişikliklə bağlı birincilər sırasında Əli bəyi məlumatlandırdığı görünməkdədir:

Bəzi tərəflərdən mənim İstanbul məbusluğuna namizədliyim tövsiyə edilməkdədir. Paşa həzrətləri (Atatürk nəzərdə tutulurV.Q.) bizzat bu fikri təsvib buyururlar. Fəqət mən daha bir qərar verəmədim”. Bu tərəddüd Məclisdə təmsil olunmaqla deyil, namizədliyi haradan verməklə bağlı idi. Əhməd bəy səbəb kimi hazırda İstanbuldakı vəziyyətə kifayət qədər bələd olmadığını, aradan keçən dövr ərzində vəziyyətin münasibətlərin dəyişdiyini göstərirdi: “Zira İstanbulun indiki əhval-ruhiyyəsinə vaqif olmadığım kimi əski İstanbuldan da məbus çıxmayacağımı mühəqqəq olaraq bildiyim üçün tərəddüd edir əvvəlcədən dostlarımın bu xüsusa dair fikirlərini almaq istərdim. deyirsiniz?”

Seçkiyə qatılmağa qərar verdiyi təqdirdə Atatürkün siyahısına daxil olacağını diqqətə çatdıran Əhməd bəy İstanbulda müəyyən əlaqələrə malik şəxs kimi dostundan məsələni yerində araşdırmağı, habelə bəzi adamlarla görüşərək onların rəyini öyrənməyi xahiş edirdi:  Şans dərəcəyə qədərdir? Namizədliyimi tövsiyə etdiyiniz halda yardım, müavinət müzahərət edəcəyinizi vəd edirsinizmi? 

Səmimi olaraq sorduğum suallara bütün şərait nəzər diqqətə alınmaq şərti ilə səri (tezV.Q.), qəti açıq cavablarınıza intizar edərim. İxtiyari-zəhmət edib bizzat Kamal Bəyəfəndi ilə (söhbət yuxarıda haqqında bəhs edilən Qara Kamaldan gedirV.Q.) görüşmənizi onunla taəti-əfkar (fikir mübadiləsiV.Q.) edərək rəyini almanızı bilxassə rica edərim. Kamal bəyin namizədliyimi təsvib edib-etmədiyi etdiyi halda müavinətlərinə məzhər olub-olmayacağım verəcəyim qərar üzərində qəti bir amil olacaqdır”.

Görünür, Əli bəy Hüseynzadənin digər xeyirxahlarının İstanbulla bağlı cavabı o qədər ümidverici olmadığından Əhməd Ağaoğlu namizədliyini Azərbaycan türklərinin kompakt halda yaşadıqları Qarsdan vermiş, həm II, həm III dönəm (1923-1931-ci illər)  TBMM- bu bölgəni təmsil etmişdi.

Əhməd Ağaoğlunun bir müddət Atatürkün yaxın çevrəsinə daxil olması, hökumət parlamentdə təmsilçiliyi təbii ki, onu bir çox tanış dostlarının, ilk növbədə isə həmvətənlərinin güvənc yerinə çevirirdi. Çətinliyə düşənlər, hər hansı problemi həll etmək istəyənlər ilk növbədə onu göz önünə gətirirdilər. Azərbaycan Cümhuriyyətinin süqutundan sonra belə müraciətlər xüsusi ilə artmışdı. Coğrafiya, din, dil baxımından yaxınlığı ilə seçilən Türkiyəyə sığınan əksər aəzrbaycanlı mühacirlər daha əvvəl bu ölkədə yerləşən müəyyən əlaqələrə malik olan Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə kimi həmvətənlərinə üz tuturdular. Amma həmin dövrdə Türkiyədə yaşanan dəhşətli vəziyyət çox vaxt ən yaxın adamlara da yardım əli uzatmağa imkan vermirdi. Məsələn, məlumdur ki, Əhməd Ağaoğlu Yusif Akçura bütün səylərinə baxmayaraq şəhid baş nazir Nəsib bəy Yusifbəylinin dul xanımı Şəfiqə Qasprinskayaya, habelə müəllimləri saydıqları İsmayıl Qaspralının digər övladlarına kömək edə bilməmişdilər. 

Əhməd Ağaoğlunun 14 iyul 1923- il tarixli məktubundan bəlli olur ki, tapmaqla bağlı belə müraciətlərdən birini Əli bəy Hüseynzadədən almışdı. O, müvəqqəti yanında yaşayan yaxın qohumu (bəzi mənbələrə görə əmisi oğlu), Azərbaycan Cümhuriyyəti daxili işlər nazirinin müavini, məşhur şərqşünas general Sadıq bəy Ağabəyzadənin (1865-1944) çətin durumda olduğunu bildirir, imkan daxilində ona işlə bağlı kömək göstərməyi xahiş edirdi.

Təbii ki, Əhməd bəy S.Ağabəyzadəni həm alim, həm hərbçi kimi yaxşı tanıyırdı. Onun Cümhuriyyət ideallarına qədər bağlı olduğuna, az müddət ərzində yeni dövlətin əsas institutlarından birinin yaradılmasındakı mühüm xidmətlərinə  bələd idi. Lakin bununla belə hətta belə parlaq şəxsiyyət üçün isə etməyin mümkünsüzlüyünü dostunun diqqətinə çatdıraraq yazırdı:

Əzizim Əli bəy! Hüseynqulu xanın oğlu Sadıq Paşa sair (söhbət dəmiryol mütəxəssisi olan Xeyri bəy adlı  şəxsdən gedir V.Q.) haqqında yazdığın təfsilat məni həm mütəəssir, həm məhcub edir. Mütəəssir oluram, çünki həmşəhərlilərim olan bu zəvatın fəci vəziyyətlərinə laqeyd qalmaq mənim üçün əlbəttə ki, mümkün deyildir. Məhcub oluram, çünki bütün məsaimə (çalışmağımaV.Q.) rəğmən müsbət bir nəticəyə vasil ola bilmirəm”.

Əslində, hər şey Əli bəyin özünə yaxşı bəlli olduğu halda Əhməd Ağaoğlu yenə təfərrüata vararaq məmləkətin mənzərəsini usta qələmlə bir daha göz önündə canlandırırdı: “ Buradakı vəziyyəti sənə qısaca tərif edim. Doqquz sənənin yıxıcı, yaxıcı hər şeyi pərişan eləyən bir mücadiləsindən çıxmış dövlət. Zatən cihazı təşkilatı ibtidai olan bu dövlət eyni zamanda da varidat sərvəti-ümumiyyə etibarı ilə dünyanın ən fəqir bir dövlətidir. İştə boylə bir dövlət üzərinə boylə bir zamanda bu tərəfdən bütün dünyanın mali boykotları, digər tərəfdən başdan-başa siyah bir torpaq yığını halını almış bir məmləkətin yeni başdan qurulması, üçüncü tərəfdən yarım milyonluq bir mühacirət seylabının əndişəsi dördüncü tərəfdən yekunu yüz minlərə varan mütəaid qeyri-fəal məmurunun şühəda eytam aramilinin (yetimlərinin dul qadınlarınınV.Q.) iaşəsi məsəleyi-müftəhisi. İştə, əzizim, o fəqir, pərişan dövlətin omuzlarına yüklənən müdhiş ağırlıq!..”

bütün bunlardan sonra həmvətənləri üçün qabağa düşməyin necə mənəvi əzablar bahasına başa gəldiyini təsvir edirdi: “Səni təmin edirəm ki, hər hansı bir vəkalətə hər hansı azərbaycanlı haqqında müraciət etdiyim zaman eşitdiyim söz budur: “Əhməd bəy, bu qədər məmur, zabit açıqda ikən biz başqalarını necə düşünək?” Bu söz qarşısında cavab vermək üçün bir kəlmə belə bula bilmirəm”.

Əhməd Ağaoğlunun fikrincə, azərbaycanlılar Türkiyədəbaşqaları  sırasına daxil edilməli deyildilər. Lakin belə düşüncənin mövcudluğu fakt idi. “Onun üçün bəzi arzularınızı eynən icra etdirə bilmirəm. Məni məzur görünüz” – deyə Əli bəy qarşısında üzrxahlıq edirdi eyni zamanda diqqəti dostunun özünün üzləşdiyi soyuqluğa, laqeydliyə yönəldirdi:  Bu məmləkətə böyük xidmətlər etmiş olduğu hər kəsə müsəlləm olan kəndisi bu məmləkətin övladından olduğu halda Əli bəy Hüseynzadəyə buradakı fikir arkadaşları bütün məsailərinə rəğmən indiyə qədər heç bir şey yapdırmağa müvəffəq olmazlarsa o zaman düşün ki, artıq nisbətən yabançı sayıla biləcək başqaları haqqında qədər müşkülat var!”

Əhməd bəy hər şeyə rəğmən dara düşmüş həmvətənlərinə yardımdan kimi xeyirxah bir işdən yorulub  usanmayacağını, təşəbbüslərindən geri çəkilməyəcəyini bəyan edərək məktubunu aşağıdakı sözlərlə bitirmişdi: “Pək uzaq olmayan bir istiqbalda paşa üçün (Sadıq bəy AğabəyzadəV.Q.) burada bir saheyi-fəaliyyət bulacağına əmin ol. Zira artıq sülh əqd edildikdən sonra burada böyük bir fəaliyyəti-iqtisadiyyə başlayacaq bir çox əcnəbi şirkətləri Sadıq Paşa səviyyəsindəki zəvata ərzi-ehtiyac eləyəcəklərdir. İştə o zaman onu yerləşdirmək imkanı hasil olacaqdır”.

Digər məktublarında da Sadıq bəyin işi üçün çalışdığını vurğulayan Əhməd Ağaoğlunun  binagüzarlıqları sonda müsbət nəticə verməmişdi. General-şərqşünas Türkiyəyə xidmət təklifinin cavabsız qaldığını görüb 1925-ci ildə Parisə getmiş, iki il Sobonnada türk ərəb dillərini tədris etmişdi. 1927-ci ildə isə polyak şərqşünaslarının dəvəti ilə Lvova köçərək yerli universitetdə professor kürsüsü tutmuş, Lvov şərqşünaslıq məktəbinin yaradıcısı kimi tanınmışdı...

Bu kədərli mühit içərisində bəzən sevinc çalarları da parlayırdı. Həm onlar özlərinin şəxsi uğurları, yaxud övladları ilə bağlı deyildi. Hər ikisinin həyatlarının ən gözəl illərini verdiyi türkçülüklə, qurucusu olduqlarıTürk ocaqlarıilə, bütün basqılara rəğmən onun ayaqda qalması ilə bağlı idi. 1922-ci ilə aid məktublarının birində Əhməd Ağaoğlu dostunu müjdələyərək xəbər verirdi:

Mustafa Kamal Paşa Həzrətlərindən İstanbul Türk Ocağı üçün üç min lirə aldığımızı, əlbəttə ki, qəzetələrdən oxudun. Müşarileyh qüvvətli bir türkçüdür indi felən bu cərəyanın başına keçmişdir. Həmdullah (“Türk ocaqlarının başçısı, tanınmış türk yazıçısı Həmdullah Sübhi TanrıövərV.Q.) yaxında İstanbula, Ocağın güşadı mərasimində iştirak niyyəti ilə gedir. Mən getmək arzusunda idim. Fəqət indilik hökumət mənim buradan ayrılmağıma bir türlü razı olmur”.

Əhməd Ağaoğlunun Əli bəyə ünvanladığı məktublardan ikisi səmimiyyət çalarlarının bolluğu ilə, ürək söhbəti əhval-ruhiyyəsi ilə diqqəti daha çox çəkir. Onlardan 28 yanvar 1923- il tarixli məktub rəhbəri olduğu Mətbuat İstihbarat Ümumi Müdirliyinin blankında yazılmışdır. MüəllifMöhtərəm qardaşım, əfəndim!” – deyə müraciət etdiyi Əli bəyin 7 noyabr tarixli məktubunu aldığını, “pək dadlı uzun müqəddiməsini böyük zövqlə oxuduğunuxəbər verdikdən sonra  yenidənƏzizim Əli yoldaş”- deyə üz tutaraq  yazırdı:

Sən qocalmırmışsan. Bunun sirrini bizə öyrədərsənmi? Əslinə baxsan, bəyaz saçların elə bir əhəmiyyəti yoxdur. Fəqət qəlb bəyazlaşmağa başlasa o zaman vay bizim halımıza! xoşbəxtsən ki, çox gözəl bir əlac bulmusanəndişə etməmək gənclik düşüncəsini hələm-hələm əldən verməmək”.

Lakin birinci əlacınəndişə etməməyin, heç nəyin fikrini çəkməməyin, hər şeyə seyrçi laqeyd yanaşmağın Əli bəyin həssas təbiətinə yad olduğunu yaxşı bildiyi üçün onun sözlərinə inamsızlıqla yanaşır: “Amma zənn edirəm ki, burada bir az sənətkarlıq göstərirsən. Əli Hüseynzadə əndişədən, düşüncədən azadə mühitə laqeyd yanaşa bilərmi?” – deyə şübhələrini ortaya qoyurdu.  Digər tərəfdən, zamanla ayaqlaşmaq, yeni fikirləri, düşüncələri paylaşa bilmək üçün sağlamlığı, beyinin qəlbin gənclik təravətini hifz etməyi vacib sayırdı:  Yeni məfkurələri mənimsəməyə gəlincə, əzizim, bu məlun qəlb yürüməyincə artıq o məfkurələr bir fayda vermir. Yataqdan əzik, qırıq, öskürək, asqırıq, tısqırıq içində qalxdığın zaman o məfkurələr unudulur”.

Burada isə, fikrimcə, öz sözləri ilə desəm, Əhməd Ağaoğlusənətkarlıqgöstərmişdi. Hər ikisinin ümumi dostu Yusif Akçuranın aradan 7-8 il ötəndən sonra Əli bəy Hüseynzadəyə məktublarındakı aşağıdakı sətirlər Əhməd bəyin nəinki həmin dövrdə, 1930-cu illərdə gənclik enerjisini, qeyri-adi qabiliyyətini qoruyub saxladığını sübut etməkdədir: “Ahmet Bey zinde ve çalışkan. Allah ona doğarken bahş etmiş. Hiç durmadan çalışır, konuşur, kavqa eder durur. Erkenden, daha uyanmadan bilmerre onun emirlerini, adeta bir kumandan paşa kimi şerefli emirlerini eşitirim” (23..1931), yaxud: “Ahmet Bey hala burada. İşini takib ile meşğuldur. Hemen yakaladim derken suda balık gibi elinden kaçıyor. Haydi, bir kayret daha... Fakat, Ahmet Beyin bu yaşda, bu enerjisine hayranım! Allah nazardan saxlasın!” (15.III.1932).

Ehtimal ki, şikayətçi pozası almaqla Əhməd bəy bir qədər vasvası, “səhərlər üzünü yuması bir saat, geyinməsi iki saat çəkən” (S.Ağaoğlu) astagəl  dostunun heysiyyətini oxşamağa, yaşın gətirdiyi illərin onları artıq bir-birlərinə yaxınlaşdırdığını üzdə olsa, göstərməyə çalışmışdı...

Nəhayət, iki dostun dörddə bir əsrlik münasibətlərinə xüsusi işıq salan 25 avqust 1923- il tarixli məktub. Buradaca qeyd edim ki, Əli bəylə Əhməd Ağaoğlunun qarşılıqlı münasibətləri, əgər belə demək mümkündürsə, fərdi xarakter daşımırdı. Bu, bir çox məsələlərdə oxşar mövqedə dayanan, oxşar dəyərləri paylaşan iki ailənin dostluğu idi. ona görə , dövrün başlıca ünsiyyət vasitəsi olan əksər məktublar ailə üzvlərinin iştirakı ilə oxunur, bəzən hətta müzakirə edilirdi. Məhz bu səbəbdən Əhməd bəy dostunun, təəssüf ki, mətni əlimizdə olmayan məktubundan bəhs açaraq yazırdı: “Son məktubunu aldım bütün ailəcə böyük bir ləzzətlə oxuduq. Hələ qızlar bir kaç kərə oxuyaraq səni, o yüksək ruh qəlbini təhəttür etdilər tam bir gecə səninlə yaşadıq”.

Hansı hisslərin təsiri altında yazıldığı bilinməsə , bu məktub az qala bir sevgi etirafıdır, səmimiyyətə əməl birliyinə, anlaşma uyuma verilən böyük dəyərdir. Eyni zamanda hər şeyin fövqündə dayanan dostluq haqqında hərarətli himndir. Əhməd Ağaoğlu yazırdı: “Əli bəy, bunca illər keçdi, görürəm sən, mən dəyişdik. Təbiətlərimizdəki bir çox təzadlara rəğmən bizi yek digərimizə yaxınlaşdıran məhəbbətlər eynən baqidirlər. Sən o yüksək, heç bir zaman həyatın heç bir zərbəsi ilə bunalmayan hüzur sükunu mühafizə etdiyin kimi mən içimdə daşıdığım hərarəti eynən saxlamaqdayam.

Sən mənə gülərsən, mən sənə qızaram, fəqət nəhayətdə ikimizin eyni mahiyyətdə insanlar olduğumuzu anlar yenə birlikdə gülərək, qızaraq yüyürürük”.

Birgə yürüyüş Əhməd Ağaoğlunun həyatla vidalaşdığı 1939-cu ilin may ayına qədər eyni səmimiyyət sədaqətlə davam etmişdi.

Bu birgəliyə şahidlik edən sənədlərinməktubların əksəriyyəti isə, təəssüf ki, ədəbiyyat mədəniyyət tariximiz üçün həmişəlik itirilmişdir.

lll

Səməd AğaoğluAtamın dostlarıkitabında atasının öldüyü gün hamıdan çox sarsılan, heç cür ovunmaq bilməyən  Əli bəyingöz yaşları bəmbəyaz saqqalına axa-axa anlatdığıbir hekayəni xatırlamışdı:

Əhməd bəylə birlikdə Batumda idik. İstanbulda anlaşma (1918-ci il oktyabrın 31- imzalanan Mundros sazişi nəzərdə tutulurV.Q.) elan edilmiş, dövlət təslim olmuşdu. Bir gün eyni otaqda, çarpayılarımızda uzanmışdıq. Əhməd bəy məndən yanımda Hafiz Şirazinin kitabının olub-olmadığını soruşdu.

Nəyinə gərəkdir?

Fala baxmaq istəyirəm.

Yoxdur. Ancaq Tarkvato TassonunXilas edilmiş Qüdskitabı var. İkinci cilddir. Bir halda ki, fala baxmaq istəyirsən, o da Hafiz Şirazi kimi böyük insandır. Sən soruş, mən baxım.

Əhməd bəy sualını verdi:

Məmləkətin gələcəyi necə olacaq?

Kitabın hələ arası açılmamış səhifələrindən birinə baxaraq gəlişi gözəl şeylər söyləməyə başladım:

Ey məndən gələcəyin necə olacağını soruşan adam! Sən bilmirsənmi ki, insanlar bunu kəşf etməyə qadir deyillər. Lakin keçmiş zamanların təcrübəsinə əsaslanaraq deyə bilərəm ki, Şərqin ən qaranlıq günlərində sarı saçlı bir qəhrəman ortaya çıxacaq, milləti ətrafına toplayaraq hürriyyətə, zəfərə aparacaq”.

Əhməd bəy inanmadı:

Zarafatı burax!

zarafat? Al özün bax.

Qısa müddətdən sonra qəribə bənzərliklə həqiqətə çevrilən bu falı təsadüflərin heyrətamiz misallarından biri saymaq olar”.

Əli bəyin münəccimliyi özünü doğrultdu. Sarı saçlı qəhrəmansonralar Atatürk adını alacaq Mustafa Kamal Paşa məhvə sürüklənən Türkiyəni xilas etdi, Osmanlı imperiyasının xarabalıqları üzərində yeni, sivil cümhuriyyət qurdu.

Doğrudur, o, Anadolu türklüyünə nicat yolu göstərdi, amma bir ideya cərəyanı kimi türkçülüyün beşiyi başında dayanan iki azərbaycanlı müdriklə münasibətləri heç hər zaman səmimi, dürüst, anlaşılan olmadı. Öz növbəsində dostlardan biriƏhməd Ağaoğlu da bütün zəhm nüfuzuna baxmayaraq Atatürklə fikir qovğalarından çəkinmədi. Əli bəy isə Cümhuriyyət dövründə pərdə arxasındakı adamolmağı daha üstün tutdu.

Zaman-zaman ikisi Atatürkün, daha çox isə bu böyük insanın böyür-başına toplananların əsassız iddia iradlarına hədəf oldular. Bütün həyatlarını türk birliyi ideyasının gerçəkləşməsinə verdikləri halda bəzən dünyaya Rusiya təbəələri kimi göz açmalarına görə qınandılar, Türkiyəyə sığınmaları, buradaboğaz ortağıkimi yaşamaları üzlərinə vuruldu. Şiəlik ab-havası yaymaqda, hətta Atatürkə qəsd etmək istəyənlərə rəğbətdə təqsirləndirildilər.

1933- il hər ikisinin həyatında daha ağır dönəmin başlanğıcı oldu. Ölkədə aparılan universitet islahatı ilə əlaqədar  təhsil sistemindən uzaqlaşdırıldılar: Əli bəy dəri xəstəlikləri professoru, Əhməd Ağaoğlu isə konstitusiya professoru (daha bir ziddiyyət!) vəzifəsini itirdi.  “94 lirə aylıqla təqaüdə göndərildim fəal həyatın qapıları üzümə bağlandı” – deyə sonuncu müasirlərindən birinə göndərdiyi məktubda acı-acı şikayətlənirdi. Doğrudur, Əli bəyin təqaüdü nisbətən çox idio, 134 lirə 50 quruş alırdı. Amma yenə , cəmiyyətlə, xüsusən tələbə gəncliklə əlaqələrini itirmək, guşənişin həyat yaşamaq asan deyildi...

Yeganə təsəlli artıq fəal siyasət meydanından uzaqlaşdırılan Əhməd bəyin 1933- ildə köçüb İstanbula gəlməsi idi. İndi eyni şəhərdə yaşadıqlarından ünsiyyət saxlamağa, xatirələrlə baş-başa qalmağa daha çox imkanları vardı. Əhməd Ağaoğlunun evində təşkil edilən siyasi baxışlarına fərq qoymadan İstanbulun əksər tanınmış ziyalılarını bir araya gətirənbazar ertəsitoplantılarının hər zaman sevgi ilə qarşılanan, maraqla dinlənən iştirakçılarından biri Əli bəy Hüseynzadə idi... “Üzərinə heç bir kölgə düşməyən dostluqları” (Səməd Ağaoğlu) yaşın təcrübənin gətirdiyi müdrikliklə zənginləşmişdi.

Həyatlarının son dövrünün başlıca sevinc qaynaqlarından biri Türkiyənin artıq iztirab sarsıntıları arxada qoyaraq dirçəlməsi, dünya siyasətində öz nüfuzunu yerini tədricən bərpa etməsi idi. Bütün bunlar isə iradəli, uzaqgörən lider kimi Atatürkün qətiyyəti sayəsində mümkün olmuşdu. Ona görə şəxsi yönlü inciklikləri, qovğaları bir kənara buraxaraq Atatürkə böyük sayğı ilə yanaşırdılar. Yaşca özlərindən kiçik olsa da, onu böyük dostları sayırdılar....

P.S. Bu yazını redaksiyaya göndərmək ərəfəsində “525-ci qəzet çoxdan Türkiyədə yaşayan, həm MEA Nizami adına Ədəbiyyat İnstitutu, həm XİN xətti ilə  həmkarım Mayis Əlizadənin Əli bəy Hüseynzadənin həyatdakı son övladıqızı Feyzavər xanımla maraqlı müsahibəsi diqqətimi çəkdi. Söhbətin mühüm hissəsi istər valideynlər, istərsə övladlar səviyyəsində yüz ilə yaxın müddət ərzində şərəflə davam etdirilən Hüseynzadə Ağaoğlu ailələrinin dostluğuna həsr edilmişdi. Son dərəcə maraqlı isti örnəklərlə zəngin olan müsahibədə bir məqam məndən ötrü xüsusilə əlamətdar oldu. Atatürkün ölümündən bəhs edən Feyzavər xanım deyir: “Hamı təlaş içində idi. Karaköydən gəmiyə minib evimizə getdim. Atam məni qarşıladı. Atatürkün vəfat etdiyini dedim. “Təəssüf! “ – dedi. Bir gördüm atam Ağaoğlu Əhməd bəyin fotosunun qabağında durubBizim heç kimimiz qalmadı” – deyə ağlayır”. 

Budapeşt, fevral 2014

 





18.03.2014    çap et  çap et