525.Az

Regionların tərəqqisi və davamlı inkişaf


 

Regionların tərəqqisi və davamlı inkişaf<b style="color:red"></b>

SOSİAL-İQTİSADİ SAHƏDƏ QƏRAR PROQRAMLARIN UĞURLA YERİNƏ YETİRİLMƏSİ GÜCLÜ DÖVLƏT QURUCULUĞUNUN TƏMİNATIDIR 

Çağdaş dövrdə hər bir dövlətin vətəndaşları qarşısında öhdəliklərini dərəcədə yerinə yetirməsi beynəlxalq birlikdə necə tanınması üç əsas şərtin - iqtisadi tərəqqi, sosial rifah azad cəmiyyət imkanlarının praktik məcmusu ilə xarakterizə edilir. Dünyanın inkişaf etmiş ölkələri sırasına qoşulmağı qarşıya məqsəd qoymuş Azərbaycan üçün bu şərtlər prinsipial önəm daşıyır. Məhz buna görə Azərbaycan Prezidenti öz çıxışlarında müasir dövlət quruculuğunun bu əsas istiqamətlərini hər zaman vahid kontekstdə, bir vurğu altında ifadə edir.

"Əgər biz Azərbaycanda güclü iqtisadi siyasi potensial yaratmaq istəyiriksə, həm iqtisadi, həm siyasi islahatlar paralel şəkildə aparılmalıdır. Mənim siyasətim bundan ibarətdir. İqtisadi, siyasi sosial islahatların paralel şəkildə aparılması Azərbaycanı hərtərəfli inkişaf etdirir ölkəmiz üçün çox lazım olan sabitliyi möhkəmləndirir. Əgər biz doğrudan da müasir, güclü ölkə yaratmaq istəyiriksə, bunu etməliyik". Prezident İlham Əliyevin 2006- ilin oktyabrında dediyi bu sözlər onun dövlətçilik strategiyasının əsas tezisi həyata keçirilən işlərin təməl prinsipi olub.

İqtisadi tərəqqidən sosial rifaha 

Ötən müddətdə paytaxtda regionlarda icra olunan proqram layihələr  Azərbaycanın keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Bu baxımdan Bakıda ətraf qəsəbələrdə görülən genişmiqyaslı işlər ayrıca bir yazının mövzusudur. Bu məqalədə isə regionlarda həyata keçirilən proqramlar üzərində dayanacağıq. Yazının əvvəlində dövlət başçısının məhz 2006- ilin oktyabrına aid sözlərini sitat gətirməyimiz səbəbsiz deyil. İlham Əliyevin hakimiyyətə gəlişinin 3- ildönümünə təsadüf edən bu sözlər həm arxada qalan dövrdən hasil olmuş qənaət, həm qarşıdakı illər üçün proqram bəyanat idi. Həmin vaxt Azərbaycanda ulu öndər Heydər Əliyevin banisi olduğu inkişaf strategiyasının növbəti mərhələsi başlanmış, Bakı-Tbilisi-Ceyhan kəmərinin işə düşməsi ilə ölkə yüksək neft gəlirləri dövrünə yeni iqtisadi şəraitə qədəm qoymuşdu. Artan gəlirləri büdcə imkanlarını qeyri-neft sektoruna yönəltməklə iqtisadiyyatın tarazlı inkişafına nail olmaq dövlətin qarşısında duran ən mühüm vəzifələrdən biri idi.

Tarazlı davamlı iqtisadi tərəqqinin təmin olunması, yüksək makroiqtisadi göstəricilərin əhalinin real rifah halına transformasiya edilməsi üçün isə regionların inkişafı təmin olunmalı idi. Dövlət başçısının iqtisadi, siyasi sosial inkişafın həmahəngliyi barədə sözlərinin səsləndiyi vaxt Azərbaycanda regional inkişaf proqramının üçüncü ili davam edirdi, ortada ilkin nəticələr, qarşıda isə hələ çox işlər vardı. Dövlətin sosial-iqtisadi sahədə qərar proqramlarının dərəcədə uğurla yerinə yetirilməsi, sosial dövlət prinsiplərinin bərqərar olması böyük ölçüdə bu işlərin nəticəsindən asılı idi.

Regionların ahəngdar inkişafı, paytaxtla bölgələr arasında sosial-iqtisadi fərqlərin aradan qaldırılması, işsizliyin yoxsulluğun azaldılması - bunlar hər bir ölkə üçün əsas problemlərdir. Azərbaycan kimi neft ölkələri üçün isə bu problemlər həyati önəm kəsb edir. Neft istehsalçısı olan ölkələrdə ən aktual məsələ iqtisadiyyatı şaxələndirmək onun neftdən asılılığını minimuma endirməkdir. Dünya praktikası göstərir ki, neft gəlirlərini hərtərəfli inkişafa generasiya edən ölkələrlə yanaşı, iqtisadiyyatı neft qiymətlərinə bağlı ölkələr var. Sözsüz ki, birincilərin uğuru uzunmüddətli konsepsiyanın həyata keçirilməsi ilə bağlıdır. Azərbaycan rəhbərliyi yeni neft strategiyasının ilk mərhələsindən bu məsələyə xüsusi diqqət yetirərək ölkənin davamlı inkişafının əsaslarını hazırlayıb.

"Ölkəmizin gələcək inkişafı regionlarla bağlıdır" 

Təsadüfi deyil ki, Prezident İlham Əliyevin hələ 2003- ildə seçkiqabağı çıxışlarda bəyan etdiyi əsas iqtisadi tezislər qeyri-neft sektoru regionların inkişafı ilə bağlı idi. Həmin dövrdə özəl sektorun ÜDM- payı kifayət qədər yüksək - 73 faiz idi. Əhalinin məşğulluğunda özəl müəssisələrin payı 70 faizə yaxın idi dövlətin sahibkarlığa dəstəyi işsizliyin aradan qaldırılmasına təkan ola bilərdi. Bu addımlar özünü çox gözlətmədi. Prezidentin 2003- il 24 noyabr tarixli "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" fərmanında regionların inkişafı, qeyri-neft sektoruna sərmayələrin stimullaşdırılması, aqrar sektorda yeni islahatlar kimi əsas istiqamətlər əksini tapmışdı.

2004- il fevralın 11- "Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın (2004-2008) təsdiq edilməsi haqqında" fərman imzalandı. Bu, həmin vaxtadək görünməmiş genişmiqyaslı regional inkişafın strategiyasını icra mexanizmini əks etdirən proqram idi. Sənəddə vurğulanırdı ki, ölkənin sənaye potensialının infrastruktur obyektlərinin əksər hissəsinin Bakı şəhərində yerləşməsi iqtisadiyyatın tarazlı inkişafına mənfi təsir göstərir. Bunu statistik göstəricilərdə görmək mümkün idi. Ölkə üzrə ÜDM-in, iqtisadiyyata yönəldilən investisiyaların təqribən 80 faizi paytaxtın payına düşürdü. Kiçik müəssisələrin 70 faizi Bakıda cəmləşmişdi. Əyalətlərlə paytaxt arasında fərq sosial sahədə aşkar nəzərə çarpırdı. Dövlət Proqramı bütün bu məqamlar nəzərə alınaraq hazırlanmışdı. Beləliklə, 2004- il Azərbaycanda hərtərəfli inkişafa keçidin başlanğıcı oldu.

"Azərbaycan hərtərəfli inkişaf etməlidir. Ölkəmizin gücü, gələcək inkişafı regionlarla bağlıdır. Azərbaycanın iqtisadiyyatı elə ahəngdar hərtərəfli inkişaf etməlidir ki, gələcəkdə ölkənin rifahı neft faktoru olmadan da yüksək səviyyədə təmin olunsun", - deyə Prezident bildirmişdi.

Dövlət Proqramı 10 iqtisadi rayon (zona) əsasında tərtib edilmişdi: Abşeron, Aran, Dağlıq Şirvan, Gəncə-Qazax, Quba-Xaçmaz, Naxçıvan MR, Lənkəran, Şəki-Zaqatala, Kəlbəcər-Laçın Yuxarı Qarabağ. Bu zonalardan 8-i tam şəkildə, Yuxarı Qarabağ iqtisadi zonası qismən (Ağdam Füzuli rayonlarının işğal altında olmayan əraziləri) əhatə olunmuşdu. Proqram üzrə tədbirlər təhsil, səhiyyə, mədəniyyətdən istehsal xidmət müəssisələrinə, idman turizm infrastrukturunadək spektri əks etdirirdi.

Birinci proqramın nəticələri xüsusilə aqrar sənaye sahəsində, iri fermer təsərrüfatları emal müəssisələrinin yaradılmasında özünü göstərdi. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılan güzəştli kreditlər lizinq yolu ilə fermerlərin kənd təsərrüfatı texnikası ilə təminatı bu sahədə inkişafa mühüm zəmin olub. Bölgələrdə modul tipli elektrik stansiyalarının qurulması, yol tikintisinin vüsət alması isə inkişaf üçün başlıca faktor olan infrastruktur bazasının əsasını qoyub.

 

Nəticələr sadəcə statistika deyil 

Regionların inkişafı üzrə birinci proqramın reallaşdığı beş ildə ümumi daxili məhsulun həcmi 2,6 dəfə, qeyri-neft sektorunda istehsal 1,8 dəfə, sənaye 2,5 dəfə, kənd təsərrüfatı məhsulu 25 faiz artmış, 27,5 mindən çox yeni müəssisə yaradılmış, 700 minə yaxın yeni (o cümlədən 550 minə yaxın daimi) yeri açılmış, ÜDM- qeyri-dövlət sektorunun payı 84 faizə çatmışdı. Dövlət investisiya xərclərində regional layihələrə ayrılan vəsait 2004- illə müqayisədə 2008-ci ildə 6 dəfə artmış, ümumilikdə bölgələrə 6,8 milyard manat dövlət investisiyası qoyulmuşdu.

Bu nəticələr ikinci proqramın daha əhatəli hazırlamağa əsas yaratdı. Prezidentin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq olunan "Regionların 2009-2013- illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda daha böyük məqsədlər yer almışdı. İkinci proqramın miqyasını isə sadəcə bir statistik müqayisədə aydın görmək olar. 2004-2008-ci illərdə proqramın icrasına bütün mənbələr hesabına 16 milyard manat xərclənmişdisə, 2009-2013- illərdə bu rəqəm iki dəfədən çox - 34,7 milyard təşkil edib. Beləliklə, 10 ildə (2004-2013) regionların inkişafına 50 milyard manatdan çox vəsait yönəldilib. Azərbaycanın 2002-ci ildə dövlət büdcəsinin təxminən 1 milyard manat olduğunu yada salsaq, ötən müddətdə ölkənin hansı inkişaf yolunu qət etdiyini təsəvvür etmək olar. Bu, uzunmüddətli inkişaf strategiyasının, real vədlərin əməli yekunudur.

Ötən 10 ildə uğurla icra olunan regional inkişaf proqramları Azərbaycanın həm iqtisadi mənzərəsini, həm ümumi sosial rifah halını əsaslı şəkildə dəyişib. Bu proqramların əsas yekunlarına biz nəzər salaq.

Beləliklə, iki proqramın icrası nəticəsində ölkə üzrə ÜDM 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,6 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə artıb. Ölkənin enerji potensialı gücləndirilib, 10 ildə 17 elektrik stansiyası tikilib. Bu gün ölkə üzrə 6300 meqavatlıq ümumi generasiya gücünün 2300 meqavatı son 10 ildə yaradılıb. Dövlət proqramları sahibkarlığın inkişafına təkan verib. 10 ildə regionlarda 56 mindən çox müəssisə fəaliyyətə başlayıb, onlardan 500-ü sənaye müəssisəsidir.

Ayrı-ayrı bölgələrdə yaradılan iri müəssisələrin bir çoxu nəinki respublikamızda, ümumilikdə Cənubi Qafqazda öz profilləri üzrə ən böyük istehsal sahələridir. Bu baxımdan Qəbələ rayonunda istifadəyə verilən müəssisələri xüsusi qeyd etmək lazımdır. Rayonda böyük heyvandarlıq-südçülük kompleksi, "Aspi Winery" üzüm emalı zavodu, Cənubi Qafqazda ən iri meyvə emalı müəssisəsi olan konserv zavodu, fındıq emalı zavodu, regionda yeganə olan "Beltmann" piano fabriki, lift zavodu fəaliyyət göstərir. Bu gün Qəbələ təkcə aqrar-sənaye mərkəzi kimi deyil, eyni zamanda mühüm turizm mədəniyyət mərkəzi  kimi tanınır. Qəbələdə keçirilən beynəlxalq musiqi festivalı hər il dünyanın məşhur musiqiçilərini bir araya gətirir.

Digər bölgələrimizin iqtisadi potensialı artıb, yeni istehsal sahələri işə salınıb. Sumqayıtda "Gilan" tekstil kompleksi, "Sağlam qida" aqrar sənaye kompleksi, "Azərtexnolayn" polad boru zavodu, Hacıqabulda "Gilan" seramik plitələr istehsalı zavodu, Abşeronda birdəfəlik plastik qablar, polipropilen kisələr istehsalı, süd məhsulları dondurma istehsalı zavodları, Qazax sement zavodunun yeni istehsal xətti, Kürdəmirdə heyvandarlıq-südçülük kompleksi, Ağcabədidə "Aqat-aqro" heyvandarlıq kompleksi, İsmayıllıda tikiş fabriki, Gədəbəydə yeni qızıl zavodu, "Halal qida" süd emalı zavodu bu qəbildəndir. Gəncə Daşkəsən ərazisində dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə edən "Azərbaycan Polad İstehsalı Kompleksi" QSC yaradılıb.

Regional proqramlar çərçivəsində ölkə üzrə 900 mini daimi olmaqla 1,2 milyondan çox yeni yeri yaradılıb. Yoxsulluq səviyyəsi 2004- ildəki 45-46 faizdən 2013- ilin yekununda 5 faizə düşüb. Son 10 ildə dövlət büdcəsinin gəlirləri 16 dəfə, orta aylıq əmək haqqı 5,5 dəfə, pensiyalar 9,6 dəfə artıb. Buraya 2004- ildən başlayaraq məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması sahəsində görülən işləri, bölgələrdə çadır şəhərciklərinin ləğv edilməsi, bu insanlar üçün yeni, müasir infrastrukturla təmin olunmuş qəsəbələrin, yaşayış massivlərinin yaradılmasını da əlavə etsək, ötən müddətdə dövlətin sosial-iqtisadi siyasətinin miqyasını daha dolğun təsəvvür edə bilərik. Son 10 ildə qaçqın məcburi köçkünlər üçün 77 müasir qəsəbə salınıb, 37 min ailə - 166 min məcburi köçkün mənzillə təmin edilib.

Regional inkişafın göstəriciləri sadəcə aqrar-sənaye müəssisələri, yeni istehsal xidmət sahələrini, sosial, infrastruktur kommunikasiya layihələrini əhatə etmir. Bu inkişafı bölgələrdəki quruculuq-abadlıq işlərində, yeni parklar, mədəniyyət istirahət ocaqlarında görmək mümkündür. Proqramlar çərçivəsində 2700-dən çox məktəb, 500-dən çox səhiyyə, 700-ə yaxın mədəniyyət, müxtəlif bölgələrdə 41 olimpiya idman kompleksi istifadəyə verilib, 250-dən çox idman gənclər obyekti tikilib ya əsaslı təmir olunub.

Ölkənin hərtərəfli inkişafı üçün mühüm olan yol infrastrukturu da bu illərdə əsaslı şəkildə yenilənib. Müasir magistrallar, Gəncə, Naxçıvan, Lənkəran, Zaqatala, Qəbələdə qurulan yeni hava limanları Azərbaycanın beynəlxalq nəqliyyat qovşağında önəmini artırmaqla yanaşı, turizmin inkişafına da əlavə imkanlar açıb. Ötən 10 ildə regionlarda turizm infrastrukturu sahəsində böyük işlər görülüb. 2004-2013- illərdə mehmanxana mehmanxana tipli obyektlərin sayı 5 dəfə artaraq 500-ü keçib onların 80 faizi, o cümlədən 30-dan çox beşulduzlu hotelin üçdən biri regionlarda yerləşir. Bölgələrdə yeni turizm zonaları, o cümlədən "Şahdağ" kompleksi (Qusar rayonu), "Tufan" dağ-xizək mərkəzi (Qəbələ) kimi Azərbaycan üçün yeni olan qış turizm məkanları yaradılıb. Naftalan öz keçmiş şöhrətini bərpa edərək beynəlxalq turizm mərkəzinə çevrilir. Cənub qərb zonalarında, Naxçıvanda turizm potensialı realizə olunur.

 

Yeni proqram - davamlı inkişaf

Təbii ki, ölkəmizin artan maliyyə imkanları irəlidəki illərdə regionlarda sosial sahədən infrastruktur layihələrinədək daha geniş işlərə şərait yaradacaq. Dövlət başçısının 27 fevral 2014- il tarixli fərmanı ilə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" təsdiq edilib. Üçüncü proqramın prioritetləri regionlarda əsas infrastruktur, qazlaşdırma, içməli su, kanalizasiya layihələrinin başa çatdırılması, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi, aqrar sahənin daha da inkişaf etdirilməsi yerli istehsal olan ərzaqla təminatın 95-100 faizə çatdırılmasıdır. Prioritet istiqamətlərdən biri qeyri-neft sektorunun davamlı inkişafı üçün yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalı sahələrinin qurulmasıdır. Sumqayıt Texnologiyalar Parkı, Sumqayıt Kimya Sənaye Balaxanı Sənaye Parkı bu sırada ilk böyük layihələrdir. Prezidentin "Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında" 16 aprel 2014- il tarixli fərmanında qarşıdakı illərdə bir çox bölgələrdə aqroparkların yaradılması nəzərdə tutulur. Dövlət başçısı Nazirlər Kabinetinin 2014- ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasında bu məsələni xüsusi qeyd edərək regionlarda sənayeləşməni qarşıdakı dövrün əsas vəzifələrindən biri elan edib.

 Növbəti proqram ümumilikdə regional inkişafın tarazlığını, ərzaq bolluğunu, daha yüksək sosial rifahı təmin etməlidir. Prezident İlham Əliyev 2014- il fevralın 5- iki proqramın yekunlarına həsr olunmuş konfransda bu barədə demişdir: "2004- ildə birinci proqram qəbul edilməsəydi, bugünkü Azərbaycan reallıqları tam fərqli ola bilərdi. Ondan sonra 2009-2013- illəri əhatə edən proqram başa çatdı. Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində bu proqramların çox böyük rolu olmuşdur. Regionların inkişafı, qeyri-neft sektorunun inkişafı, idxaldan asılılığımızın azaldılması, ixrac potensialının yaradılması son illərin əlamətidir. Əgər proqramın icrasının ilk illərində iqtisadiyyat sənaye daha çox neft sektoru hesabına artırdısa, son illərdə qeyri-neft sektorumuz ölkəmizin uğurlu inkişafını təmin edir. Bu günə qədər görə bilmədiyimiz işləri növbəti 5 il ərzində görəcəyik. Növbəti 5 ildə kifayət qədər iqtisadi, maliyyə texniki resurslarımız olacaq ki, üçüncü proqramı uğurla icra edək".

Effektiv Təşəbbüslər Mərkəzi

 





24.04.2014    çap et  çap et