525.Az

Tale mif kimi


 

Tale mif kimi <b style="color:red"></b>

(Professor Vilayət  Quliyevin  60  yaşına)

 

 

Zəngin ictimai-siyasi  fəaliyyəti, Azərbaycan  dövləti  qarşısında  xidmətləri, intensiv  elmi  yaradıcılığı, bədii  tərcümələri  onu  çağdaş  Azərbaycan  tarixinin    mədəniyyətinin  dəyərli  fiqurlarından  birinə  çevirmişdir. 

 

Vilayət  müəllim  haqqında  yubiley  yazısı  yazmaq  mənimçün  çətindir. Axı istənilən  azərbaycanlı  adətən  bu  məqamlarda   mütləq  xatirə  diskursundan  yararlanır. Xatirə  səbəbkarla  yazı  müəllifinin  doğmalığının    yaxınlığının  ifadəsi    təsdiqi  olur.

 

Təəssüf  ki, mənim  yaddaşımda  güclü  xatirə (bir-iki  epizodik  görüşdən  başqa) silsiləsi  yoxdur. Məni danışdıran Vilayət  Quliyevin  filoloji  yazılarıdı  ki, mən    ona  istinad  edirəm.

 

Onun  sevdiyi  obraz  oxunmamış kitabmetaforasıdır. Onun  üçünöyrənilməmiş  şəxsiyyətlər    oxunmamış  kitablar  kimidir  təəssüflənir  ki, “sətirləri tədqiqatçı  nəfəsi  ilə  isinməmiş  onlarla, bəlkə    naməlum  kitablar  qalmaqdadır”.

 

O, tarixi şəxsiyyətlərin  tale  obrazını  yaratmaq  üçün lal  sənədlərin  dilini    öyrənibdir. “Arxivlərdə   işləyərkən  həm  nazik, həm    qalın  formulyarlara  təsadüf  etmişəm. Sənədin  qalınlığı    burdakı  qeydlərin  çoxluğu  onun  sahibinin  diribaşlığından, vəzifə  pillələrini  sürətlə  irəliləməsindən, səmərəli  fəaliyyətindən, cəmiyyətdəki  mövqe    əlaqələrindən  xəbər  verir. ”   

 

Məsuliyyətlə deyə  bilərəm  ki, Vilayət  Quliyev tarixi-kulturoloji  esseistikanın  səviyyəsini  qaldırmış  bir  yazardır. Bu  esseistikanın  təməlində  onun  filoloji, tarixi    bədii  düşüncə  üslubları  birləşir.

 

Vilayət  Quliyevin  tarixi-epik  poetikasında  üçün  ailə  sülaləsi  önəmli  yer  tutur (“İstiqlalçılar  nəsli”, “Kazımbəylər: iki  əsr  Rusiya  ilə  birlikdə”, “Kriçınski  qardaşları”, “Bərköz  qardaşları b.). Mirzə  Kazımbəyin, Cavad  xanın  tale  obrazları ailə  sülaləsi  kontekstində  məna kəsb  edir.

 

Onun  yazılarında nəsil-ailə sülaləsi süjetyaradıcı  elementdir. Özü  haqlı  olaraq  yazır: “Azərbaycanda  ailə  sülaləsinin  tarixi mütləq  öyrənilməlidir. Çünki  Şahtaxtinskilər, Cavanşirlər, Vəzirovlar, Ağaoğlular, Ziyadxanovlar, Xasməmmədovlar, Rəfibəylilər, Hacinskilər, Mehmandarovlar, Şıxlinskilər, Talışxanovlar    b. ailə  sülalələri  Azərbaycanın  son  bir  neçə  əsrlik  siyasi-mədəni  həyatı  ilə  sıx bağlı  olduğundan  onların tarixi  həm    xalqımızın  mürəkkəb dramatik  həyat  yolunun  tarixidir”.Əhmədbəy  Ağaoğlunun  taleyini  yazması  Səməd  bəy  Ağaoğlunun  əsərlərini  Bakıda  çap  etdirməsi  həmin  ailə-nəsil  instinktindən  gəlir.Bu sülalələrin  talelərini  bir  obrazın ətrafında  birləşdirirAzərbaycan.

 

Bu  yaxınlarda  Bakı  Slavyan  Universiteti  görkəmli  yazıçımız    alimimiz  Kamal  Abdullanın  təşəbbüsü ilə  Filoloq-100” seriyasından  V. Quliyevin  ədəbiyyat  üzrə  Nobel  mükafatı  laureatlarına  həsr  olunmuş  kitabını  nəşr  olundu. Kitabda  belə  bir  qeyd  var: “Bizim  hələlik  öz  laureatımız  yoxdur. Lakin  gələcəkdə  bu  vəziyyətin  dəyişəcəyinə  inanmaq  istərdik. Həm    yalnız  mükafatın  bir  hissəsini  bizim  pullar  təşkil  etdiyinə  görə  yox! İlk  növbədə  Azərbaycan  türkünün  əqlinə, zəkasına, yaradıcı  potensialına  inam  hissi belə  bir  ümidlə  yaşamağa  əsas verir”. Mistikaya  bax, elə onun dalınca Kamal  Abdullanın  namizədliyi  Nobel  komitəsində  qeydə alınır.

 

Vilayət  müəllim  bir  müəllif  kimi  araşdırmalarında  heç  vaxt  hakim  rolunda  çıxış  etmir, bu    ya  digər  personajın əməllərini, tarixi  şəxsiyyəti  ittiham  etmir, yəni  bu  gündən  keçmişə  emosional  mesajlargöndərmir. O, özünü  tarixi  hadisələrin    proseslərin  iştirakçısı  kimi  aparır-təhkiyəsi  ilə  arxiv  qaynaqlarını  danışdırmaqlabir  özünəməxsus  gerçəklik  effekti  yaradır. O,  öz  qəhrəmanlarının  taleyini  hekayət  kimi  danışa  bilən  yazıçıdır. Tarixi  faktları  təhkiyə  üçün  yararlılığı içindəki  yazıçılıq  ehtirasından  gəlir.

 

Vilayət  Quliyev  güclü  süjet  instinktinə  malikdir. Bəlkə  ona  görə    bu  əsərlər  belə  oxunaqlıdır. İstənilən  tarixi  faktda, tale  hadisəsində  belletirizmcövhərini  tapa  bilir.

 

Vilayət  Quliyevin  esselərinin  dili  bədii  canlılığı  ilə  fərqlənir: müxtəlif  təhkiyə  formalarından  məharətlə  istifadə  edir, arxiv  materiallarından  qəhrəmanlarının  avtobioqrafik  bütövlüyünüyaradır. Hətta  süjetlərinə  müəyyən  qədər  intriqa  dozasıqatır. Onun   yüksək  bədii  duyumu    peşəkar  yazı  üslubu  araşdırdığı, təsvir  etdiyi dövrün  atmosferini, ictimai-sosial  münasibətlərin, insanların  davranışı  motivasiyasını  anlamağa  imkan  verir.

 

Yadımdadır, Universitetdə  müəllimim  deyirdi  ki, əgər  bir  alim  tarixdən darıxdırıcı yazırsa, deməli, o pis  alimdir. Fikrimcə, Vilayət  Quliyev  tarixi  şəxsiyyətlərimizdən  ona  görə bu qədər maraqlı canlı yazır  ki, qəhrəmanlarının  taleyinə  inanır    taleləri  yenidən  yaşayır. Onun  qələmində  bu  talelər  həm    özünüdərk  formasına  çevrilir.Yalnız  müəlliflə  personajın  vəhdətində  tarixi  düşüncə  həqiqəti  mümkündür.

 

O, qəhrəmanlarının  taleyini,  ana  dilini, türk  millətinin  tarixini  patriotik  sevgi  ilə  araşdırır     yazır. Öz  tarixini  belə  sevən  adam  heç  vaxt  başqa, yad  tarixlərin  girovuna  çevrilə  bilməz. Onun  araşdırmalarında    esselərində  ədəbiyyat    mədəniyyət  tariximiz  şəxsiyyətlər  tarixi  kimi  canlandırılır    təqdim  olunur. Əslində  Vilayət  müəllim  şəxsiyyət  mifləriyaradır. Tale  mifi  yazılarının  adlarında  əksini  tapır: “Talelərin  qəribə  kəsişməsi”, “İsa  Sultan  Şahtaxtınskinin  qəribə  həyatı”. “Hər  bir  mədəniyyət  öz  şəxsiyyət  miflərini  yaradır. Tarixin  kritik  məqamları  yeni  miflərin  yaranma  nöqtələridir...

 

Tarixi  şəxsiyyətin  bütövlüyü  yalnız  mifdə  təzahürünü  tapır. Bu  bütövlüyün  simvolik  ifadəsi, əlbəttə, Tale  obrazıdır. Y. Qolosovker  deyirdi  ki, Tale  mənim  ömrümün  mifidir”.

 

Vilayət  müəllimin  artıq  öz  ömrü    şəxsiyyəti  mifə  çevrilməkdədir...
 





13.12.2012    çap et  çap et