525.Az

«Dünyada 1 milyard insan acdır» (FOTOLAR)


 

«Dünyada 1 milyard insan acdır»<b style="color:red"> (FOTOLAR)</b>

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində «Dialoq Avrasiya Platformu» və AMEA-nın İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə 31 oktybar Dünya Qənaət Gününə həsr edilmiş «Dünyada aclıq problemi və onun həlli istiqamətində axtarışlar» mövzusunda elmi praktiki konfrans keçirilib.

525.az-ın məlumatına görə, konfransı giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Mahmud Kərimov bu məsələnin olduqcu mühüm problemlərdən biri olduğunu qeyd edib. Bir çox dünya ölkələrindən fərqli olaraq Azərbaycan əhalisinin aclıqdan əziyyət çəkmədiyini qeyd edən akademik bunu prezident İlham Əliyev tərəfindən yürüdülən düzgün siyasətin nəticəsi kimi qiymətləndirib:

«Dünyanın bir tərəfindən bolluğun, israfçılığın, digər tərəfində isə aclığın olduğu, minimum yaşayış tələblərinin belə ödənmədiyi halda «Dünyada aclıq problemi və onun həlli istiqamətində axtarışlar» mövzusunda elmi praktiki konfrans keçirilməsi olduqca mühüm əhəmiyyət kəsb edir. Habelə bu məsələ xüsusi aktuallığa malikdir. Hesab edirəm ki, eyni zamanda maarifləndirici xarakter daşıyan bu konfransın mühüm müsbət nəticələri olacaq».

Milət vəkili Qənirə Paşayeva çıxışı zamanı dünyada aclıq probleminin həll edilməsi, onun qarşısının alınmasında mənəviyyatın ilk sırada dayandığını bildirib. Dünyada münasibətlər sistemində dəyişikliyə ehtiyacın duyulduğunu dilə gətirən millət vəkili dünyanın hər bir vətəndaşın evi olduğunu deyib:

«Buna görə də biz hər bir imkansıza, ac və yoxsul insana ən azından insanlıq adına köməklik göstərməliyik».

«Dialoq Avrasiya Platformu»nun Azərbaycan üzrə koordinatoru Mustafa Saatçı hazırda dünyada 1 milyarddan artıq insanın aclıqdan əziyyət çəkdiyini vurğulayıb. M.Saatçı Azərbaycan və Türkiyədə belə bir problemin olmadığını və hər iki dövlətin iqtisadi cəhətdən günbəgün inkişaf etdiyini qeyd etsə də heç bir dövlətin aclıqdan və yoxsulluqdan sığortalanmadığını söyləyib. O, bunun üçün ehtiyyatlı davranmağın vacibliyini deyib:

«Dünyada hər 7 nəfərdən biri aclıq içərisində yaşayır. 1 milyard insan dünyanın qlobal problemi olan aclıq, 2 milyard insan yoxsulluq, 1,5 milyard insan isə xəstəliklərlə mübarizə aparır. Əgər dünyanın 7 milyard əhalisinin hər 7 nəfərindən biri acdırsa, digər 6 milyard insan rahat yaşaya bilməz. Odur ki, yaxşı yaşayan hər 6 nəfər yoxsulluqdan əziyyət çəkən 1 nəfərə kömək etməldir».

AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru İsa Alıyev və digər şəxslər də çıxış edərək sözügedən problemlə bağlı öz fikirlərini paylaşıblar.

AQİL

 

 





02.11.2012    çap et  çap et