525.Az

Elmira Axundovaya məktub


 

Elmira Axundovaya məktub<b style="color:red"></b>

Bu məktub çoxdan yazılmalıydı, "Heydər Əliyev. Şəxsiyyət Zaman"  çoxcildliyinin ilk kitabları dünya işığına çıxanda. Sonra fikirləşdim: əsər yazılıb tamamlansın, bütöv nəşr olunsun -  bütöv söz deyə bilim. Nəşr olundu. Ancaq məktubu başlamağım yenə çəkdi, imkan olduqca bu barədə düşündüm, ancaq yazmağa xidməti işlərimdən macal ala bilmədim.

Bu bazar axşamı macal tapıb bu sətirləri  yaza bildiyim üçün çox məmnunam.

Son günlər mediada əsərin ölkəmizin Dövlət mükafatına təqdim edilməsi məlumatı yayıldı. Bu sətirlər, bu da taleyin işidir, - ona görə ləngiyib-ləngiyib indi yazılmalıydı ki, həm , bəri başdan deyim, istedad zəhmət sayəsində dünyaya gəlmiş əsərin yüksək mükafata həqiqətən layiq olmasının dəstəyi olsun.

Mənim kimi gəncliyindən Ulu Öndəri diqqətlə, maraqla öyrənən, sevən, adıyla qürurlanan, ciddi təqib olunduğu illərdə mətbuatda ictimaiyyət arasında ardıcıl olaraq qətiyyətlə müdafiə edən (söhbət hələ 1987-1993- illərdən gedir), buna görə özü təqiblər, tənələrlə üzləşən, nəhayət, on il Onun köməkçisi (1993-2003) olan şəxsi Dahi İnsan haqqında yazılmış hər kitab maraqlandıra, düşündürə bilməz. Açığı, Ulu Öndərimiz barədə yazılmış kitabları, məqalələri mövzusuna  görə oxumaq istəsəm , bir qismini oxuya bilmirəm; ifadəsiz təsvirlər, birbaşa deyilmiş həmişə eşidilən cümlələr, bəsit yazı tərzi, gərəkli-gərəksiz mütaliədən gələn " izmlər", ən " yaxşı halda" qəribə terminlər bütün bunların Ulu Öndərin istedadı, hüdudsuz miqyaslı fəaliyyəti önündə çox cılız göründüyü dərhal nəzərə çarpır.

Bu acı gerçəklik məni çoxdan narahat edir, ona görə hələ iyirmi il bundan qabaq Ulu Öndərimizdən bəhs edən bir yazım belə adlanırdı: " Şəxsiyyət haqqında söz demək məsuliyyəti" . Sonralar da çox yazılarım oldu, "Heydər Əliyev  Azərbaycanda milli siyasət" monoqrafiyası, bu çoxcildlikdə necə yerdə adını çəkdiyin " İrəvana yeddi məktub" publisistikası sair, amma o ciddi məsuliyyət hissi heç vaxt məni tərk etmədi   bu gün tərk etmir. Ona görə Böyük İnsan haqqında yüksək səviyyədə, istedadla yazılmış əsər meydana çıxanda  - diqqətlə oxuyuram. Son illərdə, kimsə məndən inciməsin, bu mövzuda maraqla oxuduğum iki-üç əsərdən biri "Heydər Əliyev. Şəxsiyyət Zaman"  epopeya - tədqiqatıdır ( əsəri roman - tədqiqat janrında başqa janrlarda görənlər var) . Bu əsər yalnız epopeya deyil, bütöv bir epoxal dövrün tarixi - publisist salnaməsidir.

Böyük İnsanın həyat yolu, intəhasız fəaliyyəti, ətrafı, mühiti, mübarizəsi, möhtəşəm uğurları, üzləşdiyi problemlərin, ona qarşı çıxan naqis qüvvələrin əksi  faktoloji, tarixi əsaslarla təqdim olunmuş, müəllif baş vermiş hadisələrə proseslərə politoloji analitik münasibət bildirmişdir. Ona görə bu qalın kitabları, təkrar vurğulayıram, maraqla, diqqətlə oxudum, bəzi süjetlərə, epizodlara dönə-dönə qayıtdım, cildlərdəki fotoalbomlara həvəslə baxdım. Əsərdə təsvir olunan hadisələrin, epizodların xeyli qismi həyatdan mənə tanışdır, bəzilərinin iştirakçısı olmuşam, ancaq müəllif qələminin peşəkarlığı sanbalı məni həmin epizodları da diqqətlə, xoş xatirə kimi oxumağa   (hətta təkrar-təkrar oxumağa ! ) sövq etdi.

Epopeya - tədqiqatın əsası tarixilikdir, Heydər Əlirzaoğlunun hər sahəyə - siyasətə, Dövlət quruculuğuna, iqtisadiyyata, mədəniyyətə, sosial bloka, mənəviyyat - milli-mənəvi dəyərlər sisteminə...özünəməxsus yaradıcı münasibəti köklü arqument faktlar zəminində təqdim edilir. Bütün bunlarla yanaşı Ulu Öndərin uşaqlıq gənclik illəri şahidlərinin, ətrafında olan şəxslərin, yoldaşlarının, eyni zamanda dövlət, siyasət, elm mədəniyyət xadimlərinin müşahidələrinə, qənaətlərinə, fikirlərinə kifayət qədər yer ayrılmışdır. Ən çox diqqət çəkən cəhətlərdən biri 1987-1993- illər arasında Ona münasibətin olduğu kimi təqdim olunması, həmin dövrdə Onu dəstəkləyən, təəssübünü çəkən insanların  sonrakı talelərindən, münasibətlərindən asılı olmayaraq ( kiminsə yolundan sarpması, Prezident komandasından uzaqlaşdırılması s.) o mürəkkəb   Heydər Əlirzaoğlunu müdafiə etməyin son dərəcədə riskli, hətta təhlükəli olduğu illərdə hər kəsin haqqının, fəaliyyətinin  olduğu kimi təqdim olunmasıdır. O epizodlar mənə həyatdan da tanışdır, gözlərimin önündə çox xoş məqamlar ürəyimin içindədir. Həmin hadisələri unutmadığın, mənim o illərdəki yazılarıma, müsahibələrimə, fikirlərimə dönə-dönə  istinad etdiyin üçün  Sənə minnətdaram.

Əsər özündə yalnız bir İnsanın (dahi olsa da!) ömür yolu, fəaliyyətini deyil, yetmiş-səksən illik dövrün mürəkkəb, keşməkeşli yollarını əks etdirir,  müəllif Şəxsiyyət Zamanı tarixin sınağı müstəvisində qarşılaşdırır, analitik təhlillər aparır, Şəxsiyyətin ən mürəkkəb dövrlərdə, ən amansız rejimlərdə (sovet üsul-idarəsi kimi!) Zamandan irəlidə olduğunu inandırıcı məntiqlə, arqumentli şərhlə oxucuya təqdim edir.

Belə kitablar bir ilə, beş ilə yazılmır, başa çatmaq üçün ömürdən çox pay istəyir. O payı Sən əsirgəməmisən.

Belə kitabı, müəllif istedadlı olsa da , birdən-birə başlayıb yaza bilməz, o ana qədər çətin yollar keçməlidir, yazıçı şəxsiyyəti formalaşmalıdır, bərkiməlidir, püxtələşməlidir. Elmira Axundova bu yolları ötən yüzilliyin 80-90- illərində keçib. Tərcüməçi, publisist, yazıçı, şərhçi-analitik kimi yetişib. Azərbaycan həqiqətlərinin, Yurdumuza, xalqımıza qarşı tuşlanmış həyata keçirilmiş sonsuz təcavüzlərin Sovetlər Birliyinə bütün dünyaya çatdırılmasında özünəməxsus xidmətlər göstərib. Söz bura gələndə iyirmi il bundan öncə Sənin mənlə apardığın "Orda -  Zəngəzurda mənim ürəyimin məzarı qalıb" adlı müsahibəni xatırlamaya bilmirəm. Bu irihəcmli müsahibə o illərdə çox populyar olan " Literaturnayə qazeta" da (3 sentyabr 1993- il), sonra isə "Bakinskiy raboçiy" qəzetində (16 noyabr 1993- il) dərc edildi. Həmin müsahibədən bir parça:

" - Bu yaxınlarda erməni şairəsi Silva Kaputikyan "Litqazeta"nın səhifələrində çıxış edərək demişdir: "Xalqlarımız arasında səmimi münasibətlərin qaytarılması üçün mən hər şeyə razı olardım". Sizcə Qarabağ hadisələrində erməni Azərbaycan ziyalılarının rolu nədən ibarət olmuşdur?

- Silva Kaputikyan, Hovhannes Şiraz, Sero Xanzadyan, Zori Balayan, Karen Simonyan başqaları  hər iki xalqı mənəvi fıziki uçurum həddinə gətirib çıxarmış dağıdıcı proseslərin "inkişafında" "böyük xidmətlər" göstərmişlər. Bütün bunlar mənim gözlərim önündə baş verib, dəfələrlə onlarla söhbətlər aparmış, mübahisələr etmişəm. İrəvanda yaşadığım son illər isə bizim münasibətimiz,  demək olar,  pozulmuşdu. Qarabağ "hərəkatının" ilhamçılarından son vaxtlaracan  pis-yaxşı yalnız  Sero  Xanzadyanla  söhbətləşə  bilirdim. "Sero Nikolayeviç, - deyirdim, - çətin vaxtlarda əlindən tutmuş, sənə həyan olmuş, atanın dostu azərbaycanlı kişi yadındadırmı? Bu adamdan danışanda sən həmişə kövrələrdin, gözlərin yaşla dolardı". Sero Xanzadyan da əslən zəngəzurludur, azərbaycanlılarla ermənilərin birgə yaşadığı Gorus rayonundandır. Seroyla danışmaq olurdu, hətta onu ayrı-ayrı mövqelərdə olsaq da, fikrindən döndərmək, nəyəsə inandırmaq mümkün idi...Silva Kaputikyanla, Hohannes Şirazla, Zori Balayanla isə bu mövzuda danışmaq, sadəcə,mənasızdı.

- Lakin erməni ziyalıları arasında məsələyə daha real baxan adamlar da yox deyildi axı? Siz onlarla ünsiyyətdə olurdunuzmu?

- Elələri vardı. Ancaq bilirsinizmi məsələ necəydi? Kim ki, öz əsərlərində "Böyük Ermənistan" ideyasını tərənnüm etmirdi, kim ki, realist idi, dəhşətli hücumlara məruz qalırdı. Azərbaycanda da, Ermənistanda da hamı bilirdi ki, mən Vartges Petrosyanla dost idim. O  tez-tez  mənə deyərdi: "İldə 365 gün var, bunun 363-ü biz dostuq.  İki gün isə - sən  "Neftçi" , mən "Ararat"a azarkeşlik edəndə biz  ayrılacağıq".  Mən  İrəvandan köçəndən sonra da əlaqə saxlayırdıq. Vartges hesab edirdi ki, ermənilər artıq tədricən "əbədi yas" duyğusundan  çıxmalıdır.  "1915-ci illə yaşamaq olmaz,  nəsilləri qonşu xalqlara qarşı konfrontasiya ruhunda tərbiyə etmək olmaz", - deyirdi. "erməni  mədəniyyətinin atası"  hesab edilən, erməni ədəbiyyatı erməni yazıçıları üçün, doğrudan da, çox xidmətlər göstərmiş bu adama qarşı öz vətənində ləyaqətsiz bir kompaniya təşkil edildi.

-Bu kampaniya özünü konkret nədə göstərdi?

- Əvvəla, mətbuatda Vartgesi pisləyən məqalələr peyda oldu. "Boş kətillər arxasında ad günü" romanı işıq üzü görəndən sonra isə İrəvan Universitetinin tələbələri kitabın nümayişkaranə yandırılmasını təşkil etdilər.

- Onlar romanı nədə "müqəssir" bildirdilər ki?

- Orda Vartgesin öz psixologiyası ilə səsləşən  belə fikirlər vardı ki, əbədi olaraq keçmişlə yaşamaq olmaz,  irəlini düşünmək,  qonşu xalqlarla,  o sıradan,  azərbaycanlılarla,  türklərlə xeyirxah münasibətləri inkişaf etdirmək lazımdır. İrəvanda romanın nümayişkaranə yandırılmasından sonra Vartges bu fikirləri kitabın Moskva nəşrində verməkdən ehtiyat  elədi.  Ancaq ona qarşı kampaniya yenə dayandırılmadı o,  istefa verməyə  (Ermənistan Yazıçılar İttifaqının sədri idi) məcbur oldu. Çox təəssüf edirəm ki, bu hadisələrdən sonra Vartges "sındırıldı"  onun mətbuatda, digər yüksək tribunalardan sonrakı çıxışları Ermənistanın millətçi-şovinist ruhlu ziyalılarının ideyalarından artıq heç nəyi ilə seçilmədi...

Səksən səkkizin iyununda SSRİ Ali Soveti Rəyasət Heyətinin iclasındakı qatı millətçi, antiazərbaycan çıxışını yadınıza salın. Elə yalanlar dedi ki, hətta Qorbaçov onun "ağzına vurdu". Ertəsi gün ona teleqram göndərdim: "Bilirsən - indiyəcən həmişə uğurlarına sevinmişəm, uğursuzluqlarından kədərlənmişəm. Dünən axşam ilk uğursuzluğun idi ki, sevindim. Allah axırıncı eləsin. Tanrı ağıl versin".  Yəqin ki, o çıxış Vartgesin son uğursuzluğu deyildi,  amma o teleqram mənim ona son müraciətim oldu, çünki cavab almadım. bu gün mənə elə gəlir ki, Vartges o teleqrama cavab verməyə söz tapa bilmir heç vaxt tapa bilməyəcək.

Silva Kaputikyanın sonrakı peşmanlığına, o cümlədən, onun "Litqazeta"-dakı müsahibəsinə gəlincə isə deməliyəm ki, mən bu adamın səmimiyyətinə heç vaxt inanmamışam, illahda ki, indi ola. Müsahibəsində deyir ki, dəfələrlə Leonid Brejnevə, Heydər Əliyevə müraciətlər edib, onların diqqətini Dağlıq Qarabağın iqtisadi ehtiyaclarına, orda təhsilin, tarixi abidələrin vəziyyətinə s. yönəldib. Daha doğrusu, o, yenə   "sübut etmək" istəyir ki, Dağlıq Qarabağ problemi regionda mövcud olmayan uydurma sosial - iqtisadi, mədəni problemlərdən törəyib. 1988-ci ildə Moskvadan Azərbaycana akademik, erməni əsilli Xaçaturovun başçılığı ilə xüsusi komissiya göndərilmişdi. Komissiyanın tərkibinə müxtəlif ittifaq nazirliklərinin təşkilatlarının mütəxəssisləri, habelə Ermənistan digər SSRİ respublikalarının nümayəndələri daxil edilmişdi. Onlar burda xeyli işləyəndən sonra belə nəticəyə gəldilər ki, Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi mədəni inkişaf səviyyəsi üzrə göstəriciləri Azərbaycanın, Ermənistanın bütövlüklə keçmiş İttifaqın müvafiq göstəricilərindən qat-qat yüksəkdir".

Təkrar edirəm, yəqin yadındadır, intervünün həcmi çox böyük idi, səhv etmirəmsə iriformatlı "Litqazeta"nın bütöv bir səhifəsinə sığmamışdı, bütün material erməni ziyalılarının ekstremist, təcavüzkar meyllərini ifşa edirdi. Bu parçada adları çəkilən çəkilməyən tanınmış erməni yazıçıları, alimləri ilk dəfəydi Moskva mətbuatında, xüsusilə həmişə Silva Kaputinyana digərlərinə erməni "tostları" deyən  "Litqazeta" bu dəfə onlara tamam başqa mövqedən yanaşırdı.

Bizim intervü İrəvanda Moskvanın bəzi dairələrində ciddi əks-səda doğururdu.

S.Kaputikyan "Litqazeta"nın baş redaktoruna telefon zəngini "bəyanat" kimi səsləndirmək istədi: " Siz Hidayətin bu intervüsü ilə Silva Kaputikyanı "Litqazeta"nın tarixindən silmək istəyirsiniz?"

Silva  qarı "Litqazeta" nın tarixindən silindi-silinmədi - deyə bilmərəm, ancaq bizim söhbətimizdən qabaq dərc olunmuş intervüsü o qəzetdə son sözü oldu. Ondan sonra ümumiyyətlə, Moskva mətbuatında onun hər hansı yazısına rast gəlmədim.

O dövrdə çox ciddi əks-səda doğuran o intervünün dərc olunmasında  Sənin iradənin,  redaksiyadakı nüfuzunun, Azərbaycanı layiqincə təmsil etməyinin xüsusi təsiri rolu oldu. Bu qəbildən bizim başqa irihəcmli söhbətimiz o vaxtlarda, indinin özündə populyar olan "Rossiyskaə qazeta" dərc edildi. Sonra Moskvanın başqa mətbuat orqanlarında da Azərbaycan həqiqətlərini əks etdirən materiallar yer aldı. Ancaq bu proses   "Litqazeta"dan,  xatırladığımız intervüdən başladı.

Sənin xidmətlərin danılmazdır.

Epopeya - tədqiqata qədər nəşr olunan "Naşirin qətli" (İsa Nəcəfovun həmmüəllifliyi ilə,2001), "Həqiqət anları" (2003) kitablarını da o illərdə maraqla oxumuşdum. Sən o əsərlərdə , epopeyada da həqiqətin böyüklüyünə anlarına həqiqətən  sadiq qalmısan. Həmin əsərlərdə əks olunan mühit, epizodlar həyatdan mənə tanışdır, "Naşirin qətli" ndə adımı çox yerdə çəkmisən, yuxarıda barəsində danışdığım "Litqazeta" da dərc olunmuş intervü, səhv etmirəmsə (kitab burda yanımda olmadığı üçün baxa bilmirəm) "Həqiqət anları" na daxil edilib. Söhbət məndən ya  o əsərlərdə fikirlərinə, fəaliyyətlərinə hörmətlə yer ayırdığın digər şəxslərdən getmir. Sözümün canı odur ki, prosesləri, insanları, mücadilələri  yazıçı təfəkküründən keçirərək oxucuya olduğu kimi təqdim edə bilibsən.

Sənin o illərdəki ədəbi yaradıcılığın, tərcüməçilik fəaliyyətin (yeri gəlmişkən, "Bartges Petrosyana məktub" irihəcmli publisist yazımı rus dilinə necə məharətlə çevirdiyini indiyədək xoş təəssüratla xatırlayıram) "Naşirin ölümü", “Həqiqət anlarıkitabların epopeya-tədqiqatın yaranması üçün "baş məşq" idi. Ona görə yaradıcılığın bu  möhtərəm epopeya -  tədqiqat əsərlərinədək çox həyat sənət yollarını keçib-gəlib. Professional yazıçı-jurnalist, aydın təfəkkürlü səlis - obrazlı dilli, təcrübəli qələm sahibi kimi işə başlayıbsan.

Bu əsər yazılanacan çox arxiv sənədləri nəzərdən keçirilib, çox kitab oxunub, çox insanla görüşülüb, çox müsahibələr aparılıb. Böyük İnsanın keşməkeşli həyatı, zamana sığmayan fəaliyyəti dərindən öyrənilib, sonra qələmə alınıb, müdriklik, dərin məntiqi, təşkilatçılıq məharəti, milli-mənəvi zənginliyi ilə birlikdə möhkəm iradəsi, qətiyyəti, cəsarəti, həqiqət, haqq-ədalət yolundan dönməzliyi Onun həyatında olduğu kimi, təbii, inandırıcı  detallarla təqdim olunur. Bu əsəri oxuyandan sonra Şəxsiyyət-Zaman mücadiləsi barədə düşünürsən Şəxsiyyətin qalib olduğuna bir daha inanırsan.

Tanrı köməyin olsun, Elmira xanım!

4 may, 2014, Bişkek

 





17.05.2014    çap et  çap et