525.Az

Türkiyəyə doğru


 

Türkiyəyə doğru <b style="color:red"></b>

Azərbaycan Hava Yollarına aidBoing 757” tipli təyyarə Naxçıvan hava limanına endiyində gözlərimi ovuşdurmaqla məşğuldum. Gecə boyu sürən yuxusuzluq uzun bir hekayəyə dönmüş xəyallardan olduqca yorğun düşmüşdüm. Ürəyi titrəyərək bir günün hesabını edən birisi üçün bir gecəyə iyirmi beş ilin hesabını sığdırmaq heç asan bir deyildir. Hər gözümü yumduğumda özümü kəndimizin daracıq, tozlu tanış küçələrində tapırdım. Yeyinyeyin küçələrdən keçir, köhnə, kərpicdən birmərtəbəli evimizin alçaq divarından həyəcanla atlayır ağzımdakı həsrət atəşinin dadını udauda , “ata, ata!” deyə çağırırdım. Atam sağ əlinin barmaqlarıyla kosa saqqalındakı seyrək tükləri sığallayasığallaya evimizin yaşıl rəngli qapısından çıxır, kiçicik qara gözlərini gözlərimə dikir bayram namazı üçün məscidə doğru yola düzəlirdi. Sonra isə bağçamızdakı ərik ağacına bağladığımız xınalı qoçun bayram macərası başlayırdı...

Bütün bunlar iyirmi beş il öncə olurdu mən bunları rüzgarlı bir Bakı gecəsində təkrartəkrar yaşayırdım.

Təyyarədən enib ayaqlarımı yerə basarbasmaz gözlərimi qarşıdakı dağa dikdim. Haça dağına...

Haça Dağının Gəmi Qayanın hekayəsini mənə iki il öncə dəyərli müəllimim Prof.Dr.İsa Həbibbəyli, insanı alıb o dağların başına götürən şirin diliylə sanki bir tablo çəkər kimi   bəhs etmişdi. O sözləri almanca bir jurnalda çıxmışdı bu mövzu Almaniyada bir xeyli danışılmışdı.

İnsanlar niyə dağla danışar,  dağa şeirler yazar, anlamıram. Amma hər dağın bir hekayəsi olduğu insanla qarşıqarşıya qaldığı zaman zirvəsiylə, sisiylə, dumanıyla insana həmin o hikayəni anlatmağa başladığını bilirəm. Sadəcə dağlarmı? Xeyr! İnsanlar da öz hekayələrində ya sevgilərini, ya da dərd kədərlərini dağlarla bölüşür, dağları hədəf  alırlar.

 

Dağlar seni delik-delik delerim

Kalbur alır toprağını elerim.

Sen bir kara koyun, ben de bir kuzu,

Sen döndükçe ardın sıra melerim...

 

Hansımız quzu kimi yurdumuzun, yuvamazın, anamızın, atamızın ardından mələmədik ki?

Naxçıvan Universitetinin qonaq evinə varıncaya qədər başım hələ dağlar keçmişin rəngli xəyalları ilə məşğuldu. Bu elm yuvasının qonaq evi mənim üçün artıq yabançı bir yer olmaqdan çıxmışdı.Keçən il həm  anamla, həm Azərbaycan sevdalısı Dr.Yusif Gədikli ilə yenə bu qonaq evində qalmış gecə boyu uzun söhbətlər etmişdik.

Naxçıvan demək İğdıra bir nəfəslik yol qalmış deməkdir. Oraya varınca gözlərimə həmin an İğdırın işıqlarının parıltısı görünər. Hər şeyi daha rəngli daha fərqli görməyə başlayıram. Keyfim yerinə gəlir, iştahım açılır dilimdə kimsə duymasa da hey bir türkü olur.

Mənə ayrılan otağa girər girməz üzərimi çıxarmadan yatağıma uzandım.Yorğundum, amma yatmaq istəmirdim. Zehnimdə canlanan xatirələr sanki məni çılğın bir atın tərkinə ataraq diyardiyar gəzdirirdi. Buradan bağırsam səsimi İğdırda kim duyardı görəsən?  Sərhədləri aşa bilən bir səs ancaq ancaq həsrətin bütün rənglərinə bürünmüş bir səs ola bilərdi !

Anamın indi pəncərəyə söykənib o qara yorğun gözlərini yola dikdiyini adım kimi bilirdim. Daha Bakıdan yola çıxmadan telefonla danışdığım qardaşım anamın daha bir həftə öncəsindən çarpayısını pəncərənin önünə çəkdirdiyini söyləmişdi. Allahım, o qara gözlər neçə ildir yollara baxırdı! Neçə ildir göz yaşlarını içinə axıdaaxıda yolların türküsünü söyləyirdi.

Bir yoldur ki kimse ermez murada

Bilmez bir can onu bekler burada..

Xəyalların qucağında yuxu ilə oyanıqlıq arasında gedib gəlirkən telefonum çaldı. Zəng vuran İsa müəllimin köməkçisi Hikmət Mehdiydi. Bu gənc tədqiqatçı H. Cavid Məmməd Araz vurğunu bir aydınımızdır.Telefonda İsa bəyin gözlədiyini söyləyir. Tez qalxıb rektorata keçirəm. Universitetin içi sanki bir gül bağçası...Hər yer düzənli yaşıl. Ətrafa heyranlıqla baxabaxa gəzirəm. Gənc tələbələr modern binaların önündə qrup şəklində toplanmış söhbət edib gülürlər. Onlara baxdıqca enerjim artır, həsrət bir az daha azalır. Rektorat otağında İsa bəy yenə eyni gülər üz səmimiyyətlə qarşılayır məni. Sanki daha dünən görüşmüşük kimi ortaq mövzulardan başlayırıq söhbətə...İsa bəy deyincə gözlərimin önünə həmin an başdanbaşa Naxçıvan gəlir. Bir insan doğulduğu yerlərlə bu qədərmi bütünləşər? Hər kəlməsində Naxçıvan var. Bu torpaqların insanını, bitkisini, suyunu, mədəniyyətini, tarixini elə dərindən tanıyır ki, dinlədikcə təəccüblənməmək əldə deyil. Ədəbiyyatçı olmasına rəğmən sanki bir arxeoloq kimi çəkmələrini geyinib dağlara çıxır, minlərcə il öncəki yaşayış yerlərində tədqiqat aparıb yazılar yazır. Hələ Naxçıvanda yetişən elm adamlarını ən incə ayrıntılarına qədər bilir. Amma ən önəmli tərəfı maarifpərvərliyi... Minlərlə tələbə sanki onun öz övladları... Kiçik nəvəsi İsadan necə sevinclə bəhs edirsə, tələbələrindən  eyni şəkildə bəhs edir. Onu hər görüşümdə heyrət heyranlıqla anlatdıqlarını dinləyir içimdənbu mövzunu  mütləq yazacamdeyirəm. Amma anlatdıqlarında o qədər bilgi yüklü ki, ondan ayrıldığımda hansını yazım deyə çaşıram. Ayrıca Naxçıvan Universiteti müntəzəm olaraq yabançı elm adamları ilə dolub daşır. Mən getdiyimdə qonaq evində Türkiyədən gəlmiş iki professor vardı. İsa bəy bütün bu qarşılamalar ağırlamalara necə vaxt ayırır, çaşıb qalıram. İnanc insana enerji ümid aşılayır.Özünü ölkəsinə, onun gələcəyinə gənclərin təhsilinə adamış bir insandan bundan başqa gözləmək olar ki!...

Mənə həyəcanla Tiflisdə məşhur azərbaycanlı mütəfəkkir Mirzə Cəlil Məmmədquluzadənin yaşadığı evi necə axtarıb tapdığından bəhs edir. Bütün gün axtarışdan sonra evi tapmasını bir uşaq sevinci həyəcanıyla elə təsvir edir ki, gözlərim dolur.

İsa bəy universitet çalışmalarından başqa da müntəzəm oxuyan, araşdıran bir insan. Məmməd Səid Ordubadininİki gəncin Avropa səyahətiəsərini ilk dəfə oxuyucu ilə tanış edən odur. Bu əsəri Almaniyada yayınlamaq üçün İsa bəydən alıram.

İsa bəy məni rektor yardımçısı Prof.Məmməd Rzayevlə tanış edir. Məmməd  bəy filosofdur. ”Fəlsəfə tarixiisimli bir kitabı var. AyrıcaKeçid dövrü şəxsiyyətisimli əsəri tədqiqatçılar üçün tam bir qaynaq əsəri. Məmməd bəylə bərabər Prof.Dr. Sevindik Vəliyev, Prof. Dr.Həmzə Cəfərovla tanış oluram. Sevindik bəy filoloqdur. Sonradan mənə verdiyiTürk dillərində sadə cümləəsərini yol boyu zövqlə oxuyuram. Həmzə Cəfərov da bir Naxçıvan aşiqi müəllim. “Naxçıvan təhsil inkişaf yolu imkanlarıəsərində Naxçıvandakı məktəbləri ən incə detalına qədər anlatmışdır.

Bir başqa gənc tədqiqatçı Elbrus İsayev daha yeni yayınlanmış  Böyük İpək Yolu Naxçıvanəsərini imzalayıb verir. Daha 33 yaşındakı bu gənc elm adamının əsəri tam bir roman kimi...Tərtəmiz axıcı bir dillə tarixdən günümüzə İpək Yolunu onun bizim xalqımız üçün həyati önəmini anlatır. Rəsm şəkillərlə süslənmiş əsər türk, rus qaynaqlarından yararlanılaraq hazırlanmışdır.

Zaman keçdikcə başqa müəllimlərlə tanış oluram. İsa bəy tam bir elm ordusu toplamış ətrafına. Dr.Anar Kazımov elmi məqalələr elmi işlər mövzusunda mütəxəssis,  xarici tələbələr bölməsinin dekanı  Xanəli Kərimli həm elm adamı, həm şair... “Bayraqşeiri universitetin divarlarını bəzəyir.

Gözəl gün tez keçər. Bir elm yuvasının havasını tənəffüs etmək, şairlər, yazarlar, müəllimlərlə söhbət etmək insana dərdi, kədəri, həsrəti unutdurur. Bir gün sonra İğdıra doğru yola çıxıram. Hər metrdə belə doğulduğum torpaqlara bir az daha yaxınlaşmaq məni həyəcanlandırır.  Məni İğdıra götürən maşının sahibi iğdırlı...O, teztez bu yolları gedib gəldiyi üçün ildə bir insanın doğulduğu yerlərə getməyin mənasını əlbəttə mənim qədər hiss edəmmir. İki ölkə arasındakı sərhəd əslində süni bir sərhəd. İki tərəfdə eyni xalq...Vaxt  aparan bir çox formallıq səbr diləkləriylə o biri tərəfə keçirik. İğdıra yaxınlaşdıqca Ağrı Dağı ana kimi qucaqlayır məni. Gözlərim Ağrının zirvəsində, hər keçən kilometri saymağa başlayıram. İki saatlıq həsrət dolu yolçuluqdan sonra kəndə giririk. Anam pəncərənin arxasında  gözlərini yola dikmiş, daha 13 yaşındaykən qürbətə göndərdiyi oğlunu gözləyir. Maşından endiyimi görüncə sinəsinə vuravura qucağıma atır özünü. Hansı gül, hansı çiçək, hansı usta bağbanın bağçası ana qoxusunu verə bilər ki? Göz yaşı həsrət dilimizdə yanır.

Hər gedişimdə İğdırı bir az daha dəyişmiş tapıram. Amma mənfi dəyişiklik daha çox gözə batır. Plansız böyümə, qarışıqlıq, infrastrukturun yetərsizliyi insanları bezdirmiş. Amma bütün bu mənfiliklərə rəğmən insanlar daha məlumatlı fəal olmuşlar.

Mənim İğdıra gəldiyimi duyan kimi qaçıb gələn vəfalı, duyğulu dostum, qardaşım şair Yəhya Azəroğlu məni bu fəal insanlarla tanış edir. Dr.Oğuz Şimşək, Dr.Mehmet Kum öncədən adlarını duyduğum, amma yeni tanış olduğum İğdırın öndə gələn aydınlarından...

Onların dostlarıyla qurduqları İğdır Pozitiv  Düşüncə  Platformu İğdıra gələn bizim kimi qürbətçiləri qonaq edib fikirlərinə müraciət edirlər. Belə bir toplantıya məni yazar tədqiqatçı Hasan Buyruk ilə uzun illər Ankarada,TRT-nin əməkdaşı İsa Yaşar Tezeli dəvət edirlər. Yeməkli toplantı hər kəsə həm bir tanışlıq həsrət gidərmək, həm bir fikir gimnastikası etmə  imkanı verir. Dr.Emin Akyıldız, Dr.Ercan Aras, adını ilk kəs orada duyduğum gerçəkdən İğdır adına sevindiyim digər aydınlar İğdıra yönəlik ümidlərimi artırırlar.

Gecə çox gözəl duyğularla ayrılıram İğdırdan. Kəndə yazar dostum Fəxrəddin Budakla dönürük.Yol boyu söhbətimiz İğdır üzərinə davam edir. Fəxrəddinə ümidlərimdən , xəyallarımdan bəhs edirəm. Ümid xəyallarımın bir ucunda Azərbaycan, bir ucunda Türkiyə var. İğdır bu ümid işığının ortasında.... Mehmet Kum, Yəhya Azəroğlu, Oğuz Şimşek, Fəxrəddin Budak kimilər bu iki ölkənin ortasında bütün qaranlıq ssenarilərə rəğmən əllərində fikir məşalələriylə ətrafa aydınlıq saçırlar.

Aydınlıq gözəl günlər heç uzaqda deyil.

 





11.12.2012    çap et  çap et