525.Az

Oralarda kimlər var- Cavad Zeynal-


 

Oralarda kimlər var- <b style="color:red">Cavad Zeynal-</b>

abdin[email protected]

tofigabdin.com

Yazar,dramaturq alim Aslan Qəhrəmanlı şair Cavad Zeynalın “AXŞAM QƏRİBLİYİkitabına  yazdığı ÖN SÖZDƏ qeyd eləyir :”Qarşımda hələ çap olunmamış bir kitabın kompüterdə yığılmış variantı var. “Axşam qəribliyiadlandırılan bu kitabı gözdən keçirirəm, yadıma müəllifinşair nasir Cavad ZeynalınYazıçınəşriyyatında işlədiyi vaxtlar, bir şair Qabilin eyni adlı şeiri düşür:

Gedirsən, deyirsən öz-özünə sən:

Bu səbəbsiz olan qüssəni unut!

Lakin heç qoyarmı qəlbin ola şən

Axşam qəribliyi, bir ki, sükut?!”

...Cavad Zeynalın son zamanlar məhsuldar işləməsi bəzilərini təəccübləndirsə , mən buna çox təbii baxıram. Çünki yaradıcılıq məsələsi həddindən artıq mürəkkəb məsələdir. Hər gün müəyyən saatlarda yazanlar da var, aylarla mövzunu beynində saf-çürük edib birnəfəsə yazanlar da. Cavad Zeynal ikincilərə aiddir. Onun mətbuatda çıxan şeirlərinin, hekayələrinin çox böyük hissəsini oxumuşam bəzən fikirlərimi müəllifə bildirmişəm. Nəhayət, haqqında danışdığım kitabın əlyazmasını (yəni kompüterdə yığılmış variantını) görəndə tənqidi qeydlərimi söyləməyi xahiş elədi. Düzünü deyim ki, kitab xoşuma gəldi. Buraya müəllifin həm şeirlərinin, həm nəsr əsərlərinin bir hissəsi daxil edilib.Yaradıcılığa şeirlə başlamış Cavad Zeynal sonradan nəsrə keçsə , çox az dəyişib, yenə gəncliyində olduğu kimi emosionaldır, dəymədüşərdir, tez inciyəndir bir az da... bədbindir.Bilmirəm Cavad özünü şair hesab edir, yoxsa nasir? Bunu mən ondan heç soruşmamışam. Çünki onun cavabı olur-olsun, lap qalın-qalın romanlar yazsa belə, o şairdir”. 

Haralardasız Cavad bəy?

Haralarda deyiləm ki? Toylarda, hüzrlərdə, məhlədə nərdtaxta oynayanların sırasında, evdə mütaliədə. Ömürlük istirahətə çıxmışam, axı. Allahın bəxş etdiyi şərəfli qocalığımı yaşayıram. 

Qardaşım qocalıqbazlıqdır, maşallah zaman-zaman  şeirlərinizi “525-ci qəzet oxuyuram belə məhsuldar işləmənizdən hiss eləyirəm ki, bu söz sizə yaraşmır belə bir şey soruşum : poeziya sizi hələ bezdirməyib.

Əstağfurullah! Poeziyadan bezmək olar heç? Onda gərək gündəlik çörək yeməyək. Çörək maddi qidadırsa, poeziya da mənəvi qidadır. Bunlar ayrılmazdılar, axı. Hansından keçmək olar?Yaxşı şeir ruhu qidalandırır, adamı saflaşdırır. Hüseyn Arif demiş: “ qədər həyat var, şeir vardır”. Sadəcə bu misraya bircə söz əlavə etmək lazım gəlir. İnsan sözünü. Yəni, qədər həyat, insan varsa poeziya da mütləqdir. Poeziyasız aqillik, kamillik təsəvvür etmirəm. Bəzən adi danışıqda belə bircə misra, görürsən deyilən sözə möhür olur. Şeir mənim üçün insanlığın, mənəviyyatın poetikləşmiş zirvəsidir. O zirvədən o yana ali heç yoxdur.

Vaxtilə ədəbi mühitin içində olan bir yazar şair idiniz.İndi bu mühitdən uzaqlaşmasanız da, adınız bir az az hallanır ədəbi camiədə?

Buna tale yazısı kimi baxıram. Əvvəla, mən özümü heç vaxt reklam etdirmədim. Gəncliyimdə bəziləri kimi ədəbi görüşlərə, toplantılara heç vaxt can atmadım. Görünmək, yarınmaq kimi baxdım belə şeylərə. Halbuki ətrafımdakılar gedirdilər , gəlirdilər . Qayıdanların bəziləri ağzıəyri qayıdırdı, bəzilərixoşbəxt”. O dəqiqə hiss olunurdu ki, “xoşbəxtkiminsə diqqətini özünə çəkə bilib. İyrənirdim onda.O vaxtlar tanınmışlara, xalq şairlərinəuğurlu yolyazdırmaq da yaman dəbdə idi. Az qala hər ay bir gənc haqqında titullu şairlərimizdən biriuğurlu yolyazırdı. Bununla da o beş-üç şeirin müəllifi birdən-birə dönüb olurdu məşhur. Yəni bu adət mühitdə rəyi formalaşdırırdı. “Onun haqqında filankəsuğurlu yolyazıb”.Mən bu titulluların yanına getmədim. Sadəcə başqaları kimi vaxtaşırı çap olundum. Sonralar başa düşdüm ki, getmək-gəlmək lazım imiş...Bir ki, haqq üçün deyim ki, mən yaşıdlarımı o vaxt da, indi özümdən öndə görmüşəm. Allah hərəyə bir cürə verir . Kimə çox, kimə az. Buna da şükür, qismətimdən razıyam. Tanıyanlar, oxuyanlar razılıqlarını bildirirlər, elə bu bəsimdir. Mənim olanım budur . Tarix boyu unudulanlar o qədər olub... biri mən. Neynək. Hamı Nizami, Füzuli olmaz ki!

Vaxtilə yaxşı vəzifələrdə olmusuz, yəni yazıçılıq sahəsində deyirəm, məsul nəşriyyatlarda, məsul işlərdə çalışmısız, redaktor işləmisiz, kimi şeylər qalıb o illərdən yadınızda?

Çox şeylər. Acıları da var, şirinləri . Bəri başdan qeyd eləyim ki, redaktorluq ağır sənətdir. Redaktor ikinci müəllif deməkdir. İstərAzərnəşr işlədiyim dövrdə, istərsə Yazıçıda neçə tanınmış şair, yazıçı nəşriyyatda işə düzəldi. Amma heç biri bir-iki aydan artıq işləyə bilmədi. Çünki nəşriyyat işi çox dərin işdi. Hər alim, yazıçı o dərinliyə gedib çıxa bilmir. Redaktor gərək birinci növbədə müəllifin dünyasına girməyi bacarsın. Onun yazı manerasını duysun. Kitabda müəllifin təhkiyyəsini, üslub xüsusiyyətini mənimsəsin. Kitabın əyər-əksiyini dəqiq görsün müəllifi işlətməyi yaxşı bacarsın. Əks halda o kitab müəllifdən asılı olmayaraq qüsurlu çıxacaq.”Azərnəşr işləyirdim. Bədii tərcümə redaksiyasında. Farscadan tərcümə olunmuş bir kitabın (səhv etmirəmsə, DəhləvininVis Raminəsəri idi) redaktəsini məşhur şairimiz Mirmehdi Seyidzadəyə vermişdilər. Redaksiyada Cəfər Bağır (şöbə müdiri), Məmməd Araz idi, Vilayət Rüstəmzadə idi, Mehdi Mirkişiyev idi, bir mən! Mirmehdi (ona hamı Ağa deyirdi) müəllim naşir olmadığından tərcüməçi-şair Abbasəli Sarovlu Gəncəyə köçdüyündən kitaba nəzarəti mənə tapşırmışdılar. Mirmehdi müəllimdən sonra kitaba baxdım. Xeyli qeydlərim oldu.

Bu qeydləri Mirmehdi müəllimə dedinizmi?

Çağırdım gəldi. Qeydlərimi görəndə bərk əsəbiləşdi. O vaxtlar yaşlı nəsil arasında qəribə bir tendensiya yaranmışdı. Yaşı qırxdan keçənlərə tənqidi söz demək olmurdu. Tənqidi heç cürə götürmürdülər.Sözümüz çəpləşdi. Araya Məmməd Araz qarışdı. Yenə xeyri olmadı. Mirmehdi müəllim korrekturanı da götürüb çıxdı. Səhərisi gün Əjdər Xanbabayev daxili telefonla məni yanına çağırdı. Getdim.

Səni Mərkəzi Komitədən Teymur Əliyev çağırır (ideoloji şöbənin müdiri gözəl uşaq şairi) – dedi. – Bilmirsən məsələdi?

Yoxdedim.

Əjdər müəllim dodağını çirmədi:

Yəni olar bu?

O vaxt mən çox gənc idim mənim kimi bir gəncin Mərkəzi Komitəyə çağırılmasının özü bir sual doğururdu.

Getdim. Mirmehdi müəllimi Teymur müəllimin yanında görəndə məsələni başa düşdüm. Korrektura Teymur müəllimin stolunun üstündə idi.Dizlərim əsdi. O vaxtlar Mərkəzi Komitənin işdən çıxardığı kadrı heç yerdə işə götürmürdülər. Qapı ağzında mıxlanıb qaldım. Handan-hana Teymur müəllim çağırdı mən yaxın getdim. Eynəyinin altından mənə sərt bir nəzər saldı soruşdu:

Fars dilini bilirsən?

Xeyr!

Bəs sən hansı ixtiyarla bu kitabda təftiş aparırsan?

Mənim qeydlərim dil stilistik qeydlərdir!

Göstər görüm.

Mən stolun üstündəki tanış korrekturanı qarşıma çəkdim. Qeydləri bir-bir dedim. Altıncı qeydə çatanda Teymur müəllim məni saxladı üzünün sərtliyi çəkildi.  Üzünü Ağaya çevirdi çox mülayimliklə dilləndi:

Ağa, indi bu cavan olanda olar, dediklərinin hamısı düzdü ...

Mirmehdi müəllim qeyzləndi:

Sən qoşuldun bu uşağa?

Teymur müəllim gülümsədi mənə baxdı:

Götürün, gedin, yollaşın!

Hər haldagedin yollaşınsözü bir çox şeyləri açıq saxlayır sonra  bu işi necə yoluna qoydunuz?

Korrekturanı götürüb qapıya yönəldim.İşə tələsdim. Yolda təsəlli tapdığım bircə bu idi ki, yaxşı Teymur müəllim şair idi. Yoxsa onun yerinə ayrı bir çinovnik olsaydı olardı?İşə çatan kimi birbaşa direktor otağına getdim. Qapını açanda Əjdər müəllimin heybətli baxışları mənə dikildi:

Getdin, gəldin?

.

Nəyə çağırmışdı?

Mirmehdi müəllim məndən şikayət eləmişdi.

Boo, necə oldu bəs?

olasıydı ki. Teymur müəllim qeydlərimdən beş-altısına baxan kimi razılaşdı.

Əjdər müəllimin üzündəki gərginlik çəkildi.

Yaxşı qurtarmısan. – Ani fikrə getdi sözünü bir təkrarladı. – Yaxşı qurtarmışıq. – Bu dəfə özünü qatdı mənə. Mən təəccübləndim:

Burda vardı ki?

Əjdər müəllimin sifəti bir anda elə gərildi ki...

danışırsan, – dedi, – sən bilirsənmi onlar qudadılar?

Ayağım yerə yapışdı. Mən dondum qaldım. Handan-hana Əjdər müəllim dilləndi:

Yaxşı, get işini işlə.

Mən çıxdım.

İkinci bir xatirə. Yetmişinci illər idi. “Yazıçıda işləyirdim. Biabırçı bir əlyazma vermişdilər mənə. Hekayələr idi. Plana on iki çap vərəqi həcmində salınmışdı. Dişimi dişimə sıxıb hamısını oxudum. Biri ələ gəlmirdi. Müəllif Gəncədə yaşayırdı Kənd Təsərrüfatı İnstitutunun elmi kommunizm kafedrasının müdiri idi. Professor idi. Əyalətdə yaşadığını plana güclə düşdüyünü (o vaxtlar nəşriyyatda plana düşmək çox çətin idi) nəzərə alıb, iki çap vərəqi həcmində hekayələrini birtəhər düzəldib hazırladım (üç dəfə makinaya verməklə).

(DAVAM EDƏCƏK)

 





19.11.2012    çap et  çap et