525.Az

Kamal Abdullanın “Yarımçıq əlyazma” romanına ön söz


 

Kamal Abdullanın “Yarımçıq əlyazma” romanına ön söz<b style="color:red"></b>

Müasir Azərbaycan ədəbiyyatının usta nümayəndəsi, yazıçı Kamal Abdullanın indiyədək bir çox dildə çap olunanYarımçıq əlyazmakitabı bugünlərdə İtaliyada da nəşr edilib. Daniele Franzoninin tərcümə etdiyi kitabın redaktoru professor Mikele Bernardinidir. “Sandro Tetinəşriyyat evində çapdan çıxan kitaba ön sözü isə professor Franko Kardini yazıb.

Franko Kardini orta əsrlər ədəbiyyatı müsəlman, yəhudi, xristian dünyaları arasında əlaqələrin öyrənilməsi üzrə beynəlxalq səviyyədə tanınan görkəmli mütəxəssisdir. Florensiya Universitetinin professoru olmaqla yanaşı, F.Kardini Avropanın əsas dillərinə tərcümə olunan otuzdan artıq kitabın müəllifi, IL Giornale Avvenire qəzetlərində baş məqalələr yazarı, Rai Dövlət Televiziyasında tarixi təbliğat məqsədilə televiziya radio verilişlərinin müəllifi aparıcısıdır.

İtaliya aliminin Azərbaycan yazıçısının yaradıcılığına münasibətinin ifadəsi baxımından xüsusi əhəmiyyət daşıdığı üçün, Franko Kardininin Kamal Abdullanın kitabına yazdığı ön sözü oxucularımıza təqdim edirik.

Sehrbaz kimi tanınan Kiotun kim olduğunu bilirsinizmi? Onun barəsində məlumat verən XII-XIII əsr alman minnezingeri Volfram Fon Eşenbax, Kreten de Truaya məxsusParsifal, Qraalın hekayəsiromanının süjetini hadisələrin cərəyan etdiyi mühitin təsvirini kökündən dəyişərək yenidən işləyib.

Eşenbax iddia edirdi ki, “Parsifalınorijinal süjet xətti Şampan əsilli De Trua tərəfindən kökündən dəyişdirilərək saxtalaşdırılıb. Əlyazmanın düzgün versiyası isə, məhz provansal Kiot tərəfindən yazılmışdır ki, bu da öz növbəsindəbütpərəstmütəfəkkir Flegetanisin əsərindən götürülüb.

Məhz sonuncu adı çəkilən, ana tərəfdən kral Solomonun nəslindən olan bu sirli şəxs, Müqəddəs Qraalın hekayəsini ulduzlardan oxuyub ilk dəfə Parsifal haqqında yazıb.

Təəssüflər olsun ki, Kiotun, Flegetanisin əlyazması dövrümüzə qədər gəlib çatmayıb. Yeganə səbəb isə çox sadədir: bu əlyazmalar heç vaxt mövcud olmayıb, çünki Fon Eşenbax ədəbiyyat tarixində tez-tez rast gəlinəngizli”, yaxud daitirilmiş əlyazmakimi qədim ədəbi üsuldan istifadə edib. Yəqin ki XVII əsrdə, taun xəstəliyinin tüğyan etdiyi bir dövrdə, İtaliyadakı Komo gölü sahilində yaşayan iki məsum sevgilinin barokko üslubunda yazılmış hekayətininəlyazmasını burada xüsusi xatırlatmağa ehtiyac yoxdur. Alessandro Mandzoni bəzi məntiqli ehtiyatlı şərhlər edərək, “I PromessiSposi” (“Deyiklilər”) əsərini, öz təbirincə desək, diqqətlə yenidən işləyib.

Bu ənənədən XVIII-XIX əsrlərdə yaşamış polşalı qraf Yan PototskiSaraqossada tapılmış əlyazmaəsərində yararlanmışdır. Abbat Vallet adlı müəllifin kitabı da monaxAdso da Melkin əlyazmasının fransız dilinə tərcümə edilmiş nüsxəsi kimi dahi Jan Mabilyon tərəfindən yenidən işlənmişdi. Bu isə, nəhayət, 1968-ci ildəPraqa baharıdövründə, o zamanlar otuz beş yaşlarında olan Umberto Ekonun kabusuna çevrilib, gecəsini gündüzünə qatmışdı.

Adso da Melkin əlyazması daha sonralar, 1980- ildə gözəl italik xarakterlərləşübhələriçərisində olduğunu etiraf edən Eko tərəfindən hamımızın tanıdığıQızılgülün adıromanı kimitəqdim olunur”.

Bəlkə saxtaəlyazmalar, “mövcud olmayanyazılar, “uydurmakitablar həm Volframın, Pototskinin, Ekonun yaratdığı özünəməxsus hekayətlər,əhəmiyyətsizreallıqdan bəhs edən bir çoxhəqiqisənədlərdən dahadürüstdür”. Ya da ki, bu mətnlər xəyali, yaxud əhəmiyyətsizhəqiqət müqayisədə daha soyuqqanlı qeyri-səmimisədaqətüzərində qurulublar.

Si licetparvacomponeremagnis”, yəni, böyük məhfumlarla kiçik məhfumların müqayisəsinin qanunauyğunluğu prinsipinə əsaslanaraq, bir neçə il öncə mən özümdə cəsarət hiss edibtapılmış əlyazmaqaydalarını alt-üst edərək, “Il signoredellapauraadlı əsəritarixi romankimi təqdim etmək məqsədini qarşıma qoydum. Bu əsərdə nəql olunan hadisə XV əsrin əvvəllərində Səmərqənddə,Teymurləngin sarayında, diplomatik səfərin hesabatı kimi mötəbər kastiliyalı Ruy Gonzales de Calvijo tərəfindən yazılmış memuara əsaslanırdı.

İndi isə Kamal Abdulla, heç şübhəsiz qraf Pototski, dahi Mandzoni həmçinin professor Ekonun bəyənib təqdir edəcəyi bir əsər ilə bizi onlar kimi təəccübləndirir çaşqınlıq yaradır. “Yarımçıq əlyazma”, XII əsrdə Azərbaycanın Gəncə şəhərində baş verən dağıdıcı zəlzələ barədə məlumatları əks etdirməklə başlayır. Bu mətn Bakının Milli kitabxanasında qorunub saxlanan, ilk baxışda maraqlı, sadədilli bir əlyazmaya bənzəsə , onu bizə təqdim edən arxivçi qızın dili ilə desək, “məntiqli məzmunu aydın konteksti olan bu janrın nadirliyi ondadır ki, adətən, diqqətdən kənarda qalır”. Əlbəttə ki, hamımızın bildiyi köhnə paradokslar mövcuddur: deyilməyən deyiləndən daha maraqlıdır, sadəlikdən mürəkkəb heç yoxdur...

Bu, heç sizin ruhunuza dinclik gətirən bir kitab deyil. Əslində, bu əsərdə parlaq zəka sahibi Kamal Abdullanın məramı, heç bizi sakitləşdirmək, rahatlatmaq, mürəkkəb formalı, xüsusən , cinayətlərdən, sehrdən, sirlərdən bəhs edən kitabları oxuyarkən qət etdiyimiz yolu asanlaşdırmaqdan ibarət deyil. HəttaSon söz, başqa sözlə desək, natamamlığın damğasında Kamal Abdulla bizə xatırladır ki, həqiqətin mürəkkəb, anlaşılmaz olması onun ustalıqla gizlədilməsi zərurətindən ya bizim onu qavramamağımızdan irəli gəlmir. Bu onunla izah oluna bilər ki, həqiqət ya yoxdur, ya çoxdur.

Əsərdə bibliomanın maraqlı axtarışlarını yönəldən müəmmalı qız obrazı da mövcuddur. Qıza özünü qeyri-peşəkar, ixtisasca araşdırmaçı olmadığını etiraf edən biblioman üçün müəmmaların açılışını tapmaq münasib kontekstə uyğunlaşdırmaq qeyri-mümkün olsa da, bu obraz sirlərin maniakal izləyicisinə çevrilir. İfadəsiz cizgiləri olan, zərif, lakonik, qoruduğu əlyazma qutusuna qısqanclıqla yanaşan, soyuqqanlı, heç kəsə etibar etməyən bu qız, keramika döşəmənin üstündə, onun qarşısında yeriyərkən, biz onun arıq, incə yanlarını yüngülcə oynatmasının şahidi oluruq hiss edirik ki, o, qarşısıalınmaz bir şəhvət mənbəyi ola bilərdi: bu zaman “...görəsən mən onun dünyasında kiməm?”,deyə biblioman özünə sual verir. Niyə belə düşündüyümü soruşmayın, amma mən əsərin ekran versiyasında gənc şərqşünas qızın sarışın Hollivud aktrisalarından birinin canlandırmasını mümkün hesab edirəm. Onu kifayət qədər bacarıqlı, istəsə hətta ifadəsiz görünməyi belə bacaran Nikol Kidman ifa edə bilərdi: lakin bu fikri tezliklə reallaşdırmaq lazımdır, çünki o da qocalmağa başlayır. Əlbəttə Mişel Pfayffer yaxşı olardı, amma təəssüflər olsun ki, artıq yaşı ötüb.

Əslində, aydındır ki, biz yenə volframsayağı-pototskisayağı-mandzonisayağı-ekosayağı yeni hiyləylə qarşı-qarşıya durmuşuq – “mövcud olmayan”, uydurmaəlyazma”. Lakin burada yarımçıq olan, yalnız əlyazma deyil. ƏsərdəkiSon sözbu cümlə ilə bitir: “birdən gəlib yadıma düşdü ki, şərqşünas qızın mənə astaca dediyi kimi...”. Nöqtə. Son. Yaxşı, bəs indi nələr baş verir? Əsərin sonundakı üç nöqtə bu zalım Kamal Abdullanın istehzasıdır, yoxsa əsərin davamından xəbər verir? Bu xəbər bir vəddir, yoxsa təhdid? Kamal Abdullanın söyləmədiyi, yolun yarısında azıb qaldığı, xatırlamadığı yaastacadeyildiyinə görə heç başa düşmədiyi o həlledici cümlə, yəqin ki, bütün sirlərin açarıdır. Yoxsa, müəllif onu bizdən niyə gizlətsin? Əgər danışa bilmirdi yaxud sirri açmaq istəmirdisə, niyə bu haqda yazsın ki? Bəlkə o ifadəsiz, zərif qız məharətli bir araşdırmaçıdır, bəlkə deyil?! Bəlkə casus, ya da təhrikçidir?! Çünki yarımçıq əlyazmada xeyli casusla rastlaşırıq.

Artıq bu nöqtəyə gəlib çatdıqdan sonra, italyan, yəniqərb”(necə axmaq sözdür...) oxucusu üçün son nəticə çıxarmaq lazımdır. Aşkar məsələdir ki, Gəncə zəlzələsinin əsərlə heç bir əlaqəsi yoxdur, bu, adi bəhanədir. Xəyali əlyazmada nəql olunan xarakterinə, mühitinə məzmununa görə kəsişən iki hekayətdən biriKitabi-Dədə Qorqud”, bu məşhur epik janr nümunəsi, dastandır. Hətta burada gerçək olmayan tarixdən əvvəlki dövr, süjet öz əksini tapır. Qeyd etdiyimiz ikinci hekayətdə isə, Şah İsmayılın yaratdığı, XV əsrin sonundan XVIII əsrin 20-ci illərinədək İranı idarə edən şiə səfəvi xanədanının yaradıcısı Şah İsmayılla bağlı müəyyən tarixi məqamlardan bəhs olunur.

Yəqin ki, verilən lakonik məlumatlar Ural-Altay xalqları, onların islamdan öncəki şaman mədəniyyəti, XVI əsr Yaxın Orta Şərq tarixi barədə səthi biliyi olan kitabın potensial oxucularının bir qismi üçün yetərli hesab oluna bilər.

Şah İsmayılın 1514- ildə, Çaldıran döyüşündə I Sultan Səlimə məğlubiyyəti osmanlıların Şərq ekspansionizminə məhdudiyyət qoydu. Bundan əlavə, bu tarixi epizodun iki duelçisi Səlim İsmayıl, haqlı olaraq XVI əsrin böyük sərkərdələri hesab olunan iki şəxsin atası olmuşlar. Onlardan biri bizimil Magnifico” (“Şanlı”) adlandırdığımız, müsəlmanların Qanuni, “Il Legislatorekimi tanıdığı Süleyman, ikincisi isə Qərbdə Səfəvilər sülaləsinin ən məşhur nümayəndəsi Təhmasibdir. Hətta onu da qeyd edək ki, Səfəvi hökmdarı böyük Şah Abbas haqqında da romalı səyyah PietrodellaValle öz yazılarında heyranlıqla bəhs edib.

Elə bu səbəbdən, oxucunun diqqətinə bəzi məsələləri çatdırmaq üçün biz problemin kökünə toxunmağa məcburuq. Hələ bir əsr öncə ya ondan daha az bir müddətdə, bu barədə danışmaq qeyri-mümkün idi. O dövrlərdə insanın (qərb insanının) mənəvi yükündənbəhs edən Kiplinq əminliklə bildirirdi ki, fransız koloniyalarındakı məktəblərdə oxuyan bütün dünyaya səpələnən afrikalı Cənubi Asiyalı uşaqlar, onun əcdadlarının, yəni, qədim qalların qəhrəmanlıqlarını öyrənməlidir. O zamanlar elə hesab olunurdu ki, Avropa xalqlarının missiyası xristian dini əqidəsindən doğan əxlaqi dəyərləri bütün dünyaya yaymaqdır.Amma o dövrdə hər şey aydın idi. XVI əsrdən başlayaraq, kiçik Avropa öz gəmiləri, silah-sürsatı ilə bütün Yer kürəsinin işçi qüvvəsi xammalı sayəsində dünyaya öz mədəniyyətini bəxş etdi. Məhz o zaman ərəblər, türklər, azərbaycanlılar, farslar, hindlilər, çinlilər,yaponlar, native Americans(əsl amerikalılar), Okeaniyanın yerli əhalisi yalnız bizim idiomları deyil, tariximizi öyrənməli idilər. Homer, Perikl, Evripid, Aristotel, Avqust (hələ tamamilə yeni səhifə açmış İsgəndəri demirəm), Nazaretli İsa (o özü yəhudi olsa da, əslən yəhudi, lakin ellincə danışıb, Roma vətəndaşı olan həvari Paolo di Tarsonun təqdimat süzgəcindən keçmişdi), Marko Polo, Şekspir, Kopernik, Qaliley, Höte, Nyuton, Napoleon, Marks özləri kimi fikirləri universal olan bu şəxsiyyətləri hamı tanımalı idi. İbn Sina İbn Rüşd bu mədəniyyətin ərsəyə gəlməsində yardımçı rol oynadı. Qandini, daha sonralar Mandelanı da bu sıralara daxil etmək olar, çünki onlar tərəfindən irəli sürülən fikirlər qərb (bu mənadauniversal”) düşüncəsinin mahiyyəti ilə üst-üstə düşürdü. Geriyə qalan isə adi maraq, folklor, ötəri gözəllik, qaranlıq qarışıq hakimiyyət xülyalarıdır: taMahabharatadan tutmuş bütpərəstlik qanunlarına, “Qurana, “Min bir gecə nağılına,Tac-Mahala, yaxud da Ömər Xəyyamdan tutmuş Çingiz xan Teymurləngə qədər. Lakin XVI əsrdə başlayan vənəhayət, müasir dövrümüzü bürüyən qloballaşma ideyaları oyunun qaydalarını tamamilə dəyişdi.

Bu kitabda müəyyən məqamda Anatoli Timofeyeviç Fomenkoyada salınır onun müqaviləli tarixi xronologiya barədəeşidilməyən nəzəriyyəsi qeyd edilir. Son onillikdə bizə müsəlman dünyasından yalnız neft terrorizm, Çindən gətirilmiş əmtəə nişanı saxtalaşdırılan mallar ya Afrikadan yalnız ac ümid sorağındakı immiqrantlar axın etməyib. Artıq Homer, Dante Şekspir iranlı ya yapon alimlər tərəfindən yenidən tədqiq edilərək bizəŞərqdənqayıdır”. Yeri gəlmişkən, deyim ki, dahi Canfranko Kontininin yetirməsi, mənim dostum həmkarım, misirli alim, Mahmud Salim Əlşeyx XIII əsr Siyen xalq dialektinin ən mötəbər ekspertidir. Hazırda bizim elmi-texnoloji araşdırma mərkəzlərində Afrikadan Çindən gələn çoxsaylı öyrənci gənc mütəxəssislər çalışır. İndiŞərqvaxtilə ona bəxş etdiyimizQərbidaha zəngin fərqli şəkildə bizəgeri qaytarır”. Beləliklə, yenidən düşünülmüşQərbləyanaşı, öncə mədəniyyəti, sonra isə etnoantropologiyası bizə gəlib çatan, tanımadığımız ya az tanıdığımızŞərqbiz tərəfə yenidən təşrif buyurur.

Vergili, Mikelancelo Mozart azərbaycanlı öyrəncilər üçün böyük əhəmiyyət kəsb etdiyi kimi, bəlkə , Azərbaycanın Homeri sayılan Dədə Qorqudun avropalı öyrəncilər üçün bir o qədər önəmli olacağı gün uzaqda deyil; əlbəttə ki, bunun üçün onlar yunanların Homerini inkar etməlidirlər. Bəlkə əksinə, biri digərini ardıcıllıqla izah edərək tamamlayacaq.

Nəhayət, əgər həmin gün yetişsə, bax, o zaman bizimuniversal mədəniyyəttəşnəmiz sönəcək.

Franko KARDİNİ

Tərcümə
edən
:
Kəmalə
Əliyeva, ADU-nunİtalyan dilinin tərcüməsikafedrasının müdiri

 





22.09.2014    çap et  çap et