525.Az

Bakıda kitab-sərgi yarmarkası keçirilib (FOTOLAR)


 

Bakıda kitab-sərgi yarmarkası keçirilib<b style="color:red"> (FOTOLAR)</b>

Bu gün Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi Filarmoniya bağında Milli Müstəqillik Gününə həsr olunmuş «Müstəqilliyimiz əbədidir» adlı kitab-sərgi yarmarkası təşkil edib.

525.az-ın məlumatına görə, yarmarkanın keçirilməsində məqsəd əhalinin kitaba marağını artırmaq, gənc nəslin şəxsiyyət kimi formalaşmasında kitabın əhəmiyyətli rol oynadığını diqqətə çatdırmaq və müstəqillik dövründə nəşriyyatların çap etdikləri kitabları nümayiş etdirməkdir.

Qeyd edək ki, yarmarkada Bakıda fəaliyyət göstərən «Yeni nəşrlər», «Yazıçı», «Nurlan», «Mütərcim», «Nurlar», «Nərgiz», «Şirvannəşr», «Altun», «Azərnəşr», «Adioğlu», «Qanun», «Hədəf», «Əli və Nino», «Xəzər», «Qlobal», «Arosstrof», «Dom russkiy kniq», «1001 mahnı», «Akadem kniq», «Vektor», «Kartoqrafiya», «Zərdabi», «Nil», «Qələm», «Araz», «Şərq Qərb», «Kitab Klubu», M.Seyidzadə adına mərkəzi şəhər kitabxanasının » (Səbail rayon MKS-nin 2 saylı filialı), «Hüquq ədəbiyyatı», «Nağıl evi», «Sehrli dünya», «Kitab yayım mərkəzi»,  «Timaş» nəşriyyatları öz çap məhsulları ilə təmsil olunub. Yarmarkada həmçinin tanınmış söz adamları Kamal Abdulla, Aqil Abbas, Əjdər Ol və başqaları oxucularla görüşüb kitablarını imzalayıblar. Yarmarka axşam  saatlarına qədər davam edəcək.

Sevinc MÜRVƏTQIZI

 





18.10.2012    çap et  çap et