525.Az

Türk sultanları və hərəm


 

Türk sultanları və hərəm<b style="color:red"></b>

Almaniyadan yazır
[email protected]

Əslində, Türkiyənin Baş naziri Rəcəb Tayyib ƏrdoğanMöhtəşəm yüz ilhaqqında müzakirə yaradan sözlərini söyləmədən bir ay öncə biz, (Rəşad Məcid, Mehman Cavadoğlu, Aqil Abbas) Bakıda bir axşam bu məsələyə toxunmuş, bir xeyli mübahisə etmişdik. Osmanlı padşahları, hərəm xüsusilə Sultan Əbdülhəmid haqqında Mehman Cavadoğlu fərqli fikirlər irəli sürmüşdü. Hətta Sultan Əbdülhəmidin anasının erməni olduğunu da israrla söyləmişdi. Eyni gecə mən evə dönər-dönməz arxivimdəki bilgiləri Mehman Cavdoğlunun email adresi olmadığı üçün Rəşad bəyə göndərdim. Sonradan öyrəndim ki, demək olar eyni saatlarda Mehman Cavadoğlu daVikipediadan aldığı bir qaynağı Rəşad bəyə göndərmiş mənə göndərməsini rica etmişdi. İndi gələk əsas məsələyə...

Osmanlı sultanları haqqında Azərbaycanda hakim olan yanlış bilgilərin çoxu rus qaynaqları vasitəsiylə yayılmaqdadır. yazıq ki, türk tarixçiliyi qaynaqları Azərbaycan üçün hələ yox hökmündədir bunun ən böyük məsulu da Türkiyədir.

Sultan İkinci Əbdülhəmidin anasının erməni olması yanlış bir bilgidir. Bütün bu yanlışların qaynaqları da çox əskiyə dayanmaqdadır. Üzərində çalışdığım məşhur yazarımız Məhəmməd Əsəd Bəy Axan QızılAllahuəkbərisimli kitablarında bu mövzuda daha böyük yanlışlara düşməkdədir. Şübhəsiz onun da qaynaqları rus qaynaqlarıdır. O yuxarıda adı keçən əsərlərində Sultan Əbdülhəmidin hərəmdə 30 min qadını olduğunu, elektrikdən qorxduğu üçün elektrik cərəyanını yasaq etdiyini yazmışdır.  Yıldız Topkapı saraylarını gəzənlər bilirlər, oradakı hərəm dairəsinə nəinki 30 min qadın, 300 qadın belə ancaq sığar. Ayrıca insaflı bütün Osmanlı Qərb tarixçiləri Osmanlının bütün tarixi boyunca hərəmdə ən çox 300 qadın olduğunu yazmaqdadırlar. Sultan Əbdülhəmid Xanın dörd  xanımı vardı. Anası da erməni deyil, çərkəzdi. Birisierməni ya çərkəz olmuş fərqi vardeyə bilər. Mən sadəcə tarixi gerçəkçilik adına bunları yazıram, yoxsa Əbdülhəmidin anasının hansı yabançı qadın olduğu mənim üçün maraqlı deyil.

Sultan İkinci Əbdülhəmid Osmanlı Dövlətinin ən çətin dönəmlərində tam 33 il dövləti idarə etmişdir. Güclü bir kəşfiyyat təşkilatı qurmuş, düşmənlərini addımaddım izlətmişdir. Fransa Kralının sarayında olub bitən hər şeyi biləcək qədər güclü bir kəşfiyyat ordusuna sahibdi. Məşhur türkoloq Vambery belə ona çalışmışdır.

Elektrikdən qorxmazdı, çünki elektrik enerjisini Türkiyəyə gətirən odur. Maraqlananlar (www.enerjienstitusu.com) saytına baxa bilərlər.Xaricə təhsil üçün yüzlərlə tələbə göndərmiş. Türkiyədə ilk sənayeləşmə hücumlarını başlatmışdır. İslam dünyasını gücləndirmək üçünislamçılıqfikrinə sarılmış, Cəmaləddin Əfqanini İstanbula gətirmiş, şiə-sünni ayrımçılığını ortadan qaldırmaq üçün işlər görmüş, Təbrizdə türkcə oxudulması üçün İran Şahından ricada bulunmuş, İstanbuldan Hicaza dəmir yolunu o çəkdirmişdir.

Təbii ki, düşmənləri onu diktator olaraq xarakterizə etmişlər. Bunun da çeşidli səbəbləri vardı. Məsələn, yeni açılmış məclisi qapatması ən çox tənqid edilən mövzulardan biridir. İlk məclisdə erməni, rum, ərəb, arnavud millət vəkilləri türk əsilli millət vəkillərindən çoxdu dövlət üçün böyük bir təhlükə ilə nəticələnə bilərdi.

Sultan Əbdülhəmid indiki İsraildə bir yəhudi dövləti qurulmasını çox usta bir diplomatiya ilə  əngəlləmişdir. Bu səbəblə yəhudilər 1887 Maraş erməni üsyanı səbəbiylə ermənilər ona düşmən olmuşdular. Ona Qızıl Sultan ləqəbini verən Albert Vandal isimli bir fransız (erməni kökənli ) yazarıdır. Ona qızıl adının verilməsinin səbəbi güya çox erməni qanı tökməsidir. Halbuki o sadəcə dövlətini qorumuş üsyanları yatırmışdır.

Böyük türkçü H.Nihal Atsız isə onu Gök Xaqan deyə isimləndirmişdir. Məşhur alman kansleri şahzadə Bismarck onu Şərqin ən böyük diplomatı olaraq xarakterizə etmişdir.

Yuxarıda bəhs ettiyimanası ermənidirbəhsinə türk tarixçi Prof.Dr. Mustafa Armağan belə cavab vermişdir: “1842-ci il sentyabrın 21- dünyaya gələn Əbdülhəmidin doğumu haqqında sonradan bəzi rəvayətlər önə sürülmüşdür. Bunlar Əbdülhəmidin atasının qanuni oğlu olmadığı, atası ya anasının saray xidmətkarlarından bir erməni olduğu rəvayətləridir. Əbdülhəmidin anasının Çandır adında bir erməni qadını olduğu iddiasını ilk olaraq Əhməd Saib “Abdülhamidin Evail-i Saltanatı” adlı əsərində ortaya atmışdır. Belə bir iddianın ortaya atılmasının səbəbi saray həyatını bilməyən xalqı aldadaraq Sultana qarşı bir düşmənçilik yaratmaqdır. Halbuki Osmanlı Sarayına erməni rum əsilli qadının girdiyi görülməmişdir. Anası Tir-i Müjgan, Sultan Əbdülməcidin altıncı Qadın Əfəndisidir. Tir-i Müjgan, Çərkəs Şspsıh qəbiləsindəndir. Sultan Əbdülhəmidin atası Sultan Əbdülməcid ilə 13 il evli qalmışdır. Tir-i Müjgan, “yaşıl gözlü, açıq  qumral, uzun saçlı, bəyaz şəffaf tənli, nahif əndamlı” olaraq tərif edilməkdədir. Saray qadınları arasında incəliyi, nəzakəti gözelliyiylə bilinən Tir-i Müjganın Əbdülməciddən üç övladı dünyaya gəlmişdir.

Görüldüyü kimi Osmanlı Saray hərəminə erməni rum qızları alınmamaqdadır. Bunun səbəbi bu xalqların Osmanlı vətəndaşları olmaları Saray ilə əqrabalıq qurulması istənməməsidir. Padşahların analarının yabançı olmaları bir başqa müzakirə mövzusudur. Qanuni Sultan Süleymanın anası Krım Xanının qızıydı türkdü.Türk qızlarının cariyə alınmaması Osmanlı Xanədanı xaricində bir başqa xanədan ortaya çıxması qorxusu hərəmə türk qızı alınmamasına yol açmışdır.

Ayrıca hərəm filmlərdəki yabançı yazarların xəyallarında süslədikləri şəkildə deyildi əsla. Sarayda Əndərun deyilən bir saray akademiyası vardı bütün əsgəri, siyasi dini vəzifəlilər oradan yetişirdi. Əndərunun eynisi hərəmdə vardı qadınlar mükəmməl təhsil alırdılar. Məsələn, məşhur Hürrəm həm türk dilini, həm Əruz vəznini mükəmməl bilir çox ustaca deyilə biləcək şeirler məktublar yazardı.O, öldüyündə İstanbulda yüzlərcə insan ac qalmışdı. Çünki hər gün bütün kasıblara yemək paylayar yoxsulları, xəstələri qoruyardı.

Tarixə baxarkən tarix sosiologiyasını yaxşı bilmək o günün şərtlərini göz önündə tutmaq məcburidir. Bu günün düşüncə tərzi görüşləriylə tarix dəyərləndirmək olmaz. Ayrıca tarixdə söylənti dedi-qodu ilə tarix yazılammaz. Əldə bir dəlil yoxsa heç bir tarixçi hər hansı bir görüşü gerçək deyə yazammaz.

Son olaraq bunu qeyd edim ki, Mehman Cavadoğlu ilə üzərində mübahisə etdiyimiz  Sultan Əbdülhəmid çox yönlü bir hökmdardı. Tarixçilərin çoxuna görə ( İlbər Ortaylı, Yılmaz Öztuna) Osmanlı İmperatorluğunun son böyük hökmdarıdır. Ona müxalif olanlar belə o öldükdən sonra onun ruhundan əhf diləmişdilər. Bunlardan biri olan məşhur Rza Tevfik bir şeirində belə yazmışdır:

Bizdik utanmadan iftira atan

Asrın en siyasi Padişahına!

 





13.12.2012    çap et  çap et