525.Az

"Qocalmış şeirlər"in davamı- Fikrət Sadıq


 

"Qocalmış şeirlər"in davamı- <b style="color:red">Fikrət Sadıq</b>

MAĞIL

 

 

Onda ki, uşaq idik,

 

Nağıl var idi- mağıl.

 

 

yaxşı ki, böyüdük,

 

Ağıl var idi- mağıl.

 

 

Bizə göz qoyan xeyli

 

Paxıl var idi- mağıl.

 

 

Cahillərin içində

 

Ahıl var idi- mağıl.

 

 

Səs-küy salma, yerində

 

Qaxıl”! var idi- mağıl.

 

 

Qəlblərdə sirr saxlayan

 

Daxıl var idi- mağıl.

 

 

Dar gündə başaq düşən,

 

Taxıl var idi- mağıl.

 

 

Bütöv ola bilmədik,

 

Dağıl” – var idi- mağıl.

 

 

DESİNLƏR

 

 

Gecəyə mütləq zülmət,

 

Gündüzə desinlər.

 

 

Kömürə zil, qapqara,

 

Zərə parlaq desinlər.

 

 

Dağ- səbrlə ucaldı ki,

 

Adına dağ desinlər.

 

 

Gül bitirən baxçabağa,

 

Gül baxçabağ desinlər.

 

 

Çağları qarışdırma,

 

O çağ, bu çağ desinlər.

 

O çağ, bu çağ məlumsa,

 

Nəyə hacaq desinlər.

 

 

Torpaq topa bənzəyir,

 

Bəlkə topraq desinlər.

 

 

Yerdə hər yer yaxındır,

 

Göyə uzaq desinlər.

 

 

Sol gəlib solda dursun,

 

Sağa da sağ desinlər.

 

 

Qılınc yazı yazırsa,

 

Daşa varaq desinlər.

 

 

Həyata toybüsat,

 

təmtaraq desinlər.

 

 

Həyatadərd əridən

 

Sönən çıraq desinlər.

 

 

Qəlbə çəkilən dərdə

 

Dağ üstdən dağ desinlər.

 

 

İnsanaDünya ilə

 

Qanlıbıçaq desinlər.

 

 

olma, qoyma sənə,

 

Üzlü qonaq desinlər.

 

 

Haqq bilir, suç kimdədir,

 

Yetər, nahaqq desinlər.

 

 

Haqqında haqqı var ki,

 

Haqqında Haqq desinlər.

 

 

 

KƏDƏR, KƏDƏR

 

 

Yovuşmaz-sərt, əyilməz-ərkədər, kədər.

 

Qəmdən böyük, dərddən betərkədər, kədər.

 

 

Sənə qardaş, bir arxadaş, olmaya kaş!

 

Daş kimidir, daşda bitərkədər, kədər.

 

 

Ümmanlarda üzə çıxan incilər var,

 

Füzulidə ümman qədərkədər, kədər.

 

 

Bu çeşmədən su içmişdir LeyliMəcnun,

 

Ali qanun  tək mötəbərkədər, kədər.

 

 

Tərs qədəmi sevincdən uğurludur,

 

Dar ayaqda dada yetərkədər, kədər.

 

 

Lap istəsə sarayları yerlə-yeksan,

 

Gülzarları viran edərkədər, kədər.

 

 

Lap istəsə ürəkləri puç eləyər,

 

Niyyətləri dərbədərkədər, kədər.

 

 

Bəlkə qismət, bəlkə alın yazısıdır,

 

Çövri- səfa deyil hədərkədər, kədər.

 

 

Möhkəm dayan, bil düşmənin çox zalımdır,

 

Zənn eləmə, keçib gedərkədər, kədər.

 

Bəlkə dönən insana öz əməlidir,

 

Bu göz yaşı, bu dərdisərkədər, kədər.

 

 

Olmasaydı şair, şeir vardı,

 

Yazılmazdı şah beytlərkədər, kədər.

 

 

Bağrıbadaş doğulubdur bizim ilə,

 

Əsgik olmaz Yerdən dərdlərkədər, kədər.

 

 

DAĞLARA ƏLVİDA

 

 

Bu dağlar, ulu dağlar,

 

Çeşməli, sulu dağlar.

 

Burda bir qərib ölmüş

 

Göy kişnər, bulud ağlar.

 

(Bayatı)

 

 

Onda ki, uşaq idim,

 

Onda yox idi dərdim.

 

Amma, vallah o şeiri,

 

Mən o vaxtdan bilirdim.

 

 

Dağlara vurulmuşam,

 

Dünyaya göz açandan.

 

Güclə düşür yadıma,

 

Hesabla, gör haçandan.

 

 

Ayağım yer tutandan,

 

Evimizdən qaçmışam.

 

Ot üstündə sürüşüb,

 

Tikana dolaşmışam.

 

 

Yadımdır hələ ,

 

Bir lalə bu dərədə,

 

Bir lalə o dərədə,

 

Bizi çağırar, çağırar.

 

Çeşmələri şırıl-şırıl,

 

Burda çağlar, orda çağlar.

 

 

Bitirdiyi turşəng, yemlik.

 

Əməköməçi təzə-tər.

 

Dağa qalxırıq-enirik,

 

Çığırlar ipliyə bənzər.

 

 

Əlimə, ayağıma

 

Zəncir kimi, ip kimi

 

Yapışıbdı cincilim.

 

Bu- qayadan yola baxım!

 

Budaş üstdə dincəlim!

 

 

Saatlarca, sakitcə

 

Əyləşərdim daş üstə.

 

Bunu da çox gördülər,

 

Yaş gəldikcə yaş üstə.

 

 

İnsan yaşa dolduqca,

 

Çox şey olur qadağa.

 

Mənə dedilərqoca,

 

Evdə qal, çıxma dağa”.

 

 

Dağlar, ilahi dağlar.

 

Od tutub qəlbim ağlar.

 

Dağa həsrət xəyalım,

 

Qəlpəqəlpə dağılar.

 

 

Gəlin, əlimdən tutun,

 

Məni dağa aparın.

 

Gözümdə donub qalsın,

 

Dağın axar-baxarı.

 

 

Onda yataram rahat

 

Gözlərimdə dağ sehri.

 

Onda sən bilərdin

 

Niyə yazdım bu şeiri.

 

 

ŞƏKİLLƏRDƏ QALACAQ

 

 

Bu dünyaheç dünyadı,

 

Bu dünyapuç dünyadı.

 

Özü heç olsa da

 

Rast gəldiyi hər kəsə

 

Söz atdı yorulmadı.

 

Sonuncu ləqəbimiz

 

Olubdugəldigedər”.

 

Çöldəki vəhşi ota

 

bizi bərabər

 

tutdular.

 

Yer üzünün əşrəfiydik

 

haçaqsa,

 

Noldu, tez

 

unutdular.

 

 

Bundan sonrakı ömrümüz

 

Şəkillərə çevrilib,

 

Şəkillərdə qalacaq,

 

Şəkil nədir?

 

Ya -qara,

 

ya al-əlvan,

 

kağızvaraq.

 

Zil gecədə gizlənmiş,

 

Zər, gümüşlə süslənmiş,

 

Sənin əksin,

 

Sənə baxdı,

 

üzə çıxdı.

 

Aydın gündüzə çıxdı.

 

 

ən bahalı baş daşı,

 

ən möhtəşəm abidə.

 

ən yanıqlı göz yaşı.

 

təmtaraq,

 

dəbdəbə, ,

 

Ən hüznlü mahnı belə,

 

Ən kədərli şeir belə,

 

Əbədi qalmayacaq.

 

Mürür-zamanla sönəcək,

 

Hamısı külə dönəcək.

 

 

Adam yoxdursa dünyada

 

Yoxdur ondan bir səs-soraq.

 

Kim salacaq onu yada,

 

Yalnız beş-üç kağız varaq.

 

O da cansız,

 

sapsarı, lal.

 

Sən belə süst oturma,

 

Sən belə qəmgin durma,

 

Sərt külək ol,

 

Gəz dünyanı qapı-qapı,

 

bəlkə tapdın.

 

Ya bulud ol,

 

Qoşul səyyar buludlara

 

axtar, ara,

 

yorulmadan,

 

Yoxdur dünyada bu adam.

 

 

Ya qatarda, təyyarədə,

 

Ya maşında, arabada,

 

Ya Yer kürəsi adlanan

 

Bu boydana xarabada

 

Yoxdur bu adam.

 

 

Yoxdur özü,

 

amma izi

 

düşüb qalıb şəkillərdə .

 

Şəkil zərif təsəllidir,

 

Göydən gələn böyük dərdə.

 

 

Ay doğacaq, gün doğacaq,

 

Qarışacaq o çağ, bu çağ.

 

Lap axırda

 

Səbr qurtaracaq.

 

Kim bilir bu haçaq, olacaq?

 

Şəkillər solacaq.

 

 

Bu dünyaheç dünyadı?

 

Bu dünyapuç dünyadı.

 

Şəkillər heç olacaq,

 

Şəkillər puç olacaq.

 

 

VƏTƏNİ TANIMADIM

 

 

Bu şahanə dağları,

 

bu al-əlvan çölləri,

 

 bu füsunkar diyarı,

 

qarış-qarış gəzdim,

 

doymadım.

 

 

Sonra bir dolandım.

 

xudbin adamlarına,

 

nadan adamlarına

 

paxıl adamlarına

 

rast gəldim,

 

addım-addım.

 

Vətəni tanımadım.

 

 

BİLİK İSTƏ

 

 

Gör necə dəyişib, aləm.

 

Gözdən düşüb,

 

dəftərqələm.

 

Kitab durub göz qabağında.

 

Ta oxunmur diz üstə,

 

Ta qoyulmur  miz üstə.

 

Di, gəl indi

 

o, adamdan

 

bilik istə!

 

 

DUA-2

 

 

Yerdən göyə şifahi məktub.

 

Bəndə üzünü Allaha tutub,

 

Pıçıldayır duasını,

 

Açıb söyləyir, birər-birər,

 

Sirr olan iltimasını

 

Xəbəri yoxdur ki, yolda

 

Hər addımda maneə var.

 

Adamlar, adamlar.

 

Qonşunun gözü,

 

paxılın sözü,

 

mollanın özü.

 

Üstəlik, dağ-daş,

 

qar-yağış, külək.

 

Bunlar yolu kəsməsə,

 

Poçt insafla işləsə.

 

Onun üzü güləcək.

 

 

LÜĞƏT

 

 

Malik-

 

burda malik,

 

kor obanın məliyi.

 

Malikburda malik,

 

cəhənnəmin mələyi.

 

 

KEŞKƏ...

 

 

Hər günsəhər, axşam

 

Elə hey eşidirəm.

 

Filankəsə göz dəyib.

 

Keşkə eşidəydim ki,

 

Filan yerdə,

 

Filankəsə söz dəyib.

 

 

UŞAQ AĞLAYANDA

 

 

Uşaq ağlayanda;

 

Göydən Allahı

 

Yerdən Ananı

 

çağırır.

 

 

Uşaq ağlayanda;

 

Göydən-Yerdən gələn

 

bütün səsləri qırır.

 

 

Uşaq ağlayanda;

 

bir göz qırpımında,

 

bir anda,

 

donur həyat.

 

 

Təyyarələr uçmur,

 

maşınlar dayanır,

 

adamlar ayaq saxlayır.

 

 

Uşaq ağlayır...

 

Göyü-Yeri örtür sükut.

 

Dünya qərq olur,

 

BuBöyük Bütöv  Sükuta.

 

Hamının qanı qaralır.

 

Ağlama!

 

Sənə yanan

 

Yenə Allah,

 

Yenə Anan

 

olacaq.

 

Allah başının üstdə,

 

Anan yanındadır, uşaq!

 

Payız, 2012
 





12.12.2012    çap et  çap et