525.Az

“Şair, hökmdarın hüzurundasan...” (Atatürk və Əhməd Ağaoğlu)


 

“Şair, hökmdarın hüzurundasan...” <b style="color:red">(Atatürk və Əhməd Ağaoğlu)</b>

(Əvvəli ötən şənbə saylarımızda)

Məktubda diqqəti çəkən başqa bir mühüm cəhət Türkiyənin gələcək inkişafının təmin olunması baxımından siyasi iqtisadi sahələrdə rəqabət mühiti ilə bağlı irəli sürülən təkliflər idi. Diqqətəlayiq haldır ki, bütünlükdə qələbə eyforiyasının yaşanmasına baxmayaraq 1920-ci illərdə Atatürk hələ özünü tam hakimi-mütləq kimi aparmırdı. Əksinə, xalqa, insanlara yaxın olmağa çalışırdı. Mətbuatın siyasi institutların fəaliyyəti bəlli dərəcədə təşviq edilir, ölkədə ciddi dəyişikliklərin yer almasına,  yeni münasibətlər sisteminin qurulmasına diqqət yetirilirdi.

Amma bununla belə şəxsi hakimiyyət təkpartiyalı sisteminin bir sıra fəsadları artıq özünü göstərirdi. Bunları Türkiyə kimi müsəlman Şərqi ölkəsində siyasi liderlərin, habelə xalqın cəmiyyətin diqqətinə çatdırmaq, müzakirə obyektinə çevirmək yetərincə riskli addım idi. Eyni zamanda Atatürkünməmləkətin xilaskarıkimi ilahiləşdirildiyi, haqlı olaraq ümumilli şöhrətin zirvəsinə yüksəldiyi dövrdə belə bir məktubun meydana çıxması təkcə Əhməd Ağaoğlunun cəsarətinin bəhrəsi deyildi. Bu bəlkə daha çox Atatürkün liberal baxışlarının, fərqli fikrə sağlam polemikaya açıq olmasının nəticəsi idi. O, hətta sənədin mətbuata yol tapmasını da əngəlləməmişdi. 1930-cu ildə, ölkə cameəsində Türkiyənin siyasi həyatında həqiqi çoxpartiyalılığın bərqərar olması ilə bağlı qızğın mübahisələr getdiyi  dövrdə  məktubun tam mətniSon postaqəzetində dərc edilmişdi.

Məhz Atatürkün etimadına bel bağladığına görə Əhməd AğaoğluQüvvətli hökumət deməkdir? Qüvvətli hökumət rəqabətdən azad, istədiyini edən hökumətdirmi?” –deyə yeni Türkiyənin qurucusundan sual edir   özü sualını cavablandırırdı: “Əgər belə olsaydı, şəxsi hökumət üsulunu ən mükəmməl, ən qüvvətli hökumət kimi qəbul etmək lazım gələrdi. Halbuki bunun tam əksinin həqiqət olduğu bəllidir. Bütün millətlərin, ilk növbədə İngiltərənin təcrübəsi sübut etmişdir ki, xeyirxah niyyətə qızıl ortahissinə dayanan rəqabət qüvvətli hökumətin əsasıdır. Şəxsə dayanan hökumətlərin zəifliyi isə hər şeydən əvvəl ictimai nəzarəti aradan qaldırılması ilə bağlıdır. Bu yola düşmüş hər hansı hökumətin sui-istemal hallarından qaçması mümkünsüzdür. Başda dayanan şəxslər qədər müqtədir, qədər fəzilət sahibi olsalar da, minlərlə məmurun əməlini nəzarətdə saxlaya bilməzlər. Onlar isə özlərini ictimai nəzarətdən kənarda gördükdə çox asanlıqla mənfəət şəxsi məsələlərinin həlli yolunu tutarlar”.

Əhməd bəyin nəzərində siyasi liderin nüfuz qüdrətindən asılı olmayaraq istənilən  hökumət üçün ən böyük uğursuzluq, ən ciddi zəiflik xalqın etibarını, etimadını itirmək idi. O, insanların susmasını hökumətin siyasətinə dözümlülük  kimi qəbul etməyin illüziya olduğunu da, hazırda Türkiyədə belə bir illüziya yaşandığını da Atatürkün diqqətinə çatdırmağı unutmamışdı: “Susmaq daim hər şeyi qəbul etmək razılaşmaq mənasında anlaşıla bilməz. Xüsusən Şərq mühiti kimi hissiyyatlı, hər şeyi içində çəkən gözlənilməz hərəkətlərə meyl edən bir camaatdan bunun əksini gözləmək lazımdır”. “Ərəb baharıŞərqi dərindən bilən Əhməd Ağaoğlunun 85 il əvvəlki xəbərdarlığında qədər haqlı olduğunu bir daha üzə çıxardı...

Bəs çıxış yolu nədə idi? Əhməd bəy bunu da göstərirdi. İstər siyasi, istərsə iqtisadi sahədə insanlara azad rəqabət haqqı tanınmalı idi. Müxalifətin fəaliyyətinə imkan verilməli idi. İctimai nəzarət gücləndirilməli, hakimiyyətlə xalq arasındakı gözəgörünməz maneələr aradan qaldırılmalı idi. Respublika quruluşunun ayrılmaz atributlarından olan fikir sərbəstliyi demokratiya türk cəmiyyətinə yol tapmalı idi. Xalqın hökumətin fəaliyyətindən məlumat almaq imkanları artırılmalı idi.

Aşağıda da görəcəyimiz kimi, Sərbəst Firqənin təşəkkülü zamanı Atatürklə aralarında yaşanan fikir ayrılıqları dramatik məqamlar, Qazinin həmin mübahisələr zamanı bir sıra hallarda mövqeyindən faydalanaraq təzyiq dili, hətta aşağılayıcı tonla danışması da Əhməd bəyi fikirlərindən daşındırmamışdı. O, Atatürkün böyüklüyünü, Türkiyə qarşısında cahanşümul xidmətlərini dərin minnətdarlıq hissi ilə etiraf etməklə bir sırada onu dilsiz kütlənin deyil, haqlarından yararlanmağı bacaran, demokratik dəyərlərə söykənən millətin lideri kimi görmək istəyini heç zaman gizlətməmişdi. Ən başlıcası isə bu istəyinin ifadəsi baxımından prinsipiallıq göstərməyi bacarmışdı. “Son Postanın  11 oktyabr 1930-cu il tarixli sayında çap olunanİkinci firqəyə lüzum varmı?” adlı məqaləsində Əhməd bəy Türkiyə Cümhuriyyətindəki idarəçilik şəkli ilə bağlı fikirlərini daha kəskin ifadə edərək yazırdı: “Hökumət üçün əsl şərəf düşünən fikirlərini sərbəst deməyi bacaran bir milləti idarə etməkdir. İdarəçilik sənətinin incəliyi, kamilliyi əslində özünü burada göstərir. Yoxsa ağzı qapalı, əli bağlı bir sürünü hamı idarə edə bilər. Fransanı idarə etmək Zululandı (Afrikada zulus tayfalarının yaşadığı ərazilər nəzərdə tutulurV.Q.) idarəyə bənzəməz. Biri qədər şərəflidirsə, digəri o dərəcədə dəyərdən uzaqdır”.

Əhməd bəyin siyasi görüşlərindəki xarakterindəki bu cəhətləri nəzərə alan müasir türk tədqiqatçısı Üfüq Özcan 1994- ildə yazırdı: “Ağaoğlu Cümhuriyyət ideologiyasının biçimlənməsində olduğu qədər həm az qala bir əfsanə halına gələn tək partiya  tək adam kultunun dağıdılması (ən azı bu məsələ ilə bağlı xof hissinin aradan qaldırılması) cəhdi ilə fikir adamlarının önündə getməsi anlamında diqqəti çəkmişdir. Bu mənada o, çoxpartiyalı cümhuriyyətin ilk müjdəçisi adlandırıla bilər. Ağaoğlunun Cümhuriyyətin ilk 20-30 ilinə öz damğasını vuran seçkin tipinin bəlli bir ölçüdə meydana çıxan özünəməxsusluqları onun cümhuriyyət ideyasına yenidən daha əsaslı şəkildə bağlanmasına təkan vermişdir”.

Atatürkdən partiya dəvəti

1930-cu ilin avqustunda Atatürk Əhməd Ağaoğlunu yeni Türkiyənin siyasi fikir tarixində mühüm iz buraxan eksperimentlərindən birinə cəlb etdi. Dövlət başçısının iradəsi ilə o, hakim Cümhuriyyət Xalq Firqəsi ilə  əməkdaşlıq şəraitində ölkədə həqiqi demokratiya çoxpartiyalılıq ab-havası yaratmağa xidmət edən Sərbəst (Liberal) Cümhuriyyət Firqəsinin qurucu üzvləri sırasında yer aldı. Başqa sözlə desək, təmsil olunduğu hakimiyyət partiyasından ayrılaraq onunla rəqabət aparacaq siyasi qüvvəyə qoşuldu. Təbii ki, Atatürkün razılığı ilə!

Hər şey gözlənilmədən baş vermişdi. Qızı Tezerlə İstanbula gələn Əhməd bəyİttihad Tərəqqizamanından yaxşı tanıdığı köhnə dostu, Malta sürgünündəki əsarət yoldaşı, həmin dövrdə Türkiyənin Paris səfiri vəzifəsində çalışan Fəthi Okyarın burada olduğunu eşitmiş, onu görmək üçün Yalovaya getmişdi. Həmin gün Atatürk bu liman qəsəbəsində idi. Dəniz Yolları İdarəsinin  yeni otelinin açılış mərasiminə gəlmişdi. Bu münasibətlə bal da təşkil olunmuşdu.

Oteldə yerləşmələri üçün Atatürkün baş yavərinə üz tutan Əhməd bəy əvəzində tapşırıq almışdı: “Qazi həzrətləri baloya gəlməyinizi əmr edir”. “Vaxt  qəzetinin sahibi Əhməd Asim bəyin yanında yer tutdum salonu seyr etməyə başladım” – deyə o həyatının sonrakı gedişini dəyişən həmin günüSərbəst firqə xatirələriəsərində göz önündə canlandıraraq yazırdı: – Salonun ortasında Qazi, İsmət Kazım ( Kazım Özalpo dövrdə Türkiyə Böyük Millət Məclisinin sədriV.Q.)  Paşalar Fəthi bəylə söhbət edirdilər. Qazi ətrafa baxarkən gözləri mənə sataşdı əli ilə onlara yaxınlaşmağımı işarə etdi”.

Bunun ardınca isə Atatürk yəqin ki, mizanlarını daha əvvəldən düşündüyü teatral bir əda ilə Fəthi Okyarı təqdim edərəkSərbəst Firqə rəisi Fəthi bəy” – demiş birgə çalışacaqlarını bildirmişdi. Əhməd bəy bu gözlənilməz təklifə cavab verməyə imkan tapmamış rəqs başlanmışdı. Bu dəfə gənc bir xanımla rəqs edən Atatürk sürətlə dövrə vuraraq onun yanından keçərkənSəni təbrik edirəm. Fəthi bəylə anlaşmısan”- söyləmişdi. Əhməd bəyinHələ danışa bilməmişəmcavabının müqabilindəCanım, siz çoxdan anlaşmısınız. İndi gedib Fəthi bəyi səni öz yanına  aldığı üçün təbrik edəcəyəm” – demiş həqiqətən gələcək partiya sədrinə Ağaoğlu ilə birgə işləyəcəyinə görə gözaydınlığı vermişdi.

Təbii ki, bu zahiri teatrallığa baxmayaraq Atatürk yeni partiya onun başında dayanacaq şəxslərlə bağlı qərarını bir gün içərisində, Yalovadakı açılış mərasimində verməmişdi. Əksinə, bu ən azı son bir ilin düşüncələrinin, fikir mübadilələrinin nəticəsi idi. Əhməd bəy özü Fəthi Okyarla söhbətində ölkədə yeni siyasi qüvvənin yaranacağı ilə bağlı gümanlarının olduğunu, hətta bu barədə üstüörtülü şəkildə Atatürkdən eşitdiyini etiraf etmişdi: “Bir ildən bəri belə bir fikrə yaxın göründüyündən  xəbərim vardı. Bir neçə dəfə mənə partiyalar haqqında suallar vermiş, imtahan eləmişdi. Amma qəti qərara gəldiyini bilmirdim. Arada bir gün daxili işlər naziri Şükrü Qayadan ikinci firqə qurulacağını eşitdim. Firqənin mahiyyətini soruşdim. Hələ bəlli deyilmiş. Qazi daha mühafizəkar firqə qurulmasını istəyirmiş. Şükri Qaya bunun təhlükəli olduğunu, ölkədə mühafizəkarların çoxluq təşkil etdiyini, ona görə məmləkətdə dərin kök salmayan asanlıqla dil tapıla biləcək sosialist tipli bir partiyanın qurulmasını daha məqsədəuyğun sayırmış”.

İnandığı adamlarla şəxsi söhbətlərində təkpartiyalı cümhuriyyətinbir şeyə yaramadığınıetiraf edən Atatürk uzun tərəddüdlərdən sonra  yeni siyasi qüvvənin meydana çıxmasına xeyir-dua vermişdi. Rəhbərliyinə isə şəxsi sədaqət işgüzar qabiliyyətlərinə yaxşı bələd  olduğu şəxsləri gətirməyi qərara almışdı.  Rəhbər üçlüyə Fəthi Okyar, Mehmet Nuri Conker Əhməd Ağaoğlu daxil idi.

Əli Fəthi Okyar (1880-1943) Atatürkün gənclik dostu idi. İndiki Makedoniya ərazisində doğulmuşdu. Hərbi təhsil almışdı. Şəxsi tanışlıqları 1911-ci ildə başlanmışdı. 1913- ildə onun Sofiya böyük elçisi, Mustafa Kamalın isə hərbi attaşe kimi birlikdə çalışmaları aralarındakı münasibəti daha da möhkəmləndirmişdi. “İttihad Tərəqqipartiyasının üzvləri sırasında Əhməd bəylə Malta sürgünündə olmuşdu. İstiqlal Savaşına qoşulduqdan sonra 1921-1925-ci illərdə TBMM üzvü, TBMM hökumətinin daxili işlər naziri baş nazir, Türkiyə Böyük Millət Məclisinin sədri, yenidən baş nazir vəzifələrində çalışmışdı. Yerini daha sərt idarəçilik tərəfdarı kimi tanınan İnönüyə vermək məcburiyyətində qaldıqdan sonra Türkiyənin Fransa səfiri olmuşdu. 1930-cu ilin yayında Atatürk etibarlı silahdaşı kimi onu Parisdən geri çağıraraq yeni siyasi təşkilat yaratmaq əmri vermişdi.

Mehmet Nuri Conker (1882-1937) Atatürk kimi Salonikdə doğulmuşdu. Onun uşaqlıq dostu silah yoldaşı idi. Hərb Akademiyasında birlikdə təhsil almışdılar. Balkan savaşında, habelə Birinci Dünya müharibəsində müxtəlif cəbhələrdə vuruşmuşdu. 1920-ci ildə Qurtuluş Savaşına qoşulmuşdu. Ankara Adana valisi olmuş, iki dəfə TBMM- seçilmişdi. Daim Atatürkün yanında olan, onasəndeyə müraciət edən iki-üç nəfərdən biri idi. Qazinin etirafına görə anasının ölümündən sonra onu ən çox yandıran Mehmet Nurinin itkisi olmuşdu.

Yeni partiyaya qoşulanlar sırasında Mustafa Kamalın doğma bacısı Məqbulə xanım (1885-1956) da vardı. Təbii ki, bu addımı qardaşının istəyi ilə cəmiyyətdə Sərbəst Firqəyə  inam yaratmaq məqsədi ilə atmışdı. Yeri gəlmişkən, ölkə başçısının ani şıltaq arzusu ilə mövqelərini dəyişən bəzi siyasətçilərdən fərqli olaraq Məqbulə xanım sona qədər partiyanın sadiq üzvü kimi qalmışdı.

Sadalanan adlar Əhməd Ağaoğlunun Atatürkə yaxınlıq dərəcəsi, habelə yeni Türkiyənin qurucusunun ona bəslədiyi etimad haqqında təsəvvür yaradır. Ən inanılmış adamlarla birlikdə Sərbəst Firqə rəhbərliyinə gətirilməsi bunu sübut etməkdədir. Amma istənilən halda Əhməd bəy Türkiyə Cümhuriyyətinin qurucusuna doğma  bacısından, yaxud ilk gənclik çağlarından tanıdığı silah dostlarından yaxın ola bilməzdi. İstənilən halda münasibətlərdə bəlli bir  ayrı-seçkilik vardı. Əhməd bəyin daim prinsipial mövqe tutması, zəruri məqamlarda gözləniləni deyil, düşündüklərini deməsi bu ayrı-seçkiliyi qüvvətləndirirdi.

Əhməd Ağaoğlunun  partiya rəhbərliyində yer almasında şəxsi sədaqət amili ilə yanaşı onun iki imperiya dövrünü əhatə edən zəngin siyasi təcrübəsinin həmin dövrdə Türkiyənin tanınmış hüquqşünaslarından biri olmasının da mühüm rolu vardı. Bioqrafiyasından da bildiyimiz kimi o, Sorbonnada mükəmməl hüquq təhsili görmüşdü, yeni qurulan Ankara universitetində siyasi konstitusiya hüququ professoru idi. Digər tərəfdən, cəsarətli publisist, mahir polemika ustası kimi həm parlament dairələrində, həm mətbuatda kifayət qədər yaxşı tanınırdı.

Yeni partiyanın qurulduğunu eşidən diplomatlar xarici müxbirlər sanki Atatürkün mətbuat katibi imiş kimi ilk növbədə Əhməd bəyə üz tutmuşdular. Amma özünün etiraf etdiyi kimi, onun optimizmini bölüşməmişdilər. Çoxpartiyalı sistemin respublika üsuli-idarəsinin əsası olması, ideyaya ölkə başçısının tərəfdar çıxması ilə bağlı gətirdiyi dəlillər xariciləri inandırmamışdı. 

Ondan müsahibə alan bir fransız jurnalisti demişdi: “Belə düşünürəm ki, sizin firqə yaşamayacaq. Bir məmləkətdə müxtəlif fikirlərin müxtəlif cərəyanların yaşaya bilməsi üçün o məmləkətdə ədalət hissinin inkişaf etməsi lazımdır. Sizin ölkədə belə bir hissin mövcudluğuna inanmıram. Mən küçədə vətəndaşlarınızın polis nəfəri tərəfindən döyüldüyünü buna qarşı digər vətəndaşların seyrçi qaldıqlarını gördüm. Belə məmləkətdə iki firqə yan-yana yaşaya bilməz !”

Əhməd bəy Ankaradakı ingilis səfiri ser Klarka qurduqları partiyanın ən yüksək səviyyədə xeyir-dua aldığını  eynən Britaniyadakı kimiOpposition of His Majesty” (“Əlahəzrətin müxalifəti”) olduğunu xatırladanda diplomatdan belə cavab eşitmişdi: “Unutmayın ki, bu müəssisələrin bizdə yeddi yüz illik tarixi var”.

Necə deyərlər, başı daşdan-daşa dəyəndən sonra o özü xarici müsahiblərin fikrinə dəstək verərəkSərbəst Firqə xatirələrində yazırdı: “Bəli, ədalət hissi olmayan, yəni qarşısındakının haqlarına hörmət etməyi, onun fikirlərinə hisslərinə dözməyi bacarmayan bir mühitdə hürriyyət, firqə s. bu kimi şeylər mümkün deyil. Belə mühitlərdə hər şey oyuna, hiyləyə, qarşılıqlı ittihamlara, iftiralara çevrilir, nəhayət bir tərəf tapdanaraq o birinə istədiyi kimi hərəkət etmək imkanı verilir”.

Bütün bunlar partiya mövcudluğunun ilk yüz gününü qeyd etməyə macal tapmadan bağlanandan sonra xatırlananlardır. 1930-cu ilin avqustunda, ölkə həyatının demokratikləşməsi ilə bağlı eyforiya yaşandığı, Sərbəst Firqənin təşəkkülü ərəfəsində   çoxpartiyalılıq, yeni partiyanın məqsəd vəzifələri, mövcud iqtidar partiyası ilə münasibətlər, seçkilərdə iştirak, mətbu orqanın təsisi s. barəsində əsas mübahisələr Atatürklə Əhməd Ağaoğlu arasında gedirdi. Bir sıra prinsipial məsələlərdə Fəthi bəy, yaxud Mehmet Nuri deyil, məhz o, Qazinin sorğu-sualı altına düşür, yerli yersiz ittihamlara cavab verməli olurdu.

     

Atatürkə ilk etiraz

Yalovadakı bal başa çatdıqdan sonra yeni partiyanın rəhbərləri Atatürk İsmət İnönü ilə ilk müzakirələr aparmışdılar. Ölkə həyatında yer alacaq ciddi siyasi dəyişikliklərlə bağlı Fəthi bəyin Qaziyə, sonuncunun isə ona cavabları oxunmuşdu. Atatürkün diqtəsi ilə İsmət İnönünün qələmə aldığı mətbuatda çapı nəzərdə tutulan bu məktublar Sərbəst Firqənin gələcəkdəki maneəsiz bərabər hüquqlu fəaliyyəti üçün təminat sənədi mahiyyəti daşıyırdı.

Kağızların oxunmasının ardından Qazi məclisdəkilərə deyirsiniz?” sualını verdi, – deyə Əhməd bəy xatirələrində yazırdı. – Başlar aşağı endi, kimsədən səs çıxmadı. Bir müddət çəkən sükutdan sonra Qazi üzünü mənə tutdu, “Professor bəy, sən deyirsən?” – sualını soruşdu. Mən əvvəllər heç olmazsa iki partiyanın olmasını istəyirdim. Hətta 1926- ildə verdiyim raporda tək firqənin zərərlərindən, rəqabətsizlik şəraitinin doğuracağı acı nəticələrdən bəhs açmışdım. Amma firqələrin bu cür razılaşma əsasında yaranmasına təsadüf etməmişdim. Ona görə tərəddüd içində idim. Qaziyə münasibətdə icrasını daim bir namus şərəf borcu, türklük vətənpərvərlik vəzifəsi kimi qəbul etdiyim doğruluq açıqlıqdan heç zaman ayrılmamaq qərarım bir daha qətiləşdi”.

Məhz həminaçıqlıq doğruluqprinsipinin tələbi ilə hamının susqunluğu fonunda yalnız Əhməd bəy bu şəkildə qurulan partiyanın süni göründüyünü, adamları  ardınca apara bilməyəcəyini, habelə özünün Sərbəst Firqəyə üzvlüyü ilə bağlı tərəddüd keçirdiyini demişdi. AtatürkünSən gedərsən!” – hökmü qarşısında da susub geri çəkilməmişdi. Atatürk ideyalarına bağlı olduğunu, hətta əmr alsa belə bu ideyalardan üz çevirərək saxta müxalifətçilik yolu tutmayacağını bildirmişdi. Əsəbiləşmiş Atatürk Əhməd bəyiaraqarışdıranlıqdaittiham etmişdi. Fəthi bəyin öz partiyasının üzvünün tərəfini saxlamaq niyyəti uğurla nəticələnməmişdi.

Əhməd bəyi yaxşı tanıyıram, – deyə Atatürk əvvəlki əsəbi tərzdə sözünə davam etmişdi. – Onun bütün əndişəsi özünü hər tərəfdən əmniyyət içərisində görməkdən ibarətdir. İndiyə qədər orada-burada, Məclis koridorlarında, qəzet sütunlarında özünü yeyib-tökürdü. İşlərin yaxşı getmədiyindən şikayət edirdi. İndi ona açıq danışmaq, qüsurları göstərmək, səhvləri düzəltmək imkanı verilir. Bəs üçün tərəddüd edir?” – soruşan Atatürk daha sonra üzünü Əhməd bəyin məclisdə olan qızı Tezere (əsl adı Təzəxanım idi, 1907-ci ildə Şuşada doğulmuş, 1979-cu ildə İstanbulda vəfat etmişdi. Məntiqə, etikaya, qadın hüququna dair bir sıra əsərlərin müəllifidir. 1942-1946 – illərdə Kastamonu, 1946-1954- illərdə Qars millət vəkili seçilmişdi)  tutaraq atasınınbaşının İran fəlsəfəsi ilə dolu olduğunudemiş onuntəsiri altına düşməməyi məsləhətgörmüşdü.

Tezer xanım isə sonralar Əhməd bəyin qürur hissi ilə xatırladığı kimihörmətkaranə tərzdə, lakin mətin bir əda iləAtamız bizim üçün həmişə doğru yol göstərən müəllim olub” – cavabını vermişdi. Zahirən hirsli görünsə , gənc xanımın sözlərindən məmnun qalan Atatürk valı dəyişmişdi: “Bu işdir? Ən çox güvəndiyimiz, etibar etdiyimiz dostları vətən millətə xidmətə dəvət edirik. Əvəzində tərəddüd şübhə ilə qarşılaşırıq. Bundan sonra hansı həvəslə, hansı ümidlə çalışmaq olar?” – deyə sarı simə toxunmuşdu. Fəthi bəy onu başladıqları işdə heç bir tərəddüd şübhənin olmadığına inandırmağa çalışmışdı.

Əhməd bəy bu arada Atatürkün sözlərindən mütəəssir olaraq  mübahisəni kəsmək qərarına gəlmiş, hətta gözə çarpmamaq üçün kreslosunu arxaya çəkmişdi. Lakin AtatürkDaha düşünürsən?” – sualı ilə onu yenidən dialoqa çağırmışdı.

Paşam, bəndəyə müraciət etməklə məni şərəfləndirirsiniz, – deyə Əhməd bəy cavab vermişdi. – Mənim prinsipim isə düşündüklərimi hər zaman açıq söyləməkdir. Bu da sizi əsəbiləşdirir. İndi mən edim?” Atatürkdən əsəbiləşməyəcəyi ilə bağlı vəd aldıqdan sonra sözünə davam etmişdi: “Firqə qurulmasının çox təbii hazır bir yolu var. Zati-dövlətlərinizə məlumdur ki, firqəmizdə bu gün bir-biri ilə qaynayıb-qarışmayan, anlaşa bilməyən, ilk fürsətdə çarpışmağa hazır olan iki qanad var. Bunlar tərəqqipərvərlər mühafizəkarlardır. Onlar indi eyni firqənin bayrağı altındadırlar, yan-yana otururlar. Firqə Məclis daxilində bunlara sərbəst düşünmək, sərbəst danışmaq sərbəst hərəkət etmək imkanı verilsə, firqə (Atatürkün qurucusu olduğu Cümhuriyyət Xalq Partiyası nəzərdə tutulurV.Q.) öz-özlüyündə iki cəbhəyə ayrılar həmin cəbhələr tədricən iki partiya halını alar”.

Əslində Atatürk bu fikirlə razı idi. Lakin CXP- faktiki rəhbərliyi öz əlində saxlayan İsmət İnönü tərəfdarlarını gözünün önündən kənara buraxmaq, onlara hər hansı sərbəst seçim haqqı tanımaq istəmirdi. Çox güman ki, bu yanaşma tərzi dövlət başçısını da təmin edirdi. Atatürk yeni partiyaya 50-60 millət vəkili yeri verəcəyini deyəndə yenidən Əhməd bəyin haqlı, məntiqi sualları ilə qarşılaşmışdı: o, öz partiyasından olmayan, fərqli, hətta müxalif mövqedə dayanan siyasi qüvvənin təmsilçilərini Türkiyə Böyük Millət Məclisinə necə gətirə bilər? Bəs xalqın seçim hüququ? Bəs partiyanın münasibət prinsipləri? Digər tərəfdən, əgər bu adamlar millət vəkili mandatını dövlət başçısından alırlarsa, onlar necəsərbəstolacaqlar? Necə müxalif mövqe tutacaqlar? Artıq Atatürkün əllərinin əsdiyini, qaşının tüklərinin qabardığını görən Əhməd bəy mübahisəni dayandırmışdı.

Təbii ki, inzibati yolla qatıldığı partiya məsələsi elə ilk dəqiqələrdən ürəyincə olmamışdı. Lakin dövlət başçısının bu məsələdəki ardıcıllıq qətiyyətini gördükdən sonra onda müəyyən ümid hissləri yaranmışdı. Sərbəst Firqəyə ayrılacaq millət vəkillərindən Atatürk ideyalarınn daha rasional demokratik yolla həyata keçirilməsini təmin edən sağlam müxalifət mövqeli  deputat qrupunun yaradılması, bu yolla fərqli fikirlərin gündəliyə gətirilməsi, məsuliyyət bölgüsü qarşılıqlı nəzarətin həyata keçirilməsi barəsində düşünməyə başlamışdı.

Amma az sonra hər iki tərəfin əslində ssenarisi əvvəlcədən bəlli olan oyun oynadıqlarını gördükdə əvvəlki nikbinliyindən əsər-əlamət qalmamışdı. Atatürkün yeni partiyaya hansısa hüquqlar vermək niyyətini, həmfikirlərinin bu hüquqları uğrunda mübarizə əzmini görə bilmişdi. Vəziyyətin tragikomikliyini anlayaraq dərin ruhi sarsıntı içərisində aşağıdakı sətirləri yazmışdı:

Həqiqətən məmləkətin şərtlərinə görə bu hərəkət verən alan üçün sadəcə bir göstəridən ibarətdir. Necə ki, biri verilən haqların hamısının hava (burada boş şey mənasındaV.Q.) olduğunu bilir, digər tərəf xalq deyilən şeyi sabun köpüyündən başqa bir şey saymır.  Ona görə aldatma aldanma qarşılıqlıdır. Biri necə verirsə, digəri elə alır. Hər ikisi içəridən gülür, lakin zahirdə özlərini guya həqiqətən ciddi bir şeylər olurmuş kimi aparırlar bundan da hər ikisi məmnun qalır”.

(Ardı var)

 





02.12.2012    çap et  çap et