525.Az

Qadınlar zamanın yaddaş cədvəlində (Bibliya qəhrəmanları)


 

Qadınlar zamanın yaddaş cədvəlində <b style="color:red">(Bibliya qəhrəmanları)</b>

Bibliyada məşhur İsrail çarları Davidlə onun oğlu Solomonla əlaqədar olan bir neçə qadının davranışları təsvir edilir. Bunlardan biri Virsaviya idi. Yerusəlimin əsasını qoyan çar David yay vaxtı axşam isti olduğu üçün sərinləməkdən ötəri sarayının damında gəzirdi. Bu vaxt qonşuluqdakı evin pəncərəsindən çimən bir qadını çılpaq şəkildə gördü. Bu həmin Virsaviya idi çar ona vuruldu. Qadın çox gözəl idi, David yanına gətirdib, onunla intim yaxınlıq etdi. Virsaviya hamilə olduğundan agah olanda Davidə xəbər göndərdi. Çar onun əri, mənşəcə hett olan Uriyalnı sıradan çıxarmaq barədə fikirləşdi, onu yanına çağırıb, ondan cəbhədə döyüşün necə getdiyini soruşdu. Çar onu yenidən cəbhəyə göndərdi göstəriş verdi ki, onu ön cərgəyə qoysunlar. Bu, onun öldürülməsi üçün lazım olan bir şərait idi. Uriya bir neçə zabitlə birlikdə həlak oldu.

Virusaviya ərinin həlak olduğunu eşitdikdə, ona yas saxladı. David qadını sarayına gətirtdi özünün arvadına çevirdi. Virsaviya sonralar məşhur çar olacaq Solomonu doğdu o, David öləndə onun vəsiyyəti əsasında varisi kimi taxt-taca yiyələndi. Beləliklə, David başqasının qanuni arvadına sahib olmaq üçün, onun ölümünə bais oldu.

Davidin övladları da əxlaq məsələsində yaxşı ad-san sahibi sayıla bilməzdilər. Oğlanlarından biri Amnon özünün anadan ögey bacısı Tamara təcavüz etmişdi.

Solomon müdrikliyinə görə ən məşhur çar oldu, o, möhtəşəm Yerusəlim məbədinin tikintisini başa çatdırmışdı. O, digər ölkələrdən olan 700 prinsessaya evlənmişdi, onun həmçinin 300 kənizi var idi. Bəlkə bu şişirtmədir, axı Solomonun hökmdarlığı dövründə bolluq, yüksək maddi rifahın mövcud olması barədə Bibliyanın iddiası da ingilislər demişkən, “wishful thinking” – arzu olunanı həqiqət kimi qələmə verməkdir. Axı Solomonun özünün tarixi şəxsiyyət olmasının özü təsdiqini tapmamışdır.

Şeba çariçası (Quranda bu çarıça Bilkis kimi, rus dilində isəüariüa Savskaəkimi göstərilir) Solomonun şöhrətini eşidib onu görməyə gəlmişdi. Digər mənbələrə görə, onlar Yerusəlimdə eşq macəraları yaşadılar çariça ondan hətta oğul da dünyaya gətirmişdi onun sonralar Efiopiya taxt-tacının sahibi olduğu güman edilir.

BibliyanınYeni Vəsiyyəthissəsində isə İisusun, əxlaq pozğunluğuna görə bir qadını daş-qalaq olmaqdan xilas etdiyi göstərilir. O, Mariya Maqdalina adlı qadından yeddi şeytanı qovub çıxarmışdı. İndi irəli sürülən bir çox versiyalara görə, yazıçı Den Braun bunu ilk dəfəDa Vinçi koduromanında əsaslandırmağa çalışmışdır, İisus Xristos bu qadına evlənmiş, həmin izdivacdan onların övladları da olmuşdu. Axı Mariya İisusun sadəcə tərəfdarı hesab edilməməlidir, təsadüfi deyildir ki, o, dəfn ediləndən üç gün sonra İisusun qəbrini yoxlamağa gələndə, cəsədin orada olmadığını görüb, bunu apostollara çatdırmışdı. Sonra o, yenə qəbrin ətrafına gələndə İisusun orada dayandığını görmüşdü, bunu da eyni qaydada şagirdlərinə xəbər vermişdi. Bu hadisələrin özü müəyyən suallar doğurmaya bilmir.

Bibliyada təsvir olunan qadınlar qədim yunan mifologiyasını bəzəyənlərdən bir qədər fərqlənirlər. Onlar ailə ilə yanaşı, vətənə, doğma xalqına dərin sədaqət hissləri bəsləmələri ilə seçilirlər. Axı vətənin ağır günlərində, yəhudilər Babilistan əsarətinə məruz qaldıqda ən dəhşətli günləri, hadisələri yaşamaq onların qismətinə düşmüşdü. BibliyanınŞikayətlər” (“Ağı demək”) kitabında b.e.ə. 586- ildə Yerusəlimin viran qoyulmasından sonra xalqın necə dəhşətli günlər keçirdiyi, qadınların aclıqdan qida kimi istifadə etmək üçün sevimli övladlarını qazanda qaynatdıqları təsvir edilir. Babilistanlıların əsarətini yaşamış bir xalqın qadınları da, bu dəhşətlərin meydana gəlməsinə laqeyd yanaşa bilməzdilər, onlardan bəziləri yadelli işğalçılara qarşı qızğın mübarizə nümunələri göstərməklə yanaşı, öz xalqının mövcudluğuna, həyatına təhlükə yarandıqda özlərinə qarşı olan ölümcül təhlükəyə məhəl qoymadan fədakarlıq göstərir, cəsarətləri igidlikləri ilə xalqını hətta məhv olmaqdan xilas etməyi bacarırlar.

Apokrif (dəqiq olmayan) sayılan Bibliyada yəhudi dul qadın Yudifin qəhrəmanlığı barədə maraqlı bir əhvalatdan bəhs edilir. Bu qadın doğma şəhərini babilistanlıların hücumundan xilas etmişdi, ona görə onu İudeya qəhrəmanı yəhudi xalqının qədim zülmkarlarına qarşı mübarizə simvolu kimi qəbul edirlər.

Babilistan qoşunları bu qadının doğma şəhərini mühasirəyə aldıqda, o, bəzənib, düzənib, düşmənin düşərgəsinə yollandı. Burada o, sərkərdə Olofernin diqqətini cəlb etdi. Bu hadisə b.e.ə. 589-cu ildə baş vermişdi.

Olofern şəhəri mühasirəyə alanda buraya içməli suyun daxil olmasının qarşısını kəsmişdi. Bu şəhər əhalisini tədricən yaxınlaşan ölümə məhkum edirdi. Yəhudilər Oloferni öz allahları ilə qorxutmağa çalışdılar. O, buna məhəl qoymadı, çünki çar Nabuhadonosordan başqa heç bir allahı tanımırdı.

Yudif şəhər ağsaqqallarının köməksizliyini görüb, özü doğma  şəhərini xilas etmək istədi. Ona görə gözəl paltar geyinib, düşmən döyüşçülərinin düşərgəsinə gəldi. Özünü öncəgörən bir qadın kimi qələmə verib dedi ki, onların hərbi rəislərinə şəhəri tutmağın asan yolunu göstərmək istəyir. Sərkərdə Olofern isə artıq onun gözəlliyinə müdrikliyinə valeh olmuşdu, ona görə Yudifə düşərgədə qalmağa icazə verdi.

Qadın orada üç gün yaşadı, hər gün dərəyə düşüb, oradakı bulaqda çimirdi. Dördüncü gün Olofern ziyafət təşkil edib, Yudifi bu məclisə dəvət etdi. Qadın o qədər onun xoşuna gəlmişdi ki, onunla hökmən intim yaxınlıq etməyə can atırdı. Lakin çox şərab içdiyindən sərxoş olub yatdı, nökərlər onun çadırından uzaqlaşdıqda, Yudif Olofernin öz qılıncı ilə onun başını kəsdi.

Sonra Yudif şəhərə qayıdıb, sərkərdənin kəsilmiş başını şəhərlilərə göstərdi, axırıncılar isə bu başı qala divarından asdılar. Olofernin qətlindən sonra onun döyüşçüləri qaçmağa üz qoydular beləliklə, Yudifin şəhəri işğaldan xilas oldu.

Bundan sonra Yudif bir dul qadın kimi çoxlu təkliflər alsa da, bir daha nikaha girmədi uzun ömür yaşadı. Sadə bir qadın bütün şəhərlilərin bacara bilmədiyi bir işi görmüşdü, ona görə xilaskar kimi öz xalqının tarixinə düşdü. Böyük italyan rəssamı Corcone bu qadınıYudiftablosunda əks etdirmişdir.

Bibliyanın digər bir qəhrəmanı, adını daşıyan kitabın da orada yer aldığı Ester cəsarəti ilə əslində bütün xalqını məhv olmaqdan xilas etmişdi. Persiya çarı Böyük Kir yəhudiləri Babilistan əsirliyindən azad edib, Yerusəlimi bərpa etməyə icazə vermişdi. Ona görə yəhudilər Persiya çarına özlərinin xilaskarı kimi baxırdılar. I Daradan sonra gələn çar I Kserks ölkəni Suzadan idarə edirdi. Burada yaşayan Mordexay adlı yəhudinin Ester adlı gözəl, yaraşıqlı bədənə malik olan əmisi qızı var idi. Valideynləri öldükdən sonra onu Mordexay öz qızı kimi böyütmüşdü.

Çarın bir bəyanatı əsasında çox sayda gənc qız Suzaya gətirildi, onların arasında Ester var idi. O da çar sarayına aparıldı ona hərəmxanada yaxşı yer verildi. Mordexayın məsləhəti ilə Ester özünün yəhudi olduğunu sirr kimi saxladı.

Qızlara yaxşı xidmət bir il davam edirdi, ondan sonra onlardan hər biri çar Kserksin yanına gətirilirdi, bu qaydaya görə Ester kənizə çevrilə bilərdi. Bu qızı görən hər kəs ona valeh olurdu. Nəhayət, Ester çar sarayına, Kserksin yanına gətirildi. O, başqa qızlardan daha çox çarın xoşuna gəldi. Kserks çariçaya məxsus olan tacı onun başına qoydu onu sarayında çariça etdi. Sonra çar Esterin şərəfinə böyük ziyafət verdi, bütün imperiyada bayram elan etdi.

Çar Mordexayı da icra vəzifəsinə təyin etdi. Ester isə hələ özünün yəhudi olduğunu bildirmirdi.

Saraydakı iki yevnux- hərəm xidmətçisi çara düşmənçilik hissi bəslədiklərindən qəsd hazırladılar ki, onu qətlə yetirsinlər. Mordexay bunu öyrənib çariça Esterə dedi, o, isə öz növbəsində Mordexaydan öyrəndiyini çara çatdırdı. İstintaq aparıldı məlumatın doğru olduğu öz təsdiqini tapdı.

Elə bu vaxtlar çar Kserks Haman adlı bir adamı baş nazir təyin etdi. Hamı Hamana baş əyir onun qarşısında diz çökürdü. Mordexay isə bu qaydanı icra etməkdən imtina etdi, bununla o, əslində çarın göstərişinə məhəl qoymurdu. Bunu onunla izah edirdi ki, “mən yəhudiyəm, ona görə Hamana baş əyə bilmərəm”. Haman isə onun belə davranışından çox qəzəblənmişdi, yəhudi olduğuna görə Mordexayın tək özünü cəzalandırmaq istəmirdi. O, plan cızmışdı ki, bütün Persiya imperiyasındakı yəhudilərin hamısını öldürtsun. Yaxın günlərdə bu qəsd həyata keçirilməli idi. Esterin hesabına kütləvi qırğın qəsdi baş tutmadığına görə yəhudilər bu qəsdin həyata keçirilməsi üçün təyin olunan həmin günü sonralarPurimbayramı kimi qeyd etməyə başladılar bu ənənə bu gün davam edir.

Haman çara dedi ki, əgər Əlahəzrətin fərmanı olsa, onların hamısını qətlə çatdıraram. Bu qırğından saray xəzinəsinə çox miqdarda gümüş gələcəkdir. Çar öz üzüyü ilə belə bir dekreti möhürlədi bütün yəhudi xalqını düşməninin quduz ixtiyarına verdi. Hamana isə dedi ki, “xalq da, onların pulu da səninkidir, necə istəyirsənsə, eləcə et”. Bəyanat bütün vilayətlərə göndərildi, bu sənədə görə yəhudilərin hamısıcavanlar qocalar, qadınlar uşaqlar öldürülməli idilər. Suza şəhəri qarışıqlığın ağuşuna düşəndə çar Haman içki içməkdən həzz alırdılar.

Mordexay bunu öyrəndikdə, dərddən paltarını cırdı. O, bir saray hərəm xidmətçisi vasitəsilə Esterə hər şeyi çatdırdı. Axı bütün yəhudilər öldürülsə, Haman saray xəzinəsinə böyük məbləğdə pul daxil olmasını da vəd etmişdi. Əmisi qızından xahiş etdi ki, çarın yanına gedib, bunları ona çatdırsın öz xalqına mərhəmət göstərməsini yalvarsın. Hərəm xidmətçisi Mordexayın xahişini yerinə yetirdi. Əmisi oğlu Esterə  xəbərdarlıq etmişdi ki, sən çar sarayında olsan da, təhlükəsiz olacağını düşünmə, sən sakit dayansan, onda yəhudilərə göylərdən kömək gələcəkldir. Axı sən çariçasan, xalqının taleyinə laqeyd qalmamalısan.

(Ardı var)

 





12.05.2014    çap et  çap et