525.Az

Odlar yurdu və Anadolunu bağlayan iqtisadi əlaqələr


 

Odlar yurdu və Anadolunu bağlayan iqtisadi əlaqələr<b style="color:red"></b>

İqtisad elmləri üzrə fəlsəfə doktorluğuna namizəd

Müasir dünyada baş verən proseslərə nəzər yetirsək, qloballaşma ilə paralel olaraq iqtisadi,siyasi sosial regionlaşmanın da sürətlə inkişaf etdiyinin şahidi olarıq. Azərbaycan Türkiyə arasında qurulan əməkdaşlıq buna ən yaxşı misaldır. Danılmaz faktdır ki, bu əməkdaşlığın fundamentini iki ölkə arasında olan dostluq, qardaşlıq, milli, tarixi mədəni əlaqələrin möhkəmliyi təşkil edir. Elə məhz 1991-ci ildə SSRİ-nin dağılmasından sonra Azərbaycan Respublikasını müstəqil dövlət kimi tanıyan ilk ölkə Türkiyə Respublikası olub. İqtisadi ticari əlaqələrin daha da genişləndirilməsi məqsədi ilə 1992-ci ildə iki dövlət arasında imzalanan ilk müqavilə sonradan ticarət,iqtisadiyyat, mədəniyyət, sosial,elm, gömrük maliyyə sahəsində əməkdaşlıq haqqında imzalanan ikitərəfli müqavilələrin əsasını qoyub. Eyni zamanda iqtisadi əməkdaşlığın tempinin artırılmasına daha da canlanmasına dəstək  üçün xüsusi Dövlət Komissiyası, Azərbaycan Türkiyə Sənaye İş adamı birliyi (TUSİAB), Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) bir sıra başqa qurumlar yaradılıb.

Azərbaycan Dövlət Statistika Komitəsinin verdiyi hesabatlara əsasən 2011-ci ildə Azərbaycan Respublikası 149 ölkə ilə iki tərəfli ticari əməkdaşlıq etmiş   xarici ticarət dövriyyəsinin həcmi 36.33 milyard ABŞ dolları təşkil edibr. Türkiyə Respublikası Azərbaycanın idxal etdiyi mallar üzrə əsas ticarət tərəfdaşları arasında 13.35 faizlə ikinci yerdə durur. Ümumiyyətlə, iki dövlət arasında iqtisadi əməkdaşlığı iki sahədə analiz etsək daha doğru olar. Bunlardan biri yanacaq energetika, enerji təhlükəsizliyi, neft qaz sahəsində olan əməkdaşlıqdır ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi,Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihəsi bu yaxınlarda imzalanan Trans Anadolu təbii qaz kəməri layihəsi bu tərəfdaşlığın əsas göstəricisidir. İkinci sahə isə qeyri neft sahəsində, xüsusilə, maliyyə, nəqliyyat, ticari mallar, elm, mədəniyyət sosial sahədə olan əməkdaşlıqdır.

2002 2011-ci illər ərzində Türkiyə Respublikası tərəfindən (özəl şirkətlər daxil olmaqla) Azərbaycana təxminən 2 milyard ABŞ dollar həcmində kapital yatırılıb. Bu yatırımlar əsasında 1000-ə yaxın şirkət Azərbaycanda fəaliyyət göstərir. Koç Holding, Ustay, Tekfen s. bu şirkətlərin bariz nümunəsidir. Şirkətlər əsasən bankçılıq, maliyyə, kənd təsərrüfatı, qida ticarəti, tekstil,inşaat malları ticarəti sahəsində fəaliyyət göstərirlər. 40 minə yaxın azərbaycanlı bu şirkətlərdə işlə təmin olunmuşdur. Türkiyədən idxal olunan malların böyük qismini sənayə malları (maşınlar, elektron avadanlıqlar, qara azqiymətli metallar, dəmir polad əşyalar), kənd təsərrüfatı malları kimya sənayesi malları təşkil edir.

Bəhs edilən illər ərzində Azərbaycan Dövlət Neft Şirkəti daxil olmaqla təxminən 850- yaxın Azərbaycan sərmayəli şirkət Türkiyə Respublikasında 4.5 milyard ABŞ dollar həcmində investisiya yatırmışdır. Bu yatırımların 85 faizi neft energetika sahəsinə qoyulan investisiyadır.  Az öncə qeyd etdiyim kimi, Bakı- Tbilisi-Ceyhan neft boru kəməri bu əməkdaşlığın önəmli göstəricisidir. Bakı Tbilisi-Ceyhan neft boru kəmərinin inşası layihəsini həyata keçirmək məqsədilə BTC Co. şirkəti qurulmuşdur ki, qurulan ortaqlıqda BP 30.10%- birinci, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti isə 25 faizlə ikinci sırada yer alır. TPAOnun bu ortaqlıqda payı isə 6.53 faizdir.  40 illik fəaliyyəti nəzərdə tutulan bu layihə çərçivəsində hazırlanan boru kəmərinin illik 375 milyon barel neft daşıma qabiliyyəti mövcuddur. Eyni zamanda 2001-ci ildə imzalan müqaviləyə əsaslanaraq  2007-ci ildə fəaliyyətə başlayan BakıTbilisiƏrzurum qaz layihəsi üzrə hazırlanan boru kəməri vasitəsilə ildə 6.6 milyard kub met təbii qaz ixrac edilməktədir. Bu yaxınlarda dövlətlər arasında imzalanan Trans Anadolu qaz kəməri layihəsi isə 7 milyard ABŞ dollar dəyərindədir. Bu layihəyə əsasən Şahdəniz qaz yatağının ikinci fazasında çıxarılacaq 16 milyard kub metr qaz Türkiyəyə Türkiyə üzərindən Avropaya ixrac ediləcək.

İki dövlət arasında iqtisadi əlaqələrin güclənməsi regionlar arasında nəqliyyat əlaqələrinin genişləndirilməsinə təsir edib. Bakı-Tbilisi-AxalkalakiQars dəmiryolu  layihəsinin həyata keçirilməsi nəqliyyat sahəsində əməkdaşlığın bariz nümunəsidir. O cümlədən, hava yolu nəqliyyatının inkişaf etdirilməsi üçün Bakı, Naxçıvan Gəncə şəhərlərindən Qars,Trabzon,Antalya,İzmir, Ankara İstanbul şəhərlərinə birbaşa təyyarə reysləri açılıb.

Maliyyə sahəsində fəaliyyətlərə nəzər salsaq Azərbaycan bank sistemində Türkiyə kapitallı bir neçə bankın fəaliyyət göstərdiyinin şahidi olarıq. Belə ki, YapıKredi Bank Azərbaycan, Azər-Türk Bank, Atabank Azəriqazbank aparılmış maliyyə əməliyyatlarının həcminə görə bank sistemində önəmli yerdə durur. Türkiyə İqtisadi İnkişaf Agentliyinin səyləri ilə xüsusi fermer təsərrüfatlarının yaradılması, kənd təsərrüfatı avadanlıqları ticarətinin həyata keçirilməsi isə kənd təsərrüfatı sahəsində önəmli diqqətə alınacaq fəaliyyətlərdəndir.

Azərbaycan Respublikasında rabitə sektorunda da Azercell, Aselsan, Ultell, Netaş kimi nəhəng türk şirkətləri fəaliyyət göstərir ki, bu şirkətlər ölkə içərisində ən böyük vergi ödəyicilərindən hesab olunur. Təhsil sferasında da Türkiyənin Azərbaycan hüdudlarında ciddi yatırımları mövcuddur. “ÇAĞöyrətim işlətmələri, Qafqaz Universiteti, Türk Dünyası Araştırmaları Vakfı Azərbaycan təhsil sisteminin gücləndirilməsinə, xüsusən müstəqillikdən sonrakı dövrlərdə əhəmiyyətli dərəcədə inkişafına təsir göstərib.

Düşünürəm ki, zamanla olduğu kimi bundan sonra da tarixi,mədəniyyəti,dini dili bir olan qardaş ölkələr arasında  işbirliyi daha da gücləndirilməlidir.Bunun üçün iki ölkə arasında müxtəlif sahələrdə gələcək əməkdaşlığın gücləndirilməsi üçün hər iki dövlət müxtəlif yeni təkliflər irəli sürməli, kiçik orta həcmdə sahibkarlığın artırılması üçün lazımi şərtlər yüngülləşdirilməli, dövlətlər arasında olan bürokratik əngəllərin aradan qaldırılmasına səy göstərilməli, əməkdaşlığın inkişafı üçün münbit fəaliyyət sahəsi yaradılmalıdır. Bununla yanaşı, iki ölkə arasında iqtisadi ticari əməkdaşlıq fəaliyyətlərinin tənzimlənməsi üçün xüsusi koordinasiya qurumlarının yaradılması, vergi gömrük dərəcələrində xüsusi razılaşmaların əldə edilməsi əməkdaşlıq səviyyəsinin artırılmasına təsir edəcək.

 





13.12.2012    çap et  çap et