525.Az

Dünyanın fəlsəfi fikir mühitində parlaq imza: Səlahəddin Xəlilov


 

Dünyanın fəlsəfi fikir mühitində parlaq imza: Səlahəddin Xəlilov<b style="color:red"></b>

Mən Azərbaycanın böyük alimləri sənət adamları haqqında çox araşdırmalar aparmışam. Həmişə belə bir qənaət hasil olub ki, bizim alimlər məhz xarici ölkələrdə, əsl elmi mühitə düşəndə daha yüksək elmi nəticələr göstərirlər. Əlbəttə, Lütfi Zadə , Kərim Kərimov da vətəndən uzaqda yaşayıb-yaratdıqlarına baxmayaraq,  bizim milli iftixar mənbəyimizdirlər. Lakin hər halda onların yaradıcılığından, fəaliyyətindən daha çox başqaları bəhrələnib. Ona görə , məni həmişə belə bir sual narahat edib: bizim istedadlı adamlar öz ölkəmizdə yazıb-yaratmaqla beynəlxalq miqyasda özünü təsdiq edə bilərlərmi? Bu, əlbəttə, çox çətindir. Xüsusən, ictimai elmlər milli fəlsəfi fikir sahəsində əlavə çətinliklər mövcuddur.

Son yüzilliklər ərzində dünya fəlsəfi fikri əsasən Qərb filosofları tərəfindən formalaşdırılır bizim bu prosesdə iştirakımız yox dərəcəsindədir. Belə vəziyyət təbii ki, bizi qane edə bilməz. Digər tərəfdən, xaricdə yaşayıb milli fəlsəfə yaratmaq da mümkün deyil. Deməli, nicat harda isə daxildə axtarılmalıdır.

Otuz ildən artıqdır ki, istedadına əmin olduğum, gələcəyinə böyük ümid bəslədiyim bir nəfərin yaradıcılığını izləyirəm. 1979-cu ildə elmimizin gələcəyi ilə əlaqədar Azərbaycanın tanınmış alimlərindən müsahibələr götürürdüm. Onların sırasına o vaxt Sovet İttifaqında ən gənc fəlsəfə elmləri namizədi olan Səlahəddin Xəlilovu da daxil etmişdim. “Hiss, intellekt, fəhmmövzusunda olan bu müsahibə sonralar kitabda (“Dialoqlar”, Bakı, “Azərnəşr”, 1982) da çap olundu. Keçən müddət ərzində mən Azərbaycanı dünyada təmsil edən böyük şəxsiyyətlərimiz: Toğrul Nərimanbəyov, Lütfi Zadə, Kərim Kərimov, Əli Cavan s. haqqında çoxlu məqalələr bir neçə kitab yazdım. Ammagənc dostumuda unutmadım, ümidimi itirmədim. Axı, fəlsəfə riyaziyyat deyil, bəhrəsi çox gec yetişir. Belə düşünürəm ki, bu gün artıq onun haqqında yazmaq vaxtı çatmışdır.

AMEA-nın müxbir üzvü, professor Səlahəddin Xəlilovun elmi yaradıcılığı da, ictimai fəaliyyəti çox zəngin hərtərəflidir. Bu barədə oxucuların az-çox məlumatı olduğundan, bu məqalədə onun ancaq beynəlxalq miqyasdakı elmi fəaliyyətini işıqlandırmağa çalışacağam. 12 kitab, 140 elmi məqaləbunlar onun ancaq xaricdə nəşr olunan əsərləridir. Bundan əlavə, S.Xəlilovun neçə-neçə beynəlxalq elmi konfranslarda məruzələri, nüfuzlu elmi təşkilatlarda, elmi jurnalların redaksiya şuralarında beynəlxalq elmi ekspertiza sistemində səmərəli fəaliyyəti iftixar hissi doğurur.

Türkiyədə , İranda da, ərəb ölkələrində tədqiqatçılar əsasən iki qütbə ayrılırlar: onlar üzünü ya fəlsəfə tarixinə tutur, İslam dünyasının parlaq dövründəorta əsrlərdə  əldə olunmuş fəlsəfi nailiyyətləriüzə çıxarmaqla”, yəni Şərq maarifçiliyi ilə, ya da Qərb fəlsəfəsinin klassik nümunələrini öyrənmək, öz dilinə tərcümə etmək, ən yaxşı halda onların şərhini verməklə, yəni Qərb maarifçiliyi ilə məşğul olurlar.

Məhz belə bir şəraitdə Səlahəddin Xəlilovun Şərq Qərbin vəhdətindən çıxış edərək yeni sintetik fəlsəfi təlim yaratmaq istiqamətində gördüyü işlər tək Aərbaycan üçün deyil, bütün Türk dünyası hətta İslam Şərqi üçün çox önəmli bir hadisədir. S. Xəlilovun yaradıcılığında Şərq Qərb düşüncə tərzləri ilə bərabər, fərqli dini baxışlar, fərqli mədəniyyətlər vahid fəlsəfi təməl üzərində nəzərdən keçirildiyindən, onun irəli sürdüyü yeni ideyalar təlim universal xarakter daşıyır; müxtəlif nəzəriyyələrlə yanaşı, müxtəlif  dəyərlər ortaq məxrəcə gətirilmiş olur. Onun elmşünaslıq elm fəlsəfəsi sahəsindəki tədqiqatları da beynəlxalq elmi ictimaiyyət tərəfindən orijinal tədqiqatlar kimi dəyərləndirilir.

Fenomenologiyanın ekzistensializmin milli fəlsəfi fikir tariximizlə əlaqələndirilməsi bunun sayəsində həmin təlimlərin yeni istiqamətlərinin ortaya çıxarılması da professor S.Xəlilovun rəhbərliyi ilə fəaliyyət göstərən yaradıcı qrupun mühüm elmi uğurları sırasındadır. Görkəmli filosofun irəli sürdüyü konsepsiya özünün yeni elmi istiqaməti ilə seçilir bir çox ölkələrin fəlsəfə qurumları tərəfindən yüksək qiymətləndirilməkdədir.

Nəticədə bu gün artıq beynəlxalq fəlsəfi fikir coğrafiyasına ölkəmizin adı həkk olunmuşdur. İndi dünyanın mötəbər fəlsəfə forumlarında tanınmış Qərb filosofları ilə yanaşı, Azərbaycan filosofunın da yaradıcılığına müraciət olunur. Professor S.Xəlilovun son kitablarının Moskva, Paris, Ankara, Afina s. elm mərkəzlərində keçirilən təqdimat mərasimləri onun ideyası əsasında formalaşan yeni fəlsəfi təlimin dünya elmi-fəlsəfi ictimaiyyəti tərəfindən böyük maraqla qarşılandığını göstərir.

S.Xəlilovun əldə etdiyi uğurlar birdən-birə baş tutmamışdır; hər uğurun öz tarixçəsi var. Hələ sovet dövründə gənc filosofun məqalələri mərkəzi jurnallarda (“Voprosı filosofii”, 1988, №5, “Filosofskie nauki”, 1987, №12) dərc olunmuş, kitabı Ümumittifaq Bilik Cəmiyyətinin mükafatına layiq görülmüşdü. Sonralar Moskvada çıxan kitablarına görkəmli rus alimlərinin yazdıqları rəylər göstərdi ki, onun tədqiqatları Rusiya fəlsəfi mühitində indi böyük maraqla izlənir. S.Xəlilovun elmi-texniki tərəqqinin əsaslarına dair monoqrafiyasına (Osnovaniə nauçno-texniçeskoqo proqressa. Loqiko-metodoloqiçeskiy analiz. M.,”Gkonomika i informatika”, 1997) elmşünaslıq sahəsindəki digər tədqiqatlarına akademik A.D.Ursul, prof. İ.A. Mayzel, prof. Y.B.Tatarinov, prof. Q.S.Qudojnik başqalarının verdikləri yüksək qiymət onun bütün postsovet məkanında kifayət qədər tanınmış elmşünas alim kimi etiraf olunmasına dəlalət edirdi. Məhəbbət fəlsəfəsinə (“Löbovğ i intellekt. M., “Maska”, 2009) romantik poeziya məsələlərinə (Romantiçeskaə pogziə v kontekste vostoçno-zapadnoy problematiki. M., “Vesğ Mir”, 2009) dair monoqrafiyaları Azərbaycan hikmətlərinin təbliğinə həsr olunmuş kitabı (“Kniqa aforizmov”. M., Alğfa-M, 2012) haqqında prof. S.V.Belozertsevin prof. A.N.Çumakovun yazdıqları geniş rəylər filosofun yaradıcılığına Rusiyada göstərilən böyük diqqətin təzahürləridir. Rusiya Fəlsəfə Cəmiyyətinin Xəbərlərində (Vestnik RFO, 2010, № 1; 2011, №4 s.) digər nüfuzlu elmi jurnallarda (“Soüioloqiə nauki i texnoloqii”, Sankt-Peterburq, 2011, №3; “Qumanitarnıe nauki”, Mockva, 2012, №3 s.) onun əsərləri barədə məqalələr, rəylər dərc olunur. Onun MDB məkanında (Moskva, Sankt-Peterburq, Minsk, Yekaterinburq, Kazan, Ufa, Kemerovo, Qurzuf, Obninsk) keçirilən elmi forumlarda çıxışları da həmişə böyük maraqla qarşılanmışdır. Öz yeni elmi yanaşmaları ilə diqqəti cəlb edən S.Xəlilov 1997-ci ildə ekologiya üzrə Rusiya alimləri ilə birgə tədqiqatlarına görə Rusiya Ekologiya Akademiyasının üzvü seçilmişdir.

Eləcə Türkiyədə: S.Xəlilovun İstanbulda çıxan kitabları (Doğu ve Batı: Ortak Bir Ideale Doğru. İstanbul, Mefkure yayınları, 2006; Doğudan Batıya Felsefe Köprüsü. İstanbul, Ötüken, 2008; Romantik Şiirde Doğu-Batı Meseleleri. İstanbul, Ötüken, 2009, Aşk felsefesi. Ankara, 2014) isə türk fəlsəfi ictimaiyyətinin diqqətini cəlb etmiş, Türkiyənin tanınmış elmi-fəlsəfi jurnallarında (“Özne”, Adana, 2007, № 7, “Almıla”, Ankara, 2008, №13, “İslam Araşdırmaları Dergisi”, İstanbul, 2008, №19 s.) bu kitablar haqqında geniş rəylər dərc olunmuş, İstanbul Ankarada kitabların təqdimat mərasimi imza günləri keçirilmişdir.

Lakin Türkiyə Rusiya fəlsəfi dairələrində nüfuz qazanmaq qarşıya qoyulan məqsədə çatmaq üçün hələ az idi. Fəlsəfi fikrin aparıcı mərkəzləri Qərbi Avropa ölkələri olduğundan, ingilis dilində çap olunmaq, beynəlxalq forumlarda öz konsepsiyası ilə çıxış etmək, Azərbaycan fəlsəfi fikrini qabaqcıl Qərb ölkələrində təqdim etmək daha önəmli idi. S.Xəlilov bu məqsədlə Qərbin böyük elm mərkəzlərində (London, Oksford, Paris, Vaşinqton, Brüssel, Roma, Afina, Amsterdam, Milan, Antverpen, Budapeşt, Turin s.) elmi məruzələrlə çıxış etmiş, Ümumdünya Fəlsəfə Konqreslərində, Beynəlxalq Metafizika konfranslarında, Elmin tarixi metodologiyası üzrə beynəlxalq forumlarda, Fenomenologiya konfranslarında Azərbaycanı uğurla təmsil etmişdir. Son illərdə S.Xəlilov belə beynəlxalq konfransların Rəyasət Heyətinə Elmi təşkilat komitələrinə seçilir ki, bu da onun xidmətlərinin fəlsəfi ictimaiyyət tərəfindən etiraf edilməsinin daha bir göstəricisidir. Yeri gəlmişkən, elə bu il S.Xəlilov üzvü olduğu Ümumdünya Elm, Mühəndislik Texnologiya Akademiyasının (WASET – World Academy of Science, Engineering and Technology) xətti ilə 29-30 iyulda LondondaDemocracy, Political and Civic Participationmövzusunda Ümumdünya Fenomenologiya İnstitutunun (World Phenomenology Institute) xətti ilə 1-3 oktyabrda MilandaEko-fenomenologiyaHəyat, İnsan Postinsan həyatı Kosmosun Harmoniyasındamövzusunda keçirilmiş beynəlxalq konfrasların Elmi-Təşkilat Şurasının üzvü kimi səmərəli fəaliyyət göstərmişdir.

S. Xəlilov xarici ölkələrdə keçirilən fəlsəfə forumlarında iştirakla kifayətlənməyərək, rəhbərlik etdiyi Azərbaycan Fəlsəfə Sosial-siyasi Elmlər Assosiasiyası (AFSEA) xətti ilə Bakıda da bir sıra beynəlxalq Fəlsəfə Forumları təşkil etmiş, dünyanın bir çox görkəmli filosoflarının iştirakı ilə aktual fəlsəfi problemlərin müzakirəsini keçirmişdir. Onun təşəbbüsü ilə AFSEA Rusiya Türkiyə Fəlsəfə Cəmiyyətlərinin Bakıda görüşlərini (2002, 2009, 2012-ci illərdə) keçirmiş Avrasiya məkanında fəlsəfi tədqiqatların əlaqələndirilməsi sahəsində bir sıra birgə layihələr işlənib-hazırlanmışdır. Bu layihələr çərçivəsində həm klassik Azərbaycan fəlsəfi irsi, həm S.Xəlilovun yaradıcılığı Rusiya türk dünyası miqyasında təqdim olunur.

İldə bir nömrəsini xüsusi buraxılış olaraq dünyanın məşhur filosoflarına həsr edən Türkiyənin nüfuzluÖzne” (“Subyekt”) dərgisi 2012-ci ildə xüsusi buraxılışını S.Xəlilova həsr etmişdir. Dərgidəki məqalələrdə S.Xəlilov çağdaş dünyanın böyük filosoflarından biri kimi təqdim olunur. Burada Türkiyə filosofları ilə yanaşı, ABŞ, Rusiya, Almaniya, İran s. ölkələrin tanınmış fikir adamlarının da S.Xəlilov haqqında məqalələrinin dərc olunması Azərbaycan filosofuna beynəlxalq miqyasda Qərb dünyasında necə böyük dəyər verildiyinə dəlalət edir. Ankarada çıxanAlmıladərgisi S.Xəlilovun məqalələrini dərc edərkən onu dövrümüzün fəlsəfə klassiki kimi təqdim edir.

Türkiyədə Atatürk Kültür Mərkəzinin nəşr etdiyiÇağdaş Düşünürlərimizkitabının bir fəsli S.Xəlilovun fəlsəfi görüşlərinə həsr olunmuşdur. Qazaxıstanda nəşr olunanMədəni irsantologiyasında müasir türk fəlsəfəsinin ən sanballı tədqiqatları sırasına Azərbaycan filosofu Səlahəddin XəlilovunElmin tarixi bölgüsü iyerarxik quruluşuadlı əsəri  daxil edilmişdir. Türk dünyasında fəlsəfi fikrin inkişafı sahəsindəki xidmətlərinə görə o, Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının akademiki seçilmişdir.

İSESKO-da İslam Dünyası Universitetləri Federasiyasında da Azərbaycanı ilk dəfə məhz S.Xəlilov təmsil etmiş bu Federasiyanın təşkil etdiyiXXI əsrdə İslam dünyasının təhsil sahəsində üzləşəcəyi problemlərsimpoziumunda məruzə ilə çıxış etmişdir (11-12 fevral 1998-ci il, Luksor, Misir). Sonralar İslam dünyasının Tehran, Ankara, İstanbul, Bağdad, Almatı, Bişkek, Cakarta kimi böyük elm mədəniyyət mərkəzlərində yeni əsrdə İslam ölkələrinin elm təhsil quruculuğu sahəsində rəhbər tutmalı olduğu strateji kurs barədə çıxışlar etmiş, İslam dünyasının modernləşmə konsepsiyasının fəlsəfi əsaslarını hazırlamaq sahəsində birgə layihələrin həyata keçirilməsi zərurətini diqqətə çatdırmışdır. Onun Türkiyənin müxtəlif şəhərlərində (Ankara, İstanbul, Bursa, İzmir, Muğla, Kocaeli, Əskişəhər) keçirilən konfranslarda, habelə müxtəlif universitetlərdə elmi ictimaiyyətlə təşkil olunan görüşlərdə, təqdimat mərasimlərində məruzə mühazirələri Türkiyə mətbuatında geniş işıqlandırılmış, televiziya kanallarında (TRT-1, TRT-2, Samanyolu, “Səs s.) reportajlar müsahibələr yayımlanmışdır. S.Xəlilov həmçinin, Orta Uzaq Şərqin bir çox şəhərlərində (Dehli, Kəlküttə, Seul, Cakarta, Fukuoka) müxtəlif mövzularda keçirilən elmi-fəlsəfi konfranslarda ölkəmizi təmsil etmiş, onun məruzələri tezisləri konfrans materiallarında çap olunmuşdur.

 FilosofunŞərq Qərb: ümumbəşəri ideala doğruadlı əsəri indiyədək bir neçə xarici ölkədə nəşr olunmuşdur. Təsadüfi deyil ki, bu kitabın nəşrindən sonra Moskvada çıxanQlobalistika” (2003) Nyu-Yorkda çap olunanGlobal Studies Encyclopedia” (2007) ensiklopediyalarında daŞərq Qərbmövzusuna dair məqalələri yazmaq professor S.Xəlilova həvalə edilmişdir.

Səlahəddin Xəlilov Harvard Universitetində təsis olunmuşŞərq Qərb: fəlsəfələr arasında körpüBeynəlxalq Alimlər Assosiasiyasının İdarə Heyətinə üzv seçilmişdir. “Yeni təfəkkür üzrə Dünya Şurası”-nın sədri Edvard de Bononun filosofa ünvanladığı məktubunda S.Xəlilov Şərq aləminin qeyri-ənənəvi fikir sahibi kimi dəyərləndirilir onun İslam dünyasından bu Mərkəzə seçilmiş ilk nümayəndə olduğu bildirilir. Onun 2000-ci ildə Oksford Universitetin 3- minillikdə yeni təhsil strategiyasını hazırlamaq üçün dəvət etdiyidünyanın 40 görkəmli təhsil mütəxəssisisırasında yer alması da təsadüfi deyildi.

S. Xəlilov həmçinin Beynəlxalq Hüsserl Fenomenoloji Tədqiqatlar Cəmiyyətinin, Amerika Fəlsəfə Cəmiyyətinin, Avropa Elm Fəlsəfəsi Assosiasiyasının, Beynəlxalq Rektorlar Şurasının, “Demokratiya UğrundaUniversitetlər Alyansının (AUDEMthe Alliance of Universities for Democracy) Azərbaycanın təmsilçisi seçilmişdir. Bir sıra xarici akademiyaların həqiqi fəxri üzvü kimi səmərəli təşkilatçılıq fəaliyyəti filosofa Azərbaycan milli fəlsəfi fikrinin dünya miqyasında tanıdılması sahəsindəki işində yeni imkanlar açır. Professor S.Xəlilov Şərq-Qərb problematikasına dair konsepsiyasını həm Şərqdə, həm Qərbdə keçirilən beynəlxalq elmi konfranslarda təqdim etməklə, müxtəlif baxışlı alimlərin konsensusuna nail olmağa çalışır. Bu isə elmi yaradıcılıqla yanaşı, onun həm böyük təşkilatçılıq işi kimi qiymətləndirilməlidir.

S.Xəlilovun baş redaktoru olduğuFəlsəfə Sosial-Siyasi Elmlərjurnalı Azərbaycanda ictimai elmlər sahəsində ilk dəfə olaraq bir sıra beynəlxalq Science Citation Index (SCI) mərkəzlərində: İndex Copernicus Philosophers Information Centerdə qeydiyyata alınmışdır bu jurnalda işıq üzü görən məqalələrin xülasəsi Amerikada çıxanThe Philosopher`s İNDEXreferativ jurnalında çap olunaraq dünyanın bütün elm mərkəzlərinə göndərilir. Fəlsəfə Sosial-Siyasi Elmlər jurnalının beynəlxalq miqyasda tanınması bütövlükdə Azərbaycan elminin mühüm uğurlarından hesab oluna bilər.

Qərb fəlsəfə aləminə öz sözü mövqeyi ilə çıxa bilmək üçün mühüm şərtlərdən biri ingilis dilində nüfuzlu jurnallarda çap olunmaqla bağlıdır. Son illərdəSpringernəşriyyatının çap etdiyi kollektiv monoqrafiyalarda Analecta Husserlianaseriyasında, ABŞ-da çıxanPhilosophy Studyjurnalında S.Xəlilovun on iki əsəri işıq üzü görmüş onlar beynəlxalq elmi-fəlsəfi ictimaiyyətin diqqətini cəlb etmişdir. Bu da əlamətdar haldır ki, o həmin jurnalın Analecta Husserliana”-nın  Redaksiya Heyətinin üzvü seçilmişdir. S.Xəlilov Rusiya, Türkiyə, Almaniya Qazaxstanda da bir sıra tanınmış fəlsəfə jurnallarının Redaksiya Şurasının üzvüdür.

Onun ingilis dilində dərc olunan bir monoqrafiyasına (“Philosophy, Science, Culture. Their Peculiarities in the East and West”. CA&CC Press, AB, Stockholm, 2008) çağdaş dünyanın ən məşhur filosoflarından biri, Ümumdünya Fenomenologiya İnstitutunun direktoru Anna-Tereza Timiniçkanın (ABŞ) redaktor olması bu kitaba ön söz yazması da filosofun yüksək beynəlxalq elmi nüfuzundan xəbər verir. “Həyat fenomenologiyası ideyanın həyatı” (“The Phenomenology of Life or Life of Idea”) adlı monoqrafiyasının beynəlxalq əks-sədası daha böyük olmuşdur. 2012-ci ilin avqustunda Parisdə 62-ci Beynəlxalq Fenomenologiya Konqresində 23 ölkəni təmsil edən 100-ə yaxın görkəmli mütəxəssisin iştirakı ilə Kongresin Rəyasət Heyətinin Elmi-təşkilat Şurasının üzvü Səlahəddin Xəlilovun bu kitabının təqdimat mərasimi keçirilmiş bu mərasimdə kitab haqqında beynəlxalq aləmdə söz sahibi olan alimlər yüksək fikir söylənmişlər.

Bu kitabda müasir Qərb fəlsəfi fikrinin ən mühüm cərəyanlarından biri olan fenomenologiyanın orta əsr islam fəlsəfi fikri ilə əlaqələri açılıb göstərilmiş, Şərq Qərb düşüncə tərzinin qovşağında açılan yeni fikir fəzasının metodoloji əsasları şərh olunmuşdur. Bu kitabın nəşrindən Parisdə keçirilən təqdimat mərasimindən sonra, S.Xəlilovun yaradıcılığına diqqət daha da artmışdır. İlk addım olaraq əsər italyan dilinə çevrilmişdir. Vatikanın Lateran Universitetinin italyan dilində çıxan fəlsəfə jurnalıAkvinas”-da (“Aquinas: Rivista Internazionale di Filosofia”, 2012, №3) Səlahəddin Xəlilovun yeni fəlsəfi konsepsiyasına dair böyük elmi məqalə dərc olunmuşdur. Məqalənin müəllifi Prof.Dr.Françesko Alfieri S.Xəlilovun fenomenologiya sahəsində irəli sürdüyü ideyaları təhlil edir onun başlıca müddəalarını italyan oxucularına çatdırır. F.Alfieri öz məqaləsində S.Xəlilovun bu əsərini dünya fenomenoloji fikrinin mühüm nailiyyəti kimi dəyərləndirir.

2013- ildə Afinada keçirilən ümumdünya XXIII fəlsəfə konqresi isə Azərbaycan fəlsəfi fikri üçün əsl zəfər hesab oluna bilər. Belə ki, son yüzillikdə ilk dəfə bir müasir türk-müsəlman filosofu haqqında Qərb filosofları çıxış edir onun irəli sürdüyü yeni fəlsəfi ideyaları müzakirə edirdilər. Professor Səlahəddin Xəlilovun Şərq Qərb fəlsəfi düşüncəsinin ortaq dəyərləri əsasında hazırladığı yeni fenomenoloji konsepsiya Konqres iştirakçılarının diqqət mərkəzində olmuşdur. Afina Konqresində Prof.Dr. Françesko Alfieri (Vatikan) Səlahəddin XəlilovunHəyat fenomenologiyası İdeyanın həyatıkitabında irəli sürdüyü yeni ideyalar barədə ayrıca məruzə ilə çıxış etmişdir. Prof. Dr. Daniela Verduççi (İtaliya), Prof.Dr. Könül Bünyadzadə (Azərbaycan), Prof.Dr. Maija Kule (Latviya) başqaları müzakirələrə qatılaraq S.Xəlilovun təlimini fenomenologiyanın Şərq düşüncə ənənələri üzərində qurulmuş yeni istiqaməti kimi dəyərləndirmişlər.

2012-ci ildəSivilizasiyalararası DialoqForumuna (Rodos, Yunanıstan) 2013- ildə Peterburqda həmin mövzuda keçirilən beynəlxalq konfransa S.Xəlilovun plenar iclasda əsas məruzəçi qismində dəvət olunması da təsadüfi deyildi.

Elmi Forumlardakı uğurlar Qərb ölkələrində Azərbaycan aliminin yaradıcılığına marağı daha da artırdığından, son illərdə onunla bağlı nəşrlərin coğrafiyası da genişlənir. 2011-ci ildə ABŞ-da çap olunmuşFilosoflar” (“Philosophers”, Book LLC, Wikiseries, Memphis, USA, 2011) adlı kitabda dünyanın müxtəlif ölkələrini təmsil edən 14 filosof haqqında geniş material dərc edilmişdir. Sevindirici haldır ki, dünyanın məşhur filosofları sırasına həmyerlimiz Səlahəddin Xəlilov da daxil edilmiş, kitabın bir fəsli onun həyat yaradıcılığına həsr olunmuşdur. 2012-ci ildə ingilis müəllifləri Jesse Russell Ronald Cohn isəSalahaddin Khalilovadlı ayrıca kitab tərtib etmiş onun tərcümeyi-halı, elmi fəaliyyəti, əsərləri barədə geniş məlumatla yanaşı, əsərə həmçinin alimin doğulduğu yer (BorçalıMarneuli), Bakı şəhəri, Azərbaycanın tarixi mədəniyyəti haqqında hərtərəfli məlumat daxil etmişlər.

Əslində S.Xəlilovun qazandığı beynəlxalq uğurlar sadaladıqlarımızdan xeyli çoxdur. Önəmli olan isə budur ki, ölkəmizin indiki hərtərəfli inkişafı elm fəlsəfi fikir sahəsində belə böyük uğurları nəinki sadəcə şərtləndirir, həm qanunauyğun bir perspektivə çevirir.

 





03.11.2014    çap et  çap et