525.Az

“Dörd il əvvəlin söhbəti!”


 

“Dörd il əvvəlin söhbəti!”<b style="color:red"></b>

İyulun 2-i gözəl alim, şair- publisist Aydın Səlimzadənin İsmayıllıda keçirilən anım tədbirinə getmişdim. Tədbirdən sonra qələm dostum, “Xalq qəzetinin bölgə müxbiri İlqar Musaoğlu ilə (bütün dostlar kimi, mən onaİlqar Musayeviçdeyirəm) Buynuza getməyi qərara aldıq. Eşitmişdik M. Yaqub xəstədi. Buynuz yoluna çıxanda yadıma düşdü ki, 2010- cu ilin elə bu vaxtları mən, yazıçı- publisist İntiqam Mehdizadə, rejissor Vəli Səyyadi dostumuz Allahyar Muradovla Buynuz yolunun üstündə, meşədəki kafedə M.Yaqubun başına yığışmışdıq. Söhbət o qədər şirin idi ki, diktofonu yandırmalı oldum. Heç özüm bilmədim bu söhbət vaxt müsahibəyə çevrildi. Düzü, heç Musa müəllim bunun fərqində deyildi.

İndi üzü Buynuza gedəndə, o söhbət yadıma düşdü. Fikirləşdim ki, Bakıya qayıdan kimi, onun bəzi fraqmentlərini yazıya köçürüm... Mənim ilk şeirimi Musa Yaqub çap eləyib. O vaxt İsmayıllıda çıxanZəhmətkeşqəzetinin redaktoru olan M.Yaqub, yadımdadı, o şeirimin bir misrasında düzəliş eləmişdi. 

Onda, təzəcə 21 yaşa keçmişdim. İndi 59 yaşım var. Musa müəllim isə ağır- ağır 80 yaşın qapısına yaxınlaşır. İndi isti bir yay gecəsidir. Musa Yaqubla dörd il əvvəlki söhbətə bəzi düzəlişlər edib, onu yazıya alıram. Doğrudan da, vaxtın necə keçdiyini hiss etmək olmur. Amma  dörd il əvvəlin səsini indi dinləyəndə, yenə o 21 yaşındakı oğlan Zəhmətkeşqəzetinin cavan redaktoru gəlib dayandı gözümün qabağında. İndi ilk qələm təcrübəmi ona göstərib deyirəm: “Salam, Musa müəllim! Sizə bir yazı gətirmişəm”.

Beləcə, keçirəm dörd il əvvəlki müsahibəyə...

– Musa müəllim, lap çoxdan yazdığınız məşhur bir şeiriniz var: “Dağlar nə qəribə olur gecələr”. Hardasa 2001- ci ildə qələmə aldığınızBuynuza qar yağırşeiriniz var. Bu iki şeiri, gəlin, müqayisə edək. Birinci şeir təmiz poetik külçədir. İkinci şeiriniz isə publisistikadır- zamandan, dostlardan şikayət notları üstündə köklənib. Bu notlar, bu ovqat mənə elə gəlir ki, Musa Yaqubu poeziyamızın qızıl külçəsi olanDağlar qəribə olur gecələrkimi şeirlərdən uzaqlaşdırır. Bir oxucu kimi mən bunu istəmirəm. Bu məqamla bağlı danışmağınızı istərdim.

– Bu,  həm ömür, həm əhval- ruhiyyə, həm də zamanla əlaqəlidir. Deməli, Yazıçılar İttifaqından mənə ezamiyyət veriblər İsmayıllıya. Şeykəm yaylağına qalxmışam. Burda xoşbəxt günlər keçirirəm. Sovet dövrüdür. Kolxozun alaçıqları var. Bir alaçıqda da mənə yer veriblər. Bir dəfə alaçıqdan çıxıb dağlara baxdım. Orda cəmiyyət, insan, narazılıq... heç görməmişəm. Dağlar görmüşəm, o əzəməti, ucalığı, rahatlığı görmüşəm. Yəni, belə bir sakitlikdə yazmışam o şeiri, var ürəyimdə, demişəm. Lakin o, “Buynuza qar yağırşeirimlə tamamilə təzad təşkil eləmir. Yenə o təbiətdir, o Babadağdır. Ancaq mən elə dönəmlərdən, elə ziqzaqlardan keçmişəm ki. bilim, Milli Məclisin, cəmiyyətin içindən keçmişəm. Yaşımın arxadaşlarımın, yoldaşlarımın, dostlarımın etibarı, etibarsızlığı, yaxşısı, pisi içərisindən keçmişəm. Ailənin çətinliyindən keçmişəm. Dünyanın qəribəliyinə, mürəkkəbliyinə təzədən baxmışam. O şeirdə belə yer var ki, mən sanki dəmir bir seyfdəyəm. Elə bir seyfdə ki, gizli sənəd kimi orda yatıram. Bəzi adamlara arzuolunmazam. Bax, bu təzadların arasında o şey bəlkə doğmalıqdan, bəlkə nifrətdən, bəlkə şöhrətdən, bəlkə dünyanın ağır həyatından doğan hisslərdir. Yəni bunların arasında həm bənzəyişlər var, həm qəribə- qəribə uzaqlıqlar. İkisi mənimdir, könlümdə olan şeylərdir. Ancaq ayrılıqlar var.

– Bütün şairlərin yaradıclığında avtobioqrafik məqamlar var. Bu, sizdə daha çoxdur. bu şeirlər sizdə həddindən çox gözəl alınır. Məsələn, atanız haqda olan şeir. YaxudUn işığıpoeması. Bunlar adamı çox duyğulandırır.

  Bu, həqiqətdir. Mən indiPayıza baxıramkitabını hazırlayıram. Bu kitabda seçmə şeirlərim olacaq. Mən o şeirləri korrektura xatirinə  oxuyanda ağlamışam. Atam haqqındakı şeiri oxuyanda elə yerlər olub, vallah, təzədən ağlamışam ürəyimdə. Fikirləşmişəm ki, ay Allah, necə olub o şeir yaranıb? Biz o əzabların, ata, ana məhəbbətinin içindən keçmişik. Yaxınlarda Belinskinin qəribə bir fikrini oxudum. Deyir ki, həyatdan doğmayan, çətinlikləri görməyən adamlar bəzən oturub şeir yazırlar. Bu, “gəlincik- gəlincikoynamaq, çör-çöplə oynamaq kimi bir şeydir. Ancaq o dərinlikdən,ürəyində çəkdiyin əzablardan yaranan şeir adamı göynədir. Mən ata- anamla bağlı o əzabları görmüşəm. O tərcümeyi- halımla bağlı şeirlər, doğrudan, mənim özümə çox təsir eləyir. təhər olub ki, ay Allah, mən onları yazmışam? Məsələn, atamla bağlıBirinci qarşeiri var. O əzabları çəkməsəydim, o şeiri yazmaq olardı? Ya da ki, “Atam...atamşeiri. Ya daAnamın məzarına laylaşeiri. “ Un işığı oxumusuz. Allah haqqı, orda yazdıqlarım gözümün qabağında olub. Yadımdadır, gəldilər bizə. Bir kisə qarğıdalı unumuz vardı, azca da çörəyimiz. Gəldi o qadın, vallah, bizim kənddəndir, adını çəkmək düz olmaz. İndi onun uşaqları yolumda başlarından keçməyə hazırdılar. Gəldi o uşaqların anası ki, ay Rəbiyyə xala, başına dönüm, sənə qurban olum, uşaqlarım acdır, bircə kasa un ver. Düzdür, anam gətirib o unu verib, ancaq vallah- billah, onun pilləkənin altında xalça qoyub getməyini görməmişik. Allah rəhmət eləsin atama, niyə yadımda qalıb? Böyük şöhrəti olmayıb. Atam həyətə girdi, xalçanı gördü, az qala anamı öldürsün ki, bir kasa qarğıdalı ununa xalça almısan. Anam and- aman elədi ki, xəbərim olmayıb, vallah, görməmişəm, xalçanı gizlicə pilləkənin altına qoyub. O qış gecəsi atam yazıq anamı məcbur elədi ki, o xalçanı yiyəsinə qaytarsın. Atam dedi ki, mən quzğun Zəki deyiləm ki, bir kisə kartofu qızıla satam. Anam gecə o xalçanı çiyninə atdı, mən onun dalınca düşdüm. Aparıb xalçanı verib qayıtdıq. Maddi dünya dəhşət şeydir, mənəvi dünya tam başqadır. “Un işığıpoemam bax, belə yaranıb.

“Un işığı” xatirəmdə qar işığına çevrilir. O ağappaq işığın arxasında özümü görürəm. Deyəsən, 8-ci sinifdə oxuyurdum. Qış idi. Möhkəm qar yağmışdı. Ara- sıra çıxan Günəşin qarı əritməyə gücü çatmırdı. Quzeydəki qar xarlamışdı. Belə vaxtlarda kənddə az olurdu, klub isə qaynayırdı. Nərd, domino, şahmat, az qala, ayaq açıb yeriyirdi. O gün yaşıdlarımla kənd klubunun həyətində dayanıb söhbətləşirdik. Hər yan qar olsa da, göydə Günəş par-par parıldayırdı. Uşaqlardan kiminsə əlində qəzet gördüm. Alıb baxdım. Dörd səhifəlikZəhmətkeşqəzetinin sonuncu səhifəsindəkiUlduztək üstümə səpələn, ey qarmisrası ilə başlayan balaca bir şeir məni sarsıtdı. Şeirdə qara müraciətlə deyilirdi ki, sən adamı üşüdürsən, soyuq gətirirsən, ancaq sənin təmizliyinlə isinmək olar. “Təmizliyinlə isinmək olar”- bu fikir, eləbil, məni elektrik cərəyanı kimi vurdu. Bax, həmin şeirə görə, Musa Yaqubu sevdim. Sonralar böyüdüm, az- çox dünya ədəbiyyatı ilə tanış oldum. Qar mövzusunda neçə- neçə bədii- sənədli mətnlər oxusam da, heç biri Musa Yaqubun o şeirinin əvəzini vermədi. Bu gün , həmişə ilk qar yağanda o şeir yadıma düşür. Uzaq illərin arxasında qalmış o qış günü- Günəş işığından bərq vuran bəmbəyaz qar o tər-təmiz,  qalaylanmış səma Musa Yaqubun o şeirinə qədər oxşayırdı, İlahi!

Nə isə, qayıdıram müsahibəyə.

– Musa müəllim, 70- ci illərdə, arada Bakıya getdiniz, ancaq şəhərdə çox qala bilmədiniz, qayıtdınız Buynuza. O Bakıya getməyinizə görə ürəyinizdə bir peşmançılıq hissi keçirmisiniz? Yəni, o getməyiniz düz addım idi?

– Vallah, o getməyim zərurətdən doğmuşdu. Vəziyyətim rayonda o qədər yaxşı deyildi. On yeddi il idi kənddə müəllimlik eləyirdim. Bəzən mənə qarşı müəyyən biganəlik olurdu. Ədəbi aləmdən, bir çox dostlardan uzaq idim. Bir , könlüm qanadlanırdı Bakıya ki, bəlkə orda mənim üçün yaxşı olar. Yəni, ürəyimdə getmək meyli vardı.

Uğurlu günədir niyyətim, yolum,

Gələrəm, gəlmərəm, bağışla məni.

Tutdun ətəyimdən böyürtkan kolu,

Yox, qala bilmərəm, bağışla məni.

Yəni, o ağrılarla getdim. Ancaq o ağrıları mənə işıqlandıran, üfüqləndirən yaxşı dostlar oldu. Demək ,səkkiz may günü işdən çıxmışam. Ondan bir ay əvvəl Fikrət Qoca, Əkrəm Əylisli Mirzə İbrahimova deyiblər ki, bəs Musa Yaqub Bakıya gəlir, ona bir vermək lazımdır.  Gəldim Mirzə müəllimin yanına. Qayıtdı ki, a bala, gəl çıx da. Gəl çıx da, mənim abrımı töküblər. Sən kənddən gəlmisən, təmiz oğlansan, təmiz uşaqsan. Mənə o saat nəşriyyat şöbəsinin müdirliyi vəzifəsini verdi. Amma işim sənədləşəndə, Mirzə müəllimin katibəsi Kübra xanım dedi ki, şəhər qeydiyyatın yoxdu, səni işə götürmək olmaz. Mən elə bilirəm ki, Mirzə müəllim deyibsə, qurtardı- getdi. Yox, gördüm qanun qanundur. Getdim Azad Talışoğlunun yanına. Şair idi, həm DİN-in pasport- masa rəisi işləyirdi ( Burda bir  məqamı, yeri gəlmişkən, qeyd etməliyəm. Şair Azad Talışoğlu ədəbi aləmdən başqa, qəzet, radio televiziyada çalışan bir çox jurnalist rejissorların- hələ mən tanıdıqlarımdan danışıram- “şəhər qeydiyyatıməsələsini həll edib. Özü pulsuz minnətsiz. Xatırladım ki, o vaxtlar şəhər qeydiyyatına düşmək zülm idi. Allah Azad müəllimə qəniqəni rəhmət eləsin!- Q.Ş).Götürdü zəng elədi o vaxtkı Ordjenikidze rayon pasport şöbəsinə. O rayonda əmimoğlu yaşayırdı. Məni onun evinə qeydiyyata götürməliydilər.

 

 

Azad müəllim dedi ki, Bakıya xuliqanı qeydiyyata götürmürəm, şairi qeydiyyata götürürəm. Bu on günə düzəldi. Bu tərəfdən televiziyadan Məmməd Kazım məni çağırdıHünərverilişinə. Orada heykəltəraş Fuad Əbdürrəhmanov haqqında böyük sujet  hazırladım. Bu cür sənədli ssenarilər yazırdım. Mənə yaxşı qonorar verirdilər. Doğrusu, bu cür dostların, gözəl insanların hesabına, Bakıda heç bir çətinlik görmədim. Həyatdır da, belə alınır. Bakıya istəyib gəlmişəm. Ancaq o vaxtlar poeziyamızda yayılankənddən ötrü ölürəm”, “mən doğma yurda qayıtmalıyamkimi çağırışlardan dəhşətli şəkildə xoşum gəlmirdi. A bala, gəlmisən Bakıya, yaşa da. Əgər kənd üçün ölürsənsə, çıx get kəndə. Daha bu ah- uf, ah- vay nəyə lazımdır? Belə şeylərə o vaxt da çox pis baxırdım. Mən istəyəndə gedib- gəlirdim kəndə. Sonra ailəmi köçürtdüm Bakıya. Yazıçılar İttifaqından, “Azərbaycanjurnalından bir çətinlik görmədim. Taleyin işi idi.

– Dağlar cavanlıqda sizə çox yaxın idi, yoxsa indi- bu yetmiş yaşdan sonra?

– Düzü, indi dağlara qalxa bilmirəm, ayağım ağrıyır, ona görə çətinlik çəkirəm. Ancaq o İsgəndər quşlarının sədası qulağımdadır. Onlar lap dağların əlçatmaz, ünyetməz yerlərində yaşayırlar. Vaxtilə onları tərənnüm edirdim, oylaqlarına gedirdim. İndi həsrətlərini çəkib yazıram. Deyirəm, ay Allah, bəs necə oldu o günlər, o vaxtlar? Ancaq mənim üçün həmən dağlardır. Türk dünyasında dağ mövzusunda çox şeir var. Nədir o dağı bizə bağlayan? Tək daşı, ağacı çayı, suyu? Bəlkə bu yaşda bizi maraqlandıran onun əyilməzliyi, ucalığı, əzəmətidir. Biz insanı belə görmək istəyirik. Biz onun ölməzliyinə, vüqarına, şimşəyinə, ildırımlı daşına həsəd aparırıq.

– Qədimdən  bəri bu fikir var: deyirlər ki, insan bu dünyada tək olduğunu iki dəfə anlayır. Birincisi, insan bunu fitrətən bilir, amma buna əhəmiyyət vermir. İkincisi, insan, yaddaşın mövcudluğunu hiss edəndə bunu başa düşür. Yaddaşla poeziya arasında qəribə bir əlaqə var. Gəlin, bu əlaqədən danışaq.

– Poeziya da yaddaş kimi, əslində, insanla doğulur. Yaddaşla poeziyanı bir- birindən ayırmaq çox çətindir. Yaddaş, yəni yadda qalan deməkdir. Məsələn, insanın atası, kəndi. Yəni yadında qalan, yaddaşında yaşayan bir nəsnə, hesab elə ki, poetik bir lövhədir. “Yaddaşanlayışı, düzü, əvvəllər bu qədər dəbdə deyildi. Bu, Çingiz AytmatovunƏsrə bərabər gün  romanından sonra çox aktuallaşdı. Doğrudan da, çox şey yaddaşdan asılıdır. Yaddaş insanı yaşadır. Yaddaş sənin içində fotodur. Ancaq o fotonu sən necə yazıya gətirirsən, onu sözlə necə yaradırsan, o da şairin zehnindən, sənətindən bacarığından asılıdır.

– Musa müəllim, ağlıma gəlib, qoy soruşum: ürəyinizdə ən çox kimlə söhbət edirsiniz?

– Ən çox uşaqlıq dostlarımla söhbətləşirəm. Biz bir dəstə uşaq idik. BizimMay dərəsində günlərimiz keçib onlarla- gözəl, işıqlı günlər. Mayın ilk iki günü ora yığışardıq. Ən uzaq yerdənSibirdən belə kim vardısa bu kənddən, hamısı May bayramına kəndə qayıdardı. Düz on beş il yığılmışıq ora. Məsələn, bizim kənddən olan Həbib Ocaqov- indi professordur- Kamçatkada yaşayırdı. O da mütləq gəlirdi.

– Çap etmədiyiniz şeirlər var?

– “Qarağacların ölümü” şeirimi o vaxt çap eləmədilər. Ancaq Moskva çap elədi. “ Karuselvardı, qaldı. Beş şeirimə görə kitabımı nəşriyyat bir il gecikdirib. Qlavlit işə qarışıb, axırı bir ildən sonra o şeirləri kitaba sala bilmişəm.

– Hansı fəsil qəlbinizə daha yaxındır?

– Payız çox xoşuma gəlir, yəni düşündürücüdür. Adamların çoxu yazı sevir. Düz- dünya yaşıllaşır, gözəlləşir. Ancaq mənim üçün yaz, bir balaca şıltaqdır, dünyanın heç bir əzab- əziyyətindən xəbəri yoxdur, öz gülləri, çiçəkləri ilə elə bil, bir az güləyəndir. Mənim o güləyənliklə aram yoxdur. Ancaq payızın bütün rəngləri solğunluğu ilə ürəyim çox gözəl tutur. Payızın rəngləri arasında çox böyük fərqlər görürəm.

Orda bitməyəcək o bitən çiçək,
O yel, o xəzəli ayıltmayacaq.
Düzdür min- min belə payız gələcək,
Amma heç bu payız qayıtmayacaq.

Ardınca ki, baxırsan görürsən, payız deyil ee... ömürdür. Hər    ömrün qəribə payızları var. Deyirlər ki, payız payızdır.Yox, bir    payız, o biri payıza bənzəmir. Heç vaxt fəsilləri bir- birinə qarşı   qoymuram. Hamısını sevməsəm , hamısı sevilməlidir. Payız  mənə çox doğmadır.

Musa müəllim heç bunu deməsə , şeirlərində parlaq payız ovqatını görmək çətin deyil. Həm ki...Magistraldan Buynuza ayrılan yol, sıx meşələrin çətiri altındadır. Buradakı sərinlik elə yayın ortasında da adama payızı xatırladır. Bəlkə , mənim  aləmimdə heç , insana can rahatlığı gətirən bu yol qədər, Musa Yaqubu yada salmır. Bir , düşünürəm ki, elə bu ağaclar, elə bu meşə kimi təbii olan M. Yaqubun doğulduğu kənd yolu, əslində elə bu cür gözəl olmalıdır. Musa müəllimin sorağı ilə ilk dəfə bu kəndə gələnlərin, bu gözəl şairlə birinci tanışlığı da elə bu yolun gözəlliyindən başlayır. Mən bu yolu qışda qar dizdən olan vaxtlar da getmişəm. İndi, o qar basmış əsrarəngizliyindən söz açsam, onda M.Yaqubla bağlı bu yazını gərək sonraya saxlayam. Bir onun çox sevdiyim bu şeiri:

Yollar, yenə yollar aldı qəlbimi,
Qulaq ver yağışın xəfif səsinə.
Damcılar qaranquş dimdiyi kimi,
Çırpılır vaqonun pəncərəsinə...

Sizin poeziyanızda Şəhriyarla bir yaxınlıq var. Yəqin özünüz hiss edirsiniz. Oğlunuzun da adı Şəhriyardır.

– O yaxınlığı mən təxminən altmışıncı illərin əvvəllərindən hiss edirdim. Hardasa, 1968- ci ildə ŞəhriyarınHeydərbabaya salamı təzədən çap olundu. Bu poema o vaxt bütün şairlərin dilində idi. Bizə çox doğmadır o. Şəhriyar doğmalığı, bilirsən, nədir? Kənddə doğulub, çətin həyat yaşayıb. Mən kənddə eyni çətinlik məhrumiyyətlərlə yaşamışam. Məni yaşadan anam olub, onu da. Onun kəndi Xoşginab olub, mənim kəndim Buynuz. Taleyimizdə oxşarlıqlar var. Ona həsəd aparmışam. Niyə? Elə adi şeylərdən Şəhriyar yazıb ki, məəttəl qalmışam. Demişəm, yəni, belə adi şeylərdən yazmaq olar? Özü necə? Fikirləşmişəm ki, gərək mən belə yazım, kəndimizi belə təsvir edim. Çox incə nazik hiss duyğuları var. Bax ,o hiss duyğular bizi birləşdirir, hardasa yaşadır. Mən onun oğlu Hadi ilə dostam. Şəhriyar şeirimizin, sənətimizin böyük zirvəsidir. Həm fars, həm türk dilində eyni cür- böyük sənətkarlıqla yazıb. O qədər şövqlü yazıb ki!

 

Gözəl quşlar gəlib burdan keçərlər,
Xəlvətləyib bulaqdan su içərlər.

Buxəlvətləyibsözü o qədər mənə ləzzət eləyir ki!

– Musa Yaqub Azərbaycan poeziyasının nəhənglərindən biridir. Sizin poeziyanız haqda həmişə xoş sözlər eşidirik. Şöhrət sizə mane olmur ki?

– Mən də belə sözləri çox eşidirəm. Ancaq Allah haqqı, mən bu cür sözləri özümə yaxın qoymuram. Çünki hərə özünü yaxşı tanıyır. Deyim ki, mən poeziyanın zirvəsindəyəm- bu, düz olmaz. Qısası istərəm ki, mənə o cür tərifli sözlər deyilməsin. Vallah, istəmirəm. Zaman özü bilər. Mən xalqımdan böyük razılıq eləyirəm ki, 800 il ərzində şahdırsa da, quldursa da, müharibəsi ilə, vuruşması ilə Xaqaninin, Nizaminin, Nəsiminin əsərlərini gətirib çıxarıb bura, mən onları oxuyuram. Xalq poeziya qədri bilməsəydi, bu əsərlər gəlib bizə çatmazdı.

– Musa müəllim, siz Xaqanidən tez- tez misallar çəkirsiniz. Birdən, qohum olarsız haa?(Əslində, mən bu zarafatı bilərəkdən eləyirdim.)

Biz söhbət eləyəndə, Lahıca getdiyimiz o günün mənzərəsi gözümün qarşısına gəldi. OndaNiyaldağteleviziya filmini çəkirdik. Qar Lahıcda təzə ərisə , hələ soyuq çəkilməmişdi. Biz, yazıçı Manaf Süleymanlının evi ilə üzbəüz qonaq evində qalırdıq. Bir axşam Lahıcın ağsaqqal ziyalısı, doxsan yaşlı Ənvər Balayevgilə çəkilişə getdik. O bizə söylədi ki, Xaqani Lahıcdan yuxarı, Ximran adlı şəhərdə anadan olub. Orada böyük bir mədəniyyətin qalıqları var.  Musa Yaqubgilin kökü Ximrandandır. Onlar da buradan köçüb gediblər. Ənvər müəllim bunları söyləyəndə, yadıma düşdü ki, bir yay günü dostum, rejissor Vəli Səyyadi ilə Musa Yaqubgilə getmişdik. Axşamüstü yaxınlıqdan axan çayın kənarındakı kafedə başlayan qonaqlıq Musa müəllimgilin həyətindəki dalanda davam elədi. Qəfildən söhbət Xaqaninin üstünə gəlib çıxdı. Musa müəllim, sanki elə bu məqama bənd idi. Xaqani mövzusu bir səhər- sübhün ilk işartısında səngidi. Musa müəllim o qədər maraqlı danışırdı ki, indi yadıma düşəndə yanıb- tökülürəm-niyə o vaxt özümlə diktofon götürməmişdim... Yadımdadı, Musa müəllim danışdıqca, elə bil, qədim Ximranın dağ- daşı üzərində Gün doğurdu. Mən XaqanininMədain xərabələriilə Ximranın qalıqları arasında bir doğmalıq gördüm. O qədim dünyanın uzaqlığı Musa müəllimin söz- söhbətinə qarışıb, bizi sehrləmişdi. İndi Ənvər müəllim Musa Yaqubun Ximrandan olduğunu deyəndə, sanki o yay gecəsinə qayıtdım. Yenidən Mədainin, Ximranın xarabalıqlarını gördüm sanki. Xaqaninin səsini eşitdim, onun Lahıcın qədim küçələrində bir qaraltı kimi keçib getdiyini gördüm. Mən Lahıcı, Xaqanini, Musa Yaqubu belə tanıyıram, belə sevirəm. Ona görə , indi Buynuzda bu şux zarafatın arxasında Musa müəllimin mənə nə deyəcəyi çox maraqlıydı... 

– Vallah, mənim ürəyimdə belə qəribə bir yaxınlıq meyli var. Mən Xaqani haqqındaDəyirmanpoeması yazmışam. Niyə yazmışam, bilmirəm. Qohum haqda yazmıram ki, Xaqani haqda yazıram da. Mənim ata babam Zanqı kəndindəndir. Ximrana lap yaxındır. Oradan köçüb gəliblər. Ancaq Xaqaninin ruhu mənə o qədər doğma əzizdir ki, elə bilirəm, hardasa bizim bir qohumluğumuz, bizim bir məkanımız var. Bax, indi qalxaq evə, Xaqaninin kitabı stolun üstündədir, onu oxuyuram. Oxuyursan, elə bilirsən bu gün yazıb, o qədər adama doğma gəlir.

– “Bu dünyanın qara daşı göyərməz”. Bu məşhur şeir birdən yarandı, yoxsa onun da bir tarixi var?

Tarixi var. Onda mən Əhmədlidə yaşayırdım. Mən yaşayan evin qarşısında böyük əhəng karxanası vardı. Onun şöləsi düşürdü bizim pəncərəmizə. Hər gecə səhərə yaxın oyananda, durub  ona baxırdım. Heç daşı da yandırarlar? Heç daş da yanar? Daşı o əzabla yandırırdılar. İlahi, bu olan şeydir? Əgər daşı yandırıb əhəngə döndərə bilirlərsə, demək, dünyada hər şeyi yandırmaq olar. “Əhəng daşıadlı şeir yazdım. Sonra o məni, bax, yavaş- yavaş gətirib çıxardı bu şeirə. o şeiri ilk dəfə Bakıda Sabir adına kitabxanada oxumuşam. Şair Qabillə görüş keçirilirdi orda. O vaxtlarAzərbaycanjurnalında bir yerdə işləyirdik. O müavin idi, mən şöbə müdiri. Sonra da... Noyabrın yeddisi idi. Hamımızı yığmışdılar Yazıçılar İttifaqının sədri Mirzə İbrahimovun otağına. Televiziya da çəkirdi. Şairlər Oktyabr inqilabı, Lenin, partiya haqda şeir oxuyurdular. Mən qıraqda oturmuşdum. R. Rza, M.Rahim, S. Rəhimov, S. Rüstəm burdaydılar. Birdən Qabil yerindən qalxdı ki, Musa, o günki şeiri oxu. M.İbrahimov dedi ki, a bala, əgər Qabil deyirsə, dur oxu. Oxudum. Əllər əvvəl göydə dondu. Çünki şeirin Oktyabra dəxli yoxdur axı. Birdən R. Rza qayıtdı ki, çox gözəl şeirdir. Bunu deyəndə, əllər hərəkətə gəldi, alqışlar kəsilmək bilmirdi. Hamı qışqırdı ki, sağ ol, ay Qabil! O şeirin çox qəribə taleyi oldu. Ona səksənə yaxın şeir yazıldı.

Adam var təklikdə yaxşı düşünür, adam var sıxlıqda. Daha çox vaxt yazırsınız?

Yayda az yazıram. Qalan vaxtı, vaxt düşdü, yazıram. Ailə var, uşaq, nəvə, ev, Allaha şükür, hər şey var. Ancaq birdən darıxıram. Niyə? Deyə bilmərəm. Bilmirəm, hardasa, nəsə çatışmır. 

Ürəyinizdən keçən şeiri yaza bilmisiniz?

Yazmışam. Əksər şeirlərimdən razıyam. Narazı olduqlarım azdır.  

Siz, həm atasınız...

İki qızım, bir oğlum var. Balalarımdan razıyam. Bu dünyanın övladlarıdır da. İndi az- çox onlara nəsihət eləmişəm müəyyən şeyləri. Ancaq indi hansı uşaq nəsihətə baxır ki? Min dörd yüz ildirQuranın nəsihətlərinə qulaq asırıq? Mənim atam- anam savadsız idi. Ancaq bütün dastanları əzbər bilirdilər. Özü bütün şeirləri ilə. Onları toylarda aşıqlardan öyrənmişdilər. Bir az təvazökarlıqdan uzaq olsa da, deyim ki, şair kimi yetişməyimdə ata- anamın rolu çox olub. Atamın dilindən eşitdiyim sözlərdir, dastandandır:

Qəflətdə yatmışdım gəldi yuxuma,
Ürəyim
eşq ilə doldu, neyləyim?

Bəlkə
, ürəyim elə o vaxt eşq ilə dolub, bilim. Poeziyanın    daşıyıcısı o vaxt, əsasən, aşıqlar olub. Anam deyirdi:                  

Əzizinəm, bir üzdü,
Bir pərdədi, bir üzdü,
Üzün qoy üzüm üstə,
Görən desin: bir üzdü.

Qonağın çox olub bu evdə?

– Qulu Xəlilov, Anar, Məmməd Araz, Süleyman Rüstəm, Fikrət Qoca, Qabil, Oljas Süleymenov, Əkrəm Əylisli, İsi Məlikzadə, Sabir Rüstəmxanlı,Abbas Abdulla, İsa İsmayılzadə, Rəfiq Zəka, İshaq İbrahimov, Ələkbər Salahzadə. Sənət adamlarının əksəriyyəti bizim evdə olub.

Meşə qırağında tənha ev. Uzaqdan o qədər işıqlı görünür. Musa müəllimin həyətdəki dalanın altında oturub nəvəsi ilə çay içdiyini gördük. Bu dalanın yerə döşənmiş daşlarını Musa müəllim cavanlığında çay qırağından yığıb gətirib. Şimşəklərin möhürlədiyi bu daşların çoxu xına rəngindədi. Biz çay içib söhbət edəndə , bu daşlardan diqqətimi yayındıra bilmirdim. Babadağın, Niyaldağın, Canalı dağının başı üzərindən ötüb keçən şimşəklərin işığı donub qalıb bu daşların üstündə.

Hardasa saat yarım söhbətləşdik. Geri qayıdanda, Buynuz meşələrinin dəyişən kölgələrini seyr edib, yenə o daşları, şimşəkləri, bir , Musa müəllimin çox sevdiyim bir şeirini xatırladım:

Buludlar toqquşub coşanda hərdən,
Göylərin qılıncı düşəndə işə.
Meşə kənarında, tənha bir evdən,
Ürəyim nigaran qalır həmişə.

5-10 iyul 2014- il. 

 





14.07.2014    çap et  çap et