525.Az

Mən heç böyümədim ki... - Şeirlər


 

Mən heç böyümədim ki... - <b style="color:red">Şeirlər</b>

Xuraman HÜSEYNZADƏ


Atam
yaxşı-yaxşı işlərdə

 

işlədi,

 

yedi, içdi

 

hər içəndən sonra

 

anamın başında yumruqlarının

 

şişi böyüdü.

 

Atam gözlərimdə kiçildikcə

 

gördüyüm dəhşətlərdən

 

gözlərim böyüdü

 

mən heç böyümədim ki...

 

Çoxaldı evimizdə stollar,

 

qab-qacaqlar,

 

qədəhlər çoxaldı,

 

yemək qazanları böyüdü

 

dostlarının vəzifələri böyüdükcə,

 

içki məclisləri çoxaldıqca

 

evimizdə...

 

Ayaq üstə durmaqdan,

 

zülm çəkməkdən

 

anamın qarnındakı şiş böyüdü

 

mən heç böyümədim ki...

 

Füzulidən,

 

Zakirdən,

 

oxuyardı atam

 

sözü yalnız söyüş bilən

 

polis rəislərinə,

 

bazar müdirlərinə...

 

evimizdə qədər

 

poqonlu, vəzifəli

 

yal itinin qarnı böyüdü

 

yeməkdən, içməkdən

 

mən heç böyümədim ki...

 

Bişirdiyi yeməklərdən

 

çatmazdı anama,

 

durub bir küncdə içini yeyərdi,

 

gecələr səssiz ağlayardı

 

kimsə eşitməsin deyə,

 

Bir Allah,

 

bir mən bilirdik

 

anamın ağladığını...

 

Yaxınlaşıb gözlərini

 

silərdim əllərimlə,

 

göz yaşları ovcuma düşdükcə

 

atam gözümdən düşərdi.

 

aylar belə keçdi...

 

illər belə keçdi...

 

bir gün

 

atam arağı tərgidən gün

 

uşaqlığım özünü asdı

 

köhnə məhləmizdəki

 

ərik ağacının budağından...

 

 

Azad qadın

 

 

Bir az qorxu olsun gözlərində,

 

üzünə qonan

 

təbəssümün üzünə

 

qaş-qabağınla pərdə çək.

 

Əllərin öyrəşsin

 

kədərli gözlərinin

 

yaşını silməyə

 

ağır ol,

 

fağır ol,

 

evinizin küncündə

 

süpürgəyə dönməyi öyrən,

 

bundan sonra

 

azadlıq dediyini

 

özün süpürməlisən

 

həyatından...

 

Anam, yadında saxla,

 

bacım, unutma, 

 

bizdə azad qadın 

 

olsa-olsa,

 

ya heykəl olur,

 

ya da fahişə...

 

Bu otaq

 

 

Bu otağın divarı

 

gözlərindən nəm çəkib.

 

Sən siqaret çəkəndə

 

sənə baxıb qəm çəkib.

 

 

Otağını toz basıb,

 

güldanında gül solub.

 

Tora saldığın qızlar

 

dönüb hörümçək olub.

 

 

Belə getsə bu tənha

 

otaq udacaq səni.

 

Qadın qucağı boyda

 

yataq udacaq səni.

 

 

Paltarların çirklənib,

 

kitabların saralıb.

 

Bir otağa sığırsan

 

dünyan necə daralıb!

 

 

Bu otaqdoğum evin,

 

bu otaqqəbir yerin

 

zamansa öləcək

 

yaxşı şairin biri...

 

 

Sevgi etirafı

 

 

, dostum, sənə

 

kimdən deyim,

 

kimdən danışım...

 

Gəl, səni dəli kimi

 

sevməyimdən danışım.

 

 

Amma elə qorxuram,

 

mənədəlideyərlər.

 

Azad sevgini sevmir

 

bizim milli dəyərlər...

 

 

, dostum, axı necə,

 

necə deyəydim sənə:

 

görüşdüyün qızlardan

 

bir danışma mənə!

 

 

Necə deyəydim axı,

 

yollardan yığ gözünü,

 

unut mənə dediyin

 

əziz dostumsözünü?!

 

 

Ürəyinin soyuğu

 

titrədirdi səsimi.

 

Deyəmmirdim: sənintək

 

sevməmişəm heç kimi.

 

 

Utanırdı baxışım,

 

gizlənirdi gözündən.

 

Ruhum şirə çəkirdi

 

hər bir acı sözündən.

 

 

Çoxdan anlamalıydın

 

sevginin dili olmur,

 

saçına sığal çəkən 

 

ağappaq əli olmur.

 

 

Dostum, elə qorxuram,

 

mənədəlideyərlər.

 

Azad sevgini sevmir

 

axı, bizim dəyərlər...

 

 

O yol

 

 

Bu yolun başlanğıcı

 

o yolun bitdiyi yerdi,

 

o yol mənim gəldiyim

 

sənin getdiyin yerdi.

 

Biz o yolda qarşılaşmalıydıq

 

mən gəldim,

 

sən getmədin

 

orda bir yol yoruldu

 

səni gözləməkdən,

 

məni gözlətməkdən...

 

 

Marixuana

 

 

Məni

 

marixuana kimi

 

ciyərinə çək ,

 

məndən asılı ol

 

necə ki, 

 

mən telefondan

 

asılı qalmışam,

 

səndən başqa kimsəm yox,

 

gözlərinin küncünə

 

qısılıb qalmışam

 

qollarını,

 

qolların ötürsün məni

 

ürəyinə...

 

 

Belə olur sevmək...

 

 

Belə olur sevmək-

 

ürəyin

 

onda qalır,

 

baxışların pəncərədə.

 

Sən özündə olmursan heç,

 

belə olur sevgi...

 

Sevgidən payına düşən 

 

ya uşaq olur,

 

ya da xatirə...

 

 

Getsəm uzaqlara...

 

 

Gözlərimdən sevinc ayrılan kimi

 

ayrılıb getsəm uzaqlara,

 

yaralı ürəyimin qaysağını

 

qoparan kimi

 

qoparıb baxışlarımı gözlərindən

 

gedərdim,

 

Mümkün olsaydı getmək,

 

gedərdim, yeni sevgilər

 

olan yerə

 

gedərdim,

 

məsələn,

 

dənizlə göy üzünün öpüşdüyü

 

üfüq xəttinə tərəf,

 

amma sevgilim,

 

ordan da

 

ayrılıq qoxusu gəlir,

 

orda da

 

sevgi var,

 

saflıq var,

 

ölüm var...

 

mümkün olsaydı getmək,

 

ayrılığı tərk edərdim...

 

 

lll 

 

Yoruldum sənin

 

etiraflarını eşitməkdən,

 

yoruldum səhvlərini

 

bağışlamaqdan,

 

unutma

 

səhv

 

hədiyyə deyil ki,

 

ürəyin kimə istəsə

 

bağışlayasan...

 

 

lll

 

 

Heç vaxt saçıma sığal çəkilmədi,

 

kimsədən bir xoş söz

 

eşitmədim,

 

adicəqızımsözünü eşitmədim

 

atamdan,

 

anamdan...

 

Sənsə mənə

 

gözümün işığı”,

 

anam

 

deyirsən...

 

söz acını doyurmaq çətin işdi

 

bunu bilirsənmi?

 

 

Yuxusuzluq

 

 

Pəncərədən bayıra baxdeyir...

 

Açıram pəncərəni,

 

şəhərin hələ insan nəfəsi dəyməyən

 

saf havası

 

atır özünü

 

taybatay açılan pəncərədən

 

evimizin ağuşuna...

 

Dan yeri ilmə-ilmə söküldükcə

 

şəhərin eyibi açılır:

 

küçələrdə insanlar görünür,

 

səs-küylü maşınların arxasınca

 

tüstülər sürünür...

 

Şəhər oyanır...

 

Yatmaq zamanıdı.

 

 





09.12.2012    çap et  çap et