525.Az

Nizamişünaslığa töhfə, nizamisevərlərə ərməğan


 

Filologiya elmləri doktoru Aydın Paşayevin "Xəmsə"də işlənən xüsusi adların izahlı lüğəti" barədə mülahizələr

Nizamişünaslığa töhfə, nizamisevərlərə ərməğan<b style="color:red"></b>

Şeyxlər şeyxi Nizami Gəncəvi yaradıcılığından bizi qərinələr ayırır. Dünya ədəbiyyatına nadir incilər bəxş etmiş bu dahi sənətkarın bəşəriyyətə qoyub getdiyi poetik xəzinənin açarlarını əldə edənlər doqquz yüz ilə yaxındır ki, Nizami dünyası adlı ilahi bir olayın sirlərini açır. Nizami poeziyasının fəlsəfəsini, hikmətini sonunadək dərk etmək üçün hələ qədər zaman lazım olacağını, bu tükənməz xəzinənin min bir otağına daxil olmaq üçün hələ neçə açarın gərək olacağını kim bilir?!

Açar təkcə dəmir qıfıl açmır. Açar var qəlb açarıdır, açar var bəsirət açarıdır, açar var ərşin, dərgahın açarıdır. Açar da var qəlbləri fəth edən, insanın bəsirət gözünün pərdəsini götürən, onu göylərin, yerlərin sahibinə doğru aparan xəzinənin açarıdır - irfandır. "Xəmsə"ni "Sirlər xəzinəsi"ndən başlamaqla Nizami Gəncəvi bəyan edirdi ki, onun qələmindən çıxacaq daha dörd cahanşümul əsər sirlərlə dolu bir gizlin, pünhan olacaqdır. Bu gizlinin bəlkə hər səhifəsinin bir açarı olsun gərək.

Lüğət bir açardır. Bir dilin o birisinə açarıdır, bir anlamın qayəsinin açarı, bir mətləbin aşkarının açarıdır. Amma bir həqiqət var. Qıfıl açarından tutmuş irfana qədər açar hasilə gətirmək hünər istər, kamal istər.

Səmimiyyət  inamla, həm ədalət naminə deyim ki, prof. Aydın Paşayevin izahlı lüğəti böyük zəhmət, hünər kamal bahasına başa gəlmiş açardır. Fəqət bu açar bir az daha  dəyərlidir ona görə ki, şeyx Nizami adlı bir sirri xudanın min bir əsrarının açarlarından biridir. 

Onomastika Azərbaycan dilçiliyinin nisbətən yeni şöbəsi olmaqla prof. A.Paşayevin elmi fəaliyyətində xüsusi çəkiyə malikdir. Onun bu sahədəki ağır səmərəli  zəhmətinin (Alimin 27 kitabının 13-ü xüsusi adların tədqiqinə həsr olunub) məntiqi yekunu "Xəmsə" işlənən xüsusi adların izahlı lüğəti"dir. Niyə məntiqi nəticə? Ona görə ki, bu lüğət təkcə Azərbaycan dilçiliyinin, onomastikasının problemini əhatə etmir. Əsər hələ 1987-ci ildə Nizami Gəncəvinin 850 illik yubileyi ərəfəsində hazır olsa da müəyyən səbəblərdən işıq üzü görmədi. Müəllif illər sərf edərək lüğətin üzərində yenidən işlədi. Azərbaycan ədəbiyyatına, tarixinə, ədəbiyyatşünaslığına, folklara, dünya mifologiyasına söykənərək əsaslı elmi fikirləri, qənaətləri ilə onu zənginləşdirdi. Onomastikon alimdən səmavi kitablar, dinlər, peyğəmbərlər, dini-mistik təsəvvürlər, dünya tarixi, coğrafiya, nəhayət poetika barədə mükəmməl bilik istədi. Sonda Azərbaycan poetik onomastikasında ilk nümunə olan bu lüğət hasil oldu. Yeri gəlmişkən qeyd edək ki, rus alimlərinin rus poetik onomastikonu yaratmaq cəhdləri uğursuzluqla nəticələndi.

Onomastikon "Xəmsə" işlənən bütün onimləri əhatə edir. Lüğətin tərtibi zamanı müəllif  müxtəlif illərdə "Xəmsə" daxil olan əsərlərə onların filoloji tərcümələrinə, habelə Xaqani, Şirvani, Fəxri Gürqani, Əmir Xosrov Dəhləvi b. əsərlərinə yazılmış "İzahlar"dan, əlavə müvafiq əsərlərdən, lüğətlərdən geniş istifadə edib. Bu isə öz növbəsində digər klassiklərimizin yaradıcılığının öyrənilməsi, təbliği tədrisinə yaxşı imkan yaradıb. Lüğətdə onomastikanın müxtəlif sahələrinə aid olan onimlər əsasən leksik mənaları etimoloji xüsusiyyətlərinə görə izah olunub. Əsərin diqqət çəkən cəhətlərindən biri odur ki, bəzi adlar ənənəvi olaraq ərəb fars dili baxımından deyil, Azərbaycan dilinin öz imkanları nöqteyi-nəzərindən araşdırılıb. Məsələn, Bağdad, Bərdə, Dərbənd, Bərtas, Elbrus, Ermənistan s. toponimləri, Şah İsmayılın təxəllüsünün mənşəyi, Nüsrətəddin Əbubəkrin titulu, fəğfur antroponimi, xüsusilə rus Çin toponimi etnonimi i.a. haqqında alimin gəldiyi nəticələr maraq doğurur əsaslıdır. Bunlar bir daha A.Paşayevin qədim türk ad sistemlərinin dünyanın bir çox xalqlarında, o cümlədən ərəb rus ad sistemlərinin formalaşmasında əhəmiyyətli rol oynaması barədə elmi qənaətlərini möhkəmləndirir.

Lüğətin mühüm məziyyətlərindən biri onun "Xəmsə" işlənmiş xüsusi adların təkcə etimologiyasının, belə demək caizdirsə, quru izahının verilməməsi, onların poetik-üslubi xüsusiyyətlərinin araşdırılmasıdır. Müəllif bu ya qeyri beytdəki onimin izahını verərkən həmin beytin ümumən açılmasına, sadə oxucu tərəfindən anlaşılmasına xidmət edən haşiyələrdən, şərhlərdən istifadə edib, yəni mətnşünaslıq elementlərindən yararlanıb. Bununla da xüsusi adların tədqiqində əsas olan ictimai-tarixi, mədəni-etik səciyyəni qoruyub saxlamağa müvəffəq olub. Nəticədə, bir tərəfdən şərqşünaslıq nizamişünaslıq baxımından lüğətin elmi sanbalı artıb, digər tərəfdən müxtəlif oxucu təbəqələri "Xəmsə"ni daha dərindən qavramaq imkanı əldə edib. Bu da hələ hamısı deyil. Müəllifin özünün qeyd etdiyi kimi, "Xəmsə"dəki adların hərtərəfli izahı üçün təkcə nizamişünas alim olmaq kifayət deyildir. Çünki bu adlar onlara tarixilik, ədəbiyyatsünaslıq, dilçilik s. i.a. nöqteyi-nəzərdən əlavə, əsasən onomastik cəhətdən yanaşmağı tələb edir. Onomastik vahidlər, əsasən mənsub olduğu xalqın adət-ənənəsi ad sistemi ilə əlaqədar olub, xalqın həyatı, məişəti, dünyagörüşü, dini-mistik təsəvvürü, milli mentaliteti, peşə məşğuliyyəti s. ilə bağlıdır. Onimlər, konkret olaraq "Xəmsə" işlənən onomastik vahidlər haqqında ancaq adlara hərtərəfli yanaşmağı bacaran onomoloqlar daha düzgün fikirlər söyləyə bilərlər. Zənnimcə, prof. A.Paşayevin bu fikri ilə razılaşmamaq məsələyə ədalətsiz qeyri-elmi yanaşma sayılardı.

P.S.

Hörmətli Aydın müəllim, güman edirəm ki, şərqşünaslıq mətnşünaslıqla az-çox tanış olan bir müəllifin dəyərli əsəriniz haqqında mülahizələri nizamişünaslar tərəfindən qəbul ediləcək. Bir oxucu kimi isə düşünürəm ki, bu lüğət nizamisevərlərin "Xəmsə"nin dərin qatlarındakı mətləblərə qovuşması üçün tutarlı vasitədir. Sizdən yeganə təmənnamız lüğətin rus ingilis variantlarının hazırlanmasıdır. Bu, ümumən nizamişünaslığa töhfə olardı. Adınız kimi işıqlı təfəkkürünüzə güvənib sizə uğurlar diləyirik.

 





23.05.2014    çap et  çap et