525.Az

Mehriban Əliyevanın adından Pakistanda qurbanlar kəsilib (FOTOLAR)


 

Mehriban Əliyevanın adından Pakistanda qurbanlar kəsilib<b style="color:red"> (FOTOLAR)</b>

26-28 oktyabrda Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-niun xoşməramlı səfiri, millət vəkili, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva adından Pakistanın Tayfalar ərazisinin Lakki Marvat bölgəsində 250 baş, Pəncab əyalətinin Baraka-ho, Səid -Pur və Hari-Pur kəndlərində isə 100 baş iri və xırda buynuzlu qurbanlıqlar kəsilərək bölgələrdə yaşayan 30
min nəfərdən çox imkansıza paylanılıb.

Pakistandakı səfirliyimizdən 525.az-a verilən məlumata görə, Lakki Marvatda təşkil olunmuş təntənəli mərasimdə Seyfulla ailəsinin tanınmış üzvləri- Pakistan Müsəlman Həmrəylik Liqasının sədri, tanınmış siyasətçi, sabiq ticarət və sabiq neft naziri, senatın sabiq xarici əlaqələr komitəsinin sədri Səlim Seyfulla Xan, Pakistan Xalq Partiyasının Xayber Paxtunxva əyaləti üzrə prezidenti Ənvər Seyfulla Xan, senator Osman Seyfullah Xan, Milli Assambleyanın üzvü Humayun Seyfulla Xan, bölgənin siyasi və dini rəhbərləri, həmçinin media mənsubları iştirak ediblər.
 
Tədbirdə iştirak edən Səlim Seyfulla Xan, iki qardaş ölkələr arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərindən, Dağlığ-Qarabağ münaqişəsi və Pakistanın bu məsələyə dair mövqeyindən söz açıb. Natiq, Heydər Əliyev Fondunun Pakistanın mütəmadi olaraq terrora məruz qalan və iqtisadi inkişafdan geri qalan regionunda belə bir aksiyanın keçirilməsi faktını yüksək qiymətləndirərək, bunun əsl mənada dostluq və qardaşlıq münasibətinin göstəricisi olduğunu vurğulayıb. Bildirib ki, bu aksiya, çətin maddi durumda olan və daim təhlükə ilə üzləşən bölgə sakinləri üçün təkcə maddi deyil, eyni zamanda, böyük bir mənəvi dəstək mənbəyidir. Tədbirdə çıxış edən səfir Daşqın Şikarov tədbir iştirakçılarını Qurban Bayramı münasibəti ilə Azərbaycan dövləti adından təbrik edib, onlara öz xoş arzularını çatdırıb. Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın Azərbaycanda və xarici ölkələrdə apardığı irimiqyaslı layihələr barədə ətraflı məlumatlar verib.

Bildirilmişdir ki, Heydər Əliyev Fondu, Pakistanda keçirilən silsilə humanitar proqramı çərçivəsində Kəşmirin Müzəffərabad şəhərində qızlar məktəbini inşa etdirib, Pakistanın Xayber Paxtunxva əyalətində hepatit B virusuna qarşı peyvəndləşdirmə aparıb, həmin əyalətin klinikalarında serebral iflicin müalicəsini təşkil etmiş, açıq ürəkdə cərrahiyyə əməliyyatları aparıb, Pakistan-Əfqanıstan sərhədi boyu pulsuz qanköçürmə məqsədilə xüsusi laboratoriya ilə təchiz olunmuş təcili tibbi yardım avtomobili hədiyyə etmiş, göz klinikasının tikintisi üçün maddi yardım göstərmiş, həmçinin, Ramazan ayında Pakistanın bütün əyalətlərində kimsəsiz uşaqlar üçün iftar süfrələri təşkil etmişdir.

Daha sonra səfir, Marvat tayfasının Seyfulla ailəsinin Azərbaycanla sıx əlaqələrindən, bu ailədən olan tanınmış siyasətçilərinin Azərbaycanın ümummilli lideri Heydər Əliyev və ölkəmizin prezidenti cənab İlham Əliyevlə görüşlərini xatırlayıb. 

Daha sonra, səfir Daşgın Şikarov Heydər Əliyev Fondu tərəfindən cari ilin 30 aprel tarixində maliyyələşdirilmiş Lakki Marvat şəhər uşaq və qadın xəstəxanasına səfər edib, orada müalicə alan pasiyentlərə və çalışan tibb personalına Azərbaycanın birinci xanımı Mehriban Əliyeva adından bayram sovqatlarını paylayıb. Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda həyata keçirilən humanitar layihələrin davamı olaraq 26 28 oktyabr tarixlərində Pakistanın Tayfalar ərazisinin Lakki Marvat bölgəsində 250 baş, Pəncab əyalətinin Baraka-Ho, Səid -Pur və Hari-Pur kəndlərində isə 100 baş iri və xırda buynuzlu qurbanlıqlar kəsilərək 30 min nəfərdən çox imkansız insanlara paylanılıb.

 





29.10.2012    çap et  çap et