525.Az

“Sən gündoğana getdin, əlində qızılgüllər...


 

...ELƏ ORDACA – AYRILDIĞIMIZ YERDƏ QALDIM MƏN”

“Sən gündoğana getdin, əlində qızılgüllər... <b style="color:red"></b>

 

Şair Azər Abdulla ilə söhbətimiz boyunca nəsəanlaya bilmədiyimqəribə bir əhval hakim kəsildi mənə. Kədər desəm, kədər deyildi, bədbinlik heç deyildi. Amma ağrıdıcı, əzablı eyni zamanda xoş bir duyğu idi. Ürəyimdə göynədici yanğı hissi, boğazımda qəhər yumruğu ilə ayrıldım şairdən. Sonra anladım o duyğunun mahiyyətinihəyatın faniliyini bir daha dərk etmişdim mükaliməmiz boyu. Maraqlı burasıdır ki, bədbinləşmədim bu həqiqətin bir daha bütüncə boyu ilə qarşımda dayanmasından... yenidən əmin oldum ki, həyatın faniliyini düşünmədən İnsanca İnsan üçün yaşamaq lazımdır. Paskal yazır ki, zaman axınının hər şeyi necə yuyub apardığını hiss etmək çox dəhşətlidir. Həmsöhbətimin isə zamanla bağlı özünəməxsus düşüncələri var. Paskalın nəzərdə tutduğu dəhşəti o yaşamır. “Niyəsini başa düşdüm: yalnız yalnız danılmaz həqiqəti müdrikcəsinə dərk etmiş insan əbədiyyət   fanilik haqqında belə sakit, işıqlı gözlərlə, təbəssümlə danışa nostalji anlada, nostalji yarada bilər...

 

 

Nostaljini bəzən sözlə ifadə  etmək olmur...”

 

 

Hər şey var nostaljidə . O, elə bir duyğudur ki, bəzən adamı qanadlandırır, bəzən qəzəb yaradır, bəzən ağrıdır. Əvvəllər ayrı cür düşündüyün hadisələrə sonralar tamam başqa gözlə baxırsan. Nostalji  bütün duyğu üzvləri ilə duyula, yəni səslə, ətirlə, rənglə, təmasla alına bilər. Səslə bağlı bir məqamı deyim: mən Zəngəzurda anadan olmuşam. Bizdə Mığrı çayı vardı. Dənizin kənarında olanda, onun qəribə uğultusunu eşidəndə Mığrını xatırlayıram. O çay, uşaq vaxtı yoldaşlarımla orda çimməyimiz, daşların üstünə uzanmağımız, min oyun çıxarmağımız yadıma düşür, ürəyim sızıldayır. Çox qəribsəyirəm. Yaxud, musiqi ilə bağlı nostalji başqadır. Klassik musiqini çox sevirəm. Muğamlarımız qədər klassik musiqini dinləyirəm. Üzeyir Hacıbəyova, Qara Qarayevə, Şopenə, Motsarta, Bethovenə, Çaykovskiyə qulaq asıram. Onların hər birində məni fərqli duyğular sarır. Rənglə bağlı da zəngin nostaljim var: yolda bənövşə satıldığını görəndə, ilahi, yadıma nələr düşür... Gəzdiyim tarlalar, zəmilərin qırağıbiz ona mərz deyərdiktəzədən gözlərimin qabağına gəlir. Təkcə bir bənövşə mənə bir ömür yaşadır. Bizdə bənövşənin bənövşə rəngində olanı vardı, bir deməzdimduman rəngində, maviyə çalan bənövşə vardı. Onların hər biri mənə kəndimizi xatırladır. Kəndimizdə təxminən 15 yaşına qədər yaşamışam. Ancaq indi görürəm ki, düşüncələrimin, duyğularımın yaratdığı assosiasiyanın əksəriyyəti həmin dövrlə bağlıdır. Elm təsdiqləyir ki, insan dünyanı daha çox yeniyetmə vaxtına kimi qavrayır. Nostalji ilə bağlı duyğuları bəzən sözlə ifadə etmək olmur. Ümumiyyətlə, duyğu üzvlərimiz bizə nostalji ilə bağlı nəsə andıra bilər. Kədərli ola bilər, fəlsəfi ola bilər. Bəzən onları qələmə almaq da mümkün olmur. Elə hisslər var ki, onları söz şəklinə salmaq olmur. Ətir, qoxu ilə bağlı nostalgiya bir başqadır. Eyni gülün qoxusunu hərə bir cür yaşaya bilər, qızılgülün ətri hər kəsdə fərqli hisslər doğurur. Bu çox qəribə hissdi. Ola bilər ki, kiminsə qəribsədiyi ətir bir başqasında ruh yüksəkliyi oyatsın. Hər kəsin nostaljisi fərdidir. Kimsə deyib-gülür, amma biz bilirik, bəlkə onun içindən qara qanlar axır?! Hər bir yerin özü ilə bağlı xatirələri var. Tələbə vaxtı üç il – 1959-62-ci illərdə İrəvanda yaşamışam. Ora ilə bağlı ayrıca nostalgiyam var. Yazının özü yada düşən şeylərdir, nostalgiyadır. Başın qarışır, əlin yazır, amma özün fikrən, xəyalən keçmişə gedirsən. Biz gələcəyi bilmirik axı, bildiyimiz ancaq keçmişdi. Bu gün yoxdu, ancaq keçmiş var. Bax, bu an keçdi, keçmiş oldu. Gözümü qırpdım indiki an da keçmişdə qaldı, elə deyilmi? Bir andan, bir dəqiqədən sonra nələr olacağını bilmirsən. Mən görmüşəmsiz görməyəsinizgörürsən ki, biri ilə göz-gözə  baxıb danışdığın yerdə canını tapşırır, keçinib gedir. Hansı tərəfə fırlatsan, nostalgiya ona görə dəyərlidir ki, daha çox insanın gənclik dövrü ilə bağlı olur. Yaşanan bütün anlar sonra nostaljiyə çevrilir. Mənim fikrimcə, nostaljiitirdiyimiz şeylərdi. Sonralar bunları ancaq düşünə sadəcə, beynində, ruhunda yaşaya bilərsən...

 

 

Bacılarım, hardasınız, harda...”

 

 

Uşaq vaxtı qırmızıyanaq, ərköyün uşaq olmuşam. Müharibə vaxtı bir erməni məni yolun qırağında görüb demişdi ki, bu heç müharibə dövrünün uşağına oxşamır. Yadıma gəlir, bacılarım, anam bir şey tapanda bölürdülər, öz paylarını da mənə verirdilər. İndi özümə acığım tutur ki, mən niyə onda başa düşmürdüm, niyə onların payını da yeyirdim...(kövrəlir)

 

 

Üstünüzdən, başınızdan ovuc-ovuc

 

Yığıb atdığınız pıtraqlar, qılçıqlar

 

Topuğunuzu qançır edən,

 

Dizinizə batan sarı qanqalların

 

Zəhərli tikanları

 

Neçə illərdi qəlbimi deşir,

 

Ruhumu incidir,

 

Bacılarım, hardasınız, harda,

 

Gəlin, artılayın o pıtraqları,

 

O qılçıqları...

 

 

Mənim doğulduğum yer yoxdu indi, bizim deyil... Ora ancaq xəyalən gedə bilirəm. Neçə dəfə ağlıma gəlib ki, durum Tiflisdən sərhədi vurub keçim doğma torpaqlarımıza. Axı mənim doğmalarım o torpaqlarda yatır... (kövrəlir) Təkcə məzardan söhbət getmir. Demirəm ki, elə bircə gedib atamın qəbrini qucaqlayım. Orada dərələr, dağlar, daşlar var, ağaclar vardı... Bilmirəm, indi o ağaclar qalıb, ya yox... Yadıma düşəndə, vallah, bütün bədənim əsir...

 

 

Bizlər gələndən bəri

 

Qarlı dağlar darıxırmı?

 

Axar sular dalımızca

 

Dayanıbmı, axırmı?

 

 

Dönükmü çıxdı arılar,

 

Gavurlara bal daşıdı?

 

Dərdlərimiz qosqocaman

 

Dağlarımızın yaşıdı..

 

 

Hər görəndə salam verib

 

Salavat çəkdiyim dağlar,

 

Küskün məzarlar başında

 

Kimsəsiz ruhlar ağlar...

 

 

Sonralar o ağacın həsrətini   qədər çəkdim...”

 

 

Bakıya 1962-ci ildən gəlmişəm. Bakının da özünəməxsus nostalgiyası var ürəyimdə. “Fəvvarələr bağısonralar yenidən düzəldilib, çox gözəldi, müasirdi, sözüm yox. Ancaq 60-70-ci illərdə oraParapetdeyərdilər. Yabanı meşə kimi təbii idi. Orda başdan-başa yamyaşıl tənəyə bürünmüş azman qovaq ağacı vardı. Yelli havalarda tənəyin az qala yerə dəyən ətəyi yellənirdi. Həmin qovağa gendən baxanda zərif qamətli, çadralı gəlinə bənzəyirdi. Sonralar o ağacın həsrətini qədər çəkdim... “Görəsən?..” adlı hekayəmdə (çap olunmayıb) o qovağın obrazını bacardığım qədər cızandan sonra nisbətən sakitləşdim... Hər dəfə Kukla Teatrının yanından ötəndə gözəl yazıçı, həm o teatrın çox istedadlı artisti Şahmar Hüseynovu xatırlayıram. Dəniz qırağınaMilli Parka yolum düşəndə Qız Qalasına yaxın bir yerdə palıd ağacının yanından ötəndə mütləq Natiq Səfərov yadıma düşür. Bir dəfə həmin yoğun gövdəli palıdın yanından ötəndə: “- Natiq, bir ovxarlı balta verib desələr, o palıdı tezdənnən günortayacan kəsib yerə uzatsan, Qarabağ ışğaldan azad olacaq, bacararsanmı?” – soruşanda Natiq ayaq saxlayıb palıdı diqqətlə gözdən keçirdi, siqaretindən bir qüllab vurub: “- Azər, onda Qarabağ heç vaxt azad olmayacaq” – dedi təəssüflə. Kukla Teatrının, o palıdın yanından yolum düşəndə Natiq, Şahmar heç vaxt qayıtmayacaq o çağlar üçün burnumun ucu göynəyir...

 

lll

 

 

Bir quşuydum,

 

Qanad açıb uçurdum.

 

Tutdular anam, tutdular məni.

 

Bir qəfəsə atdılar,

 

Ayırdılar yerdən anam,

 

Göydən anam.

 

Günlər ötdü,

 

göylər üçün ağladım,

 

aylar ötdü

 

uçmaq üçün ağladım.

 

Boşladılar bir gün məni,

 

Uçammadım anam,

 

uçammadım...

 

Qobustanla bağlı yaşadıqlarım da mənə çox əzizdir. Orada ən balaca vəzifədə işləməyimə baxmayaraq o dövr mənim üçün o qədər əvəzedilməz idi ki... “Qobustanın bir dövrü vardı ki, bütün respublika tanıyırdı onu. Onda başqa yerlərinə gedə bilərdim. AncaqQobustandakı mühit, kollektiv o qədər doğma  idi, oranı qoyub gedə bilmirdim. Ailəli idim, maaş da az idi, ancaq  Qobustana o qədər həvəslə gedirdim ki... 20 il orada çalışdım. Başqa yerdə çap olunmayanlar üz tutubQobustana gəlirdilər. O toplunu elə sanballı eləyən Anarın nüfuzu idi. Oraya ağsaçlı professorlar gəlirdilər, Anar müəllimə qədər ehtiramla yanaşırdılar. Elə bil, Anar müəllim ağsaqqal idi, halbuki Anar müəllim onda gənc idi. Bəlkə bir az şişirdirəm, amma internetin sənətlə bağlı məlumatlandırma işini o dövr üçünQobustanyerinə yetirirdi. Yəni, bu jurnalda mədəniyyət, incəsənət ədəbiyyata aid qədər desən, zəngin dolğun material tapmaq olurdu. Orada mərhum Tofiq Abdinlə illər boyu birgə çalışmışıq. Onunla bağlı o qədər xatirələrim var ki...Tofiqin 60 yaşı olanda bir portret oçerk yazdım. Deyirdim ki, yəqin o yazıya görə mənimlə düşmən olacaq. Tofiqdən başqa heç bir tanınmış adam o yazını o cür qəbul eləməzdi şübhəsiz, mənimlə düşmən olardı. Amma o, geniş ürəklə qarşıladı. Düzdür, əvvəlcə xəfifcə incidi, ancaq sonra dedi, yaxşı eləmisən yazmısan, düz yazmısan. Bir ara – 10 il Tofiqlə küsülü olmuşuq, o məni danışdırırdı, mən barışmırdım onunla. Tofiq təmizqəlbli uşağa bənzəyirdi. Ədəbiyyatımızda da, jurnalistikamızda da ayrı bir insan idi Tofiq Abdin. Bənzərsiz, heç kimə oxşamayan xarakteri vardı.

 

Əslində heç qalmır insandan

 

 

Sonsuz zaman baxımından yanaşsaq, belədir. İndi Şumer sivilizasiyasından danışırlar. Axı Şumerdən qabaq da sivilizasiyalar mövcud olub, ondan xəbərimiz var? vaxtsa Füzuli yox olacaq, Şekspir . Dərindən düşünəndə görürsən ki, zaman keçir heç qalmır. Bəzən deyirlər ki, ədəbiyyatda, sənətdə qalıb yaşamaq olur. Ancaq bu da nisbidir. Sadəcə olaraq, fiziki ömürlə müqayisəli götürsək, ədəbiyyatda, sənətdə bir az artıq yaşamaq mümkündür. Hər yerdə insanların guya dünyada iz qoyub getmək üçün necə çalışdıqlarını görürəm. Amma vallah, dərindən fikirləşəndə, bunlar hamısı müvəqqətidi. Bununla belə, insan yaşadıqca bu müvəqqətiliyi düşünməməlidir, ömrünü fəal, faydalı yaşamalıdır. Doğulmusan, deməli, fursət verilib sənə, həyat, dünya qədər fani olsa da, o fürsəti dolğun, layiqli yaşamalısan...

 

 

Günlərin bir günü
 Bir divarın dibində 
 Özünü günə verən
 Başıqarlı, 
Belibükük qocaya 
 desələr ki, Azərdir
 İnanma. 
 Sən gündoğana getdin 
 əlində qızılgüllər, 
 elə ordaca
 ayrıldığımız yerdə qaldım mən...

 

 





12.05.2014    çap et  çap et