525.Az

İnsanları mənəvi saflığa çağıran görkəmli alim və müəllim


 

İnsanları mənəvi saflığa çağıran görkəmli alim və müəllim<b style="color:red"></b>

Aydın Kazımzadə

Bakı
Dövlət Universitetinin Elm İnnovasiyalar üzrə prorektoru, fizika-riyaziyyat elmləri doktoru, professor

Cari ilin noyabr ayında Bakı Dövlət Universitetində Azərbaycanın görkəmli şərqşünas islamşünas alimi,  ensiklopedik bilik sahibi, əməkdar elm xadimi, filoloji elmlər doktoru, akademik Vasim Məmmədəliyevin anadan olmasının 70 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsi nəzərdə tutulmuşdur. 

Mən həmişə düşünürəm ki, hər bir xalqın böyüklüyü təkcə onun bəşəriyyətə bəxş etdiyi görkəmli şəxsiyyətlərə görə yox, həm onların qədr-qiymətini bilməsi ilə müəyyən edilir. Sevinirəm ki, Azərbaycanda da öz həyatını xalqın millətin inkişafına həsr edən, bu məqsədlə müəyyən mütərəqqi bir missiyanı yerinə yetirən belə şəxsiyyətlərə  dövlət ictimaiyyət tərəfindən lazımi qayğı göstərilir. Bu baxımdan respublikanın aparıcı elm təhsil mərkəzi olan Bakı Dövlət Universitetində gözəl bir ənənə formalaşmışdır. Uzun illərdir ki,  Bakı Dövlət Universitetində həm respublikanın ictimai-siyasi həyatında, həm universitetdə elm təhsilin inkişafında əhəmiyyətli xidmətləri olan görkəmli alimlərin, ziyalıların təntənəli yubileyləri keçirilir, onların həyat yaradıcılığını əks etdirən məqalələr yazılır kitablar nəşr edilir. Akademik Vasim Məmmədəliyevin taleyi, həyat yaradıcılığının böyük bir hissəsi Bakı Dövlət Universiteti ilə bağlıdır onun anadan olmasının 70 illik yubileyinin universitetdə keçirilməsi  bu qəbildən olan növbəti tədbirlərdən biridir.

Akademik Vasim Məmmədəliyev çoxşaxəli elmi-pedaqoji ictimai fəaliyyətə malik olan bir şəxsiyyətdir. Azərbaycanda dünyanın bir çox ölkələrində dilçilik elminin tanınmış nümayəndəsi kimi Vasim Məmmədəliyev uzun illər ərzində ərəb dilçiliyi filologiyasının aktual problemlərinin tədqiqi ilə ardıcıl surətdə məşğul olub. Onun ərəb dilçiliyi filologiyasının bir sıra aspektlərinə həsr olunmuş əsərləri elmi ictimaiyyətin rəğbətini qazanıb, mədəni irsimizin bir sıra abidələrinin, o cümlədən müqəddəsQurani-Kərimin təfsiri dilçilik xüsusiyyətləri ilə bağlı fikir mülahizələri mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir bu sahədə tədqiqatların aparılması üçün prioritet istiqamətlərin müəyyən edilməsi baxımından böyük əhəmiyyətə malikdir.

Akademik Vasim Məmmədəliyev 1942-ci il avqustun 27- Bakı şəhərində anadan olmuşdur. 1949-1959-cu illərdə Bakıda 113 saylı orta məktəbdə təhsil almışdır. Orta məktəbi bitirdikdən sonrakı həyat fəaliyyətinin əsas hissəsi Bakı Dövlət Universiteti ilə bağlıdır. 1959-cu ildə o vaxtki Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuş 1964- ildə həmin fakültəni ərəb filologiyası ixtisası üzrə bitirmişdir. 1965-1968-ci illərdə Tbilisi Dövlət Universitetinin aspiranturasında təhsil almışdır. 26 yaşında akademik G.V.Tseritelinin rəhbərliyi ilə  Müasir ərəbAzərbaycan ədəbi dilində İraq dialektində felin zaman formalarının müqayisəli-tipoloji təhlilimövzusunda namizədlik dissertasiyası, 32 yaşında isə Tbilisi Dövlət Universitetində  Müasir ərəb ədəbi dilində felin zaman, şəxs şəkil kateqoriyalarımövzusunda doktorluq dissertasiyası müdafiə edərək keçmiş SSRİ məkanında ərəbşünaslıq sahəsində ən gənc elmlər doktoru adını almışdır. 1981-1991 ci illərdə BDU-nun şərqşünaslıq fakültəsinin dekanı, 1991-1992-ci illərdə BDU-nun humanitar fakültələr üzrə prorektoru olmuşdur. 1991-ci ildən BDU-nun Şərqşünaslıq fakültəsində Ərəb fılologiyası kafedrasının müdiri, 1993- ildən yeni yaradılmış İlahiyyat fakültəsinin dekanı vəzifələrində çalışır. 1978-ci ildən professordur. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir, 2007-ci ildə isə həqiqi üzvü seçilmişdir.

Bu gün təkcə Azərbaycanda deyil, bütün Yaxın Şərq ölkələrində Avropada görkəmli şərqşünas islamşünas alim kimi tanınan Vasim Məmmədəliyev dilçilik sahəsində dərin hərtərəfli biliyə malik kamil bir mütəxəssisdir. Onun dilçilik elminin yaranması inkişafı, bu elmin ən qədimdən müasir dövrə qədər keçdiyi inkişaf yolu, dilçilik məktəbləri, nəzəri dilçiliyin aktual problemləri bu kimi məsələlərə dair tədqiqatları elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir.

Artıq qeyd edildiyi kimi, akademik Vasim Məmmədəliyevin elmi ictimai fəaliyyəti geniş çoxsahəlidir. Dilçilik filologiya sahəsində mütəxəssis olmadığıma görə onun elmi fəaliyyəti haqqında fikir yürütməyim obyektiv olmazdı. Lakin bununla bərabər özümdə cəsarət taparaq onun elmi fəaliyyəti barədə bir neçə söz deməyi lazım bilirəm. Akademik Vasim Məmmədəliyev tərəfindən aparılan tədqiqatlar nəticəsində ərəb dilçilik elminin dünya dilçilik elmində orijinal sistemə malik olması, onun nəzəri metodoloji baxımdan Hind-Avropa dilçiliyindən fərqli cəhətləri müəyyən edilmiş, ərəb dilçiliyinin ilkin orta əsr dilçilik tarixində yeni söz olması göstərilmiş ərəb dilçiliyinin Avropa dilçilik elminə təsiri ətraflı olaraq araşdırılmışdır. Müəyyən edilmişdir ki, ərəb ədəbi dilindən fərqli olaraq bəzi ərəb dialektləri tipoloji baxımdan Azərbaycan dili ilə daha yaxındır. Onun elmi yaradıcılığının böyük bir hissəsi müsəlman dünyasının ən nadir incilərindən hesab edilən ərəb ədəbi dilinin ən böyük abidəsi olanQurani-Kərimin dil üslub xüsusiyyətlərinin öyrənilməsi ilə əlaqədardır. Vasim müəllimin universal biliklərə, ensiklopedik məlumatlara malik olması onun  mərhum akademik Ziya Bünyadovla birgə müqəddəsQurani-Kərimi Azərbaycan dilinə tərcümə edərək xalqın istifadəsinə verməsinə imkan yaratmışdır. Onun öz təbirincə desək, – “Allah kəlamı olan Quran elə bir ecazkar ilahi kitabdır ki, heç bir müfəssir onu tam dolğunluğu ilə təfsir heç bir mütərcim mükəmməl tərcümə edə bilməz. Çünki Allah təala Özünün haqq dini islamı onun müqəddəs kitabı Quranı insanlara yalnız müəyyən bir dövr üçün deyil, qiyamət gününə qədər olub keçəcək bütün dövrlər üçün göndərmişdir”.

Vasim müəllim klassik Şərq ədəbiyyatını, o cümlədən, klassik Azərbaycan, fars, ərəb ədəbiyyatını mükəmməl bilir, müasir ədəbi prosesləri daim izləyir. O, həm klassik Azərbaycan poeziyasının nadir bilicilərindəndir, klassiklərimizi gözəl bilməklə yanaşı, onların iri həcmli əsərlərini əzbərdən söyləmək qabiliyyətinə malikdir.

Vasim müəllim eyni zamanda Azərbaycan musiqisinin, xüsusilə muğamların gözəl bilicisidir. Dəfələrlə muğam gecələrini aparmış, respublikanın görkəmli xanəndə müğənnilərinin yaradıcılıq görüşlərində mütəxəssis kimi çıxış etmiş, musiqi xadimlərini muğam incilərinə hörmət etməyə, onları düzgün ifa etməyə çağırmışdır. O, həm klassik Avropa musiqisinə dərindən bələddir.

Akademik Vasim Məmmədəliyev müstəqillik əldə etmiş respublikamızın ehtiyac duyduğu gənc ilahiyyatçı mütəxəssislərin hazırlanmasında gərgin əmək sərf etmişdir. O, 20-dən çox monoqrafiya, dərslik kitabın, 600-dən çox elmi elmi-kütləvi məqalənin müəllifidir. Əsərləri dünyanın 15-dən artıq ölkəsində nəşr edilmişdir, 40-dan çox dissertasiya işinə rəsmi opponentlik etmişdir. Şərqşünaslıq ərəb dilçiliyi sahəsində 41 elmlər namizədi 3 elmlər doktoru yetirmiş akademik bu gün Azərbaycan şərqşünaslarının lideri kimi dünyanın müxtəlif ölkələrində keçirilən toplantılara qatılır. Dəfələrlə Rusiya, Polşa, Misir, ABŞ, İndoneziya, İraq, Türkiyə, İran, Gürcüstan, Fransa digər xarici ölkələrdə keçirilən konfrans simpoziumlarda məruzə ilə çıxış etmişdir.

Akademik Vasim Məmmədəliyevin elm təhsil sahəsindəki əvəzsiz xidmətləri dövlət beynəlxalq ictimaiyyət tərəfindən layiqincə qiymətləndirilmişdir. Bu sahədəki səmərəli fəaliyyətinə görə o, ölkə başçısı tərəfindən 1992-ci ildə Azərbaycanın Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür, 2002-ci ildəŞöhrət ordeni”, 2009-cu ildəŞərəfordeni, 2012-ci ildə Prezident təqaüdü ilə təltif edilmişdir. 2003- ildə Dağıstan Respublikasının Əməkdar elm xadimi adına layiq görülmüşdür. “Yusif Məmmədəliyevmedalı ilə təltif edilmişdir. Qafqaz Müsəlmanları İdarəsi nəzdində Elmi-Dini Şuranın sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü, İraq Elmlər Akademiyasının, Suriya Quran Elmləri Ərəb Filologiyası Akademiyasının, Misir Ərəb Dili Akademiyasının müxbir üzvü, İslam Əməkdaşlıq Təşkilatının Müsəlman Hüququ Akademiyasının akademiki Azərbaycanın orada təmsilçisi, İranın Beynəlxalq Əhli-Beyt Assosiasiyası Türkiyənin Elmi Araşdırmalar Vəqfinin üzvü, Azərbaycanİraq Dostluq Cəmiyyətinin sədridir.

Vasim müəllimin islam dininin, islam dəyərlərinin təbliğində yayılmasında, Quran ayələrinin, dini ayinlərin hədislərin düzgün yozulmasında, xalqın mənəvi cəhətdən zənginləşməsində inkişafında böyük xidmətləri vardır. Azərbaycan Televiziyasında hər cümə axşamı efirə verilənHaqqın dərgahıverilişini xalqımız artıq 20 ildir ki, maraq səbirsizliklə izləyir. Bu veriliş ümumxalq məhəbbəti qazanmış, İslam dini dəyərlərinin ölkəmizdə elmi şəkildə təbliğ olunması işində mühüm rol oynamış oynamaqdadır.

Yorulmaz gərgin əməyi sayəsində Vasim müəllim öz dərin savadı xoş niyyətli əməlləri ilə insanlığın ən ali zirvəsində, ən yüksək nöqtəsində dayanaraq, alimlik zənginlikdirsə, insanlıq isə qəlbin, daxili aləmin zənginliyidir anlayışını bir daha öz əməlləri ilə sübut etmişdir. O, iki zənginliyi-istər beyin, zəka, istərsə qəlb, dünya zənginliyini özündə cəm edən bir şəxsdir. Onu hələ gənc yaşlarımdan yaxından tanıdığım onunla təmasda olduğum üçün deyə bilərəm ki, Vasim müəllim heç kəsi incitməmiş, heç kəsi özündən narazı salmamışdır. Kömək üçün ona müraciət edənlərin heç biri ümidsiz geri qayıtmır. Elm biliyini heç kəsə əsirgəmir. Düzlüyü, doğruluğu, halallığı xeyirxahlığı özünə amal, həyat yolu seçən bu insan deyərdim ki, nəcibliyin insanlığın ən yüksək zirvəsində dayanır. Təbii ki, Allah hər bir insana yalnız yalnız bir ömür payı bəxş edib gərək bu ömrü elə yaşayasan ki, təmiz mənalı olsun. Həyatın mənasını şan-şöhrətdə, mal-dövlətdə, varidat yığmaqda deyil, insanlara xidmətdə görür Vasim müəllim. Quranın əsas mövzularından biri yer üzünün əşrəfi olan insan haqqındadır. Buradakı ayələrə istinad etsək deyə bilərik ki, bəli, insan kainat ağacının meyvəsidir; fəqət bu meyvənin tam yetişməsi üçün şaxəli budaqlar rəngarəng çiçəklər kifayət etməz. Ağacın yaşaması, bar verməsi üçün yer altındakı qaranlıqlara dərinliklərə kök atması lazım olduğu kimi, insan da çətinliklərə əzablara qatlaşmadan istədiklərinə nail ola bilməyən bir varlıqdır. Vasim müəllim həyatın bütün çətinliklərinə sinə gərərək, maneələrdən keçərək insanlığın ən uca zirvəsində kök salmışdır. O, heç vaxt özünü düşünməmiş, yalnız yalnız həyatının mənasını ümumi məqsədəinsanlığa xidmətdə görmüşdür. Nəcib əməllər, xeyirxah işlər sahibi olan bu nurani, alicənab insan kimsənin haqqını tapdamadığı, heç kəsi özündən narazı salmadığı üçün hamıdan onun haqqında yalnız xoş sözlər eşitmişəm.

Onun müəllim alim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi qayğıkeşliyi, insanlara onların problemlərinə göstərdiyi diqqət qayğı, fəal həyat mövqeyi ona həmkarlarının, dostlarının tələbələrinin dərin hörmətini qazandırmışdır. O, yaşından asılı olmayaraq hər kəslə öz dilində danışmağı bacarır. Mən dəfələrlə onunla müxtəlif mövzularda söhbət etmişəm. O həmişə məntiqlə, əsaslandırılmış, eyni zamanda, səmimi danışır, adi sözlərlə insanın qəlbində həyat eşqi oyadır. Onunla danışmaq, ona qulaq asmaq çox maraqlıdır. O, çox az adama xas olan düşüncə tərzi ilə müsahibini heyran edir, ən adi sözlərlə insanların qəlbinə nüfuz edə bilir, onların sevimlisinə çevrilir. Öz ixtisasını qızğın məhəbbət sədaqətlə sevir, bu sahədəki mövcud problemləri dərindən bilir daima bu sahədə baş verən yenilikləri izləyir, bu yenilikləri həm öz fəaliyyətində tətbiq etməyə çalışır, həm bu barədə öz həmkarlarına məlumat verir, rəhbərlik etdiyi kollektivdəki müəllim elmi işçilərin bilik bacarıqlarının daha da yüksəldilməsi üçün bütün imkanlardan istifadə edir. Yüksək peşəkarlığı, dostpərvərliyi, ünsiyyətdə səmimiliyi, istiqanlılığı qayğıkeşliyi ilə seçilir. Yaşamaqdan, işləməkdən ilham alır, həyata insanlara nikbin yanaşır, xeyirxahlıq etimad ab-havası yaradır.

Hörmətli akademikimiz Vasim Məmmədəliyevi anadan olmasının 70 illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, sağlam həyat yeni yaradıcılıq uğurları arzulayırıq. İnanırıq ki, hələ uzun illər o, nəcib xeyirxah əməllərini davam etdirərək insanları mənəvi saflığa çağıracaq, böyük səylə, qətiyyətlə çalışaraq Azərbaycanda dilçilik elminin ən son nailiyyətlərini dünya ictimaiyyətinə çatdırmaq sahəsində yüksək fəallıq vətənpərvərlik nümayiş etdirəcəkdir.

 





14.11.2012    çap et  çap et