525.Az

Rianna ondan ayrıla bilmir (FOTO)


 

Rianna ondan ayrıla bilmir<b style="color:red"> (FOTO)</b>

Məşhur amerikalı müğənni Rianna köhnə sevgilisi Kris Braunla yenidən görüşməyə başlayıb.

Milli.Az HollywoodLife-a istinadən bildirir ki, 24 yaşlı, əslən barbadoslu olan müğənni dünən Los-Ancelesdəki gecə klublarından birində Braunla birlikdə olub.

Beverli-Hillsdəki klubda əylənən, qucaqlaşan və öpüşən Rianna ilə Kris sonradan klubu ayrı-ayrı maşınlarda tərk ediblər.

Rianna reportyorları görəndə özünü itirsə də, Krisin heç nə eyninə deyildi.

Müğənni və Kris "PlayHouse" klubundakı olaylarla bağlı heç bir açıqlama vermək istəməyiblər.

Xatırladaq ki, 2009-cu ildə Kris Braun müğənnini vəhşicəsinə döymüşdü. Bu hadisədən sonra Rianna ondan ayrılmışdı.

 

 





22.10.2012    çap et  çap et