525.Az

“Şair, hökmdarın hüzurundasan...”


 

“Şair, hökmdarın hüzurundasan...”   <b style="color:red"></b>

( ATATÜRK ƏHMƏD AĞAOĞLU)

(Əvvəli ötən şənbə sayımızda)

 

                                                       

Lakin bu tələskənlik bəzi millət vəkillərinin, ilk növbədə isə TBMM başqanı Rauf Orbayın qəzəbinə səbəb olmuşdu. “Hakimiyyəti-milliyəTürkiyə hökumətinin, yoxsa Rusiya Səfirliyinin mətbu orqanıdır?”- deyə hiddətlənən Rauf bəy Ağaoğlunun Mətbuat Ümum Müdirliyindən istefasını tələb etmişdi. Əhməd bəy əvvəlcə razılaşsa da, sonra yalnız Atatürkün qərar verdiyi təqdirdə istefaya gedəcəyini  bildirmişdi. Bir neçə gündən sonra Ankaraya dönən AtatürkƏhməd bəy kimi yardımçılara dayanaraq daxili islahatlarıhəyata keçirdiyini, “ona ehtiyacı olduğunu  bildirmiş Məclis rəhbərliyini haqsız tələblərindən çəkindirmişdi.

Tərəqqipərvərlərlə mühafizəkarların üz-üzə gəldikləri TBMM- Əhməd Ağaoğlunun kəskin, prinsipial mövqeyi tez-tez müzakirə tənqid hədəfinə çevrilirdi. Mətbuat Ümum Müdirinin qəzet səhifələrinə çıxardığı qərbyönlü, islahatçı fikirlərin çoxu öz mülahizələri olmaqdan daha çox Atatürkün  cəmiyyətdə həyata keçirmək istədiyi köklü dəyişikliklərlə bağlı idi. Başqa sözlə desək, həmin ideyaların həqiqi müəllifi Atatürk, ifadəçisi isə Əhməd Ağaoğlu idi.

İkinci qrupadı ilə tanınan islahatçılara qarşı çıxan siyasətçilər Məclisdə Əhməd  bəyi  tənqid hədəfinə çevirməklə əslində dolayısı yolla Atatürkə narazılıq etirazlarını bildirirdilər. Bu cəhəti Səməd Ağaoğlu da  memuarlarında diqqətdən qaçırmamışdı: “Atamın yazıları Türkiyənin qərbləşməsi mövzusunda idi mühafizəkar qrupu məmnun etmirdi. Bu qrup yazıların ilham qaynağının Qazi olduğunu da bilir, beləcə hücum əslində ona qarşı yönəlmiş olurdu”.

Əhməd Ağaoğlu həm mətbuat səhifələrində, həm Məclis tribunasında özünü, yazılarını fikirlərini cəsarətlə müdafiə edirdi. O, Türkiyənin türklüyün köklü problemlərindən söz açan məqalələrini saymazyana  şəkildəsaçma-sapanadlandıran nüfuzlu millət vəkillərindən biri, Cankırı məbusu Tevfik Əfəndiyə hamının gözü qarşısındaSənə din daxil olmaqla hər mövzuda yeddi il dərs verərəm”- deməkdən çəkinməmişdi. Lakin qarşı tərəf yatmamışdı. Əhməd bəyin bütün dirənişlərinə baxmayaraq TBMM-in qərarı ilə əvvəlcə Mətbuat İstihbarat Müdiriyyəti-Ümumiyyəsinin büdcəsi azaldıldı. 1923- ilin avqustunda isə İsmət İnönü Əhməd bəyin istefaya göndərilməsinə nail oldu. Onun yerini baş nazirin adamı kimi tanınan Amerikadan dəvət edilən Zəkəriyə Sertel tutdu.

Amma Əhməd bəyHakimiyyəti-milliyəqəzetinin baş redaktoru, “İrşadheyətlərinin rəhbəri, nəhayətSərbəst Ali Dərsləradlı elmi maarifçi proqramın əsas təşkilatçılarından biri  kimi yenə Atatürkün komandasında fəaliyyətini davam etdirirdi. Ən başlıcası isə qələmini yerə qoymamışdı. Az qala hər gün mətbuat səhifələrində ağrılı problemlərə toxunan aktuallığı ilə seçilən məqalələri çap olunurdu. 1923- ildə Türkiyəni Cümhuriyyət elan etmyə hazırlaşan Qazinin yaxın silahdaşları, sözçüləri sırasında öncül yerlərdən birini tuturdu.

Osmanlı imperiyasının qalıqları üzərində qurulan yeni Türkiyənin cümhuriyyət üsuli-idarəsini seçməsi müəyyən fikir ayrılıqları yaratmışdı. Atatürkün yaxın silahdaşlarından bəziləri etirazlarını açıq  şəkildə bildirməyə cəsarət etmədiklərindən tələsməməyi məsləhət görürdülər. Bu tip siyasətçiləri, ilk növbədə isə bir müddət TBMM başqanı baş nazir olmuş Rauf Orbayı nəzərdə tutan Əhməd bəy istehza ilə onları övlad arzusunda olan, lakin uşağın dünyaya çox tez gəlməsindən qorxuya düşən vasvası valideynlərə bənzədirdi. İstehza hədəfləri özlərini tanıyırdılar təbii ki, belə yazılar müəllifin özü, sonralar isə övladları üçün izsiz-soraqsız ötüb keçməmişdi. Açıq savaşa girmək istəməyənlər yerə düşəndə qisaslarını Ağaoğlu ailəsinin üzvlərindən müxtəlif gizli, məkrli yollarla almışdılar. 

Türk tədqiqatçısı Fəxri Sakalın aşağıdakı sözləri Qurtuluş Savaşının ən məsul  çağlarında Atatürkün yanında olan Əhməd bəyin həqiqətən 20-ci illər Ankarasında böyük nüfuz sahibi kimi tanındığını göstərir: “Ağaoğlu ifratçılıq hissiyyata qapılma hallarının tez-tez üzə çıxdığı həyəcanlı Ankara mühitində barışdırıcılıq missiyasını öz üzərinə götürməyə çalışırdı. Ziya Göyalpı Atatürklə tanış edən o olmuşdu. Ziya Göyalpla Həmdullah Sübhi arasında zaman-zaman meydana çıxan münaqişələrin çözülməsi Əhməd bəyin üzərinə düşürdü”.

O, 1923-1927-ci illərdə II dönəm, 1927-1931-ci illərdə isə III dönəm TBMM üzvü seçilmişdi. Böyük Millət Məclisinin Cümhuriyyət elanından sonrakı hər iki çağırışında etnik azərbaycanlıların toplu şəkildə yaşadıqları Qarsı təmsil etmişdi. 1924- ildə  Atatürkün təklifi ilə həmin dövrdə Ankara Hüquq Məktəbinin professoru Əhməd Ağaoğlu Türkiyə Cümhuriyyətinin yeni  Ana yasasınıKonstitusiyanı hazırlayan komissiyanın üzvü təyin olunmuşdu. Yeri gəlmişkən, təntənəli açılış mərasimi dövlət hökumət rəhbərliyinin iştirakı ilə keçirilən Hüquq Məktəbində Atatürkün təbrik nitqindən sonra tələbələr qarşısında konstitusiya hüququ haqqında ilk mühazirəni oxumaq şərəfi Əhməd bəyə nəsib olmuşdu.

Praqmatik hərbçilər idealist ziyalılar

Əvvəldə qeyd etdiyim kimi, Əhməd Ağaoğlu Atatürkün simasında həm Türkiyəyə, həm şəxsən özünə ailəsinə nicat yolu göstərən böyük öndər görürdü. Lakin Atatürkə bütün hörmət ehtirama baxmayaraq heç zaman onun önündə əyilməmiş, kor-koranə səcdə pərəstiş yolunu tutmamışdı. Əksinə,  bir sıra hallarda Qazinin istər özündən, istərsə yaxın çevrəsindən tənə töhmətlər eşidəcəyini bildiyi məqamlarda da həqiqəti deməyi daha üstün tutmuşdu.

Atatürk yaxın ətrafı (İsmət İnönü, Rauf Orbay, Fevzi Çakmak, Fəthi Okyar, Kazım Özalp b.) peşəkar hərbçilər idilər. Onlar çətin anda mübarizəyə atılaraq məmləkəti xilas etmişdilər. Üstəlik, hərbi xunta yaratmaq fikrinə düşməmişdilər. Sivil dövlətçilik yolunu tutmuş, türk-müsəlman dünyasında Azərbaycandan sonra ikinci respublika quruluşunun baniləri kimi tarixdə yer almışdılar.

Anadolu türklüyünün xilaskarı yeni Türkiyənin qurucusu Mustafa Kamal Paşa ölkəsinin xalqının həyatındakı bir sıra cahanşümul dəyişikliklərə imza atmışdı. Lakin çox güman ki, müəyyən dərəcədə həm hərbçi düşüncəsinin təsiri altında (Əhməd bəy ordudan mayor rütbəsində tərxis olunan Fəthi Okyardan bəhs edərkən bunu ürək ağrısı iləkapral zehniyyətiadlandırırdı) şərqlilər üçün daha səciyyəvi sayılan bəzi xüsusiyyətlərdən uzaqlaşa bilməmişdi. Zaman keçdikcə hakimiyyətlərinə son qoyduğu sultanlar kimi o da özünü hakimi-mütləq son söz sahibi sayırdı. Dediyi sözlərin, qəbul etdiyi qərarların təfsirinə, müzakirəsinə can atanları  əksər hallarda dərhal yerində oturdurdu.

Amma bununla belə yaxın ətrafındakı bəzi tanınmış şəxslərin, ilk növbədə isə ziyalıların fikirlərinə hörmətlə yanaşmağa çalışırdı. Onları himayə edir, bilik istedadlarına uyğun dövlət vəzifələrinə irəli çəkirdi. Türk Dil Qurumu, Türk Tarix Qurumu kimi mühüm elmi cəmiyyətlərin yaranmasında müstəsna rolu olmuşdu. İstanbul Ankaradakı saraylarda gecənin gec saatlarına qədər davam edən məclislərdə Atatürkün müsahibləri bir qayda olaraq tanınmış elm adamları, şair yazıçılar, jurnalistlər idilər.  Bu baxımdan ayrı-ayrı təsadüflərdəki sərt davranışlarına, acı tikanlı sözlərinə baxmayaraq türk dünyasının böyük insanlarından saydığı Əhməd Ağaoğluya da ümumən diqqətlə yanaşmışdı, ölkənin siyasi mədəni-ictimai həyatındakı rolunu layiqincə qiymətləndirmişdi. Lakin qeyd olunmalıdır ki, bu yalnız Atatürk hakimiyyətinin ilk on ilini əhatə etmişdi.

Əhməd bəy özünün siyasi baxışları ilə müəyyən dərəcədə XVIII əsr fransız utopistlərini xatırladırdı. O, insanlar arasındakı bərabərsizliklərin aradan qalxdığı, ağlın şüurun hər şeyə hökm etdiyi, ictimai quruluşun mükəmməlliyi nəticəsində münasibətlərdə ideal harmoniya yarandığı cəmiyyət xülyası ilə yaşayırdı. Sosial utopiyanın son nümunələrindən olanSərbəst insanlar ölkəsindəəsəri Əhməd Ağaoğlunun necə bir Türkiyə, necə bir dünya arzusunun ifadəsi idi.

Əlbəttə, Əhməd Ağaoğlu Cümhuriyyət elanı ilə əsrlər boyu türk cəmiyyətinə  hakim kəsilən şəxsi ictimai xarakterli ziddiyyətlərin tənzimlənəcəyini,  çatışmazlıq qüsurların dərhal aradan qalxacağını düşünəcək qədər sadəlövh deyildi. Amma 700 illik səltənət üsul-idarəsinə  son qoyulduğu, hakimiyyət-xalq münasibətlərinin tamamilə yeni müstəviyə keçdiyi respublika quruluşundanCümhuriyyətdən bir sıra sahələrdə müsbət dəyişikliklər gözləməkdə haqlı idi.

Atatürkün ətrafındakı intellektuallardan iki nəfərƏhməd Ağaoğlu Yusif Akçura ictimai-siyasi həyatda idarəçilik sistemində köklü islahatlar aparılmasının ardıcıl tərəfdarları kimi çıxış edirdilər. Əksər hallarda müştərək fikirlərin səsləndirilməsi missiyası Əhməd bəyin üzərinə düşürdü. Onlar sosial ədalətin təmin olunması, dövlət adamları üçün güzəşt səlahiyyətlərin minimuma endirilməsi, dövlətin xalqa yaxınlaşması məsələsində israrlı idilər.

Bu da ilk növbədə ənənələri əsasında yetişdikləri mədəniyyət ideologiyadan nəşət edirdi. Hər ikisi Rusiya Fransada əsaslı təhsil görmüş, rus fransız maarifçiliyinin ənənələrindən bəhrələnmişdilər. Xüsusi ilə Əhməd bəy fransız utopik-sosialistlərinin fikir sisteminin güclü təsiri altında olduğunu heç zaman gizlətməmişdi. Onun ötən əsrin 20-ci illərində qələmə aldığıSərbəst insanlar ölkəsində”, “Könülsüz olmaz”, “Tanrı hüzurundakimi əsərlərində cəmiyyətdəki bərabərsizliklərin aradan qaldırılması, dövlət-vətəndaş münasibətlərinin humanist ədalətli əsaslar üzərində qurulması,  borc vəzifə hissinin şəxsi maraqlar fövqünə qaldırılması, ictimai şüurun inkişafı, ideala inam  s. məsələlər məhz fransız utopik sosializminin Türkiyə modelini yaratmaq təşəbbüsü kimi diqqəti çəkirdi.

Ən başlıcası isə o, yalnız ideoloji postulatlar hazırlamaqla, təkliflər verməklə kifayətlənmir, həm bütün bunların həyata keçirilməsi uğrunda gücü imkanları çərçivəsində mübarizə aparırdı. Yenilik hər yerdə olduğu kimi Cümhuriyyətdə özünə çətinliklə yol açırdı. O biri tərəfdən isə generallar-paşalar sivil adamların fikirləri ilə hesablaşmağa, onlardan məsləhət almağa xüsusi maraq göstərmirdilər. 

Bu zəmində Atatürkün yaxın çevrəsindəki İsmət İnönü, Rauf Orbay kimi hərbçi-idarəçilərlə Əhməd Ağaoğlu, yaxud Yusif Akçura kimi intellektual-ideoloqların fikirləri kəskin ziddiyyət təşkil edirdi. Birincilər hakimiyyət nemətlərindən yararlanmağı məqbul sayan realist siyasətçilər, praqmatiklər idilər. İkincilər isə fikir baxışlarına görə daha çox idealist hesab oluna bilərdilər. Birincilər öz tarixi missiyalarını şərəflə yerinə yetirdiklərini düşünürdülər. İkincilər isə Türkiyədə hər şeyin yenidən qurulması inancını paylaşırdılar.

İclaslarda  nadir hallarda söz alıb danışan Yusif Akçura TBMM sessiyasındakı çıxışında sadəlövhcəsinə idarəçilikdə əlavə xərclərin qarşısını almaq, israfçılığa son qoymaq yollarından biri kimiməqam arabalarının (xidməti avtomobillərin-V.Q.) aradan qaldırılmasıtəklifini səsləndirəndə siyasi fırtına qopmuşdu. Baş nazir İsmət İnönü Akçuranın ürək təmizliyindən irəli gələn sözündən şou düzəltmək fürsətini əldən qaçırmamışdı. Əsəbi halda Məclis binasından çıxaraq sürücüsünəHaydi, bana bir taksi ismarla”-demiş nümayişkaranə şəkildə küçədən tutulmuş köhnə maşına əyləşib   evinə yollanmışdı. “İkinci adamın bu sərt jestindən sonra təbiətən çəkingən olan Yusif  bəyin səsi məclis tribunasından bir eşidilməmişdi.

(1930-cu ildə Atatürkün iştirak etdiyi məclisdə bu dəfə Əhməd Ağaoğlu dövlət vəsaitindən maksimum qənaətlə istifadə məsələsini qaldırmış, millət vəkilləri nazirlərə edilən mali güzəştlərin nəticə etibarı ilə xalqın cibindən çıxarılması məsələsinə toxunmuşdu: “Biz millət vəkilləri dörd yüz lirə məvacib alırdıq çox məmnun idik. Niyə bunu beş yüz lirəyə qaldırmaq lüzumu yarandı? Nəyə görə on dəqiqə nazirlik etmiş birisi məmləkətə onca dəqiqəlik xidməti olsa belə, ayda heç bir dövlətin vermədiyi qədər təqaüd almalıdır? Millət vəkillərinin vəkillik müddətinin məmurluq dövrü kimi qəbul edilməsinin Ana Yasaya zidd olması az imiş kimi, üstəlik niyə onlara vəkillik maaşlarından əlavə təqaüd verilməsi qərara alındı?”.

Bu əsəbi monoloq baş nazir İnönü ilə Əhməd bəy arasında eybi əsəbi notlar üzərində köklənmiş dialoqa gətirib çıxarmışdı. İsmət İnönü:

Əhməd bəy, – demişdi, – siz xəyalpərvər idealistsiniz. Həyatdan xəbəriniz yoxdur. İnsanlar pul istəyirlər, pul! siyasətçilər onların bu istəyini nəzərə almaq məcburiyyətindədir. Siz belə şeyləri anlaya bilməzsiniz.

Həqiqətən, Paşa həzrətləri, anlaya bilmirəm, – deyə Əhməd bəy mövqeyindən geri çəkilməmişdi. – Pul kimindir? Onu istəyən kimdir? Verən kimdir? Türk kəndlisinin ətindən, dırnağından kəsib nazirlərə, millət vəkillərinə, iri məmurlara verməyə heç kimin haqqı yoxdur. Məhz bu haqq məhfumu tənəffüs etdiyimiz havadan da qovulmuşdur. Ona görə insanlar söz almaq, söz söyləmək haqlarını bilsələr , ondan istifadəyə cəsarət etmirlər”)

 Göründüyü kimi, Əhməd Ağaoğlunu inandığı həqiqətlərin müdafiəsindən çəkindirmək elə asan deyildi. Üstəlik, ciddi siyasi mübarizə məktəbi keçdiyindən  o, Akçura kimi reallıq hissini itirməmişdi. Konflikt yarananda susmağı yox, opponentinin üstünə getməyi daha məqsədəuyğun sayırdı. Atatürkün hamını öz xofu altında saxlayan zəhmi belə məqamlarda onu qorxutmurdu. Qazinin  hökmü qarşısında  hətta gənclik dostlarının, xüsusi rəğbət bəslədiyi adamların ehtiyatlandığı, sözünü udaraq geri çəkildiyi məqamlarda da Əhməd bəy fikir mövqeyini müdafiə etmək baxımından sona qədər dirəniş göstərməyi bacarmışdı.

Müasirlərinin xatırladıqlarına görə belə məqamlarda həmsöhbətinə adətənƏhməd bəy”, yaxudProfessor bəyşəklində xitab edən Atatürk onu xüsusi  vurğu iləAğayof” – deyə çağırır, bununla da Anadolu türklərinin neçə əsrlik düşməni  Rusiya ilə bağlılığını bir daha diqqətə çatdırırdı. (Atalarının rəsmən imtina etdiyi rus sonluqlu soyadın onlara şamil olunması ailə üzvlərində həmişə ciddi etiraz doğururdu. 1950-ci ildəUlusqəzeti Demokrat Partiyasının liderlərindən biri kimi siyasi səhnədə tanınan Səməd Ağaoğlu barəsindəAğayevin oğluifadəsini işlədəndə bacısı, TBMM üzvü Tezer Taşqıran etiraz əlaməti olaraq siyahısı üzrə Qars millət vəkili seçildiyi Cümhuriyyət Xalq Partiyasından istefa vermişdi).

Türklüyün Məkkəsi saydığı məkanda böyük insanın dilindən bu qərəzli müraciət formasını eşitmək Əhməd bəy üçün daha ağır idi.

Atatürkə xüsusi məktub

Lakin hər iki tərəf belə acı, ağrılı məqamları tez unudurdu. Atatürk yenə fərqli fikir eşitmək üçün bu ya digər məsələyə Ağaoğlunun münasibəti ilə maraqlanır, o da öz növbəsində xoşa gəlməyə, rəğbət qazanmağa deyil, həqiqəti söyləməyə çalışırdı. Bu mənada 1926- ildə millət vəkili, qəzet redaktoru Əhməd Ağaoğlunun  cümhur başqanı  Qazi Mustafa Kamala baş nazir İsmət İnönüyə ünvanladığı məktub dövrün mühüm siyasi sənədlərindən biri kini sonrakı on illiklərdə öz aktuallıq əhəmiyyətini itirməyən nadir siyasi sənədlərindən biri idi. Qurtuluş Savaşının qələbə ilə başa çatmasından dörd, Cümhuriyyət elanından üç il sonra Əhməd Ağaoğlu bu tarixi zəfərlərə imza atanlara ölkə həyatında dövlət idarəçiliyində təsadüf olunan, hamının bildiyi, amma yanından sükutla keçdiyi neqativ hallar barəsində açıq məlumat vermək məsuliyyətini öz üzərinə götürmüşdü. Hərəkətverici qüvvə yalnız cəsarət yox, daha çox Vətən millət sevgisi idi. 

Məktubun yazılmasının özünəməxsus tarixçəsi vardı. Həmin il Əhməd bəyə Türkiyə Şəkər Sindikatı İdarə Heyətinin üzvlüyü vəzifəsi təklif olunmuşdu. Özünü bu sahədə tam naşı saydığındanMənim şəkərlə bütün əlaqəm sadəcə onu çaya batırıb içməkdən ibarətdir. Bu işdən heç bir şey anlamıram” – demiş, üstəlik millət vəkili kimi aldığı maaşın da yetərli olduğunu əlavə edərək üzvlükdən boyun qaçırmışdı. Amma dostu, dənizçilik naziri İhsan bəyin məsləhətinə qulaq asıb məsələ ilə bağlı baş nazir İsmət İnönünün fikrini öyrənmək istəmişdi. İsmət bəy bu cür təyinatlarlahər kəsin məsuliyyət bölgüsündə iştirakınanail olmaq məqsədi güddüklərini bildirmişdi. Lakin Əhməd bəy sakitləşməmişdi. Atatürklə görüşlərin birində aldığı yersiz təklif ümumilikdə dövlət idarəçiliyindəki belə qəribə hallar haqqında onu məlumatlandırmış, “Paşam, bu bir növ baş qatmaq siyasətidir. Köpəyin qabağına atılan sümük kimi susmaq payıdır” – deyə sərt danışmışdı. Atatürk ondan idarəçiliklə bağlı fikir mülahizələrini yazılı şəkildə təqdim etməsini istəmişdi. Tezliklə həmin sənəd dövlət başçısının masası üzərinə qoyulmuşdu.

Atatürkün özəl qələm müdiri Həsən Riza Soyak tam mətniniAtatürkdən xatirələr” (II cild. İstanbul, 1976, səh.493-499) kitabına daxil etdiyi məktubun (türkcə mənbələrdə rapor) Qazi tərəfindəndiqqətlə incələndiyini”, “bəzi sətirlərin altından xətt çəkildiyinin, bəzilərinin sonuna sual, yaxud nida işarəsi qoyulduğunuyazırdı. Fəxri Sakal Çətin Yetkinin fikrincə Əhməd Ağaoğlunun millət vəkilliyinə son verilməsində, hətta  illər sonra universitet professorluğundan uzaqlaşdırılmasında dövlət hökumət başçısına ünvanladığı tənqidi ruhlu müraciətin bəlli bir rolu olmuşdu. Bu  məsələdə İsmət İnönü daha çox fəallıq göstərmişdi   

Məktubun yazılması yalnız idarəçiliyin təkmilləşdirilməsi ilə əlaqəli deyildi. Əhməd bəy üçün mühüm olan başqa səbəb vardı. 1926- ilin yayında İzmirə səfəri zamanı Atatürkün həyatına sui-qəsd cəhdi olmuşdu. Cəhd baş tutmasa da, müxaliflərlə, xüsusən hökumətin siyasətindən narazılığını gizlətməyən köhnə ittihadçılarla haqq-hesab çəkmək üçün əlverişli imkan yaranmışdı. Atatürk, təbii, bu fürsəti əldən qaçırmamışdı. İstiqlal Məhkəməsi önünə çıxarılanların əksəriyyəti keçmiş siyasi rəqiblər – “İttihad Tərəqqipartiyasının üzvləri idilər. Həmişə belə hallarda olduğu kimi qurunun oduna yaş da yanmışdı. Əhməd bəy günahsızlıqlarına inandığı əqidə dostlarının taleyinə biganə qalmamışdı.

O, uzun illərdən bəri tanıdığı, vətənpərvərlik türklük duyğularına dərin sayğı ilə yanaşdığı insanları müdafiə etməyi öz şərəf borcu sayırdı. Hətta onlara qarşı irəli sürülən ağır ittihamAtatürkə sui-qəsddə günahlandırılmaları da Əhməd bəyi qorxutmamışdı. “İstiqlal Məhkəmələrinin qəzəbinə tuş olan bəzi arkadaşlarının heç nəyə baxmadan yardımına qoşduğunu görürük. Doğru yolda olanlar iftiraya məruz qalınca onları Mustafa Kamal Paşanın yanında belə savınmışdı (müdafiə etmişdiV. Q.) Hüseyn Cahid, Əli Çətinqaya, Yenibaxçalı Şükrü, Seyid Tahir Əfəndi, Doktor Nazim, Topçu İhsan kimi şəxslərə həyatlarının çətin anlarında kömək etmiş, həbs olunduqları zaman ailələrinə maddi mənəvi yardım göstərmişdir” – deyə Fəxri Sakal  Ağaoğlu Əhməd bəykitabında yazır.

Məktubda Türkiyənin gələcək inkişaf yolu, siyasi quruluş, hakimiyyət-xalq münasibətləri, demokratik institutların zəruriliyi, dövlət həyatının bütün sahələrində sağlam rəqabət mühitinin yaradılması s. məsələlərlə bağlı fikirlər öz əksini tapmışdı. Canı qanı bahasına məmləkətin müstəqilliyini təmin etmiş türk insanının ağır güzəranı, cəmiyyətdə baş alıb gedən qanunsuzluqlar, sözlə əməl arasındakı uçurum Əhməd Ağaoğlunu  qələmə sarılmağa vadar etmişdi.

Dünya tarixində bizim məmləkətimizdə olduğu kimi dörd-beş il içində bu qədər dərin əsaslı bir inqilaba bəşəriyyət indiyədək şahidlik etməmişdir. Dövlətin əsrlərdən bəri dayandığı bütün əsaslar kökündən çıxarılaraq atılmışdır. Bu addımın vacibliyinə bəndəniz hamıdan çox qanedir. Sökülüb atılan həmin əsaslar çürümüş dövləti yıxılmağa məhkum etmişdi. Bunların atılması yerlərinə qoyulan yeni, canlı təzə əsasların gətirilməsi dövlətin ayaqda durması baxımından zəruri idi” – deyən Əhməd bəy tam bir səmimiyyətlə ölkədəki inqilabi dəyişiklikləri alqışlayırdı. Lakin eyni zamanda aradan beş il keçməsinə baxmayaraq dövlətiayaqda saxlayanyeni əsasların yaradılmamasını inqilabın gələcəyi üçün təhlükə sayırdı.

Onun fikrincə, Qazi başlatdığı inqilabı davam etdirməli idi. Əgər ilk mərhələdə Türkiyə yadelli işğalçılardan təmizlənmişdisə, ikinci mərhələdə zərbənin bütün ağırlığı daxildəki bəlalara problemlərə qarşı çevrilməli idi. Belə şəraitdə inqilabçı qüvvənin arxalana biləcəyi əsas prinsiplərdən biri  dövlət başçısının mənəvi nüfuz   prestiji sayılırdı. “Bu nöqteyi-nəzərdən həmd olsun, dünyanın heç bir yerində türk inqilabçılarının başında dayanan dahinin  sahib olduğu nüfuza bənzər bir prestijə təsadüf olunmamışdır” – deyə Atatürkün fəzilətlərini yüksək qiymətləndirən Əhməd bəy daha irəli gedərək tək bir şəxsin nüfuz təsirinin, ədalət təmizliyinin ölkəni dəyişdirmək baxımından yetərli olmadığı fikrini önə sürürdü.

Qazi Paşanın həyata keçirdiyi dəyişikliklər böyüklüyü etibarı ilə, heç şübhəsiz möcüzəvi əfsanəvidir. Bir millət yalnız qeyd-şərtsiz etimad göstərdiyi, qəlbinin ruhunun bütün səmimiyyəti ilə təqdis etdiyi bir rəhbərə bu şəkildə təslim olur. Bu möcüzəni yaratmaq türk dahisinə nəsib olmuşdur” – sözləri ilə Atatürkü göylərə qaldıran, daha açıq desək, onun heysiyyətini oxşamağa çalışan Əhməd Ağaoğlu dərhal sonra acı həqiqətlərin təsvirinə keçmişdi.

Onun fikrincə, həm Atatürkün, həm ölkənin nüfuzuna, mənəvi prestijinə zərbə vuran üç qorxulu təmayül mövcud idi: vəzifəli adamların öz nəfslərinə sahib dura bilməmələri (Əhməd bəydənəfs fəraqəti yetərsizliyi”), başında Atatürkün dayandığı Cümhuriyyət Xalq Partiyasının fəaliyyətsizliyi, qarşılıqlı nəzarətin olmaması. İttihad Tərəqqi hökumətinin süqutunu da eyni amillərin şərtləndirdiyini  yada salan Əhməd Ağaoğlu yazırdı: “Türk milləti İttihad Tərəqqinin bütün xətalarını, hətta məmləkətin parçalanmasını belə unutmuşdur. Unutmadığı bir şeylər varsa o da ehtikarlar, qanunsuzluqlar, çapovulçuluq israfçılıqlardır !”

Əhməd Ağaoğlu Atatürkün diqqətini çox ciddi məqama cəlb edirdi: yaxın keçmişin acı təcrübəsinin cəmisi üç illik tarixə malik Cümhuriyyətdə unudulması faciəvi nəticələrə gətirib çıxara bilərdi! Əhməd bəyin  səmimi qənaətinə görə, hakim partiya üzvləri, dövlət adamları, millət vəkilləri respublika vətəndaşı olmağın məsuliyyətini öz əxlaq mənəviyyatlarında, gündəlik davranışlarında göstərməli,  cəmiyyətə nümunə olmalı idilər. Onu qayğılandıran Cümhuriyyətdə tamamilə əks mənzərənin yaranması idi: “Biz firqə üzvləri üzərimizə düşən vəzifəni artıq unutmaqdayıq. Pula, ticarətə, mənfəətə, şəxsi fayda güdməyə qapılmaqdayıq. Xalqa münasibətdə amiranə, təkəbbürlü tövr almaqdayıq. Vəzifə mövqeyimizdən yararlanıb hökm göstərmək, idarələrdə şəxsi mənafelər arxasınca qoşmaqdayıq”.

Əksəriyyəti Atatürkə yaxın şəxslərdən, hökumət üzvlərindən, nüfuzlu adamlardan ibarət partiya rəhbərliyiFirqə Divanı da Əhməd bəyin sərt tənqidindən kənarda qalmamışdı. O, Atatürkün qurucusu olduğu Cümhuriyyət Xalq Partiyasının rəhbərliyini             fəaliyyətsizlikdə, yaxasını məmləkətin üzləşdiyi problemlərin həllindən kənara çəkməkdə təqsirləndirirdi. Avropadakı hakimiyyət partiyalarının təcrübəsini nümunə gətirərək onların iqtidar olduqları zaman ölkənin taleyi üçün məsuliyyət yükünü öz çiyinlərinə götürdüklərini, bunu bacarmadıqda isə ya istefa verdiklərini, ya da seçkiləri uduzaraq bir kənara çəkildiklərini xatırladırdı.

(Ardı var)

 





25.11.2012    çap et  çap et