525.Az

Ancelina Coli 3 övladı ilə birgə filmə çəkilir (FOTOLAR)


 

Ancelina Coli 3 övladı ilə birgə filmə çəkilir<b style="color:red"> (FOTOLAR)</b>

Çarlz Dikkensin 1959-cu ildə yazdığı “Yatmış gözəl” əsərində mənfi tip olan “Maleficent” obrazı üçün film çəkilir.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, məşhur aktrisa Ancelina Coli bu filmdə 3 övladı ilə birgə rol alacaq.  Əsərin sujet xəttində COli və Pitt cütlüyünün iki uşağı övladlığa götürməsi, 4 yaşlı kiçik qızlarının isə şahzadə Auroranı canlandırması əks olunub.

Ancelina Coli şahzadənin doğum gününə dəvət almadığı üçün ondan qisas almaq hissi ilə yaşayan mənfi obraz “Melaficent”i canlandıracaq. 14 mart 2014-cü ildə tamaşaçılara təqdim olunması gözlənilən filmin rejissoru Robert Stromberqdir.

Nigar Məhərrəm

 





30.10.2012    çap et  çap et