525.Az

Xalq artistinin vəziyyəti pisləşib


 

Xalq artistinin vəziyyəti pisləşib<b style="color:red"></b>

Azərbaycanın xalq artisti Siyavuş Aslanın vəziyyəti pisləşib. Dərhal xalq artisti üçün təcili yardım çağrılıb.

Siyavuş Aslanın baxıcısı Sədaqət xanımın ANS PRESS-ə verdiyi məlumata görə, xalq artisti bir müddət özündə olmayıb. Heç bir şeyə reaksiya verməyib. "Həkimlər onu xəstəxanaya aparmaq istəsələr də, sonradan xəstə özünə gəlib. Siyavuş Aslan özünə gəldikdən sonra xəstəxanaya getməkdən imtina edib. Şükürlər olsun ki, Siyavuş Aslanın vəziyyəti yaxşıdır”.

Kliniki Tibbi Mərkəzinin baş həkimi Tərlan Bəbirovun ANS PRESS-ə verdiyi məlumata görə, axşam saatlarında Siyavuş Aslanın vəziyyətinin psiləşməsi ilə bağlı xəstəxanaya xəbər verilib. Lakin sonradan xəstənin vəziyyətinin yaxşılaşdığını və onun xəstəxanaya gətirilməyəcəyini bildiriblər.
Xatırladaq ki, Siyavuş Aslan 2 dəfə insult keçirib

 





01.11.2012    çap et  çap et