525.Az

Sevgi heykəli, isti “peraşki”nin kövrək xatirəsi və “Ağdam” Çay evindəki məyusluq...


 

Sevgi heykəli, isti “peraşki”nin kövrək xatirəsi və “Ağdam” Çay evindəki məyusluq... <b style="color:red"></b> Sizə salam gətirmişəm

 

AnkaradakıTorqovı

 

Kızılayı AnkaranınTorqovı adlandırmaq olar. Müxtəlif ticarət mərkəzləri, restoranlar, kiçik parklar çoxlu adamlar... Kızılay əslində Ankaranın nəfəsidir. Mən Kızılaya nəfəs almağa gedirəm!

 

Güvənparkın üstündəkidolmuş durağında avtobusdan düşürəm, əvvəlcə addımlarım çox yavaş olur. Bir-iki-üç... Sayıram. Bir neçə dəfə nəfəs alıb-verəndən sonra kimsə Allahın adını çəkir. Elə bil kimsə hamıya ehmalca toxunub deyir ki, bilmirəm, müsəlmansan, deistsən, ya ateistsən, mən sadəcə söyləyirəm, Allah böyükdür. Həmin kimsə mənim addımlarım sürətlənəndə susur, yoxa çıxır. Tək olduğum üçün tanımadığım o adamın ani əskikliyini hiss edirəm.

 

Dayanacaqdan yolun dövlət binaları olan tərəfinə keçərkən maşınların siqnal səs-küyü ilə diksinirəm. Ankarada sürücülər fərqlidirlər, burada qadına, uşağa, hətta yaşlıya belə yol vermək mədəniyyəti yoxdur. İndi bu üstümə qışqırantofaşelə bil, məni əzməyincə ayağını əyləcə basmayacaqdır. Qaça-qaça özümü səkiyə çatdıranda gülümsəyirəm, canımın şirinliyini bir daha hiss edirəm, canımdan sanki şərbət dadı gəlir. Aldığım nəfəsi dərindən verəndən həmən sonra buranın KIZILAY olduğunu dərk edirəm...

 

 

Küçələr...  

 

Kızılayda küçələri gəzmək bir başqadır. Alış-veriş mərkəzlərinin böyük binaları bir-biriləri ilə rəqabətdədirlər. Pəncərələrinə çeşidli reklam yazıları şəkillər asılıb. Tanınmış marka mağazalarının arasındakı geniş küçədə quru salfet satan gözdən əlil bir qadın var. Bütün günü küçənin üzünü tutub gah yuxarı, gah da aşağı çubuq ilə əzbərlədiyi yeri yoxlaya-yoxlayamendil var, mendil almazmısınız?” deyə həyatını qazanır. Küçə üst keçidə çatanda sağdaburgerking”, soldaexchangeməntəqəsi görünür. İrəlidə ayaqqabı mağazası var. Satıcı əsgərliyini Mardində çəkib. Mən bir dəfə dostlarla bura alış-veriş üçün gəlmişdim. Dostlarım ayaqqabılara baxırdılar. Sən demə, kənarda büzüşüb oturan yerdə yuxulamışam. Bir gördüməsgərliyini Mardində çəkənabi əlində çay məni oyadır...

 

Ayaqqabı dükanını keçəndən sonra soldakı döngədə Dövlət Su İşləri İdarəsinin müsafirxanası yerləşir. Mən Ankaraya təzə gələndə bir həftə müsafirxanada qalmışdım. İşçilər qarslıdırlar. Onlardan biri pasportumun rənginə baxıb, məni qucaqlayıb öpmüşdü: “Biz azəriyik, qardaş, Azərbaycan böyük məmləkətdir. Mən, arvad-uşağım, bütün nəslim vətəniməAzərbaycana qurban olsun!”

 

İstiqamətimi dəyişibSakaryaküçəsinə doğru gedirəm. Bir qədər sonra barlar görünür. İndidən keflənən bir kişi ağlayır, səkini döyəcləyir. Qısa ətəkli qızın əlində pivə aşa-aşa oxuduğu mahnıları gitaralı gənclər müşayiət edirlər. Kitab mağazalarından birinin önündə öpüşən cütlüyün bir-birilərini zəli kimi necə sorduqlarını görməmək üçün üzümü ofislərdən birində asılmış bayrağa sarı çevirirəm. Kızılayda bəzi binalar ancaq yerləri ofislər üçün istifadə olunur. Qapının ağzında yazını oxuyursan, məsələn: filan təhsil mədəniyyət mərkəzi. Girirsən içəri, görürsən ki, dini yaxud milliyyətçi təbliğat işləri ilə məşğuldurlar...

 

Bayraqlı ofisləri keçirəm. Küçələri gəzə-gəzə, adamları oxuya-oxuya zamanın necə sürətli axdığını hiss etmirəm. Bir görürəm ki, Kızılay metrosuna çatmışam yorğunam. Metrodakı Şeyx Şamil məscidinə gedən cavanlarınHoca Əfəndimüzakirələrinə gülümsəyərəkqulaq müsafiri olubçərəz satılan dükanların yerləşdiyi küçəyə çatıram. Ötən ilki partlayış nəticəsində dağılmış mağazanı təmir ediblər. Hələ yadımdadır, terrordan bir həftə öncə oradan qoz-fındıq almışdıq. Satıcı oğlan azərbaycanlı olduğumuzu öyrənəndə elə sevinmişdi ki! Ah o bomba... Ah Kızılay!

 

 

Güvənpark  

 

Güvənparka çatıb, fəvvarənin qarşısındakı skamyalardan birində əyləşirəm. Burada adamları göyərçinləri izləməyi sevirəm. Parkın arxa tərəfində çevik polis alayı avtobusları var. Gənc formalılar bütün günü burada otururlar, deyib-gülürlər. Arada çay içirlər, qramla dönər alıb nahar eləyirlər. Sonra kimsə haradasa qışqırır, bir anın içində icazəsiz aksiya başlayır. Şüarlar eşidirsən: “Ya Allah, Bismillah, Allahu Əkbər! mutlu Türküm deyənə”, ya daİşçiyə özgürlük, yaşasın halkların kardeşliği”, “Tek yol devrim”...

 

Dönər yeyən, çay içən formalı cavanların kefi pozulur. Aksiyanı dağıdırlar: gözyaşardıcı qaz sıxırlar, dəyənəklərini qaldırıb endirirlər. Kimsə inildəyir, bir qadın ağlayır, üzü dağıdılmış bir gənc gülümsəyir. Yerimir, danışmır, sadəcə gülümsəyir. Yenidən polislər dönər yeyirlər, çay içirlər, söhbətləşirlər. Parkın ortasında əzəmətli heykəl var. Qurtuluş savaşının qəhrəmanları təsvir olunub, aşağıda Mustafa Kamalın sözləri yazılıb: “Türk, öyün, çalış, güvən.” Kızılayda görüş qoyan adamlar bir-birilərini Güvənparkdakı həmin heykəlin önündə tapırlar. Bunu dəfələrlə görmüşəm. Qız heykəlin arxasından zəng edir, deyir, mən burdayam, sən hardasan? Təxminən, eyni cümlələri heykəlin digər tərəfindəki oğlan da söyləyir. Onlar bir-birilərini tapanacan vaxt keçir. Sonra hansısa birinin gözü digərinə sataşır, gülümsəyir. Qucaqlaşırlar, sevinirəm. Həqiqətən, sevinirəm! Elə bu vaxtbellərində çanta, lisəliqızlar parka doluşurlar. köynək, boz ətək məktəb formaları məni duyğulandırır. Orta məktəbi türk liseyində oxuduğum üçün bizdə qızlar eynən belə geyinirdilər. Həmin şeirdən misralar yadıma düşür: “Şimdi nerede bir liseli görsem, ne zaman okulun yanından geçsem...” Kövrəlirəm, cibimdə siqaret qutumu axtarıram, axtarıram, tapmıram.

 

Qəfil yadıma düşür ki, mən siqaret çəkmirəm... Axı yeniyetməliyə yeni qədəm qoyandabəzi sinif yoldaşlarım siqaret çəkməyə başlayanda dədəm məni yanına çağırıb demişdi ki, onasən ölvurum, ömrü boyu siqaret çəkməyəcəyimə söz verim. Mən dədəməsən ölvurmamışdım, amma kişi mənə güvəndiyi üçün ömrü boyu siqaret çəkməmişəm...

 

 

AĞDAMçay evi  

 

Kızılaydakahvaltıüçün ən ideal yerSimit Sarayıdır. İsti simitin qoxusu burnuma dolanda özümdən asılı olmayaraq, acıram. Adının Zeynəb olduğunu öyrəndiyim kassir qıza əslində ac olduğum üçün yox, sadəcə kağıza bükülmüş simitin əlimi yandırması üçün pul ödəyirəm. zaman burada simit yesəm kövrəlirəm. 90- illərin sonunda-onda mənim 5, ya da 6 yaşım olardı, – “Vasmoyun bazarında gözünü böyük uşaqlar göyərtdikləri üçün balaca bəbəyi bir az da kiçilən oğlanın anamın gödəkçəsini dartaraq söylədikləri yadıma düşür: “Xala, ay xala, peraşki al da. Qaynardır. Vallah, əlim yanır...” Mən indi Kızılayda simit yeyə-yeyə həmin gün bazarda daddığım operaşkinin ləzzətini xatırlayıram.

 

Simit quru-quru getmir. Bir az irəlidəAğdamçay evi var. Əslində buranın adıAğamçay evidir. Lakin mən nədənsə qırmızı lövhənin üzərindəki bəyaz yazını həmişə belə oxuyuram: “Ağdam çay evi”. İçəri keçirəm. Oturub əlimdəki qəzeti vərəqləyə-vərəqləyə zəhər kimi acı türk çayına atdığım qəndləri qarışdırıram. Dəqiqələr keçdikcəAğdamçay evində olmadığımı daha yaxşı başa düşürəm. Yan masalarda oturanların heç biriGedəjəm, gələjəmilə danışmır, onlar, adətən, “gediyorlar, geliyorlar”. Qədirin səsi gəlmir, Orhan baba yenə hansısa qız üçün zarıyır...

 

Qəfil könül bulandıran bir səmimiyyətsizlik duyuram.

 

Mənə elə gəlir ki, bu adamlar yalandanmerhabalaşırlar, hal-əhval soruşurlar, yalandan bağıra-bağıra gülüşürlər... Səhəri gün bir-birlərinə işləri düşsə, yadlaşacaqlar. Küçədə dostlarını görməzdən gələcəklər. Mən buranın darısqal, az, qaranlıq, soyuq çətin olduğunu hiss edib masaya buraxdığım 5 liranın üstündəki Atatürkün əksi ilə sağollaşıram. Yataqxanaya məni fikir seli aparır.

 

Bilirəm, heç vaxt bir az Vətən olmur. Vətən tam olur. Sən ya Vətəndə olursan, ya da qürbətdə...

 

Lent.az

 

 





08.11.2012    çap et  çap et