525.Az

Şair və ata


 

Şair və ata<b style="color:red"></b>

Frans Kafka 1919-cu ildə Praqada, katibə işləyən Julie Vohryzeklə evlənmək istəyir. Atası etiraz edir. Kafka atasına 104 səhifəlik bir məktub yazır. Bu uzun məktubda qorxu, nifrət, qaçış küskünlük vardır. Kafka məktubunda kitablarını belə atasının kölgəsindən qaçmaq üçün yazdığını bildirir. Özünün zəifliyini, kölə ruhlu olmasını da atasının tərbiyəsiylə bağlayır. Böyük bir qəzəblə: "Məni sən belə tərbiyə etdin!" deyə bağırır.

Əslində Freud insan oğlunun ataya münasibətini yozarkən boş bir deyimdən yola çıxmamışdır. O, bütün Kafka örnəklərində görüldüyü kimi Qərbdə daima gündəmdə olan  ata -  oğul toqquşmasından yola çıxmış ata ilə oğul arasındakı bilinən fikrini ortaya atmışdır.

Bu mövzuda qərbdə örnəklər çoxdur. Məşhur Thomas Mannın oğlu Klaus Mann atasına nifrət edərdi. Ömrü boyu atasından uzaq qaçdı.

İngilis yazıçısı Kinqsli Amisin oğlu Martin Amis yazıçı idi atasını sevməzdi, ancaq öldükdən sonra onun haqqında bir şeylər yazmağa əli gəlmişdi.

Bütün bunları Sabir Rüstəmxanlının "Atamın Ruhu" kitabını oxuyarkən xatırladım. təbii olaraq Şərqlə Qərb arasındakı sosial nizam, insan psixologiyası, ailə münasibətləri təzadlar yenidən gözlərimin önündə canlandı. Gerçəkdən qəbul etmək lazımdır ki, iki mədəniyyətin arasında yüksək qalın divarlar vardır.

Sabir Rüstəmxanlı daha kitabının ilk cümləsində atasının onun üçün gerçək bir rəhbər olduğunu yazır:

"Atam mənə həyatı sevdirmişdi, ölümü sevdirdi".

Bu cümlə əslində Sabir Rüstəmxanlının atası üçün yazdıqlarının ən kəskin bir xülasəsidir. Bu xülasə sadəcə hissi bir izahata dayaq təşkil etməz. Bu etirafın psixoloji bir tərəfi vardır. Bunu ən gözəl alman psixoanalisti Erich Fromm "Sevmə Sənəti" kitabında yazır:"Ata övladını öyrədən, ona dünyaya açılan yolu göstərəndir". ("Sevmə Sənəti", s.57)

Əslində atanın həyatı öyrətmə həyatı sevdirməsinin yanında ölümü sevdirməsində mistik bir ölçünün gözdən qaçmaması lazımdır. Çünki ölüm qədər gerçək olsa da həmişə gerçəkliyin xaricində qavranılır insanlar onu inanclarıyla pərdələməyə, gözəlləşdirməyə çalışırlar. Mövlana ölüm gününü "Şəb-i arus" - toy günü olaraq təriflər.

Məncə, Sabir Rüstəmxanlının "ölümü sevmək" sözü Azərbaycan toplumunun təzadlı görünən bir başqa yönünü açıqlaması baxımından çox önəmlidir. Sovet təhsil sistemi Sovetlər İttifaqında yaşayan müsəlmanların  dindən uzaqlaşmasına yol açsa da, onlardakı həyata yönəlik mistik baxış bucağını materialist bir baxış bucağına çevirəmməmişdir.

Fürsət olduğunda söhbət etdiyim bəzi azərbaycanlı aydınlar da dinə qarşı tutumlarını açıq- açıq dilə gətirmələrinə rəğmən onlardakı bu mistik baxış bucağını  davamlı gözləmədim. Şəms, Fəzlullah, Nəsimi, Füzuli kimi böyük mistiklərin yetişdikləri bu torpaqlarda başqa cür olması da zatən düşünüləmməzdi.

"Atamın ruhu" kitabında yazıçı həyatla ölüm arasındakı mücadiləni özəlliklə "əbədi ayrılığı" izah edərkən ölümü həyatın bir davamı olaraq tərif edir:

"Ölüm həyatın davamıdır. İnsanın ölümü yaşayışına bənzəyir".(s.30)

Yazıçı bəlkə fərqində olmadan bir Şərq fəlsəfə zəncirini davam etdirir. Şeyx-ül Əkbər deyə anılan Muhiddin Arabinin məşhur " gəlmək vardır, getmək" sözünü adətən yenidən yorumlayır.

Doğrusu, "Atamın ruhu"nu, onu Sabir Rüstəmxanlının atasının ölümünü hekayə etdiyi bir hekayə olaraq oxumağa başlamışdım. Gözlərimin önündə canlanacağını düşündüyüm ilk səhnəni, tanıdığım bir şairin atasına olan duyğuları, ayrılıq hissləri, ölüm qorxusu, təsəllilər dini mərasim olaraq canlandırmışdım. Amma hekayənin daha ilk səhifəsində gözlərimin önündə böyük fərqli bir pəncərə açıldı. Bu pəncərə sadəcə bir ölüm anını deyil, yeni bağımsızlığına qovuşmuş yaralı bir ölkənin acıqlı, yorğun, arayış içində olan bir ilinin (1994) mücadiləsini göstərirdi. O ölkə küskündü, bezgindi baxımsızlık sevincini yaşamağa buraxılmırdı. Çünki işğal altındakı yerlərindən qan damlayırdı. Bir tək cümlə belə o ölkənin yaşadığı ən dərin sıxıntını izah etməsi tərəfindən önəmliydi: "Bu gün cəbhədən ziddiyyətli xəbərlər gəlir".

Ziddiyyət həm cəbhədə, həm ölkədə, həm yazıçının söyləməyə başladığı hadisələrdə var. Yorğun bir bədən, dağılmış bir ailə, yaşlı xəstə bir ata, ölümə doğru başı aşağı gedən bir yol...

Yazıçı o yolu rəngləndirməz, süsləməz. O yolda bəzən siyasəti, bəzən öz ruhi sıxıntılarını dilə gətirsə əsas mövzunun bambaşqa bir olay olduğunu əsla unutmaz. O yolun ağrısı sızısı ürəyinin başında, gözlərinin içindədir: "Ağacların budaqlarını həyət boyu bu yandan o yana sürüyürdülər, elə bilirdim sürünən budaqlar sızıldayır, haray çəkir..."

İnsan acılarını davamlı özündən itələyər, bayırda birinə yamayar, özündən uzaqlaşdırmaq istəyər. Bəzən hər varlığı öz dərdinə istinad edər, yəni ortaq edər. Amma etsə olacaq olayın soyuq gerçəkliyindən özünü qurtarammaz. Bu da əslində bir təsəllidir.Ya inanca, ya da məcburiyyətə yaslanmış bir təsəlli...

 

Yaz oldu yazan oldu

Gül ömrüm xəzan oldu

Mən deyənlər olmadı

Haqq özü yazan oldu.

 

Atanın dilindən söylənən bu bayatı hekayədəki ana fikrin şeirsəl dillə izah edilmişdir.

Yazıçı günlük məşğələlər,günlük problemlərlə çıxdığı yolda qədər ləngisə "haqq özü yazan", Hegelin deyimiylə "Blinden Schiksal", kor qədər olan olaya doğru ağır-ağır irəliləyər. Azərbaycanın ücra guşələrindən biri olan Yardımlıdakı insanlar, onların özlərinə xas inanc alışqanlıqları, oradakı təbiət, təbiətin qoynundakı dağlar, şəfalı sular bu geriyə dönülməz hadisənin içindədirlər. Ölümün baş ucunda duran insanlar təsəllidən, folklorik ünsürlərdən əl çəkməzlər:

"Dədə - baba yurdlarımızından olan son illərdə atamın daha çox keçdiyi Tidaşdan ən kiçik qardaşımız Cəlal su gətirəcək".

Yazıçı 50 səhifəlik hekayəsində bir ölüm anını o qədər ustalıqla tərif təsvir etmişdir ki, o qısa hekayədə bir xalqın bütün adət gələnəklərini, inanclarını ayrılığın ən sirli acılarını görmək mümkün olmaqdadır.

Ölüm anı, son baxış, son sözlər, son toxunuşlar geridə qalanı sarıb sarmalayan dərin bir boşluq.... O boşluqda qərib bir bütünlük sarar insanı...Bəlkə insan varlıqla yoxluq arasında bir körpü qurmaq istər. Bu səbəblə yazıçı onu saran havada ölənlərin ruhlarının olduğuna bunu hər an tənəffüz etdiyinə inanır.

"Ata"nın ölümdən öncəki vəsiyyəti əslində həyata ölümə qarşı yüz illərin içindən süzülüb gələn bir bəyannamə kimidir. O bəyannamədə Azərbaycan xalqının bütün xüsusiyyətləri, inancları fəlsəfəsi gizlənmişdir. Səbr, yaxşılıq, ölümlə həyat arasındakı incə cizgi, qonşuluq dostluq haqqı, haram-halal, gələcəyə verilən mesaj ən önəmlisi krizis şərtlərində boğulan günümüz insanına verilən müdhiş təsəlli mesajları..."Darıxmayın, özünüzü itirməyin..."

Ölümə yeriyən bir insanın geridə qalanlara belə bir mesaj verməsi bu toplumun məsuliyyətlik şüurunun qədər güclü olduğunun göstərcisidir.

 Sabir Rüstəmxanlı şübhəsiz çox yaxşı bir şairdir. Bu səbəblə onu tanıdığımdan bəri onun şeirlərinin xaricində yazılarının çox azını oxumuşdum. Onun Almaniyada almanca nəşr olunan "Göktanrı" romanı ilə tanış olunca onun digər kitablarını da aldım oxumağa başladım. "Göktanrı"da coşqulu bir qələm dastan üslublu bir izah vardı. Bunu kitabın tərcüməçisi Karl Hermann Kiel fərqinə varmış "onu tərcümə edərkən sanki Dədə Qorqud dastanını oxuyuram kimi gəldi mənə"- demişdi. Onun sözlərindən sonra romanı bir almanca tərcüməsindən oxudum Sabir Rüstəmxanlının şairliyi ilə bərabər yaxşı bir nasir olduğunun qənaətinə gəldim. Əslində dünya ədəbiyyatında da bunun örnəkləri çoxdur. Çilili böyük şair Pablo Nerudanın "Yaşadığımı etiraf edirəm" isimli bioqrafiyası yayınlandığında Avropada satış rekordlarını qırmış bir nasir olaraq da təqdir edilmiş hörmət görmüşdü.

"Atamın ruhu" kitabı təəssüf ki, çox gec əlimə keçdi...Öncə "Atamın ruhu" hekayəsini oxudum doğrusu o hekayədəki duyğu yoğunluğunun bir az da Sabir bəyin gerçək bir olayı qələmə aldığı üçün bu qədər gözəl bir izaha çevrildiyini düşündüm. Amma sıra o biri hekayələrə gəlincə artıq onun üslubu izah tərzi beynimə yerləşmişdi. Xüsusilə "Babadağ Ziyarəti" hekayəsi günlərcə beynimi məşğul etmişdi.Hekayədəki təsvir gerçəkdən çox güclüydü hekayəni oxuduqdan sonra Babadağı gözlərimin önündə bütün rəngləri əfsanələriylə canlandıra bilirdim. Əslində türklərin hakim olduqları bütün coğrafiyada yüzlərlə, minlərlə Babadağ Babadağa bənzər ziyarət yerləri, adamı sehirləyən təpələr, ağaclar, məzarlar, çeşmələr vardır. Bu vəziyyət xalqımızın təbiətlə özünü bütünləşdirməsindən təbiəti müqəddəsləşdirməsindən qaynaqlanır. Babadağ ziyarəti belə bir arzudan doğar. Çünki Babadağ "dağların babası ya Həzrət babanın dağıdır..." Yazıçı daha Babadağı ziyarətə başlamadan öncə bütün yolları Babadağa doğru döndərir. Babadağın öncəsində sıxıntılı bir həyat, stresli qaçhaqaçı yazıçıya Babadağı bir qurtuluş məkanı olaraq göstərməkdədir.

Yazıçı on səkkiz il öncə Babadağa getmiş gördüklərini ruhunda rəngləndirdikcə rəngləndirmişdir. İndiki yolçuluğunda on səkkiz il öncə gördükləriylə indi gördükləri arasında həm məkan, həm zaman müqayisəsi etməkdədir."İndi həmin yolu gedirəm. Çatışmayan Fərmanın zarafatları, şaqraq gülüşləriydi. Yenə həmin şəlalə, həmin bulaq, yenə geniş çaylaqların daş seli bu selin bir küncündə göyərən su şəridi..."

Babadağ hekayəsi hamımızın içində olan, amma yazmağa əlimizin varmadığı bir hekayədir. Çünki Babadağda rahatlıq, tanışlıq, məhrəmiyyət, gözəllik çətin varılacaq bir zirvə vardır. Hər insan o rəngləri o tanışlığı, o rahatlığı, o məhrəmiyyəti o gözəlliyi tərənnüm etmək, öz nəfsində yaşatmaq istər. O biri yandan bütün bu varılmaq istənən yolda da mənzilə yetişmək, zirvəyə çıxmaq bir zəfər arzusu doğurur hər kəsdə.

Yazıçı da bunu çox mükəmməl bir şəkildə təsvir etməkdədir:

" Çünki əsas məsələ ayaqlarımı yerdən kəsməklə bədənimi ayı görmək üçün mümkün olan ucalığa qaldırmaqdır".

O yüksəlmə duyğusu içində bütün çətinliklərin heç bir əhəmiyyəti yoxdur. Usta bir qələm oxucunu atın üzərinə atdığı kimi minbir rəngli, minbir əfsanə ilə süslənmiş bir zirvəyə götürməyi nəzərdə tutmuş buna nail olmuşdur.

 





13.05.2014    çap et  çap et