525.Az

Azərbaycanda gənc qız atalığını bıçaqladı


 

Azərbaycanda gənc qız atalığını bıçaqladı<b style="color:red"></b>

Oktyabrın 31-də Daşkəsən rayonunda bıçaqlanma hadisəsi baş verib.

Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, 1958-ci il təvəllüdlü Allahyar Cəfərov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Araşdırmalar nəticəsində məlum olub ki, A.Cəfərovu ögey qızı Rəna Mürsəlova bıçaqlayıb. Məlum olub ki, R.Mürsəlovanın anası bir neçə il əvvəl A.Cəfərovla ailə qurub və onun evinə köçüb. Bundan sonra R.Mürsəlova həmin evdən gəlin köçüb. Lakin çox keçmədən o anasının yanına, ögey atasının evinə qayıdıb. Bundan sonra ailədə söz-söhbətlər artıb. R.Mürsəlova polisə bildirib ki, atalığı tez-tez onu döyürmüş. Nəticədə oktyabrın 31-də sinirlərinə hakim ola bilməyən gənc qız bıçağa əl atıb.

R.Mürsəlova saxlanılıb. Fakt üzrə cinayət işi başlanılıb.

 





01.11.2012    çap et  çap et