525.Az

Yeni türk serialları uğur qazanmadı


 

Yeni türk serialları uğur qazanmadı<b style="color:red"></b>

Türkiyədə yeni mövsüm serialları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmayıb.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu il ötən illərlə müqayisədə yeni seriallar uğur qazanmayıb. Gözlənilən reytinqi verməyən seriallardan birincisi “Son yaz Balkanlar 1912” olub. Serialın baş aktyoru olan Hazal Kaya burda rol almaq üçün “Adını Feriha Koydum”dan ayrılıb. “Feriha” obrazı ilə tamaşaçıların sevimlisinə çevrilən Kaya bu serialda gözlədiyi nəticələri almadığını deyib. Hətta ötən həftə serialın efirdə yayımını dayandırması haqda da fikirlər dolaşmışdı. Lakin serial hazırda da efirdə yayımını davam etdirir.

Hazal Kayanın tərk etdiyi “Adını Feriha Koydum” isə adını genişləndirirək “Adını Feriha Koydum: Emirin Yolu” olub. Ötən mövsüm izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanan serial bu mövsümdə uğur qazanmayıb.

“Sudan Bıkmış Balıklar”,”İbreti Ailem” və digər seriallar da uğur qazanmayıb. Eləcə də "Ustura Kemal" serialının da yayımının dayandırılacağı deyilir. Fahriyye Evcenin rol aldığı "Veda" serialının dayandırılacağı xəbərini isə Kanal D rəhbərliyi təkzib edib.

Eyni zamanda keçən mövsüm reytinqdə üst sıralarda yer alan "İffet" serialı da əvvəlki marağını itirdiyi üçün yekunlaşdırılıb. "Düşman kardeşler", "Annem uyurken" seriallarının da efir həyatı az sürüb.

Nigar Məhərrəm

 





19.10.2012    çap et  çap et