525.Az

Hər son bir başlanğıc kimi...


 

Hər son bir başlanğıc kimi...<b style="color:red"></b>

Əslində insan həyatda daima nəyisə itirmək qorxusu ilə yaşayır. Amma heç kim bunu etiraf etmək istəmir. Düşünürəm ki, əslində insan yalnız bir şeydən qorxmalıdır: Yaradanın sevgisini itirməkdən. İnsan ona verilib-alınanların Tanrının ixtiyarında olduğunu bilə-bilə, ilahi sevgini anlamaqdan qorxur. İnsan ağlı kəsən gündən qiyamətdən qorxub. Qiyamət onun üçün təbii fəlakət anlayışıdır.

Əslində qiyamət öz içimizdən başlayır. Sonra daxili qiyamət böyüyüb, çevrəmizi əhatə edir. “Məndənmənimkilərə ötürülür beləliklə çevrə böyüyərək, “onlara doğru gedir. Çox vaxt vicdan məhkəməsi bu qiyamət qorxusunu tarazlaşdırmaq istəsə ,  gücü çatmır. Günbəgün qorxusu artan insan zahirən güclü görünməyə çalışsa da, mənəviyyatca zəifdir. Vicdanını susdurmağa çalışıb, etdiyi səhvləri günahları bir az da artırır. düşünür: “Onsuz da bir azdan qiyamət qopacaq, bu beş günlük dünyada, öz istədiklərimi tez əldə edim”. Beləliklə, böyük qiyamətə doğru bəşər övladının yolu açılır. Pakı napakla qarışdırıb,  halalı haramla əvəz edərək ilahi sevgini eyş-işrətə dəyişib, bu yol ilə irəliyə doğru getmək istəyir. İdrakı olanlar hər şeyi Allah eşqinə görənlər vicdan məhkəməsindən üzüağ çıxırlar.

Son günlər “21 dekabrxofu insanlara əzab verir.  Bu əzabı hərə bir cür yaşayır. Bəlkə indi vicdanımızın səsinə daha çox qulaq asmalıyıq?

Şəhərdə şam satılan marketlərin gəlhagəlidir. Hamı qəfil yer üzünə enəcək zülmətdən bərk qorxuya düşüb. Bəlkə içimizdəki zülmətin qorxusudur bu qorxu. Sufilər deyirlər, insanla onun qəlbi arasında minlərlə qaranlıq pərdə var insan hər an o qaranlıq pərdəni açmalıdır. İndi hər kəs özü-özünə zaman içimdəki zülməti qovmaq istəmişəm?” – deyə sual versin. İstəmişəmsə, bunun üçün etmişəm? Hələ biz öz içimizdəki zülmətdən danışırıq. Bu zülməti başqa qəlblərə ötürməyin günah olduğunu düşünmüşükmü? Hər kəs özü cavab versin.

“21 dekabrxofu əslində bütün müqəddəs ülvi duyğuları içimizdə zühura çıxartmalıdır. Bəlkə qəlblər nurlana...

İşlətdiyimiz günahları, etdiyimiz səhvləri, bir günün içində yuya bilmərik. Bunlar bir anda yoxa çıxa bilməz. “21 dekabrdünyanın sonu yox, insan həyatında yeni bir mərhələnin başlanğıcı olacaq. Çünki hər son həm bir başlanğıcdır... 

 





11.12.2012    çap et  çap et