525.Az

Nizami haqqında söz


 

Nizami haqqında söz<b style="color:red"></b>

Nizaminin 870 illik yubileyində söylənmiş məruzə əsasında

Şeyx Nizami 1141-ci ildə yalnız Azərbaycanın deyil, ümumiyyətlə, o dövrkü Şərqin mədəniyyət mərkəzlərindən biri olan Gəncədə anadan olmuşdur axır zamanlara qədər 1203- il tarixi göstərilsə , son tədqiqatlara görə 1209-cu ildə orada da vəfat etmişdir. Onun bu dünyadakı 68 illik ömründən qalan mirasın bədii-estetik ictimai-fəlsəfi mündəricat miqyası nəinki 68 ilin, hətta aradan keçən 870 ilin çərçivələrinə sığışmır, buna görə Nizami daima müasirdir, qərinələrin çağdaşıdır.

Baxın, onun yaradıcılığıyla bağlı bu 870 ildə, elə bil ki, artıq hər şey deyilib, yüzlərlə tədqiqat işləri yazılıb, kitablar nəşr olunub, ancaq bu günün özündə nizamişünaslıq yeni-yeni kəşflər edir, yeni fikirlər söyləyir, yeni mülahizələr irəli sürür elmi-nəzəri mübahisələr aparır. Əsrlər bir-birini əvəz edir, siyasi-ictimai epoxalar dəyişir hər dəfə Nizami ədəbi irsi daha təzə, daha yeni nəzəri-estetik baxış bucağı tələb edir.

Nizami Gəncənisehrkarlar yurduadlandırırdı, Gəncəni qədim Babilə bənzədirdi, özünü isəmahir sehrkarhesab edirdi öz yaradıcılığınıGəncənin sərvətikimi təqdim edirdi. Ən başlıcası isə odur ki, bu fikirləri bəlkə başqa bir böyük sənətkar söyləsəydi, “özündən deməkkimi bir az naqolay səslənərdi, ancaq Nizaminin dediklərini biz olduqca təbii qarşılayırıq, çünki burada istedadın imkanları ilə sənətkarın iddiası arasındakı üzvi vəhdət  əsrlərin süzgəcindən keçib daima da göz önündədir.

X11 əsr Azərbaycan ümumiyyətlə, islam aləmində sinkretik mədəniyyətin yüksək bədii-estetik zirvəyə qalxdığı bir dövr idi. Yaxın Orta Şərqdə yaşayan xalqların müştərək olaraq yaratdığı sinkretik mədəniyyət, yəniislam mədəniyyətiböyük sənətkarların, o cümlədən böyük şairlərin yetişməsi üçün münbit zəmin yaradırdı bura orasını da əlavə  edək ki, həmin dövrdə Azərbaycanın şimalında cənubunda yaranmış dövlətlərə başçılıq edən Şirvanşahlar da, Eldəgizlər xalqın dövlətin inkişafında sənətin, ümumiyyətlə, mədəniyyətin oynadığı böyük rolu dərk edərək, bu sahəyə xüsusi diqqət göstərirdilər. Eyni zamanda, Gəncə dünyanın müxtəlif ölkələri ilə ticarət əlaqələri yaradan mühüm, bu günün istilahı ilə desək, magistral karvan yolunun üzərində yerləşirdi bütün bunlar böyük sənətkarların yetişməsi üçün münbit zəmin yaradırdı, ancaq bütün bunlarla da bərabər, əlbəttə, əsasistedad deyilən Allah vergisi idi.

bu vergi Nizamidən əsirgənməmişdi.

Nizami ömrü boyu Gəncədə yaşamışdır, Gəncədə təhsil almışdır, ancaq onun heyrətamiz savadı mütaliəsi yalnız bir şəhərin, hətta Gəncə kimi dövrünün yüksək mədəniyyətli bir şəhərinin belə yaratdığı imkanlara sığışmır. O, pəhləvi, fars, ərəb, bir sıra nizamişünasların fikrinə görə yunan dillərini bilirdi, yalnız islam dünyasının böyük qələm sahiblərinin, böyük filosoflarının deyil, eyni dərəcədə antik dövr müəlliflərinin əsərlərinə, qədim dünya tarixinə dərindən bələd idi, Aristotelin, Platonun, Evklidin irsi onun üçün Əl-Biruni, İbn Sina, Əl-Farabi irsi kimi tamam şəffaf idi, elə bil o, bu nəhəng fikir sahiblərinin söylədiklərinə rentgen şüaları ilə baxaraq, mahiyyəti, məğzi əxs edirdi. OnunSirlər xəzinəsi, “Xosrov Şirini , “Leyli Məcnunu da, “Yeddi gözəli , “İsgəndərnaməsi insan cəmiyyət, sənətkar dövr, hökmdar xalq, insani hissiyatlar əxlaq kodeksləri kimi əbədi problemlərin yüksək poetik ifadəsi ilə bərabər, məhz bəşəri səviyyəli dərin fəlsəfi mahiyyəti ilə həmişəyaşardır, milli sənətin ictimai fikrin faktı olmaqla bərabər, bəşəridir.

Məlumdur ki, NizamiXəmsəpoemalarının başlanğıcında Allaha, Peyğəmbərə, Hökmdara İnsana ünvanlanmış qəsidələr yazmışdır elə bu ünvanların özü, elə bilirəm ki, onun dünyagörüşü, fəlsəfi düşüncələrinin mündərəcatı üçün çox səciyyəvidir. O, “Quranı dərindən mənimsəmişdi, Həzrət Peyğəmbərin hədislərinin fəlsəfi məzmununa dərindən varmışdı Nizamiinin Hökmdar əməllərinə, İnsan əxlaq mənəviyyatına münasibətinin əsasında da həyatın, yaşayışın, ümumiyyətlə, kainatın məna məzmunu ilə bağlı ali dəyərlər dayanırdı.

Nizami bədiyyatında da, fəlsəfəsində özündən əvvəlkiləri təkrar etmirdi, yalnız onun özünə məxsus olan bədii-fəlsəfi söz deyirdi.

Baxın, “Xəmsə bəzənMin bir gecə”, “Siyasətnamə”, “Qabusnaməkimi məşhur Şərq yazılı abidələrindən, dahi fars şairi FirdovsininŞahnaməsindən bizə tanış olan süjetlərə, epizodlara rast gəlmək mümkündür, ancaq bunlar heç vəchlə təkrar, hətta indiki kontekstdə təkrir deyil, misal üçün, Şekspirin İntibah novellalarından bəhrələnərək yazdığıHamlet”, “Otello”, “Romeo Cülyettakimi tamam orijinal məxsusidir. Buna görə akademik Y.E.BertelsNizami Firdovsiadlı olduqca maraqlı sanballı əsərində bu iki nəhəng ədəbi simaları müqayisəli şəkildə tədqiq edərək çox sadə bir nəticəyə gəlib çıxır: “NizamiNizamidir, FirdovsiFirdovsidir.” 

Yaxud, yenə baxın: Nizami istedadı məhəlli ərəb əfsanəsi olanLeyli Məcnunu necə böyük bəşəri bir səviyyəyə qaldırmışdır. Eyni zamanda, yəqin, bu da bəşəriyə aparan yolun məhz millidən keçməsi baxımından əlamətdardır ki, misal üçün, akademik Krımski Nizaminin kiçik müasiri Məhəmməd Övfiyə istinad edərək, NizamiLeyli Məcnunundakı Leylini , Məcnunu da ərəb yox, Azərbaycan romantik qəhrəmanları hesab edir.

Nizami yaradıcılığının birmənalı elmi-estetik təsnifatını vermək mümkün deyil. Kimdir Nizami? Romantikdir? Bəli, romantikdir. Realistdir? Bəli, realistdir. Utopistdir? Bəli, utopistdir. Lirikdir, yoxsa epik şair? Ən zərif qəzəllərin müəllifi kimi, əlbəttə, böyük lirikdir yenə , əlbəttə, mənzum roman-epopeyalar müəllifi kimi böyük epik sənətkardır. Nizami yaradıcılığının miqyası milli  coğrafi sərhədlər tanımadığı kimi, bu yaradıcılıq nəzəri təsnifatlar çərçivəsinə yerləşmir.

Mən Nizaminin 870 illiyi münasibətilə məruzə hazırlayarkən, onun əsərlərini onun haqqındakı elmi-nəzəri ədəbiyyatı yenidən gözdən keçirdiyim zaman Nizami yaradıcılığının Qərbi Avropadakı ən yaxşı tədqiqatçılarından biri olan Erix Fromun belə bir fikrinə rast gəldim ki, “Nizami cəmiyyətdən danışanda filosofdur, insandan danışanda psixoloqdur”.

E.Fromun söylədiyi bu fikri xeyli dərəcədə genişləndirmək olar: Nizami təbiəti təsvir etdikdə rəssamdır, musiqidən bəhs etdikdə sənətşünasdır, təbabət barədə söz deyəndə loğmandır s.

Nizami Azərbaycan şairidir, ancaq onun da yaradıcılığının miqyası Homer Firdovsi yaradıcılığı kimi, Dante, Servantes, Şekspir, Höte, Tolstoy yaradıcılığı kimi milli coğrafi sərhədlərə sığışmır, çünki bu dühalar, aydın məsələdir, yalnız öz  xalqlarına yox, bütün bəşəriyyətə məxsusdurlar. Bütün Şərq poeziyasının X11 əsrdən sonra keçdiyi nəhəng yaradıcılıq yolunda Nizaminin daimi bədii-estetik  yolçuluğu məlum həqiqətdir, ancaq siz dünya oriyentalistikasında akademik Y.E.Bertels kimi nüfuzlu bir qələm sahibinin Nizamiyə həsr olunmuş  tədqiqatlarına baxın: görəcəksiniz ki, əslində, söhbət yalnız Şərq poeziyasından getmir, orta əsrlər ingilis poeziyasının özünü təsdiq etməsində Nizami yaradıcılığı, Nizami mövzuları çox ciddi əhəmiyyət kəsb etmişdir elə bu cür faktlara görə Y.E.Bertels yazır ki, “Nizami ədəbiyyat tarixində yeni bir səhifə açmışdır. Yaxud başqa bir görkəmli şərqşünasın, akademik A.Y.Krımskinin tədqiqatlarına baxmaq kifayətdir ki, ümumiyyətlə, Avropa ictimai fikrinin əsrlər boyu Nizami yaradıcılığını dərəcədə yüksək qiymətləndirdiyi aşkar görünsün.

Bu yerdə, əlbəttə, Hötenin məşhurQərb-Şərq divanı  yada düşür. Höte iki Şərq dahisinin səciyyəvi xüsusiyyətləri haqqında yazır: “Əgər Firdovsi bütün qəhrəmanlıq əfsanələrindən istifadə etmişsə, yüksək ilhamlı şair olan  Nizami ən incə məhəbbət münasibətlərinin ən incə xətlərini öz əsərləri üçün material seçmişdir.”

Höte Nizami yüksək yaradıcılıq ilhamına malik olan bir şəxsiyyətdiryazaraq, onun dahiliyini belə müəyyənləşdirir: “İnsanın məhəbbət hissi Nizaminin əsərlərində dahiyanə təsvir olunmuşdur.” Güman edirəm ki, əgər şairinsanın məhəbbət hissini dahiyanətəsvir etmək iqtidarındadırsa, onun yaradıcılığına istedadına bundan yüksək qiymət vermək mümkün deyil.

Burası da simptomatik bir hadisədir ki, Nizamidən bəhs edərkən Höte Azərbaycan tarixinə coğrafiyasına diqqət yetirir Azərbaycantoponimini işlədir. Qeyd edim ki, Hötenin özü Nizami poeziyasının təsiri ilə əsərlər yazmışdır.

Yeri düşmüşkən, sitat bolluğundan çəkinməyərək mən XX əsr dünya ədəbiyyatı klassiki Lui Araqonun 1955-ci ildə yazdığı sözləri xatırlatmaq istəyirəm: “X11 əsr bizim Fransada Qustav Koenin ifadəsi ilə desək, orta əsrlər ədəbiyyatının qızıl dövrü olduğu kimi, Azərbaycanda da X11 əsrdə elə bədii əsərlər yaradılmışdır ki, onlar indi geniş mənada çiçəklənən Azərbaycan ədəbiyyatının əsasını təşkil edir”.

L.Araqondan yarım əsr əvvəl – 1902-ci ildə isə onun həmvətəni, görkəmli Avropa orientalisti L.Bouat yazırdı: “X1-X11 əsrlərdə türk mənşəli şairlərin əksəriyyəti farsca yazırdı... Xaqani Nizami farsca yazan ən böyük türk şairləridir”.

Hərgah söhbət Hötenin, Araqonun, Bouatın Nizamiyə münasibətindən düşdüsə, mən müasir nizamişünaslığa istinad edərək, şairin 870 illiyində Y.Hammer-Purqştal, Vilhelm Baxer, Bürqel, P.Horn, Ritter, Rudolf Helpke, Bartold, Kraçkovski, Makovelski, Əhməd Atəş, Yan Ripka, Əli Nihat Tərlan, Şibli Nemani, Səid Nəfisi, Vahid Dəstgirdi, yuxarıda adlarını çəkdiyim akademiklər Bertels Krımski kimi Nizami yaradıcılığını tədqiq edən mütəfəkkirlərin adlarını çəkmək istəyirəm. Adlarını çəkmədiklərim isə, olsun ki, bundan da artıqdır.

Eyni zamanda, elə bilirəm ki, ömürlərini Nizaminin ümumiyyətlə, ədəbiyyatımızın tədqiqinə həsr etmiş Həmid Araslı, Məmməd Cəfər Cəfərov, Ələşrəf Əlizadə, Mikayıl Rəfili, Mirzağa Quluzadə, Əkbər Ağayev, Mübariz Əlizadə, Rüstəm Əliyev, Qəzənfər Əliyev, Azadə Rüstəmova, Qasım Cahani kimi alimlərimizin, Nizami poemalarını ilk dəfə tam şəkildə Azərbaycan dilinə poetik tərcümə etmiş Abdulla Şaiqin, Səməd Vurğunun, Süleyman Rüstəmin, Rəsul Rzanın, Məmməd Rahimin, Mikayıl Rzaquluzadənin adlarını xatırlayıb, onların ruhunu şad etməliyik.

Bunu da xüsusi qeyd etmək istəyirəm ki, 1951-ci ildə M.Ə.Rəsulzadənin Türkiyədə nəşr etdirdiyiAzərbaycan şairi Nizamimonoqrafiyasının Nizaminin Azarbaycan xalqının milli şairi kimi tanınması qəbul edilməsində ciddi rolu oldu.

Nizami yaradıcılığı hələ ilkin orta əsrlərdən etibarən o qədər populyar olmuşdur ki, bu yaradıcılıq nümunələrinintəbii ki, ilk növbədəXəmsəpoemalarının, eləcə qəzəllərin, qəsidələrin üzü köçürülmüş, müxtəlif ölkələrə yayılmışdır hələ kitab nəşrinin mövcud olmadığı bir dövrdə onun oxucu auditoriyası imperiyalar, şahlıqlar, krallıqlar sərhədi tanımamışdır. Elə buna görə bu  gün İstanbulda Londonda, Tehranda Parisdə, Qahirədə Sankt-Peterburqda, Berlində Daşkənddə, başqa şəhərlərdə Nizami irsinin nadir əlyazma nüsxələri saxlanır. Nizami ədəbi məktəbinin nümayəndələri yalnız Azərbaycan şairləri deyil, bir çox böyük fars, türk, hind, özbək, əfqan, kürd, qazax başqa xalqların böyük sənətkarları bu məktəbin nümayəndələridir onlar belə bir irsi-bədii mənsubiyyətləri ilə fəxr etmişlər. 

Cami, Dəhləvi, Nəvai, Marağayi, Hatifi, Behişti başqaları kimi böyük sənətkarlar özXəmsələrini məhz NizamininXəmsəsindən ruhlanaraq, təsirlənərək yaratmışlar. Arif Ərdəbili, Həqiqi, Ağqoyunlu Zəmiri, Nakam kimi Azərbaycan şairləri ilə bərabər, Hilali, Nami, Vəhsi Kirmani, Vüsal Şirazi, Əbdi bəy Şirazi, Ruhul Əmin kimi görkəmli fars şairləri, özbək ədəbiyyatının Xarəzmli Qütb, Xarəzmi Süheyli, yaxud türkmən ədəbiyyatının Əndəlib kimi nümayəndələri ayrı-ayrı əsərlərini Nizami mövzularında yazmışlar.

Nizami orbitindən çıxmaq, Nizami cazibəsinə biganə qalmaq çox çətin məsələdir bu cazibənin gücünü təsəvvür etmək üçün orta əsrlər  ümumtürk klassik ədəbiyyatının ən böyük nümayəndələrindən birininböyük özbək şairi Əlişir Nəvainin söylədiyi sözləri xatırlamaq, elə bilirəm ki, kifayətdir: “Nizami sənəti o qədər əzəmətli ağır çəkilidir ki, onu ölçmək üçün göylər qədər böyük tərəzi, Yer kürəsi kimi iri ölçü vahidi lazımdır.”

Dahi Füzulinin Azərbaycan dilində yazdığıLeyli Məcnun qədər orijinal məxsusi olsa da, qədər seçilsə , fakt budur ki, bütün poetikLeyli Məcnunların ilkinini Nizami yaradıb. Nizami bu qədim ərəb əfsanəsini qələmə alaraq, yuxarıda dediyim kimi, onu bəşəri bir səviyyəyə qaldırıb, eyni zamanda, bu əfsanəni klassik Şərq poeziyasının əbədi mövzusuna çevirib, həm söhbət yalnız böyük poemalardan getmir, Nizami sayəsində bu surətlərLeyli , Məcnun dajanrından asılı olmayaraq, ümumiyyətlə, klassik poeziyanın estetik obrazlar qalereyasına daxil olublar, özü söhbət yalnız poemalardan getmir: siz məhəbbət mövzusunda yazılmış az qəzəl taparsınız ki, orada estetik bir obraz kimi Leylinin, ya da Məcnunun (Qeysin) adına rast gəlməyəsiniz.

Nizamişünaslar Nizaminin bəzi əsərlərini, misal üçün, “Sirlər xəzinəsini onun yaradıcılığında yeni mərhələ hesab edirlər burda təəccüblü bir şey yoxdur, böyük bəşəri əsərləri yeni-yeni bədii-estetik fəlsəfi axtarışlar meydana çıxarır, ancaq ən əsası budur ki, Nizami yaradıcılığı bir küll halında dünya ədəbiyyatında dünya ictimai  fikrində bir mərhələdir.

Bəlkə təkrara varıram, ancaq bir daha demək istəyirəm ki, Nizami milli hadisə deyil, obəşəri hadisədir.

Mən Nizaminin 800 illik yubileyi keçirilən zamanlarda  Aleksandr Fadeyevin yazdığı məqalədə onun maraqlı bir fikrinə rast gəldim. Fadeyev yazır ki, feodal müharibələri cəmiyyəti pərən-pərən saldığı bir vaxtda, Nizaminin timsalında Azərbaycanda elə bir sənətkar tapıldı ki, bütün bəşəriyyətin xoşbəxtliyi naminə heç nədən çəkinmədən, cəsarətlə öz səsini ucaltdı. A.Fadeyev tədqiqatçı deyildi, nasir idi, daha artıq dərəcədə isə sovet ədəbiyyatı təşkilatçılarından biri, “ədəbiyyat generalıidi, ancaq onun bu müşahidəsi, elə bilirəm ki, çox sərrastdır.

Bu kontekstdə, hətta Nizami utopiyası belə, bədii-fəlsəfi təxəyyül zənginliyi ilə bərabər, həm sırf sənətkar cəsarətinin ifadəsi baxımından Azərbaycan sənət ictimai  fikir tarixinin çox tutarlı səhifələrindən biridir.

Bu yerdə mən XX əsr görkəmli rus şairi tərcüməçisi Pavel Antokolskinin metedoloji baxımdan çox xoşuma gələn bir fikrini xatırlayıram. P.Antokolski antik utopiya ilə, konkret olaraq, Platonla, İntibah dövrünün Tomas Mor Foma Kampanella kimi utopistləri  ilə paralellər apararaq, yazır ki, Nizami utopiyası orta əsrlər qaranlığı içində (ruscası: “v nedrax srednevekovoy noçi”) doğulmuş yeganə sosial utopiya idi.

Nizami yaradıcılığı yalnız Azərbaycan ədəbiyyatının ictimai fikrinin inkişafında deyil, Azərbaycan musiqisinin, teatr kino sənətinin, təsviri sənətin, xalçaçılığın, heykəltəraşlığın inkişafında da müstəsna rol oynamışdır. Üzeyir Hacıbəyovun ölməz iki romansını, yaxud Qara QarayevinYeddi gözəlkimi XX əsr dünya balet sənətinin şedevrlərindən birini, “Leyli Məcnunsimfonik poemasını, “Payızlirik xorunu, Fikrət Əmirovun bütün dünyada səslənənNizaminin xatirəsinəsimfoniyasını, daha sonralar yazdığıNizamibaletini, NiyazininXosrov Şirin”, Əfrasiyab BədəlbəylininNizamioperalarını, bir çox digər Azərbaycan bəstəkarlarının əsərlərini xatırlayaq. Hələ mən muğam sənətimizə mükəmməl daxil olmuş Nizami qəzəllərini demirəm bu gün professional Azərbaycan musiqisini muğam sənətini Nizami şəxsiyyəti mövzularından kənarda təsəvvür etmək heç vəchlə tam mənzərə yarada bilməz.

Orta əsr miniatürlərindən başlamış F.Əbdülrəhmanov, M.Abdullayev, C.Qaryağdı, B.Mirzəzadə, T. Məmmədov, O.Sadıqzadə, T.Nərimanbəyov başqaları kimi görkəmli rəssam heykəltəraşlarımızın əsərlərinəcən Nizami şəxsiyyəti Nizami mövzuları təsviri sənətin heykəltəraşlığın Azərbaycan mədəniyyətinin milli faktoruna çevrilməsində güclü stimullardan biri olmuşdur. Bu gün Bakının mərkəzindəki Nizami heykəli, Qız qalası kimi, neft buruğu kimi Bakının simvollarından biridir.      

Yuxarıda adını çəkdiyim  Pavel Antokolski Nizami haqqındakı elə həmin essesində yazır ki, hər bir böyük şair vaxt, zaman okeanında üzən bir gəmidir. O gəminin reysi əsrlərlə davam edə bilər. Nizami 800 illik bir zaman yolçuluğundan sonrabirdəfəlik olaraq özünün fiziki ruhani vətəninə qayıtdı.”

Mən bu kiçik yazını əlamətdar rəmzi hesab etdiyim bir faktı xatırlamaqla bitirmək istəyirəm: Nizaminin 870 illiyi münasibətilə Gəncədə, onun məqbərəsini əhatə edən sahədə 50 min ağac əkilmişdir.

Bu, əlamətdardır rəmzidir ona görə ki, bu gün Nizami yalnız ruhən yaşamır, o, 870 ildən sonra, eyni zamanda, cismən bu dünyadadır, cismən bizimlə bir yerdədir, o, cismən çiçəkləyir, gül açır, bəhrə verir.

bu, həm əlamətdar rəmzidir ona görə ki, böyük Allah vergisi cism ilə ruhun vəhdətini tələb edir, çünki böyük sənəti cism ilə ruhun vəhdəti yaradır.

6 oktyabr 2012.

Zağulba

 





02.12.2012    çap et  çap et