525.Az

"Bütün Azərbaycan əhalisinə"- M.Ə Rəsulzadə


 

"Bütün Azərbaycan əhalisinə"- <b style="color:red">M.Ə Rəsulzadə</b>

Məhəmməd Əmin Rəsulzadənin Əsərləri (V  cild)
 (1918 – aprel 1920)

Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi Şirməmməd Hüseynov

Transliterasiya redaktorları: professor  Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (Mirzəyev)   

(Əvvəli ötən şənbə saylarımızda)

 

İstiqlal

         Çəkilən zəhmətlərin, tökülən qanların, yakılan xanimanların, axıdılan göz yaşlarının bir təsəllisi vardı: istiqlal!

İstiqlal bir növ hürriyyəti-şəxsiyyədir. Millətin şəxsinə məxsus hürriyyət. Fərdlər hürriyyəti dövlətin yaxud millətin səadəti nöqteyi-nəzərindən qüyud hüdud altına alınmaq fərz olduğu kibi, bəşəriyyətin səadəti üçün dəxi millətlərin hürriyyəti, təbiri-digərlə, istiqlalı bir takım qeydlərlə məhdud ola bilər.

Digər siyasi hürriyyətlər kibi millətlərin istiqlalı da insan övladının böyük məqsədini təşkil edən, səadəti-bəşəri təmin edən yollardan birisidir. Dünya millətlərinin bu gün gəlib məsud bir ailəyi-mədəniyyət təşkil edəcəgi biz federalistlərə yabancı bir fikir degildir. Millətlərin könül rizası ilə əqd edəcəkləriCəmiyyəti-Əqvamfikri dünya federalistlərinin əski düşüncəsidir.

Rusiya həyati-siyasiyyəsində bu fikir başqa bir yol ilə qövldən-felə gətirilmək istənildi. Rusiya vəhdaniyyəti-siyasiyyəsi bütün nəvaqis mənfiyyatına rəğmən millətləri yekdigərinə rəbt edə biləcək bir çox rabitəyi-mədəniyyə hasil etmiş idi. Bundan istifadə edilmək istənildi. Rusiya millətləri arasında bir ittifaq əqd etmək, bir federasyon vücudə gətirmək fikri doğdu. Məhkum millətlərə mənsub olan federalistlər son dərəcədə sədaqət göstərərək bu məqsədin təbii bulunan yolundan sərfi-nəzər edərək millətlərin kəndi rizasından degil, məsələnin həllini Rusiya mütəfəkkirlərindən, Məclisi-Müəssisanından gözlədilər. Məəttəssüf bu xüsusdakadetlərdən tutubbolşeviklərə qədər bütün Rusiya partiyaları məsələyi sözdə bir, işdə başqa bir yoldahəlletdilər. Nəticədə oldu? Orası həpimizə məlumdur. Rusiyanın məhkum millətləri kəndi başlarının çarəsinə baxmaq zərurətində qaldılar. Bu əlim zərurətlər həm Rusiyaya, həm kəndisindən ayrılmış vilayətlərə pək bahaya mal oldu. Çox zərərlər, çox ziyanlar gördülər. Fəqət istər-istəməz sabit bir fikrə gəldilər. İsbat olundu ki, Rusiyaya bir daha toplanmaq müqəddər isə bu təqdir yalnız millətlərin kəndi arzuları, kəndi qənaət istiqlal rəyləri sayəsində mümkün olacaqdır.

Bənə, Rusiya vəhdaniyyəti-siyasiyyəsinə girmək arzu edərmisiniz? – deyə sorsanız, bən, əvət, cavabını vermədə heç tərəddüd etməm. Fəqət bu vəhdətə nasıl girmək istərsinizdeyə məsələyi qurdalasanız, bir az təəmmül edərəm.

Qulağıma Məclisi-Müəssisan səsi gəliyor; Ufa hökumətindən bəhs ediyorlar. Bu bəhsləri anlamam. Məclisi-Müəssisanın nisfi bolşeviklərdir ki, məclis əleyhindədirlər. Rusiyanın nazimi olan Velikorusiya bu gün tamamilə onların əlindədir. Ufa hökuməti nərədədir: o, nasıl hökumətdir? Biləmiyorum. Bu hökumətlə təyini-münasibat etmək üçün ravilər diyorlar ki, qoşa dibli gəmilərin dibləri arasında səyahət edərək yalnız bir aydan sonra məqsədə irmək mümkün imiş. Bu hökuməti Rusiyanın kəndisində tanıyan daha yoxmuş. Bu hökumət sollar tərəfindən qəbul edilmədigi kibi, Milyukov belə bunun əleyhində imiş. Bu şəraitlə toplanacaq Məclisi-Müəssisanın təsadüfi bir məclis olacağı bəllidir. Böylə təsadüfi bir məclisə Rusiya millətləri kəndi müqəddəratlarını nasıl tapşıra bilərlər, burası əlbəttə ki, cay sualdır.

Hər millət kəndi müqəddəratını təyin etmək səlahiyyətinə malikdir. Rusiya inqilabının düsturu bu. Etilaf  dövlətlərinin rəisi-cümhuri Vilson ağzı ilə təyin elədigi şüar da budur. Böylə ikən bilzərurə istiqlalını elan eləmiş bulunan Rusiya qitələrini təkrar uyuşdurmaq, barışdırmaq, aralarını bulacaq, onlardan müttəfiq müvafiq bir kütlə vücuda gətirəcək müəssisə ufaçıların təsəvvür elədigi məhudMəclisi-Müəssisan”, bolşeviklərinsovetləridir. Böylə bir səlahiyyəti olsa-olsa yalnız RusiyaMüəssislər konfransıcaiz ola bilər. Bu müəssisə 1917-ci sənədə intixab olunan bir Məclisi-Müəssisanın qırıq-tökük tənəsi degil, birər hökumət vücudi təşkil etmiş milli üzviyyətlərin müsavi surətdə göndərmiş olduğu mürəxxəslərdən təşəkkül edə bilər...

Fəqət bu fikir Rusiyadan ayrılıb da kəndi həyatlarını qurtarmağa çapalayan millətləri ümumi sülh konfransının təmin edə biləcəgi füyuzatdan məhrum etməməlidir. Millətlər sülh konfransını buraxıb da hərcü-mərc içində yuvarlanan Rusiyanın kim bilir kaç zaman sonra hali-təbiisinə gələcəgini gözləyə bilməzlər. Onların birər üzviyyəti-siyasiyyə olub da rəy sahibi bir vücud olmalarının sülhi-ümumi konfransınca təsdiqinə böyük bir ehtiyac vardır. Bu ehtiyacdan onları kimsə mən edəməz. Bilxassə ki, konfrecə şəxsiyyəti təyin olunmuş siyasi üzviyyətlər daha böyük bir əmniyyət etibarla əqdi-ittifaq edər həqiqətən mütəqabil bir etibar üzərinə uyuşur, müştərək bir birlik vücuda gətirə bilərlər. Çünki o zaman ittifaqa girəcək hər bir üzviyyət kəndi vəziyyətini beynəlmiləl bir vəsiqə ilə əmin görəcəgindən kəndisini daha qüvvətli olan üzviyyətlərin təzyiqinə qarşı qüvvətsiz görmədigindən qərarlarında daha sərbəst, binaənileyh daha səmimi olur.

Türkiyə ilə əqd olunmuş mütarikənin məvadını tətbiq Qafqasiya qitəsi üzərində təmini-asayiş etmək məqsədilə gələn müttəfiq ordularının komandanı müsyo Tomsonun son bəyannaməsi dəxi məsələnin bu zəmində həll olunacağını göstərməkdədir. Müsyo Tomson Qara dənizlə Bəhri-Xəzər arasında vaqe olan ərazinin son müqəddərati-siyasiyyəsi sülhi-ümumi konfransında həll olunacaqdırdiyor.

Millətlər kəndi müqəddəratlarını təyin eləmək səlahiyyətindədirlər, şüari-müqəddəsini yıldızlı bayrağının üstündə cəli xətlə yazmış olan Vilson həzrətlərinin müttəfiqi, bütün dünya hürriyyətpərvərləri tərəfindən tarixi-inqilabi bir kitabı-müqəddəs kibi oxunan Fransanın silah arkadaşı, əsas idarəsi muxtariyyət hürriyyəti-əqaniminə istinad edən Britaniya ordusunun komandanı başqa dürlü hərəkət edəməzdi. Bu gün Qafqasiya ərazisi üzərində həqqi-həyat həqqi-millilərindən bilaistifadə elani-istiqlal etmiş bulunan Azərbaycan, Şimali Qafqaz, Gürcüstan Ermənistan ərazisi mülkiyyətindən bəhs olunmuyorsa, bunun səbəbi bir dərəcəyə qədər bəllidir. Çünki bu yeni təşəkkül edən hökumətlər müttəfiqlər tərəfindən hələ tanınmamışdır. Fəqət bu tanınmamaq sülhi-ümumi konfransında da tanınmayacaqlarına, əlbəttə, dəlil olamaz. Fövqüzzikr bəyannamə bu kibi məsələlərin həllini ümumi sülh konfransına həvalə ediyor.

Sülh konfransındakı müvəffəqiyyətimiz isə kəndi idrakımıza, dərayətimizə, rəftar səbatımıza bağlı bir məsələdir. Kəndi istiqlalımızı, qonşularımızın da istiqlalını, kəndi hürriyyətimizi, onların da hürriyyətini təqdir təqdis edəlim. Bu vəqtə qədər tərəfinin işlədigi qəbahətləri unudalım, ermənilərlə, ruslarla, bütün vətəndaşlarımızla, gürcü qonşularımızla olan məsələlərimizi sülh müsalimətlə bitirəlim. Adam əqilli Avropakarı bir idarə, bir məclis, bir hökumət təsis edəlim haman Amerikaya, Avropaya adamlar göndərəlim, isbati-ləyaqət edəlim, deyəlim ki:

Çəkilən zəhmətlərimizin, tökülən qanlarımızın, yakılan xanimanlarımızın, axıdılan göz yaşlarımızın yalnız bir təsəllisi var: İstiqlal!

M.Ə.Rəsulzadə

Azərbaycan”, 27 təşrini-sani (noyabr) 1918, №50

     

Qüyudqeydlər

Cayyerli

Məhudöhdəyə götürülmüş

Cəliaydın, uzaqdan da oxunan qalın iri yazı

Əqanimüç simada birləşmiş

Allah, əsillər

Dirayətbilik, elm, məlumat

Nisfyarı

    

Azərbaycan Məclisi-Məbusanı təsisi həqqində qanun      

1- Azərbaycan parlamanı (Məclisi-Məbusanı) 120 əzadan ibarətdir.

2- Azərbaycan parlamanı Azərbaycan Məclisi-Müəssisanı dəvət oluncaya qədər aşağıdakı tərtiblə intixab olunmuş əzadan təşəkkül edər:

a- Rusiya Məclisi-Müəssisanına dörd müxtəlif siyasi firqə siyahıları mövcibincə Mavərayi-Qafqas əhali-islamiyyəsi tərəfindən intixab olunub da sonra Mavərayi-QafqasSeymində əza sifətilə bədə Azərbaycan Şurayi-Millisini təşkil eləmiş 44 zatdan;

b- Azərbaycan bələdiyyələri müsəlman əzası ilə əskidən mövcud bulunan milli müsəlman komitələri əzası tərəfindən intixab olunmaq surətilə cəlb olunacaq zəvatdan;

p- Əqəliyyətdə bulunan millətlərin səlahiyyətdar müəssisəyi-milliyyələrindən cəlb olunacaq zəvatdan;

t- Bakı Həmkarlar Şurası ilə Sovet Syezd, tüccar ərbabi-sənaye ittifaqından cəlb olunacaq zəvatdan;

3- Əsasən mövcud olan 44 əzayə əlavə olunacaq əza bu nisbətlə cəlb olunacaq:

a- Əhali-islamiyyə tərəfindən Bakı – 5, Göyçay uyezdi – 2 (biri şəhər, biri uyezd), Cavad – 2 (biri şəhər, biri uyezd), Quba – 3 (biri şəhər, ikisi uyezd), Lənkəran – 2 (biri şəhər, biri uyezd), Şamaxı – 2, Gəncə – 3 (biri şəhər, ikisi uyezd), Ərəş – 2, Cavanşir – 1, Zəngəzur – 2, Qazax – 1, Cəbrayıl – 1, Nuxa – 2 (biri şəhər, biri uyezd), Şuşa – 2 (biri şəhər, biri uyezd), Zaqatala – 2 (biri şəhər, biri mahal).

İrəvan vilayətinin Azərbaycana keçən hissəsi – 3, Tiflis vilayətinin Azərbaycana keçən hissəsi – 1.

Qeyd:

a) Bakı hissəsinə düşən 5 zat Bakı bələdiyyəsi müsəlman əzası tərəfindən seçiləcəkdir. Digər şəhərlərdə dəxi şəhər hissəsinə düşən nümayəndəyi ümumi intixabla seçilmiş müsəlman qlasnıları seçəcəklərdir. Uyezd nümayəndələri isə uyezd milli komitələri tərəfindən intixab olunacaqlardır.

b) Seçkilər gizli olacaq.

p) Əqəliyyət təşkil edən millətlərdən: erməni əhalisi tərəfindən 21 – 8-i Gəncə erməni əhali komitəsindən, 8-i Şuşa erməni əhali komitəsindən, 5-i Bakı erməni komitəsindən.

Rus əhalisindən Bakıdakı rus Milli Şurasından – 10.

Alman əhalisi təşkilati-milliyyəsindən – 1.

Yəhudi Şurayi-Millisindən – 1.

Gürcü komitəsindən – 1.

Polyak komitəsindən – 1.

t) Bakı həmkarlar cəmiyyəti şurasından 3, Bakı Sovet syezd ticarət sənaye cəmiyyətlərindən müştərəkən – 2

Qeyd: 1- Bələdiyyəsi milli komitəsi olmayan qəzalar nümayəndələrini köy obşestvo nümayəndələrinin ictimaində təyin edə bilərlər. Bu ictima hər obşestvodan birər nümayəndə göndərilmək surətilə hasil olur.

Qeyd: 2- Əhvali-fövqəladəyə məruz bulunan yerlərin nümayəndələrini Şurayi-Milli bizzat təyin edər.

Qeyd: 3- Şurayi-Millinin əsaslı üzvlərini təşkil edən 44 əzadan biri istefa edər, mərhum olur yaxud başqa bir səbəblə məclisdən çıxarsa onun əvəzinə mənsub bulunduğu siyahının mürəttibi bulunan firqə müəssisatı tərəfindən başqa birisi təyin olunur.

Qeyd: 4- Cəlb olunacaq əşxasın intixabən şəhərlərdə bələdiyyə rəisləri, uyezdlərdə mirovoy sudyalar ya onların müavini əqəliyyətə mənsub millətlərdə Milli Şura rəislərinin təşəbbüs nəzarətilə icra olunur intixab olunacaq zəvatə kəndi imzaları ilə keyfiyyəti intixabı müvəzzəh müsəddiq etimadnamələr verilir.

Şurayi-Milli rəisi: Məhəmməd Əmin Rəsulzadə

Şurayi-Milli katibi: Rəhim Vəkilov

Surəti əslilə mütabiqdir.

Şurayi-Milli idarə müdiri: Məhəmməd Seyid

Azərbaycan”, 28 təşrini-sani (noyabr) 1918, №51

     

Bütün Azərbaycan əhalisinə

Vətəndaşlar!

Müharibə inqilab zamanının fövqəladə əhvalını nəzərə alaraq tətil etmiş olan Azərbaycan Şurayi-Millisi iqtizayi-zaman ilə təkrar Azərbaycan paytaxtı Bakıda toplandı. Şurayi-Millinin ən əvvəl qəbul elədigi qanun sırf Azərbaycan müsəlmanlarına məxsus olan Şurayi-Millini milli bir şəkildən çıxarıb da dövləti bir şəklə salmaq oldu. Bu ayın 19-da qəbul elədigi qanunnaməyə görə Şurayi-Milli dekabrın 3- qədər 120 əzalıq bir Məclisi-Məbusan (parlaman) halına gələcəkdir. Bu məclisə azlıqda qalan millətlərdən nümayəndələr cəlb olunduğu kibi, məmləkətin vilayətlərindən vəkillər çağırılmışdır. Bu surətlə yığılacaq Məclisi-Məbusan iləridə ümumi intixab üsuli ilə Azərbaycan Məclisi-Müəssisanı yığışıncaya qədər yurdumuzun sahibi olacaq, onun müqəddəratını həll, hökumətini təşkil mənafeini mühafizə edəcəkdir.

Vətəndaşlar! Hərbi-ümumi axıra çatıyor. Millətlərin dördgözlə gözlədikləri sülhi-ümumi bayramının axşamındayız. Böylə səadətli bir günün ərəfəsində cahan tarixi hərbi-ümumi qədər böyük mənidar inqilabların şahidi olmaqda, məhkum millətlər kəndi həqlərini qaytarmaq, istiqlal hürriyyət naminə qiyam etməkdədirlər.

Beşinci sənəyə varan o şeytani qitali-əqvam nəhayət, “Cəmiyyəti-Əqvamkibi rəhmani bir nəticəyə gəliyor.

Bu gün yalnız məğlubların degil, qaliblərin şüarımillətlər öz müqəddəratlarını təyin eləmək həqqinə malikdirlərdüsturundan ibarətdir. Vicdani-bəşərin milyonlarca insan qanı bahasına qazanmış olduğuCəmiyyəti-Əqvamfikri boş bir söz olmayıb, şübhəsiz ki, bir mənayə malik olacaqdır.

Bizi təxribkar qüvvətlərdən, məhvedici anarşidən, hərcümərcdən qurtarmaq üçün öz dəvətimizlə gələn türklər vəzifəyi-xilaskaranələrini ifa edərək bu gün mövqelərini müttəfiq əskərlərə təslim etmişlərdir. Qafqasiya ərazisi üzərində asayişi təmin eləmək üçün gələn bu yeni qüvvət millətlərin müqəddəratını təyin edib istədikləri kibi yaşamaq əzminə mane bir qüvvət degildir. “Cəmiyyəti-Əqvamfikrinin ələmdarı bulunan Rəisi-Cümhur Vilson bu zümrəyə mənsubdur. Paytaxtımızda müsafir bulunan müttəfiq əskərlərinin komandanı müsyo Tomson Qafqasiyaya aid məsələlərin sülhi-ümumi konfransında həll olunacağını rəsmən bəyan etmişlərdir.

Əvət, vətəndaşlar, Azərbaycanın müqəddəs həqqi-istiqlalı heç bir millət tərəfindən inkar edilmiyor. Biləks hüsni-təvəccöh qəbul görməkdədir. İnanalım millətimizin istiqlalına, inanalım Azərbaycanın səadətinə!

Dünya müharibəsinin sükut bulmaqda olan təlatümlü əmani-mavərasından millətlərin hürriyyət səadət günəşi möhtəşəm bir surətdə tülu ediyor. Millətlər üzərlərindəki əski həyat istibdad qüyud zəncirlərini ataraq yeni bir həyat istiqlala hazırlanıyorlar.

Vətəndaşlar! Bizə fəlakət səfalətdən başqa bir şey verməyən ədavət ixtilafı tərk edəlim, müqəddərati-tarixiyyə həpimizi bir yerdə yaşamaq məcburiyyətində bulunduruyor. Yeni başlayan həyatın təbii məşəqqətlərini asanlıqla çəkmək müşkül mənzillərini rahatlıqla keçmək yeni həyata ləyaqət qazanmaq üçün yaşayışımızı məqul insani əsaslar üzərinə quralım, yekdigərimizi sevəlim, biri-birimizə ehtiram edəlim!

Bütün Azərbaycan vətəndaşları bilafərq millət məzhəb bir vətənin övladlarıdırlar. Ümumi vətəndə müştərək həyatlarını qurmaq bərabərlikdə kəndi səadətlərini hazırlamaq üçün onlar yekdigərinə əl uzatmalı yardım etməlidirlər.

Bu xüsusda ən böyük məsuliyyət ən ağır vəzifə bittəbii Azərbaycanın türklərinə, müsəlman cəmaətinə düşəcəkdir. Onlar bu topraq üzərində yaşayanların ən böyük əksəriyyətini təşkil etdiklərindən daha ziyadə fədakar daha ziyadə mütəhəmmil bulunmalıdırlar.

Əvət, vətəndaşlar, zamanın  əhəmiyyətini dərk edəlim, hər millətin həqqini təslim edəcək sülhi-ümumi konfransı uzaq degildir. O zamana qədər vətənimizi iğtişaşdan qoruyalım. Azərbaycan Məclisi-Məbusanını təsis, hökumətini yenidən təşkil edəlim var qüvvət mücahidəmizlə sülhi-ümumi məclisinə hazırlaşalım.

Yaşasın Azərbaycan Məclisi-Məbusanı!

Yaşasın Azərbaycan Cümhuriyyəti

Yaşasın Cəmiyyəti-Əqvam!

Şurayi-Milli naminə rəis

Məhəmməd Əmin Rəsulzadə

Azərbaycan”, 29 təşrini-sani (noyabr) 1918, №52

     

Əmakarlıq, məcazi mən. nadanlıq

Mütəhəmmildözən, davam gətirən

Qüyudəsarət

         

Samoopredeleniye

(Samoopredelenie)

        

İctimaiyatçılardan birisi: “Lisan daima insanları aldatan bir şeydir. Bir kəlməyi müxtəlif ağızlardan eşitdiginiz zaman həpsinin bu kəlmədən eyni mənayi murad etdigini zənn etməyinizdiyor.

Bu qaidə sanki ruscasamoopredeleniyekəlməsi həqqində vəz edilmişdir. Hər ağızda bir dürlü mənaya malik olan bu vəqtə qədər mənayi-əslisi əqilli-başlı təyin olunmayan bir kəlmə varsa, o da şu yuxarıya yazdığımız ruscasamoopredeleniyekəlməsidir.

Rusca olan bu kəlmənin yalnız türkcəyə degil, sairə Avropa dillərinə aydın bir kəlmə ilə vazeh tərcüməsi yoxdur. Bu kəlməyi sairə dillərə tərcümə etmək istərkən bir cümlə işlətmək lazım gəliyor. Bizim qəzetələr bunukəndi müqəddəratını təyin etməkşəklində tərcümə ediyorlar. Fransızca da təqribən böylə bir cümlə ilə tərcümə olunuyor. Yalnız lüğəvi mənası degil, bu kəlmənin ifadə elədigi siyasi məfhumu dəxi müşkülatla təyin olunuyor. Ruscadan başqa bir dilə degil, ruscanın özündə belə bu kəlmənin mənası bir degildir. Son zamanlarda hər hanki inqilab siyasət istilahından ən məruf məşhuru olan bu rusca kəlmənin müxtəlif rus partiləri nəzdində müxtəlif mənası vardır. Hər parti bu kəlməyə özünün təhəmmül edə bildigi bir mənayı verməkdədir. Bolşeviklərdən tutaraqKadetfirqəsinə qədər hər partisamoopredeleniyeyi işlədiyor son zamanlarda hər kəs onu əsas etibarilə qəbul ediyor. Fəqət bununla bərabər rus firqələrindən heç biri bu kəlməyəsamoopredelistolacaq millətlərin anladığı arzu elədigi mənayı vermiyor.

Zahiri bəlli, fəqət batini bu qədər ixtilaflı olan bu kəlməyi iyi anlamaq üçün bunun surətlə Rusiya siyasi istilahları içinə soxulduğunu ögrənəlim:

Samoopredeleniyeformulu Rusiya firqələrindənSosial-demokratiyatərəfindən yaxın bir zamanda qəbul edilmişdir. Rusiya sosial-demokratiyasının ömrü yarım əsr qədər bir tarixə malik ikən bu kəlmənin siyasət aləmindəki müddəti-həyatı on sənəyi ancaq bulmaqdadır.

Məlum olduğu üzrə sosial-demokratiya ideal etibarı ilə milliyyət fövqündə mərkəziyyətçi bir firqədir. Onun şüarıCümlə cahan füqərayi-kasibəsinimüttəhid qılmaqdır.

Bu ittihad dəxi onlarca, sinif mübarizəsinin artması şiddət eləməsi nəticəsində hasil ola bilər. Sinif mübarizəsi onlarca əsasdır. bu mübarizəyi qaranlıqda buraxan hər ictimai cərəyan onlarca, manei-tərəqqi irticai bir cərəyandır. Bu nöqteyi-nəzərdən milliyyətpərvərlik onlarca qeyri-qail təhəmmüldür. Milliyyət hər qədər təhəmmül olunur bir hadisə isə , tərvic təşviq olunur bir amal olamaz.

Nəzəriyyə etibarilə milliyyət qəziyyəsinə böylə baxmaqla bərabər həyat sosial-demokratları da milliyyət məsələsinə bir surəti-həll vermək məcburiyyəti qarşısında bulundurdu. Milliyyət məsələsi, millətin dili, dini, yazısı, mədəniyyəti, kəndi həqq həyatını təmin etmək istiyordu. Əmələ demokrasi dəxi bu təminat tələbindən fariğ olamıyordu. Sosial-demokratiya hər qədər milli məktəb, dil din hürriyyətini digər siyasi hüquq hürriyyətlərlə bərabər tələb etmək surətilə milliyyət məsələsini yumşaltmaq istiyor idisə , milliyyət bununla qənaət etmiyor, daha ziyadə təminat tələb ediyordu. Bu təminatı vermədikcə sosial-demokratiya məhkum millətlərin təvəccöh müavinətini səmimi bir surətdə qazana bilmiyordu. Sosial-demokratiya burada bir taktik hərəkəti işləməli idi. Bu kibitədbirə o, ilk dəfə müraciət etmiyordu. Ərazi məsələsində əsl nəzəriyyə əsasatına rəğmən güzəşt edərək Rusiya həyati-xüsusiyyəsinə tətbiqlə proqramına ərazi maddələri əlavə etmiş olan bu firqə milliyyət məsələsini samoopredeleniyekəlməsi ilə həll ediyor: “Milli samoopredeleniye həqqi” – deyə proqramına bir maddə əlavə ediyordu.

qədər ki, siyasi cərəyanlar inkişaf etməmiş, qədər ki, milliyyət kəndi mətləbini eninə-boyuna ərz etmək imkanını hasil etməmişdi, qədər ki, millətlər ana lisanı ilə tədris etmək həqqini qazanmağı kəndiləri üçün bir neməti-üzma kibi tələqqi ediyorlardı, o zamanlarda millətin kəndi həqqini təyin etmək həqqində olmasını qayət mübhəm olsa da təslim edən bu maddədən xoşlanacaqları təbii idi.

Milləti-hakiməyə mənsub olan sosial-demokratlara gəlincə, onlar madam ki, böylə mühüm bir kəlmə ilə çarizmə qarşı ifa elədikləri mübarizədə bütün miləli-məhkumənin təvəccöhi qazanılır, varsın proqramda bu maddə olsundeyə düşünür. Fəqət bu maddənin kibi bir mənayi ifadə elədigi bir o qədər aranmıyordu.

Nəzəriyyat etibarı ilə daha fərdçi (individualist) olan sosialist-revolyusionerlər isəsamoopredeleniyeməsələsində bir az daha iləri gedərək Rusiyanınfederasyonmuxtariyyətlər əsası üzərinə idarə olunmasını tələb ediyorlardı. Gərçi bu federasyon milliyyətdən ziyadə vilayət ərazi üzərinə istinad ediyordu.

Milli sosialist federalist firqələr necə isəsamoopredeleniyenin mənası tamamilə başqa idi. Onlarca milliyyət bir cameədir. Millətin hüquqi-şəxsiyyəsi vardır. Fərdlər millət vasitəsilə dövlətə mərbut olmalı. Binaənileyh Rusiya millətlərin rizası ilə bir hökuməti-müttəfiqə halında təşəkkül etməli idi.

Qurnaz bolşeviklər hökuməti zəbt edə bilmək üçün yalnız aşağı siniflərin xoşuna gedəcək şüarlar degil, məhkum millətləri dəxi cəlb edəcək sözlər söylədilər.

Hər millət istərsə Rusiya ilə bərabər qalır, istərsə muxtariyyət alır, istərsə tamamilə ayrılırdedilər. “Samoopredeleniye bu qədər geniş bir məna verdilər. Gərçi məqsədlərinə irdikdən sonra bəyannamələrini geri alıb sair hürriyyətləri zəbəri-pay qəhrlərində çardan daha şiddətli tədbirlərlə qəhr etdikləri kibi, millətlərin bu həqqini qanlı təcavüzlərilə inkar etdilər.

Kadetlər hər qədər zamanın iqtizası ilə bu gün daxili muxtariyyət sözünü dillərinin ucuna gətiriyorlarsa da, bu ancaq dillərinin ucundadır. Qəlblərində isə yenə hamanstarı dumundövlət dilihəqqində gürcü şurasına yazdığı məktubda işlətdigi amirlik vəziyyəti vardır.

Rusiya menşevikləri yedinstvohalına gəldilər ki, bu məsələdə haman kadetlərə taydırlar. Sosialist-revolyusionerlərin fikri isə başının həşirinə qalmış bütün millətləri müttəfiqlərin zor ilə təkrar bir araya toplayıb olduğu anlaşılmayan Ufaya bağlamaqdır.

Bu firqələrdən heç birisiRusiya millətlərinin təyini-müqəddəratı ümumi sülh konfransında həll təyin olunsunformuluna yanaşmıyorlar. Onlar millətlərin hesabına baxacaqbu məhkəməyi-kəbirə getmək istəmiyorlar. Burada icrayə təsir edəcək ruhi-hürriyyət hakim bulunacaq vicdani-bəşəriyyətdən qorxuyorlar. Qorxuyorlar ki, dünyada uzun bir sülh səlah dövrəsini təsis üçün çağrılan bu məclissamoopredeleniyekəlməsini rus firqələri kibi hər yana çəkilərçək uzandıhalından çıxarıb həqiqi sərih bir mənayi-istiqlal ifadə edər formul şəklinə qoyar.

Fəqət bu qorxuyu bən qətiyyən anlamam. Rusiyayı müttəfiqlərə istinadən onların müavinətinə güvənərək toplamaq istəyən adamlar, nədən eyni müttəfiqlərin hakim nafiz bulunacağı bir sülh məhkəməsindən qorxuyorlar.

Neçün qorxuyorlar?

Əcəba, “samoopredeleniyetəbirindəki mənanın mübhəm olduğu üçünmü?...

M.Ə.Rəsulzadə

Azərbaycan”, 1 qanuni-əvvəl (dekabr) 1918, №53

     

Muradxahiş, istək, məqsəd

Vəzicad, təsis

Amilsəbəb

Qəziyyəməsələ, hadisə

Nafiznüfuzlu

Fariğvaz keçmiş

Mübhəmaydın olmayan,

qeyri-müəyyən

Zəbəri-payalt-üst

Qəhrcəbr etmə, zorlama

    

Azərbaycan Məclisi-Məbusanında

        

Bu gün 7 qanuni-əvvəl: illər ilə intizarını çəkdigimiz tarixi bayram günü. Hələ səhər tezdən evdən çıxarkən şəhərdə başqa bir halət, başqa bir ruh görüyorsan; bu gün sair günlərə bənzəməz! Bu gün bazar-dükan bağlıdır; bu gün məktəblərdə çocuqlar dərsdən azad edilmişlərdir; bu gün ümum müəssisələr bayram ediyorlar: Azərbaycanın tarixi bayramı; Birinci Məclisi-Məbusanın güşadı bayramı!

Küçələrdə, evlərdə hamı biri-birini təbrik ediyor. Hamı şad, hamı məsrurdur.

Səhərdən şəhər küçələrində zirehli avtomobillər görülüyorlar; hələ saət 9-dan qabaq bütün dükanlarını bağlamış, bayram etmiş olan türk-islamlar parlaman binasıfəqət o sevgili möhtəşəm müəzzəmİsmailiyyədegil, ünas məktəbi olan binaqabağında yüzlər, bəlkə minlər ilə toplaşıb danışıyor, hər kəs öz dairəsində, özəqli kəsdigikibi övzai-siyasiyyədən istiqbal istiqlaldan, hürriyyət istibdaddan bəhs, mübahisə ediyor. Cəmaətdə bir qaynaşma var.

  (Ardı var)

 





12.05.2014    çap et  çap et