525.Az

Sufizm: mənşəyi və mahiyyəti


 

Sufizm: mənşəyi və mahiyyəti <b style="color:red"></b>

filologiya elmləri doktoru, professor

Azərbaycan
Dövlət Mədəniyyət İncəsənət Universitettin prorektoru, filologiya elmləri doktoru, professor Gülşən Əliyeva-Kəngərli xeyli müddətdir ki, orta çağın klassik poeziyası dahi Füzuli sənəti füzulişünaslıq elminin tədqiqi ilə məşğuldur. “Çağdaş poeziya klassik irs”, “Poetika məsələləri”,“Füzuli sehri”, “Bədii düşüncə: tarixi gercəklik estetik ideal”, “Azərbaycan füzulişünaslığıkimi monoqrafiya kitabları, 150-dən artıq məqaləsi, əsərləri barəsində resenziyalar çap olunub. HələAzərbaycan füzulişünaslığı” (2007) monografiyasında Gülşən xanım Füzulinin sufi olması barəsində B.Çobanzadə, A.Şaiq, H.Araslı, F.Qasımzadə, M.Quluzadə kimi korifey alimlərlə mübahisələr aparıb. bu diskussiyalar onun tədqiqatçı nəzərinə bir bədii fəlsəfi cərəyan kimi Sufizmə yönəldib. OnunSufizm bədii-fəlsəfi cərəyan kimiadlı araşdırmasından bəzi məqalələri “525-ci qəzetin oxucularına təqdim edirik.

 

Sufizm məxluqun (insanın) Xaliqə (Allaha) mistik (ilahi) məhəbbəti (qovuşması, onda əriyib itməsi) haqqında fəlsəfi təlimdir.

Evə qapıdan girdiyimiz kimi, hər bir elmə daxil olmaq üçün əvvəlcə onun dərgahına açar salmaq gərəkdir. Sufizmin açarı onun məna anlamından, lüğəti mənasından etimologiyasından başlanır. Ən sadə lüğətimizdə – “Ərəb fars sözləri lüğətində (B., 1966) Sufi  1. sufi təriqətinə mənsub olan adam; 2. zahid kimi təqdim  olunur.

Görkəmli ədəbiyyatşünas Ə.Mirəhmədov öz dəyərli ensiklopedik lüğətində bu terminin adını belə çəkmir. Eləcə 1974- ildə Moskvada məşhur rus ədəbiyyatşünasları L.İ.Timofeyev S.V.Turayevin tərtibçiliyi redaktəsi ilə çap olunmuşƏdəbiyyatşünaslıq terminləri lüğətində sufizm termininə rast gəlmirik.

Hər zaman istinad etdiyimiz Qısa Ədəbiyyat Ensiklopediyasında Sufizm sözünün etimologiyasına belə izah verilir: “Sufizm (arab.tasavvuf, t.e. “sufiystvovanie”, otsufiy” – oblaçennıy vo vlasəniüu; druqaə menee dostovernaə gtimoloqiə, prinadlejahaə sredneaziatskomu uçenomu X-XI v.v. Biruni vozvodit termin k qreçeskomu sofosmudreü) – musulğmanskiy mistizm; sovokupnostğ raznosistemnıx reliqioznofilosofskix idey i razliçnıx obrədov, napravlennıx na posredestvennoe prisoidinenie veruöheqo s Absolötom (boqom) putem vnutrenneqo samosoverşenstvovaniə. Gto naibolee rasprostrannnaə forma filosofstvovanie v  srednie veka v stranax s musulğmanskim naseleniem. TerminomSufizmoboznaçaötsə samıe raznıe mistiçeskie konüepüii: ot reliqioznoblaqoçestvıx do krayne panteistiçeskix, doxodəhix do poroqa ateizma, ot reaküionnoizuverskix do qumanistiçesnosti, ot tumannogklektiçeskix doktrin do stroqo filosofskix sistem” (KLG. t.7, s.175). Sufizm – (ərəbcə təsəvvüf deməli ki, “sufiləşmək” “sufi” – cod yun əbayə bürünmüş; digər daha az inandırıcı etimalogiya X-XI əsirləri Orta Asiya alimi Biruniya məxsusdur: o sufi sözünün qədim yunan terminimənasımüdrikolansofosla əlaqələndirir) müsəlman mistisizmi dindarı özünütəkmilləşdirmə yolu ilə mütləq Allaha istiqamətlənən müxtəlif sistemli dini-fəlsəfi ideyaların məcmusu; bu orta əsrlərdə musəlman əhalisi yaşayan ölkələrdə ən çox yayılmış fəlsəfi fikir formasıdırSufizmtermini ilə dini-mənəvidən tutmuş asketizmə qədər gəlib çatan  sırf panteinstik, mühafizəkarlıqdan humanizmə qədər, dumanlı-skleptik doktrinalardan ciddi fəlsəfi sistemlərə qədər müxtəlif mistik konsepsiyalar ifadə olunur”. Göründüyü kimi, böyük şərqşünas İ.S.Braqinskinin sufizmə, xüsusilə onun tarixi-fəlsəfi mahiyyətinə verdiyi izah müəyyən mübahisəli məqamlardan da xali deyil. Biz hələ orta ali məktəbdən bu terminin mənalarını bilirik. Onsuz da aydın olan mətləbi xırdalamamaq üçün sufizm haqqında dünyada məşhur olan son tədqiqatlardan misal veririk: “Slovosufizm” – latinizirovannaə proizvodnaə ot arabskoqo kornə  s – (v) – f, o znaçenie sporı velisğ uje na straniüax rannıx sufiyskix soçineniy. Musulğmanskie mistiki çasto vozvodili eqo k arabskomu slovu safa (ot kornə s-f-v) osnovnoe znaçenie kotoroqo – “çistota”; libo je k slovosoçetaniö axl as-suffa (“lödi skamği”) oboznoçavşemu blaqoçestivıx, no ne imuşix spodvijnikov Proroka, kotorıe jili v eqo meçeti; ili je k axl assaffatem kto zanimal “[pervıy] rəd polojenie” [v meçet ili pered Boqom]. Odnako, soqlasno naibolee rasprostrannnoy, xotə i menee romantiçnoy versii, gtimoloqiə gtoqo termina vosxodit k arabskomu slovu, oboznaçaöhemuşerstğ” (suf). Arabskiy qlaqol tasavvafa katorıy proisxodit ot gtoqo slova, oznaçaetoblaçitğsə v şerstənoe odeənie”. Otsöda i otqlaqolğnaə  proizvodnaə tasavvuf – “obıçay privıçka naşeniə şerstənoqo odeəniə” (Knış A.D. Musulğmanskiy mistisizm. MoskvaSankt-Peterburq. “Dilə 2004. s.10). “Sufizmmənası haqqında hələ ilkin sufi əsərlərdə mübahisə gedən  kökü s (v) f olan ərəb sözüdür. İslam mistikləri mənasıtəmizlik olan” (s.f.v kökü) ərəb sözü, bəzən əxl əs suffasəf. (bir səfdə cərgədə oturanlar) sözü ilə əlaqələndirirlər. Onlar məsciddə yaşayırdılar. Yaxud da əxl-əs-səffa məsciddə Allah qarşısında birinci sırada ibadət edənlər. Fəqət daha çox yayılmış xeyli romantik izahlardan biri ərəbcə yun mənasını verən suf terminidir. Bu sözdən yaranmış ərəb felitəsəvvəfəyun paltar geyinmiş mənasını verir. Buradan da təsəvvüf yun paltar geyinmək vərdişi meydana gəlib. Əlbəttə Amerikada yaşayan (Miçiqan universitetinin dekanı!) rus alimi Aleksandr Dmitrieviç Knış, göründüyü kimisufitermininin etimologiyası ilə bağlı elə birAmerika açmır”. Sadəcə olaraq o, bir neçə versiyanı müxtəsər bir abzasda izah edir elə bilirəm ki, biz bu şərhlə kifayətlənə bilərik.

Klassik alimlər deyirlər ki, elmdə terminlərin mənalarını aydın təsəvvür etmək vacibdir, fəqət  ona aludəçilik perspektivsiz yoldur. Ona görə əldə olunan mənbələrə istinadən çox müxtəsər şəkildə sufizmin mənşəyi üzərində dayanaq.

Əvvəla onu deyək ki, XX əsrin ortalarında sufizmə qarşı müəyyən nəzəri-metodoloji tənqidlər söylənilsə  sufizm 1200 ilə yaxındır ki, tarixdə, xüsusilə islam dünyasında öz nüfuzunu əzm inadla qoruyub saxlayır. Nədədir sufizmin gücü? Hər bir elm kimi sufizmlə bağlı bu suala ilk növbədə onun mənşəyi tarixi haqqında təsəvvür yaratmadan cavab vermək mümkün deyil. Çünki elmin mənşəyi onun əsas prinsiplərinin formalaşdığı ilkin mərhələsidir.

Sufizmin mənşəyi islamın yarandığı dövrlərə təsadüf edir. Əlbəttə ilk sufi kim olub? – sualına cavab vermək çətindir. Ümumiyyətlə sufizmə dair tədqiqatlarda belə bir sual qoyulur. Lakin sufizm nəzəriyyəsinin banilərindən biri, bu sahədə mərhələ yaratmış İmam Qəzali belə bir fikir söyləyib: “Ərəblər Rəsulallahın peyğəmbərlikdən əvvəl Hira dağına çəkilib ibadət etdiyini gördükləri zamanMəhəmməd Rəbbinə aşiq olmuşdurdeyiblər. Beləliklə, sufizmin əsasında Peyğəmbərin Allaha eşqi, sevgisi dayanır.

qədər ki, peyğəmbər sağ idi nüfuzuna güvənərək o özü hər şeyi idarə edir, Quranın toxunulmazlığı təmin olunur, hakimiyyətdə mali-bərabərlik hökm sürürdü. Əbu Bəkir Ömər öz hakimiyyətləri dövründə peyğəmbərin qoyduğu qaydaları əzmlə qoruyub saxladılar. “Hakimiyyətin xarakteri üçüncü xəlifə Osmanın dövründə dəyişdi... O sələflərin qoyduğu qaydaları pozdu” (Bertelğs E.G. İzbrannıe trudı. Sufizm i sufiyskaə literatura, Moskva, 1965, s.13). Bu qayda pozuntusu isə ondan ibarət idi ki, Osman sərvət topladı, icma üzvlərindən fərqləndi, torpaqları ələ keçirdi. Osman öldürüldü, xəlifə Əlini məğlub edərək Muaviyə ibn Əbu Sufyan 661-ci ildə hakimiyyəti ələ keçirdi, beləliklə hakimiyyət müqəddəs dini xarakterini itirib, dünyəvi xarakter alır. bu zamandan Qurana əlavələr, dəyişikliklər etmək, Peyğəmbərə yaxın adamlar tərəfindən onun haqqında hədislər söyləmək meyilləri güclənir. Hədislər şişirdilərək 9 minə çatdırılır. Halbukiİmam Əbu Hənifə yalnız 17 həqiqi hədis olduğunu söyləyib” (İbn Xəldun). İlk asketlərzahidlər məhz mühəddislərin içərisindən çıxır. Bunlar Allahı yox, dünya malını sevən, hakimiyyətdən narazı adamlar idi...

Beləliklə, biz bu fikirdəyik ki, “İslamda bir təriqət kimi sufiliyin islam mənşəyinə şübhə yoxdur” (Şeyxülislam Allahşükür Paşazadə. Qafqazda islam. B., 1991, s. 82). Bunu da qəbul etmək olar ki, “Şərq alimləri təsəvvüfün mənşəyini Quran sünnədə axtarmağa üstünlük verirlər. Onların fikrincə təsəvvüf İslamın öz bətnindən doğulub, müsəlman ictimai-fəlsəfi düşüncəsində aşiqlikdən doqmatizmə, praktikliyə doğru yarımçevrə hərəkətin istiqamətini tamamlamaq üçün yenidən doğmadan aşiqliyə doğru hərəkət baş verir, çevrə qapanır”( Xavəri S. Azərbaycan təsəvvüf ədəbiyyatı (XIII-XVI əsrlər) NDA. Bakı, 2000, s.5). “Müsəlman mistikliyini (təsəvvüfünün) xaricdən gəldiyini iddia etməyə əsas yoxdur. Bu mistiklik bilavasitə islam zəminində yaranmışdı...” (Masse A. İslam. B., 1964, s.183). Türkiyəli tədqiqatçı da bu həqiqəti təsdiq edir: “Təsəvvüf islamiyyətin qaynaqlarından başladığı hərəkətlə dini prinsiplərin mövzu ilə bağlı yönlərini incələyən, dərinləşdirən, bunları həyat qaydasına gətirib başqalarına da öyrətmə yollarını göstərən bir fəaliyyətdir. Əxlaq təfəkkür sistemidir. Təsəvvüf hər şeydən qabaq bir könül tərbiyəsidir. Könül insanda olduğu üçün təsəvvüfün mövzusu insandır. Qayəsi isə onun qəlb yönünü tərbiyə edərək yetkinləşdirməkdir ” (Mustafa Qara. Təsəvvüf təriqətlər tarixi. İstanbul. 1985, s.18). Belə çıxır ki, əslində təsəvvüf din insan arasında bir mənəviyyat körpüsüdür. Burası doğrudur ki, dünyanın bütün fəlsəfi sistemləri, bütün təriqətlər insan, onun əqli qəlbi üzərində qurulub. Təsəvvüfün diniədəbi, mənəviəxlaqi dəyəri ilə yanaşı siyasi içi, gücü olduğunu da söyləyən ədəbiyyatşünas Siracəddin Hacı belə qənaətə gəlir ki, “təsəvvüf Quranın qayəsindən çəkilməmiş, onun kölgəsinə sığınmışdır” (Füzuli eşq, Ədəbiyyat məcmuəsi, XVII c, Bakı, 1999, s. 191).

Məhəmmədin ölümündən sonra yalançı peyğəmbərlərin meydana çıxması, habelə hədislərin əmələ gətirdiyi dolaşıqlıq Qurana nəzər salmaq, onu elmi əsaslarla şərh etmək mütləq həqiqətə (Allaha) inam, iradə azadlığı, habelə, Allaha hansı yolla qovuşmaqağıl, yoxsa duyğu kimi ziddiyyətli problemləri ortaya qoydu. İbadət, əxlaq ən başlıcası isə sərvətə nifrət Allaha təvəkkül zahirliyin dərvişlik hərəkatı kimi təşəkkülünü sürətləndirdi. Zahidlik sufizmi hazırlayan bir hərəkat idi. Y.E.Bertels yazır: “Pervımi zaçinateləmi sufiyskoqo dvijeniə əvilisğ surovıe riqoristı iz sredı mukaddisov, stoəvhie v oppoziüii k feodolizirovavşey vlasti Omeədov. Termin sufi v gto vremə ne suhestvuet. Obıçnoe oboznaçenie dlə lödey gtoqo tolğko zaxid (“othelğnik”) ili abid (“slujitelğ bojiy). İx otliçiə ot şirokix kruqov veruhix lejat,  vo-pervıx v povışennoy intensivnosti vospriətiə  reliqiy, vo-vtorıx, v izvestnıx çertax reliqioznoy praktiki... Vajnoe mesto v ix jizni zanimala razliçie mejdu xalal (dozvolennım) i xaram (zapretnım)... dvijeniə zaxidov lişenı osnovnoqo glementa posleduöheqo sufizmamistiçeskix perejivaniy” (s.16-17). “Sufi hərəkatını ilk başlayanlar mühəddislər (hədis söyləyənlərG.Ə.K) içərisindən çıxmış sərt riqoristlər idi. Onlar dini hakimiyyətin feodallaşdırılmasının əleyhinə idilər. Hələ bu zaman sufi termini mövcud deyildi. Bu  zümrəyə mənsub adamlara zahid yaxud abid deyirdilər. Onların ümumi inam sahiblərindən fərqi birincisi, dini yüksək intensivliklə qəbul etmələri, ikincisi, dini praktikada məşhur cizgilərə malik olmalarında idi. Onların həyatında əsas halal haramın fərqləndirilməsi idi. Zahidlik hərəkatı sufizm üçün zəruri olan mistik həyəcandan uzaq idi”.

Zahidliyin formalaşmasında Quranda dönə-dönə təkrarlanan təvəkkül məsələsinin böyük rolu olmuşdur. Allah-təalanın öz qullarına lazımi əl uzadacağı, öz bəndəsini darda qoymayacağına (Allaha təvəkkül fəlsəfəsi!) dərin inam zahidlərin real dünyaya bağlanmamağa sövq edən əsas fikri idi. Anri Masse yazır: “İlk mötəzililər kimi, ilk sufilər zahid idilər. İslamın ilk çağlarında müşahidə olunan zahidlik təzahürlərində  xristianlığın şəksiz təsiri görünürdü: biri özünü dirəyə bağlayır, digəri piyada ziyarətə gedir, ya da bütün yol boyu danışmağı tövbə edirdi...

Zahidlik meylləri xəlifə Osmanın xilafəti zamanı yaranan Əməvilər dövründə yayılan cah-cəlala etiraz əlaməti olaraq İraqda əmələ gəlmişdi...

Sonralar bu adamlar yundan hazırlanmış Xirə (suf) gəzdirmişlər ki, onlara deyilən sufi adı da buradan əmələ gəlmişdir... VII-VIII əsrlərdə Kufədə, VIII əsrdə Bəsrədə yaranmışdır. Bağdad IX əsrin ikinci yarısında bu hərəkatın mərkəzi olmuşdur” (c.182-183). Zahidliklə bağlı məlumatlar çox dəyərlidir, fəqət həm sufizm termininin etimologiyası ilə bağlı məlum olur ki, zahidlərə yundan hazırlanmış xirəgeydikləri üçün sufi demişlər. Sufi geyimin adıdır, yun burada həlledici deyil. Bunu A.D.Knış da öz kitabında təsdiq edir: “Podvijniki uçili, çto çelevek iskrenne ispıtivaöhiy strax Bojiy, doljen papıtatğsə spasti sebə posredstvom otreçeniə ot mirskoy jizni s ee qrexovnostğö i nespravedlivostğö. V kaçestve vneşneqo priznaka svoeqo blaqoçestivoqo otreçeniə nekotorıe iz nix stali nositğ osobuö odejdu, kotoraə zaçastuö predstavləla soboy rubihe iz qruboy hersti: ona vıdeləla ix iz çisla lödey, nosivhix bolee doroqie odeəniə iz helka ili xlopka” (s.12). “Podvijniki öyrədirdilər ki, Allah qarşısında səmimi qorxu hissi  keçirən insan özünü bu qorxudan dünya ləzzətindən uzaq onun günahlarından ədalətsizliklərindən uzaqlaşdırmaq yolu ilə xilas etməlidir. Ona görə özünü dünya malına həsr etmiş adamlardan fərqləndirmək üçün bəziləri cod yundan tikilmiş əba qeyinir, bununla həm ipəkdən pambıqdan hazırlanmış bahalı  paltar geyənləri fərqlənirdilər”.

Məlumdur ki, zahidlik Əməvilərin hakimiyyəti dövründə (661-750) xüsusi vüsət alır: “Müsəlman dünyasında zahidlik hərəkatı nizamı pozulmuş, ədalətsizliklərlə dolu cəmiyyətə qarşı müxalifət ovqatından yaranır.

Zahidlik hərəkatının xarakterik xüsusiyyətləri dünyaya ifrat dərəcədə bağlanmamaq üçün dünyadan ifrat dərəcədə ayrılmaq Allahı unutmamaq üçün onun  adlarını müntəzəm olaraq təkrarlamaq idi” (S.Xavəri). Bir qədər əvvəl Y.E.Bertelsin fikrindən məlum oldu ki, zahidlikdə mistik yaşantının zəifliyi onu sufizm səviyyəsinə yüksəlməyə imkan vermirdi. Bu da onunla bağlıdır ki, Allahı təmiz səmimi qəlblə sevən zahidlərin sevgisində bir Allah xofu da var idi. Fikrimizcə, dünyadan heç bir maddi umacağı olmayan təmənnasız zahidlər müəyyən qədər ibtidai, primitiv, daha dəqiq desək savadsız idilər. Onların Allaha sevgisində bir korafəhmlilik var idi, onlar Allaha  qovuşmağın yollarını axtarır, tapa bilmir, başqa sözlə desək şəriətdən təriqətə keçə bilmirdilər. Sufizm məhz bu məqamdaşəriətdən (şəriət ehkamlarını pozmadan!) təriqətə keçid zamanı yarandı. Mütəxəssislərin fikrinə görə, zahidlikdən sufiliyə keçid IX əsrin önlərində baş verdi. Bu təkcə sufizmin tarixində yox, islam sivilizasiyasında diqqətəlayiq hadisə idi. Bu keçid antik yunan elminin islam ehkamları ilə birləşdirilməsi sayəsində baş verdi. Bunu isə Abbasilər sülaləsi həyata keçirdi. Beşinci ən müdrik Abbasi xilafəsi Harun ər-Rəşidin (786-809) ikinci oğlu Məmun 831-ci ildə BağdaddaBeytül-hikmətadlı tərcümə mərkəzi yaratdı, müxtəlif dillərdən, xüsusilə Suriya yunan dillərindən elmi əsərlərin tərcüməsi vüsət aldı... Orta əsrlər islam fəlsəfəsinin tədqiqatçısı məxəzlərə istinadən yazır: “İstoriçeskie istoçniki povestvuöt, çto, pobediv vizantiö v 830 q.; xalif Alğ-Mamun potreboval, çto kontrabuüiə bıla vıplaçena ... kniqami filosofov, a ne denğqami ili droqoüennostəmi. Vo vse konüı rassılalisğ poslanniki s edinstvennoy üelğöpriobretatğ kniqi, kniqi, kniqi...” (İqnatenğko A.A. V poiskax sçastğə. Moskva, 1989, s.15) “Tarixi mənbələr nəql edir ki, 830-cu ildə Bizansa qalib gələn xəlifə Əl Məmun tələb etdi ki xərac pul ziynət  əşyaları  ilə deyil, filosofların kitabları ilə ödənilsin. Hər tərəfə nümayəndələr göndərildi, məqsəd bu idikitab, kitab kitab əldə etmək.” Sufizmin formalaşmasını, habelə İslamla yunan elmi arasında ziddiyyətləri araşdırmazdan əvvəl mənşə problemini aydınladacaq, daha doğrusu tamamlayacaq iki faktı da qeyd etməliyik.  Y.E.Bertels ilk mistik kimi Rəbiyyə (713-805) adlı yoxsul ailədən çıxmış bir qul qadını qeyd edir. VəslAllaha qovuşmaq, Allaha məhəbbətlə dolu şeirlər yazan Rəbiyyənin əsas fikri belə idi: “Artıq mən mövcud deyiləm, özüm-özümdən çıxmışam. Mən Allahla birləşmişəm onda əriyib itmişəm.” Bertels Rəbiyyənin kəlamlarına əsaslanaraq, asketizm zəminində mistisizmin gücləndiyi bununla da sufizmə keçid hazırlandığı bunun X-XI əsrlərdə ilahi məhəbbətin himniilə tamamlandığı fikrini irəli sürür. O, həm bunu zahidlərin xəlifə hakimiyyətinin dünyəvi hakimiyyətə çevrilməsinin qarşısını almaq, ilk xəlifələrin iddilik zamanına doğru tarixi geri döndərmək kimi mümkünsüz cəhdlərlə izah edir: (bax: s.18-19). Burada bir amil var: islam dövlət din kimi gücləndikcə xristian, zərdüştlük, yəhudu dinlərinin müqaviməti ilə qarşılaşır, bu artıq qılıncla həll olunan məsələ deyildi, burada inam, inamla bərabər məntiqelm lazım gəlirdi.

Bertelsdən fərqli olaraq A.Knış Həsən əl-BəsriniSufizmin prototipi adlandırıb, belə nəticəyə gəlir ki, (Bəsrəli əl-Həsən əl-Bəsri (642-768) – “Sufi elminin (İlm ət-təsəvvüf) əsasını o qoymuşdur (s.16-19).” Lakin Knış bu məsələnin üzərində möhkəm dayanmır: “Bıl li al-Xasan al-Basri na samom dele otüom-osnavatelem sufiyskoqo dvijenie i pervım sufiem ili net, no blaqodarə svoim pılkim propovedəm vısokix duxovnıx i nravstvennıx idealov on obrek mnoqoçislennıx posledovateley” (s.19). “Əl Həsən əl Bəsri  həqiqətənmi sufizm hərəkatının atası, onun asasını qoyan ilk sufi olmuşdur ya yox, lakin bir sıra dini mənəvi idealları vüsətli təbliği sayəsində o, çoxsaylı davamçılara malik olmuşdur”.

Beləliklə , sufizmdə mənşə banilik məsələsində yekdil fikir yoxdur. Antik yunan elmini islama gətirmək, dövlət dininə çevrilmiş İslamın fəlsəfi əsaslarını möhkəmlətmək məsələsi ilə bağlı sufizmin təşəkkül ərəfəsində müxtəlif təriqətlər yaranır: xəvərriclər, azarikatlar, sifriyyələr, ibadiyyatçılar, mürciyyətçilər, cəbariyyələr, qədəriyyələr, batıniyyələr, xəmməriyyələr mütəzilələr. Y.E.Bertels bunların adlarını çəkərək yazır: “Bütün bu sektaların yaranma bir-biriləri ilə mübarizə tarixini vermək həddindən artıq çətindir” (s.20). Biz böyük alimin bu fikri ilə razılaşır, fəqət, sufizmin təşəkkül ərəfəsi kimi mühüm rol oynamış müttəziləlik təriqəti haqqında bəzi məlumatları yada salmaq istəyirik.

Müttəzilə sözünün mənasıçəkilən”, “guşənişin”, “uzaqlaşandeməkdir. Bu təlimin banisi Həsən Bəsrinin tələbəsi Vasil ibn-Ata (700-749) yaxın silahdaşı şagirdi Əmir ibn-Übeylə birlikdə real həyatdan uzaqlaşıb asket həyata  üz tutmuşdular. Vasil öz görüşləriniAllahın birliyi ədalət haqqındakitabında şərh etmişdir. Mütəzilələrdini dərk etmək üçün şüuru (əqli) əsas meyar kimi götürürdülər” (A.Masse). Onlara görə, “Allahın ən əsas başlıca keyfiyyəti onun əzəli əbədi olmasıdır” (A.Paşazadə)

Müttəzilələr öz aqressiv hərəkətləri ilə sərt dözülməz bir şərait yaratmışdılar. Müttəzilələrin əsas iradı Quranın yaranması Tohid problemi ilə bağlı idi. Bertels yazır: “Ofiüialğnıe pravoverie sçitalo çto Koran ne sotvoren vo vremeni, a suhestvoval predveçno do sozdaniə mira. No u mutallizatov, stroqix monistov, gto polojenie, koneçno, doljno bılo vstretitğ vozrajeniə. Vedğ priznatğ Koran predveçnım izlaqaet kak postavitğ rədom s boqom ehe odno bojestvo i naruşitğ tem samım osnovnoy prinüip islamatauxid” (s.23). “Rəsmi hüquqçular belə hesab edirdilər ki, Quran müəyyən zamanda yaradılmamış, dünya yaranandan əvvəl mövcud olmuşdur. Lakin ciddi monist olan müttəzililər bu mülahizəni ciddi etirazla qarşıladılar. Axı Quranın yaradılışından əvvəl mövcudluğunu etiraf etmək Allahın yanına ikinci ilahi qüvvəni qoymaq bununla da islamın əsas prinsipiniTohidi pozmaq demək idi”.

Müttəzilələrin ikinci iradi siyasi xarakterdə olub bundan ibarət idi ki, Xəlifə hakimiyyətdə varislik əsasında yox, seçkili yolla gəlməlidir. Müttəzzili hərəkatı xəlifə Məmunun zamanında xüsusilə vüsət almışdı. Öz müəllimi Vahab əl-Cübbaiyə qarşı çıxaraq mütəzilat təliminə əsas zərbəni Əli ibn-İsmail əl-Əsəri vurdu. Əsəri müsəlman sxolastikasında Kəlamın yaradıcısı kimi nüfuz qazanmışdır. Məhz kəlam vasitəsi ilə yunan fəlsəfi metodları islam elminə daxil oldu.

Bədii-fəlsəfi cərəyan, tarixi-ictimai təlim kimi sufizmin tarixi taleyində iki böyük şəxsiyyətin mühüm rolu  olmuşdur. Onları qeyd etməsək bu təlim haqqında  təsəvvürü tamamlamaq mümkün deyil. Bunlardan biri Əbu Həmid  əl-Qəzali (1058-1111) ikincisi isə Məhəmməd ibn əl-Ərəbi (1165-1240) olmuşdur.

 İmam titulu daşımaq şərəfinə  qədər yüksəlmiş əl-Qəzali Xorasan yaxınlığındakı Tus şəhərində anadan olub. Sufi dərsini əşari təriqətinə mənsubiki müqəddəs şəhərin imamıadlanan əl-Cuvayindən alıb. Əl-Qəzali hələ gənc ikən Xorasanda məşhurlaşır səlcuqların vəziri Nizamül-mülkün üləmaları sırasına qəbul olunur, az sonra Bağdadda təsis olunmuş məşhur Nizamiyə mədrəsəsində hüquqdan dərs deyir. O əsəb xəstəliyinə tutulur, meditasiyanı öyrənərkən stresslər keçirir, Nizamül-mülkü qətlə yetirən ismailiyyə təriqətini kəskin tənqid edir çox keçmədən  za ix alçnost i otsutstvie  moralnıx prinüipov” (A.Knış) üləmalardan ayrılır. İmam əl-Qəzali yoxsul həyat keçirib, xəlvətə çəkilərək mühakimələrlə məşğul  olub, ən məşhur əsəri olanİhyayi ülumid-dintraktatını yazır. İmam Qəzali hər şeydən əvvəlFəlsəfənin məqsədi” (“Məkasid əl fələsifə”) Filosofların ziddiyyətləri” (“Təxafüt əl fələsifəəsərlərində özündən  əvvəlki sxolastik islam fəlsəfəsini neoplatonizmi tənqid edir. Sonra  isə dörd bölümdən, hər bölümü on kitabdan ibarətİhyayi ülumd-dinəsərində öz görüşlərini aydın bir şəkildə şərh etdiyiMişkatülənvarda İmam Qəzali sufizmdə böyük reforma həyata keçirir: Sufizmi İslam teologiyası ilə birləşdirir! OnunMişkatül ənvarəsəri, xüsusilə ezosentrik nəzəriyyəsi sonralar sufizmin təkamülünə geniş yol açmış, Yəhya Sührəvərdi İbn əl-Ərəbi tərəfindən  inkişaf etdirilmişdir (Bax: Al-Qazali Abu Xamid. Voskrehenie nauk o vere (İxya ulum ad-din). İzbrannıe qlavı. M., 1980. Knış A.Musulğmanskiy listisizm. s. 158-168 Kerimov Q. Qazali i sufizm. Baku, 1969).  İmam Qazali ömrünün sonuna kimi doğma şəhəri Tusda yaratdığı Xanagahda şagirdləri ilə bir yerdə yaşayır. Tədqiqatçı təsdiq edir ki, “Qəzali möminlər aləminə mistik məhəbbət gətirmişdir. Sufiliyin isə iki ifrat ünsürünü: dini ayinlərə etinasızlığı panteist idealını aradan qaldırmışdır; ikinci ünsürü o tamamilə ləğv edə bilməmiş, lakin xeyli məhdudlaşdırmışdır... o sufiliyi  daha müdrik, möminliyi isə daha canlı etmişdir.

Qəzali ənənəvi ünsürləri, rasionalizm təsəvvüf ünsürlərini öz əsərlərində ümumiləşdirərək islamı həqiqətən yenidən dirçəltdi” (A.Masse).

(Ardı var)

 





09.12.2012    çap et  çap et