525.Az

Odessada "Azərbaycan günü" (FOTOLAR)


 

Odessada "Azərbaycan günü"<b style="color:red"> (FOTOLAR)</b>

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təşəbbüsü ilə Odessa şəhərində “Azərbaycan: qərblə şərqə açılan pəncərə” mövzusunda tədbir keçirilib.

525.az-ın məlumatına görə, Odessa vilayət admnistrasiyasının, bir sıra ölkələrin diplomatik korpus nümayəndələrinin, azərbaycanlı gənclərin və diaspora fəallarının qatıldığı tədbir Azərbaycan və Ukraynanın dövlət himnlərinin sədaları ilə başlayıb.

Tədbirdə Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı nümayəndəliyinin əməkdaşı Həzi Aslanov və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov çıxış edərək bu gün Avropaya və dünya birliyinə inamlı inteqrasiya siyasəti yürüdən Azərbaycanın öz iqtisadi inkişaf tempinə görə bölgənin lider dövlətinə çevrilməsindən bəhs ediblər. Qeyd olunub ki, günü gündən yeniləşən Azərbaycan Respublikası qədimiliklə müasirliyin sintezini ozündə cəmləşdirməklə qərblə şərq arsında sarsılmaz körpü rolunu oynayır.

Ölkəmizdə dövlət səviyyəsində bütün sahələrlə yanaşı gənclərin inkişafına xüsusi diqqət ayrıldığını nəzərə çatdıran natiqlər bu gün Ukraynada yaşayan və təhsil alan azərbaycanlı gənclərin təşkilatlanaraq Azərbaycan həqiqətlərinin Ukrayna ictimaiyyətinə çatdırılması və xalqımızın qədim və zəngin mədəniyyətinin təbliğ olunması istiqamətində silsilə tədbirlər həyata keçirməsindən bəhs ediblər. Sonra tədbirə qatılanlar ölkəmizin qədim və müasir gözəlliklərini ozündə əks etdirən filmə baxmaqla son illər Azərbaycanda həyata keçirilən qlobal mədəni, iqtisadi layihələrlə tanış olublar. 

Tədbirdə ,Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Odessa Vilayət təşkilatının sədri Samirə Əliyeva, Ukrayna Azərbaycanlıları konqresinin sədri Rövşən Tağıyev Türkiyənin odessadakı baş konsulunun müavini Melih Demirtaş, Gürcüstanın Odessadakı baş konsulunun müavini Mamuka Cambazaşvili çıxış edərək, bu gün intibah tarixini yaşayan Azərbaycanın öz maddi sərvətləri ilə yanaşı milli mənəvi dəyərlərinin sahibinə çevrilməsinin tarixi əhəmiyyətindən danışıblar.Müstəqil Azərbaycan dövlətinin inkişaf edərək beynəlxalq arenada böyük nüfuz sahibinə çevrilməsinin fərəhləndirici hal olduğunu bildiriblər. Tədbir gənclərin hazırladıği rəngarəng konsert proqramı ilə davam etdirilib.

 





24.10.2012    çap et  çap et