525.Az

Uşaqlıq xatirələri


 

Uşaqlıq xatirələri<b style="color:red"></b>

E-mail: khalil_majid@mail.ru

Behişt ətri

Ağcabədi rayonu həmişə bağ-bağatlı olub, yaşıllıqdan korluq çəkməyib, çünki suyu bol olub. Kəndimiz (əslində, ona binə, daha doğrusu, Ejəli binəsi deyirdilər) bəyliklər dövründən qalmış üzümlüklərlə əhatə olunmuşdu. Sonralardan üzüm bağları kolxozun mülkiyyətinə keçmişdi.

O vaxtlar tənəkləri ağaclara, əsasən, çəkil cır tut ağaclarına dırmaşdırırdılar. Kələsər üzümlüklər olmazdı. Baxımsızlıq üzündən üzüm bağlarını kol-kos elə basmışdı ki, üzümlərə yaxınlaşmaq çətin məsələ idi.

Evimizin arxasında isə qızıl güllər böyük bir sahəni tutmuşdu. Bu gülləri əkən olmamışdı, özləri bitib yayılmışdılar. Güllüklərdən o tərəfə üzüm bağları başlayırdı.

... Qəflətən elə bir leysan başladı ki, necə deyərlər, tut ucundan, göyə çıx. Leysan necə qəflətən başlamışdısa, qəflətən kəsdi, gün çıxdı.

Mən çoxları kimi, yağışdan sonra torpaqdan qalxan ətri çox xoşlayıram. Odur ki, bu ətrin xatirinə həyətə düşdüm. Amma havada torpaq ətrini başqa bir ətir üstələmişdi. Ətraf qızıl gül ətri ilə dolmuşdu. Ətrin mənbəyi məlum idi. Mən evimizin arxasına keçdim. Gözümün qarşısında açılan mənzərədən donub qaldım.

İlahi, bu ecazkar mənzərədir, bu möcüzədir, təkrarolunmaz gözəllikdir, bu ki, behişt ətridir (bu sözləri mən indi yazıram, neçə-neçə onilliklər keçəndən sonra, lakin o zaman da bu sözlərə layiq hisslər keçirirdim).

Nədənsə, bu qızıl gül gölünün tən ortasında dayanıb ətrafımı seyr etmək istəyi gəldi mənə. Amma bu, heç asan deyildi. Tikanlı, sıx güllər hərəkəti çətinləşdirirdi. Amma mütləq bir yol tapmaq lazım idi. Deyəsən, tapdım. Evimizin arxasına yığılmış karton qutulardan özümə bürüncək düzəltdim. Çətinliklə olsa, istəyimə çatdım. Mən qızıl gül gölündə üzürdüm. Məni möhtəşəm bir sevinc hissi bürümüşdü, üzümdən təbəssüm çəkilmirdi. Qızıl güllərin ləçəklərindəki yağış damcıları günəş işığında büllur kimi bərq vururdu.

Keçirdiyim sevinci qonşu uşaqlarla bölüşmək üçün onları adbaad səslədim. Səsimə iki uşaq gəldi. Onlar güllüyün qırağında dayanıb:

Neynirsən ə, orada, nəyə çağırmısan bizi? – məni səslədilər.

Verilən sualların qoyuluşundan onları çağırmaqda səhv etdiyimi anladım tez cavab verdim ki, çıxıb getsinlər.

Ə, heç , bağışlayın, siz gedin, mən gəlirəm.

Onlar gedəndə, hərəsi bir gül qırıb burunlarına çəkdilər (elə bil ətrafda gül qoxusu yoxa çıxmışdı) yerə atdılar.

Mən yenidən öz aləmimə qayıtdım yağışın bu qızıl güllərə gətirdiyi əlavə təravət çəkilənə qədər oranı tərk edə bilmədim. Qızıl gül gölündən çıxanda, yaş paltarım, cızılmış qollarım qızıl güllərdən bir müddət yadigar kimi qaldı. Beynimdə əbədi həkk olunmuş bu İlahi mənzərənin, duyduğum behişt ətrinin təkrarolunmazlığı fikri ilə razılaşıb, bir daha o güllüyə girmədim.

Qurdlar dərəsi

Atam kolxozda hesabdar işləyirdi. Ona görə ən azı ayda bir dəfə rayon mərkəzinə hesabat üçün çağırılırdı. Növbəti çağırılışda atamdan xahiş etdim ki, məni özü ilə aparsın.

Kəndimizdən rayon mərkəzinə atla, araba ilə gedənlər olurdu, əksəriyyət isə piyada gedirdi (məsafə çox da böyük deyildi, 3-4 km olardı). Biz piyada gedirdik.

Atam:

Bəs mən idarəyə gedəndə, sən harda qalacaqsan? – soruşdu.

Mən bulvarda (ağcabədililərin o zaman yeganə istirahət yeri belə adlanırdı, niyə ona bulvar deyirdilər, bilmirdim, heç indi bilmirəm) səni gözləyərəm.

Çox keçmədi ki, atam gəldi. O, yaxınlıqdakı mağazadan konfet, peçenye aldıqdan sonra kəndə yola düşdük.

Yolda bizə bir kənd sakini qoşuldu. Rayon mərkəzindən kəndimizə gedən araba yolunun hər iki tərəfini sıx böyürtkən kolları bürümüşdü. Böyürtkənin yetişən vaxtı idi. Atam tanışı ilə qabaqda söhbətləşə-söhbətləşə gedirdi. Mən böyürtkən yeyə-yeyə arxalarınca gəlirdim. Aramız uzananda qaça-qaça gəlib onlara çatırdım. Amma növbəti dəfə qabağa baxanda, atamgili görmədim. Qaçmağa başladım. Xeyli vaxt idi qaçırdım, amma atamgil görünmürdü. Birdən qarşıdan iki atlının gəldiyini gördüm. Atlılar mənə çatanda dayandılar:

Hara qaçırsan a bala, belə?

Kəndimizə.

Bala, kimin oğlusan?

Məcid kişinin.

Bizim hesabdar Məcidin?

Bəli.

Bəs buralarda işin var?

Atam onun bir tanışı ilə rayon mərkəzindən gəlirdim. Atamgil qabaqda gedirdilər, mən arxada böyürtkən yeyə-yeyə gəlirdim. Birdən gördüm ki, atamgil gözdən itib, onların arxasınca qaçırdım.

  Kəndiniz arxada qalıb, bu yol Qurdlar dərəsinə gedir. Qaranlıq düşən kimi canavarlar o dərəyə yığışır, ulaşmağa başlayırlardeyib, atlılardan biri əlini uzadıb məni atın üstünə qaldırdı.

Mən atlılardan xahiş etdim ki, bu əhvalatı atama danışmasınlar. Onlar razılaşdılar. Atlılar məni darvazamızın qabağında düşürdülər. Mən qaça-qaça gəlib evimizə girdim. Amma mənim gəlişimə heç kim reaksiya vermədi. Yəqin evdəkilər elə bilirlərmiş ki, mən həyətdə oynayıram.

 

İnanılmaz hadisə

Kəndimizdəki məktəb ibtidai məktəb idi. Odur ki, kənd uşaqları təhsillərini rayon mərkəzinin məktəblərində davam etdirirdilər. Birinci növbədə oxuyan şagirdlər üçün elə bir problem yox idi. Ancaq ikinci növbənin şagirdləri üçün payızın axır aylarında, qışda, yəni gün gödələn vaxtı, qaranlıq düşməsi ilə bağlı problemlər yaranırdı. Odur ki, rayon mərkəzində qohum-əqrəbası olan uşaqlar onlarda qalırdılar, belə imkanı olmayan şagirdlər isə məcbur olub qaranlıqda kəndə qayıdırdılar. Əslində, kənd uşaqları üçün qaranlıq elə bir qorxulu şey deyildi. Onlar örüşdən qayıtmayan mal-qaranı qaranlıqda axtarmağa öyrəncəli idilər. Bir ki, dərsdən çıxan uşaqlar müəyyən olunmuş yerdə bir-birini gözləyir birlikdə kəndə qayıdırdılar.

Əjdər o günü dərsdən çıxıb uşaqları xeyli gözləsə , heç kimin gəlmədiyini görüb tək kəndə yola düşdü. Qaranlıq artıq düşmüşdü.

Kəndə araba yolu vardı. Lakin bu, bir az uzun yol idi. Kənd camaatı araba yolundan bir cığır açmışdı. Bu cığır kəndə yolu xeyli qısaldırdı. Amma bu cığırı hər iki tərəfdən böyürtkən kolu basdığından, kənd camaatı ondan gündüzlər istifadə edirdilər. Lakin Əjdər evlərinə tez çatsın deyə, araba yolundan cığıra döndü. Qaranlıqda o, ehtiyatlı gedirdi ki, kola ilişməsin.  Qəflətən, nəyinsə üstünə oturduğunu hiss etdi. Bu, heyvan idi. Əjdər heyvanın üstündən düşməyə macal tapmamış altındakı ayağa qalxıb qaçmağa başlayır. Əjdər yıxılmamaq üçün heyvanın belini bərk-bərk qucaqlayır. Heyvanın belinin ölçülərindən Əjdər müəyyən edir ki, onu qaçırdan danadır. Dana qaça-qaça gəlib bir darvazanın (yəqin ki, onun sahibinin darvazası idi ) qabağında dayanır. Əjdər sakitcə dananın belindən düşüb, öz-özünə qəhqəhə çəkərək:

İndi yaxşı, mən bu yaxşılığın üçün sənə verim? Gəl belə danışaq, məni sabah da gətir, sənə bir eşşək arabası ot məndən. Razılaşdıq?

Əjdər baş vermiş hadisəni olduğu kimi evdəkilərə danışsa da, onun danışdıqlarına fikir verən olmadı. Görünür, evdəkilər Əjdərə inanmamışdılar.

Ertəsi gün Əjdər hadisəni olduğu kimi məktəb yoldaşlarına danışdı. Onların reaksiyası belə oldu:

Düzünü de, bu canlı taksi ilə necə hesablaşdın?

Düzü, cibimdə olan qəpik-quruşu çıxardıb verdim ona, amma götürmədi. Onda mən təklif etdim ki, bu axşam da məni gətirsə, bir eşşək arabası ot verəcəm.

Əjdər zarafatı bir az da uzatmaq istəyirdi ki, baxıb gördü uşaqlar gedib. Görünür, onlar da inanmamışdılar.

Əjdər fikirləşdi ki, bu hadisəni ona danışsaydılar, özü necə inanardımı? O:

Mən inanmazdımqərarına gəldi.

Çünki bu, həqiqətən inanılmaz hadisə idi.

Daşqın

Mingəçevir su elektrik stansiyası işə düşənə qədər Kür çayı Ağcabədi rayonunda hər il daşardı.

Hökumətin, əhalinin vaxtında gördüyü tədbirlər sayəsində daşqın özü ilə fəlakət gətirmirdi, lakin ziyansız da ötüşmək olmurdu. Çayın sahili boyu ikiqatdan hündür, enli bənd çəkilsə , havalanmış su axını bəndi bəzi yerlərdə uçuraraq özünə yol açırdı. Kürün hirsini bir az da soyutmaq üçün bəndləri müəyyən yerlərdə qəsdən uçuraraq suyu ətrafa buraxırdılar. Odur ki, sahildən 8-10 km sahəni su basardı, göllər (onlara axmazlar deyərdilər) əmələ gələrdi, arxlar, kanallar su ilə dolardı. Əhalinin təsərrüfatına böyük ziyan dəyərdi. Lakin daşqın özü ilə yalnız tələfat, ziyankarlıq, həyəcan, qorxu gətirmirdi. Daşqının gördüyü müsbət işlər, gətirdiyi xeyir göz qabağında idi. İlk növbədə hər il baş verən bu daşqının nəticəsi idi ki, Kürün sahili boyu əzəmətli, yaraşıqlı qovaq, palıd, cökə, qaraağacın kök saldığı, cır, lakin ləzzətli nar, alma, armud, quşüzümünün baş alıb getdiyi, lianaların, kolların, adını da bilmədiyimiz bitkilərin, ağacların yaratdığı cəngəlliklərlə keçilməz olan tuqay meşələri yaranmışdı. Tuqay meşələri daşqınların yaratdığı ən əzəmətli əsər idi. Hər daşqından sonra axmazlar, kanallar, arxlar balıqla dolardı. Sel suyu bir az çəkilən kimi, əhali (xüsusilə uşaqlar) atlı, eşşəkli, arabalı balıq ovuna çıxardı. Əslində, buna balıq ovu demək olmazdı. Balıq o dərəcədə bol olardı ki, onları ovlamağa ehtiyac yox idi. Balıqları torbalara, kisələrə doldurub evə qayıdardılar.

Əsasən, uşaqların kəşf etdikləri bir sahə vardıqalın, hündür otların içində itib-batan, sel suyunun gətirdiyi toxumlardan əmələ gəlmiş qarpız, yemiş, boranı bostanı. Bu bostan o dərəcədə məhsuldar idi ki, bir qarpız tağının üstündə 8-10 qarpız olardı, hərəsi 12-16 kq (xüsusilə xəndəklərin qırağında, yumşaq torpaqda).

Sel suyunun gətirdiyi lil sular çəkiləndən sonra torpağa çökür, onu münbitləşdirirdi. Əhali bu münbit torpaqda əksə, bol məhsul götürərdi.

Kürün daşması sahil boyu uyğun, zəngin fauna flora yaratmışdı. Tuqay meşələri canavar, tülkü, çaqqal məskəni idi. Qamışlıqlarda qaban, tuqay meşələrindən sonra başlayan yulğun, sök-sök ağaclarının arası dovşanlarla dolu olardı. Hər bitki zonasına uyğun heyvan aləmi mövcud idi. Qırqovul, turac, kəklik, durna, qaz, ördək, qu quşu bu yerlərə həyat, yaraşıq verirdi.

Göründüyü kimi, hər daşqın heç həmişə fəlakət gətirmir. O, özü ilə bolluq, zəngin flora, fauna da gətirə bilir. Bunun üçün daşqınla yalnızdil tapmaq”, onunla görüşə ciddi, məsuliyyətlə yanaşmaq lazımdır. Yalnız belə olduqda sel suyunun nəhəng gücündən xeyirlik üçün istifadə etmək olar. Etinasız, məsuliyyətsiz yanaşdıqda isə sənə  fəlakət üzünü göstərər.

Sel suları çəkildi, arxlar, kanallar qurudu, axmazlarda su azaldı, balıqlar yalnız axmazlarda su tam quruyana qədər hələ qalacaqlar, uşaqlarınkəşf etdikləribostan soldu, çöllərdən hündür otlar quruyub samana döndü, ətrafın flora faunası bir az kasıblaşdı. Amma cəmi bir ildən sonra sel suları yenə insanlara təşviş, həyəcan, qayğı ilə yanaşı, meşələrə, çöllərə bol su, həyat gətirəcək, torpaq daha da münbitləşəcək, uşaqlar, böyüklər balıq, bostan bitkilərini daşımaq üçün hazırlıq görəcəklər.

 





13.12.2012    çap et  çap et