525.Az

Asif Ata və Güney Azərbaycan məsələsi


 

Asif Ata və Güney Azərbaycan məsələsi<b style="color:red"></b>

Esmira FUAD
Filologiya
üzrə fəlsəfə doktoru, AMEA-nın aparıcı elmi işçisi

Cənubi Azərbaycan millətçiliyi o deməkdir ki, İranın daxilində, İran ölkəsinin içində bir dünya varCənubi Azərbaycan milləti adlanan dünya...
Cənubi Azərbaycanda Uluyurd hərəkatı yaranmalı, tarixdən ibrət dərsi götürülməlidir
”.

(Asif Ata)...

O, bütün fikirlərini beləcəböyük cəsarət uzaqgörənliklə, hətta peyğəmbərcəsinə söyləyirdi. Hələ 1987-ci ildəBilən üçünadlı tezislərində: “Avropa öz üstünlüyünü əldən verəcək həmin üstünlük əskiklik kimi görünəcək,” – demişdi. Bundan təxminən on il sonra, daha dəqiq desək, 1996- ildə həmin fikri bir qədər konkretləşdirərək: ”Qərb öz dairəsini aşıb dünyalaşması ilə özünə çox böyük ziyan verdihökmünü vermişdi. Qərbin bundan sonra balaca-balaca lokal məğlubiyyətlərə düçar olacağını bu lokal, balaca-balaca məğlubiyyətlərin böyük məğlubiyyətə çevriləcəyini iddia edərkən, eyni zamanda millətçiliyi əbədi ideya kimi dəyərləndirir, gələcəyin millətçilikdən qaynaqlanacağını da düşüncələrə yeritməyə çalışırdı. Bax beləcə, Azərbaycanın mühüm ictimai-siyasi  problemləri ilə bağlı öz qənaəti, öz çözüm yolu vardı Asif Əfəndiyevin, ocaqçı övladlarının iftixarlaİnam Atasöylədikləri böyük filosofun... Əslində o, bu məsələlərin ən real həlli yolunu Güney Azərbaycanla bağlayır, vahid, qüdrətli müstəqil Azərbaycan dövlətinin yaranması üçün bunu əsas götürürdü. Ancaq onun həyat fəlsəfəsinin özülündə məhz türkçülük dururdu. ”Azərbaycan-Türkün beyni ürəyi, Türkiyə-Türkün qolu kürəyidirdeyərkən, digər türkdilli xalqların, özbək, qırğız, uyğur, çuvaş, türkmən başqalarının da, hər birinin bu türk bədənindəvarlığında öz yerinin olduğunu, bu baxımdan hər bir türkdilli, türkəsilli xalqın çiyninə çox ağır yük götürdüyünü vurğulayırdı. Bu yükün canında, mahiyyətində isə türkün ruhunu özünə qaytarmaq dünyaya tanıtmaq missiyasının durduğunu açıq-açıq etiraf edirdi. Eyni zamanda türkçülüyü-türk ruhaniyyatçılığı, türk tarixi türk ictimai fikri kimi üç əsas bölgüyə ayırır, azərbaycançılığı isə türk ruhaniy-yatının canı sayırdı. Əslində, hamının danışdığı, amma heç kəsin heç demədiyi Azərbaycançılığın mahiyyətini açıqlayarkən onun zərdüştçülük olduğunu bəyan edir göstərirdi ki, zərdüştçülüyün özü işıqçılıq deməkdir. Türklər günəşpərəstdir Zərdüşt həmin günəşpərəstliyin ən ali ifadəsidir. Dünyada yaranışdan bəri qaranlıq işığın döyüşü gedir. İşıq allahı Hörmüzd ilə qaranlıq allahı Əhrimən arasında gedən döyüş, həm insanların içində gedir. Yəni, insanların içində Hör-müzd , Əhrimən , xeyir , şər vardır. Hörmüzd insanların xilaskarı-qəhrə-mandır ondan sonra gələn peyğəmbərlərin hamısından üstündür. Missiyaçıların hamısından böyükdür. Onun qəhrəmanlığı, qəhrəmanlığın ilahisidir, bəlkə ona görə islam ona qarşı çıxmışdı. Hərçənd ki, indi bəziləri sübut etmək istəyirlər ki, guya İslam Zərdüştü inkar etmirdi. bilmək olar, bir görəcəksən, deyirlər ki, “İslam Nəsimini öldürməyib, onun dərisini sadəcə sevdiyindən soyub, diri-diri...”

Türkçülüyün mahiyyətindən danışarkən Babək faktoruna xüsusi diqqət yetirməyin vacibliyini qeyd edirdi. Babəkin tarixiliyi hamıya bəllidir. Onun haqqında deyilənlər əsassız, haqsız iddialardır. Asif Ata fanatiklərin, cahil dinçilərin fitvasıyla dözülməz fiziki əzablarla müşayiət olunan dəhşətli ölümə məhkum olunan, lakin ölümü ilə ehkama qalib gələn bu tarixi şəxsiyyətin kədərli, həm fərəhli taleyi, sarsılmaz əqidəsi, ruhani azadlığı barədə sevə-sevə, ancaq ürək ağrısı ilə danışır, bu taleyin ağrılarını sanki öz ağrısı, fərəhi, qüruru sayırdı: “Ruhsuz əxlaqsız saydıqları bu qəhrəmanın ruhaniyyatının canı-fərəh fəlsəfəsidir. Fərəhin ən gözəli azadlıqdır, özünəməxsusluqdur. Babək can atdığı azadlıqla özgəsinin -lıncla gələn dininə qatılmağa çalışır, bu yolda mübarizə aparır, bununla da özünün ömrünü fərəhə qərq edirdi. az, çox: düz 23 il xilafətlə döyüşmək, o xilafətlə ki, başı Bağdadda, ayağı isə Hindistanda idi, bir əldə qılınc, o birindəQuran”, yenə türk vüqarı! Türkün ayrı-ayrı dövrlərinin mahiyyəti tarixi türkçülükdür ki, burada da müəyyən dövrdən sonra əsas rolu osmanlı türkləri oynayıb. Bizim Şumer dövrümüz türkün aqibəti ilə bağlıdır. Sivlizasiyanın, mədəniyyətin əsasını qoyan Şumerlər bizim eradan əvvəl VIII-V əsrlərdə midiyalıları yaradıblar ki, onlar da dünyanın ən böyük ölkəsi səviyyəsinə qalxıblar. Midiyalılar məğlub olduqdan sonra İranın bir hissəsinə çevrilib ki, bu da indiki Cənubi Azərbaycandır. Bununla da Azərbaycan öz dövlətçiliyini itirib, ardı-arası kəsilməz fəlakətlər məhz bundan sonra başlanıb, – deyən bir ziyalının ürək yanğısını, təəssüf hissini anlamamaq mümkün deyil. Cənubi Azərbaycan məsələsinin, Güneylə bağlı problemlərin onu qədər narahat etdiyini, fikrini, ruhunu, bütün varlığını qapsadığını duymaq çətinlik törətmir, hətta bu qapsamanı görmək belə mümkündür... “Cənubi Azərbaycan məsələsi ən azından 36 milyon Azərbaycan türkü deməkdir 36 milyon Azərbaycan türkü məmləkətin regiondakı vəziyyətini kökündən dəyişdirməklə, Zaqafqaziyada birinciliyi ələ alar dünyanın mövqeyini dəyişdirər. Onda erməni quyruğunu qısardı. AncaqCənubi Azərbaycan məsələsi beş-on günə həll olunası elə asan məsələ deyil”. Asif Ata bu fikirləri söyləyərkən Cənubi Azərbaycan məsələsinə qarşı bütün dünyanın dayandığını iddia edir, bu xalqın ayağa qalxacağı təqdirdə Rusiyanın, başda Amerika olmaqla, bütün qərbin bizə, yəni bütün Azərbaycana qarşı duracağını deyirdi. Onun qənaətinə görə, Cənubi Azərbaycanda döyüş dünəndən başlayıb, bu gün davam edir. Lakin necə? Köhnə inqilabi yollamı? İnqilabın ən böyüyü Oktyabr inqilabı idi ki, bir gündə baş verdi, yetmiş ildən sonra süqut etdi. Azərbaycan heç vaxt dar dairə səviyyəsində xoşbəxt ola bilməyəcək. Azərbaycan qoşulanda itirir: Ərəbə, farsa qoşulduq-itirdik! Rusa qoşulub-məhv olduq. İndi bizi kapitalizmə qoşurlar. Bəşəriyyəti yalnız yalnız ruhaniyyatçılığın xilas edəcəyinə, dünyanın yalnız ruhaniyyatçılığa gəlməklə xaosdan qurtulacağına əminliklə: “Maraqlıdır, dünyada elə şair, filosof tapılmaz ki, kapitalizmi sevsin. Bəşəri yalnız ruhaniyyatçılıq xilas edəcək, Azərbaycan burda başlanğıc olmalıdır, bizə qoşulmalıdırlar: Biz bunu bacararıq. Gəlin tariximizi bir balaca vərəqləyək: Bütün dünyaya bir Zərdüştümüz, bütün qəhrəmanlara bir Babək bəsdir!” – deyirdi Asif Ata...

O, Cənubi Azərbaycan məsələsini İranın sevmədiyi məsələ adlandırır fars şovnistlərinin məsələnin əsas həlli yolunu Şimali Azərbaycanı farslaşdırmaqda gördüklərini, eyni zamanda, cənubi azərbaycanlıların belə təmkinli görünmələrinin davranmalarının səbəbinin şimali azərbaycanlılarla bağlı olduğunu diqqət mərkəzinə çəkirdi... Yəni, onlar əriməmələrinin, assimlyasiya olmamalarının əsas səbəbi kimi Şimali Azərbaycanı görür, hələliksə burada islamçıılığı yaymaq yolu-nu əsas götürüblər. Bu ideyanın isə gerçəkləşməyəcəyinə, öz bəhrəsini verməyəcəyinə əmin idi böyük filosof...

İranın bu istiqamətdə yürütdüyü siyasəti ifşa edir, fəaliyyətinin bir neçə cəhətini göstərirdi. İlk növbədə fars şovinistlərinin Cənubi Azərbaycanı bacardıqca Şimali Azərbaycandan ayırmağı düşündüklərini bəyan edirdi. Elə etmək gərək ki, “Cənubi Azərbaycan haqqında bu tayda düşünən olmasın, özü bunu hüquqi cəhətdən əsaslandırmaq məsələni belə şəkildə qoymaq: Heç bir ölkəni parçalamaq olmaz:” Məsələn, Şimali Azərbaycan Qarabağdan əl çəkmir, bəs onda İran niyə Cənubi Azərbaycandan əl çəkməlidir? Bəs xalqın özünün müqəddəratı harda qaldı? Niyə Şimali Azərbaycan özünə rəva bilmədiyini İrana rəva bilir? Maraqlı da burasıdır ki, bu fikirlər qəti surətdə sözlə ifadə edilmir, siyasi dillə anladılır, siyasətin isə öz dili var onu anlamaq olur. Digər tərəfdən, Cənubi Azərbaycana qarşı təzyiqi gücləndirmək, ümumiyyətləCənubi Azərbaycanməfhumunu ləğv etmək, onun əvəzinə ayrı-ayrı vilayətlər yaratmaq, onları tamamilə İranın içində əridərək yox etmək, Azərbaycanı farslaşdırmaq üçün onun dilini, məktəblərini əlindən almaq, hamıya bir millətin-fars millətinin varlığını qəbul etdirmək məsələnin həllinin ikinci cəhətidir.”

İstər-istəməz, son illərdə İranda planlı şəkildə törədilən hadisələr yada düşür... Hər birimizə günü bu gün həllini tapmayan ümummilli problemUrmu-Urmiya hadisələri, Urmu-Urmiya gölünə tökülən çayların üstündə bənd vurmaqla gölə tökülən çayların məcrasının dəyişdirilməsi, gölün süni şəkildə qurudulması prosesinə qarşı Cənubi Azərbaycanda kükrəyən səngimək bilməyən kütləvi etiraz dalğaları məlumdur...

Böyük filosofun göstərdiyi üçüncü cəhət daha ağrılıdır: “Ermənilərlə münasibəti yaxşılaşdırmaq bununla Azərbaycana ziyan vurmaq...”

Nəhayət, dördüncü cəhətCənubi Azərbaycandakıları cəzalandırmaqdır: Bəhanələr tapıb onları tutmaq, güllələmək, öldürmək, bununla da qorxutmaq, gözünün odunu almaq.

Bu təhlilləri aparan Asif Atanın son qənaəti budur: “Mənim son fikrim budur ki, bütün bunlar çox böyük ziyanlar verəcək Azərbaycan xalqına. Ola bilsin, qırğın oldu, amma (İranın özünün məhvi barədə deyə bilmərəm) molla hakimiyyəti məhv olacaq!”

Azərbaycançılıqda Güney-Cənubi Azərbaycan amilinin rolu barədə hər dəfə dəyərli fikirlər səsləndirən Asif Ata Azərbaycan üçün ən əsas siyasi məsələ hesab etdiyi Cənubi Azərbaycan məsələsinin həllini Vahid Azərbaycan dövlətinin yaradılmasında görürdü. O, əhali çoxluğunu, iqtisadi gücü, silahı tanıyan müasir siyasi dünyanın, eyni zamanda Nəsimini, Füzulini tanımadığını (Əslində özünü tanımır kimi göstərdiyinin) bizi balaca saxlamaq istəyinin tutarlı cavabını da Vahid Azərbaycanda axtarır : “Vahid Azərbaycanbalacalığımızıaradan qaldırar. Dünyada yerimizi bilərik, dünya da bizim yerimizi bilər... hökmünü verir.

 Hələlik gerçəkləşməyən böyük üstünlüyümüzün-vahid Azərbaycan ölkəsinin isə gücün-ruhanilik döyüşkənlik əməllərinin, daha dəqiq desək, Nəsimiliyin Səttarxanlığın birliyində qərarlaşacağını söyləyir onu sabahın fəhmi adlandırır. Cənubi Azərbaycan üçün ən böyük fəlakət saydığı üç əsas şərti şərh edərək maraqlı nəticələrə gələn filosof ilk səbəbi islamçılıqda görür. İslamçılığın qismətçilik, qismətçiliyin isə döyüşkənliyə zidd olduğunu, dinə görə Azərbaycanın indiki fəlakətli halının da Allahın işi hesab edildiyini qeyd edir. Yəni, döyüşməyin mənasız olmadığını düşünənlərin fikirlərində yanıldıqlarını əsaslandırır. Bir zaman ərəbçilik, indi isə farsçılıqdan ibarət olan islamçılığın İranın dünyaya sahib olmaq istəyi üçün əsas vasitə, daha doğrusu, kommunizmin yerini tutmağın rahat yolu olduğunu bu səbəbdən islamçılıqla ruhani döyüşün labüdlüyünü qeyd edərək yazır: “...Bu, qədər çətin olsa dabaşlanmalıdır. Farsçılıq cənubi azərbaycan-lıların türkçülüyünü danmağa xidmət edir, onun ən mürtəce cəhəti Azərbaycanlıları fars saymaq, farslaşdırmaq mahiyyətcə millət kimi ləğv etməkdir. Təbii ki, bu cür təbliğatın, siyasətin qarşısında duruş gətirmək üçün Azərbaycan özgələşməməlidir, özünü tanımalıdır. Asif Əfəndiyevin dediyi kimi: “Azərbaycan Midiya dövründə türk ölkəsiydi, Albaniya dövründə türk ölkəsiydi, bütün başqa dövrlərdə türk ölkəsi olub elə qalmaqdadır.” İran Midiyası da, udin Albaniyası da əfsanədir, üç Azərbaycan ideyası isə məqsədli yalandır. Azərbaycan birdir, onun əsas etnosu-türkdür.”

Bu gün məsələyə başqa don geyindirənlər vahid Azərbaycan ideyasına qarşı İranın parçalanması təhlükəsini ədalətsizlik kimi ortalığa qoyur ki, bu da fikir düşüncələrə təsir edir, onları fəaliyyətdən çəkindirir. Asif Ata isə başqa bir düşüncənin, daha optimal qənaət sahibi kimi deyir: “Əslində isə bir xalqın əzilməsi, buxovlanması, əriməsi bahasına yaranan möhtəşəmlik-parçalanmalıdır, bu, ədalətli hadisədir, qaçılmazdır, imperiyaların heç birinin axırı yoxdur; onlar hansı adlarla çağırılsalar da, mahiyyətləri, aqibətləri birdir...”

İndi Şimali Azərbaycanın İranaqaytarılmasındandanışıldığını, bununla da ikinci İran Azərbaycanı yaratmaq niyyətini, əslində Azərbaycanın olmaması barədə iftiralar yayılmasını həyadan uzaq niyyət adlandıran Asif Ata Cənubi Azərbaycana düşmən olan üçüncü bir cəhət, qərbçiliyin islamçılıqla eyni, özgələşmənin iki qütbündən biri olduğunu söyləyir: İslam farslaşdırır, qərb Avropalaşdırır... Bu baxımdan cənubi azərbaycanlıların müasir Qərb siyasətinin mahiyyətini yaxşı dərk etmələrinin zəruriliyini diqqətə çatdırır. Günümüzün siyasi reallığının mənzərəsini şərh edərkən Qərbin, xüsusən İrana qarşı duran, İranın zəifləməsini istəyən ABŞ-ın heç Azərbaycanın güclənməsində, vahid Azərbaycan yaranmasında maraqlı olmaması faktını önə çəkir bunun ağalıq iddialarına zidd olduğunu, ümumiyyətlə isə, güclü ölkələr üzərində ağalığın çətinliyini diqqətə çatdırır demək istəyir ki, “azadlıq uğrunda mübarizədə Qərbi müttəfiq saymaq ən azı, sadəlövhlükdür, Qərbin İranla döyüşündəAzərbaycan dərdiyoxdur.

Asif Atanın bu məsələdə gəldiyi qənaət isə son dərəcə real ağrılıdır: “Cənubi Azərbaycanda Uluyurd hərəkatı yaranmalı, tarixdən ibrət dərsi götürülməlidir: İran Məşrutəsini yaradan Səttarxan oldusa, Səttarxanı məhv edən elə İran Məşrutəsi oldu. Molla inqilabının ən döyüşkən qüvvəsi azərbaycanlılar olduğu halda, Azərbaycanlılar əsarətdən qurtarmaq əvəzinə daha çox əsarət altına alın-dılar. Beləliklə Ümumiran hərəkatlarına rəğbət bəsləməli, ancaq onlara qatılmamalı, onlarda itməməli, müstəqilliyi qorumalı, yüksəltməli, ərsəyə çatdırmalı...

O, Güney Azərbaycanı inqilablar məskəni adlandırır, bu sırada sərdari-milli Səttar xanın, Şeyx Məhəmməd Xiyabani Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi inqilabları ayrıcalıqla qeyd edirdi. Dünyada ondan əvvəl baş verən inqilabları məşhur İngiltərə, Fransa Rusiyadakı inqilabları, onların heç dünyanı təzələyə bilmədiklərini bunun səbəblərini açıqlayırdı. İlk səbəb olaraq adamın insan olmaması faktını göstərir inqilabın insanı dəyişmədiyini, əksinə ondakı yırtıcılığı daha da artırdığını deyir. Digər tərəfdənsə inqilabı zor vasitəsilə irəliləmək, inkişafa, azadlığa, bir gün müstəqilliyə nail olmaq kimi dəyərləndirirdi. Bütün cəmiyyətdə adam insan ola bilər, bir şərtlə ki, adam özünü insan eləsin. Quruluş o zaman dəyişilə bilər ki, onu inqilab yox, intibah yaratsın. Asif Ata böyük əminliklə söyləyirdi ki, gələcək millətçiliyindir. “Millətçilik nədir?” sualına: “Millətin özünü dünya saymasıdır”, – deyə cavab verirdi: ”Cənubi Azərbaycan millətçiliyi o deməkdir ki, İranın daxilində, İran ölkəsinin içində bir dünya var-Cənubi Azərbaycan milləti adlanan dünya. O, dünyanın öz dili var, öz mədəniyyəti var, öz ənənəsi var. o dünyaya qarşı İran adlanan, İran dövləti adlanan yağı var. Millətçilik, Cənubi Azərbaycan millətçiliyi-Azərbaycançılığın dərkidir. Dünyamızı əlimizdən alıblar, dünyamızı özümüzə qaytarmalıyıq. Cənubi Azərbaycan millətçiliyi budur... ”

 Cənubi Azərbaycan məsələsini bütöv Azərbaycanın ən əsas siyasi məsələsi olduğunu bu mövzudakı yazılarında dönə-dönə vurğulayan böyük filosof islamlaşmağı da, qərbləşməyi millət üçün, elə ədəbiyyatın özü üçün zərərli sayır, özgələşmənin iki qütbü adlandırır, “İslam farslaşdırır, Qərb Avropalaşdırırdeyirdi cənublu soydaşlarımızı müasir Qərb siyasətinin əsl üzünü görməyə, mahiyyətini anlamağa çağırırdı. XX əsrdə Güney Azərbaycanda sonu məğlubiyyətlə nəticələnən inqilabların məğlubiyyət səbəbləri onu dərindən düşündürürdü. Bu səbəblərdən biri kimi ruhani təməli olmadan güney azərbaycanlıların sosial-demokratiyaya uymalarını, onların Ümumiran hərəkatının ən fəal, ən cəsur ən istedadlı adamları olduğunu bununla da özlərinə yox, Ümumirana qulluq etdiklərini gös-tərirdi: “Bütöv İran hərəkatı (pis mənada) Təbrizdə yarandı, İranı böyüdən, tarixə salan Səttarxan oldu, təəssüf ki, müstəqil Azərbaycan ideyası atılmadı ortaya, -şündülər ki, elə Ümumiran məşrutəsi elə Azərbaycanın azadlığı deməkdir Azərbaycana azadlıq veriləcək. Bu düşüncədə olanlar möhtəşəm bir ölkə iddiası ilə yaşayan bir ölkə özünün bir hissəsini o qədər böyütməz ki, özü kiçilsin. Pişəvəri hərəkatında bu ideya var idi, lakin onu da məhv etdilər öz ideyaları ilə birgə. Burada da, Güney Azərbaycan ideyası kommunizim sosializm ideyası ilə bir yerdə verilirdi, müstəqil Azərbaycan yox idi. Odur ki, olursa-olsun, müstəqil Azərbaycan hərəkatı, Uluyurd hərəkatı yaranmalıdır. Qələbə bundan sonra mümkündür.” Bu məsələdə tələsməməyi, xalqı tam yetkinləşdirməyin vacibliyini qeyd edirdi: ”Xalqı ayağa qaldırmazdan əvvəl, xalqı ayaq üstə qoymaq lazımdır...” Müdrik filosofun, İnam AtanınParçalanan xalq müstəqil ola bilməz, müstəqillik məsələsinin canında da Güney Azərbaycanı məsələsi dayanır. Bu gün Azərbaycan bütün ölkələrlə dostluq edir. Qərblə, Amerikayla dostluq Güney Azərbaycanı qurban verməklə mümkündür. Xalq bunu tələb etməlidir: İranla dostluq da Güney Azərbaycanın bahasına edilməsin...! Güney Azərbaycanla birlik zərurətdir...” qənaətinin, deyərdim ki, hökmünün əbədi istiqlalımızın baş tezisi olduğunu, əcəba, çoxmu soydaşımız  anlayır?!.. 

 





12.12.2012    çap et  çap et