525.Az

Sufizm və türk bədii təfəkkürü


 

Sufizm və türk bədii təfəkkürü<b style="color:red"></b>

filologiya elmləri doktoru, professor

Sufizmin çoxsaylı təriqətlərinin tarixini, nəzəri-fəlsəfi mahiyyətini, bu təriqətlərin münasibətlərini araşdırmaq müşkül məsələdir. Nəinki bir insan ömrü boyu, hətta bir universitet bir əsr araşdırma aparsa belə bu işin öhdəsindən gələ bilməz. Bu olduqca adi müxtəsər qeydlərdən sonra biri digərini tamamlayan iki məsələyə qısa-eksklüziv nəzər salsaq güman edirik ki, onu bir bədii-fəlsəfi cərəyan kimi adi oxucu səviyyəsində təqdim etmiş olarıq. Birincisi, sufizmin intişarında (təkamülündə) bədii ədəbiyyatın rolu nədən ibarətdir; ikincisi sufizm (təsəvvüf) ədəbiyyatın poetikasını hansı səviyyədə təkmilləşdirdi. Sufi ədəbiyyatda, təbii ki, əsasən poeziyada dini (mistik) fəlsəfi məzmun özünün ifadəsi üçün poetik mükəmməllik tələb edirdi. Çünki sufizmdə (sufi üçün) poeziya Allaha qovuşmaq üçün vəcdə gəlməyin, ekstaza çatmağın əsas vasitələrindən biri idi.

Sufi ədəbiyyatına universal yanaşmaq çox çətindir. Fəqət, bizi belə yanaşmaya sövq edən, vadar edən bir ədəbitarixi zərurət var. Dinifəlsəfi sufizmin, mistizmin təşəkkül tapıb formalaşması Şərqdə ümummüsəlman mədəniyyəti ilə eyni kontekstə malikdir. Konkret desək, ərəbin zehniyyəti, farsın lisanı türkün ruhunun mədənitarixi vəhdəti sayəsində təşəkkül tapmış ümummüsəlman mədəniyyəti IX-XIII əsrləri əhatə edir. Tarixi baxımdan isə bu Şərqdə 500 il hökmdarlıq etmiş Abbasilər sülaləsi zamanına (758-1275) təsadüf edir. Şübhəsiz ki, əsaslandırılması ciddi səbəblər dəlillər tələb edən bir fikri tezis şəklində söyləmək istəyirik. Şərqdə ümummüsəlman mədəniyyəti kontekstinin dağılması Abbasilərin süqutu zamanındanXIII əsrin sonlarından başlanır. Məhz bundan sonra hər bir xalqın ədəbiyyatında ana dilli poeziyaya meyil güclənir, ədəbiyyatda ümumşərq amilini (bədii universalizmi) millilik amili üstələməyə başlayır. Oğuzsəlcuq mədəniyyəti təşəkkül tapırXVI əsrdə zirvələşir. “XI-XII əsrlər müsəlman mədəniyyətinin təşəkkülündə ümumən türk təfəkkürü kimi, Azərbaycan təfəkkürü iştirak edir, lakin müsəlman mədəniyyətində bütünlüklə reallaşa bilmir; bir tərəfdə xəmsələr, ikinci tərəfdə oğuznamələr yaranıb yayılır. Şübhəsiz, Azərbaycan təfəkkürü qədər defferensial hadisə olsa da, müsəlman mədəniyyətinə özünün ümumtürk konteksti ilə çıxır...” Bu sətirlərin müəllifi, AMEA-nın müxbir üzvi N.Cəfərov düzgün təyin edir ki, şəhərlərdə müsəlman mədəniyyəti inkişaf edir, əyalətlərdə isə tarixietnik keyfiyyətlər qorunur, onlar arasında qarşıdurma ilə yanaşı, qarşılıqlı zənginləşmə mövcud olur. Məhzbu proses nəticə etibarı ilə XIII-XVI əsrlərin Azərbaycan oğuzsəlcuq mədəniyyətini formalaşdırır” (Cəfərov N. Füzulidən Vaqifə qədər. Bakı, 1991, s.5-6).

Şərqdə təsəvvüf ədəbiyyatının ən görkəmli nümayəndələri Sənai Qəznəvi (1131-ci ildə anadan olub, əsas əsəriHədiqəmül-həqayiq”), Fəridəddin Əttar (1119-1230, əsas əsərləriMəntiqüt-Teyr”-“Quşların diliİlahinamə”), Mövlanə Cəlaləddin Rumi (1207-1273, əsas əsəriMəsnəviyi-mənəvi”, yəniDaxili məna haqqında poema”), Nurəddin Əbdürrəhman Cami (1414- il, əsas əsərləri məsnəvilər, “Salaman Absalalleqorik romanı, “TöhvətüləhrarSüphətəl əbrarpoemaları) vardır.

Türk ədəbi-mədəni təfəkküründə sufizmin ilk ifadəçisi Əhməd Yəsəvi olmuşdur. Türk təfəkkür tarixinə dünya ədəbiyyatına XII əsrdən üzü bəri ilahi eşq fədaisi, böyük sufi irfançı alim,  möcüzələr yaradan övliya kimi daxil olmuş Xoca Əhməd Şeyx İbrahim oğlu Yəsəvi (1103-1167) Orta Asiyada Seyram şəhərində anadan olub, 7 yaşında ata-anasını itirib, yüksək dini təhsil alıb, 63 yaşında təkyəsinin yanında dərin bir quyu qazıb Məhəmməd Peyğəmbərə məhəbbət əlaməti olaraq onun öldüyü yaşdabir il orada yaşayıb, ömrünü Allaha dua etməklə keçirib. 1167-ci ildə Yəsi şəhərində vəfat edib. XIV əsrdə Əmir Teymur onun məzarı üstündə həşəmətli bir türbə tikdirib.

Ə.Yəsəvinin bir irfançı alim kimi əsas xidməti bu idi ki, o, sufizmi qədim türk-şaman mədəniyyəti ilə birləşdirib. Butaxta qaşıq düzəldən ustaAllaha birləşməyin yolunu eşqdə görürdü. Onun sufi görüşləri onun şeirlərdən ibarətDivanihikmət elmi fikirlərindən ibarətFəqrnaməəsərlərində əksini tapıb. Ə.Yəsəvi sufizmdə ilk türk təriqətiniyəsəviliyi yaratmış birinci böyük türkdür.

Sufizm kainatı bəsirət gözü ilə görməyi bacaranların getdiyi yol bədii-fəlsəfi təlimdir. Sufinin gücü ruhundadır. Ruhu insana Allah verir, ruh Allah əmanətidir, əqli isə insan özü qazanır.

Qeyd edildiyi kimi, sufizm, xüsusilə ilkin zahidlik mərhələsində  üçüncü xəlifə Osmanın dövründə peyğəmbərin qoyduğu qaydaların pozulmasına, xüsusilə mali bərabərsizliyə etiraz əlaməti olaraq meydana gəlsə , onu İslam sivilizasiyasından ayırmaq olmaz. O, əslində (1200 ildir ki!) İslam sivilizasiyasının müxtəlif mühitlərdə yaşamaq qüdrətinin təsdiqidir. Sufizm tədricən İslamın dünya dininə çevrilməsi prosesinə xidmət etmişdir. Sufizm intellektual ruhi təmaslar sistemidir, onun müxtəlif bədii-fəlsəfi üsul vasitələri işlənib hazırlanmışdır. Təkcə onu qeyd edək ki, sufizmin təsir gücü , mübahisə doğuran qüsuru da fikir söylərkən məcaz istiarələrdən (bəzən ifrat!) istifadə olunmasındadır.

Bununla yanaşı, sufizmin dünyada yayılıb nüfuz qazanmasında məhz həmin məcazlarla danışan bədii ədəbiyyatın misilsiz rolu olmuşdur. Qeyd edildiyi kimi, IX əsrin birinci yarısında zahidlikdən sufizmə keçid baş verir. Bütün Şərq sivilizasiyasındaƏş-şeyx əl əkbər” (Ən böyük şeyx) titulu ilə məşhur olan İbn Ərəbi (1165-1240) sufizmi vəhdəti-vücudla birləşdirdi. Sufizm panteizmin fəlsəfi mahiyyətini  ehtiva etdi. Bu baxımdanVəhdəti-vücud hər şeydə Tanrının qüdrətini, lütfünü, sifətlərinin məcəllasını görmək, hər şeyin onun varlığı ilə müqayisədə bir kölgədən, ilğımdan başqa bir şey almadığını qəbul etməkdir” (Sərxan Xavəri).

İbn əl-Ərəbi təliminin sufizmdə, o cümlədən Azərbaycan bədii-fəlsəfi fikrində əsas yer tutmasının səbəbi bu idi ki, sufizmin tarixi boyu onun ən çox yayılmış qolu vəhdəti-vücud ya panteizm olmuşdur əslində vəhdəti-vücudfəlsəfəsi sufizmin nüvəsidir (“Azərbaycan ədəbiyyatı tarixi”. 6 cilddə, III c. Bakı, “Elm” 2009, s.45). Bu cildin müəllifləriSufizm daha çox teologiya ilə bağlı idealist mahiyyətli bir dünyagörüşüdür” (s.46) kimi bir fikri irəli sürürlər.

İbn Ərəbi özünün məşhurİstəklərin şərhçisitraktatında insanı Allahdan sonra ikinci yerə qoyur, mistik vəhdətdən sonra Allah insandır qənaətinə gəlirdi.

İbn Ərəbiyə görə, bilik təkcə keçmişi yox, həm gələcəyi bilməkdir. O, dərketmə, özünüifadə özünü reallaşdırma kimi üç prinsipə önəm vermişdir. Sufizm həqiqət qarşısında sitayişdir. Onu bilməliyik ki, nəyi öz ağlımızla əhatə edə bilmərik. Ona görə biliklər iki cür olur: müdriklikyəni insan təfəkkürünün imkanı çatan biliklər; ikincisi mistikikyəni səmavi, ilahi, Allahdan gələn biliklər...

Türk ədəbiyyatında sufizmDivanihikmətəsəri ilə başlanır. Türk mədəniyyəti tarixində təsəvvüf epoxasının başqanı Əhməd Yəsəvi idi. “Yasəvi-vahid türklüyə  qədərki son vahid türkislam mədəniyyətinin ilk böyük şairideoloqu oldu” (Yaşar Qarayev). İslam dininintürk mənəviyyatında rəsmiləşməsi Əhməd Yəsəvinin adı ilə bağlıdır... Qərb türkləri arasında Əhməd Yəsəvinin ən böyük varisi isə heç şübhəsiz bütün poeziyasının mayası səmimiyyətdən yoğurulan Yunis Əmrədir” (S.Xavəri).

Ümumtürk ədəbiyyatında sufizmin ilk korifeylərindən biri Mövlanə Cəlaləddin Rumi (30 sentyabr 1207, 17 dekabr 1273) hesab olunur. Mövlanə 30 sentyabr 1207-ci ildə indiki Əfqanıstan ərazisinə daxil olan, o zaman çox böyük Şərqdə məşhur Bəlx şəhərində anadan olub. Bahauddin Vələd adı ilə məşhur olan atası Məhəmməd ibn Hüseyn əl-Xətibi, əl-Bəlxi (1148-1231) dindar alim idi təbii ki, oğlunaCəlal əd-din Məhəmməd Mövləvi Bəlxi Rumiyə yüksək təhsil vermişdir. Onun atasıalimlərin sultanıadını qazanmışdır. Mövlanə 1212-1220-ci illərdə Nişanurda, Bağdadda, Dəməşqdə yaşayıb. Mədrəsə təhsili alıb. Ailəsi ilə birlikdə birdəfəlik Konya şəhərinə köçüb (1220). 1244- ildə onun həyatını dəyişdirən bir hadisə baş verib. Rumi böyük sufi mütəfəkkir Şəms Təbrizi ilə görüşüb. İki il onun təsiri altında qalıb, Mövləviyyə təriqətini yaradıb, bu ilahi dostluq sayəsindəDivanŞəms Təbrizini yazıb. Rumi əl-Qəzalinin davamçısı, böyük sufi Nəcməddin Kübra ilə yaxınlıq edirdi.

Ləpənd şəhərində anası Möminə xatun vəfat etdikdən sonra (1222) Cəlaləddin Bağdaddan Ləpəndə köçmüş, Şərəfəddin Səmərqəndinin qızı Gövhər xanımla evlənir ondan böyük oğlu Sultan Vələd dünyaya gəlir. 1228-ci ildə Sultan Əlaəddin Vələd Keysubad Ruminin atası Bahauddin Vələdi paytaxt Konyaya dəvət edib ona ehtiram göstərərək böyük vəzifə verir. Üç il sonra Ruminin atası da vəfat edir. Atasının ölümündən sonra onun mürşidləri Cəlaləddin Ruminin ətrafında toplaşır. O, 1233-1244- illər arasında mürşidi ( atasının müridi!) Seyid Bürhanəddinlə Hələbdə Dəməşdə ali dini təhsil alır. Mövlanə Cəlaləddin Rumi 45 min şeirdən ibrətDivani-Şəms Təbrizini”, 43 il müddətinə isə 24 min 660 sətrlik 7 kitabdan ibarətMənəviyyat Məsnəvilərini,  habeləOlan olduğu kimimetafizika mövzusunda söhbətləradlı elmi əsərlərini yazmış, 17 dekabr 1273- ildə 66 yaşında Konyadakı evində vəfat etmişdir. (Ətraflı bax: Azadə R. Mövlanə Cəlaləddin Rumi. Bakı, 2005; Şəfiq Can. Mövlanə həzrətlərinin həyatı. Mövlanə Cəlaləddin Rumi. “Məsnəvidən seçmələr. Bakı, 2007, s.17-24; Kərimli T. Mövlanə müasirlik. AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Elmi əsərləri. c. 20. 2007, s.22-31; “Xəzərjurnalı. 2004, №4, s.23-29).

Mövlanə sufizmin ilk dərslərini atasından almış, 1244- ildə Şəms Təbrizi ilə görüşünə 37 yaşına qədər böyük şöhrəti ( müridiləri!) olan kamil bir sufi idi. Onun türk sufizminin korifeyi səviyyəsinə qalxması Şəms Təbrizidən sonra mümkün oldu. “Xəzərjurnalında (2004, №7, s.23) o, “Şeyx, İran sufi şairi, filosofukimi təqdim olunur. Dərhal qeyd etməliyəm ki, Mövlanə Cəlaləddin Rumi Şeyx Nizami Gəncəvidən sonra farsca yazmış ikinci böyük Türk şairidir. Türk ədəbiyyatında bir dahiNizami GəncəviŞeyx”, iki dahiCəlaləddin Rumi Məhəmməd FüzuliMövlanətituluna layiq görülüb bütün dünya bunu məmnuniyyətlə qəbul edib. İki Mövlanə türk ədəbiyyatında sufizmin iki ən uca zirvəsi, 33 il ömür sürmüş əbədi gənc Ş.Şəbüstəri isə bu zirvələrin ağırlığını çiyin- lərində saxlayan əbədiyyət sütunudur...

Mövlanə ilə Şəmsin görüşünə elmi qiymət verən görkəmli alim AMEA-nın müxbir üzvü Azadə xanım İran alimi B.Firuzanfərə istinadən yazıb: “1244- ilin payızında  dünyagörüşünə əsaslı şəkildə təsir göstərən, şəxsiyyəti sehr dumanlara bürünmüş bir nəfər sufi dərvişləŞəms Təbrizi ilə tanış oldu bu tanışlıq onun sakit həyatını tamamilə alt-üst etdi. Mövlanə mədrəsəni, mühazirə moizələri tərk etdi, xarici aləmlə praktiki olaraq əlaqəni üzdü. Şəmslə olan təmasdan onun mənəviyyatına bir ayrı bucaqdan işıq düşmüşdü, o özündə tamamilə başqa bir  xislət kəşf edirdi. Bu yaxınlıq onda mürgüləyən mövcudiyyatından heç kimin, hətta özünün belə xəbəri olmadığı fövqəladə ülvi hisslərə təkan verib onları oyatmışdı. Şəms onun üçün İlahinin Yer üzündəki məcəllasına çevrilmişdi... Saatlar, günlər, aylarla o, Şəmslə baş-başa verib ilahi söhbətlərə dalır özünü ilahi nurlar aləmində hiss edirdi” (“Mövlanə Cəlaləddin Rumi”. s.11).  Mövlanə Şəms münasibətləri ilə dərindən maraqlandığım üçün müxtəlif məxəzlərdən yaddaşına keçənləri bu yazıya qeyd etmək istəyirəm. Bildiyimə görə, Şəms Təbrizi otuz beş yaşında olduqca gözəl, yaraşıqlı, qürurlu, eyni zamanda qeyri-adi dərəcədə savadlı, məlumatlısufizmi dərindən bilən dönməz əqidə sahibi, bəlağət elmlərinə ilahi vergisi olan çox cazibəli nitq qabiliyyətinə malik, nitqi ilə insanları ovsunlayan, dəmir kimi məntiqi ilə hər kəsi öz təsiri altına salan, maqik imkanlara malik fərasətli şair alim idi. Cəlaləddin Rumi onunla bir mağaraya girir həftələrlə ona qulaq asmaqdan doymurdu. Mürşidin bu haləti həm onun oğlanlarını, həm yüzlərlə müridini əsəbiləşdirir. Onlar Mövlanənin Şəmslə intim əlaqəsindən şübhələnirdilər. Mərhum filosof Ağayar Şükürov ensiklopedik xarakterli çox dəyərli kitabında yazıb: “Şəmsəddin Təbrizinin ideya baxışları Cəlaləddinə həlledici təsir göstərmişdir. Dərvişə odlu səmimi şəkildə bağlanan Cəlaləddinin ondan ayrılmağa gücü çatmırdı. Cəlaləddin mədrəsədə məqalələri buraxır, şagirdləri ailə üzvləri ilə çox nadir hallarda görüşürdü. Bu isə olduqca böyük narazılıqla qarşılandı. Əvvəlcə sakit pıçıltılar, sonra isə açıq hədələr (Şəmsəddin Təbrizinin əleyhinə) başlandı. Hətta Şəmsəddinin həyatına uğursuz qəsdlər olmuşdur. Şagirdlərin sakitləşməyəcəyini hiss edən Şəmsəddin 11 mart 1246- ildə gizli surətdə Konyadan çıxaraq Dəməşqə qaçır. Əhvalı pozulmuş Cəlaləddin yeganə inandığı oğlu Sultan Vələdi Şəmsəddinin arxasınca Dəməşqə göndərir. O, məktubunda acizanə surətdə geri qayıtmasını xahiş edirdi. Şəms Vələd piyada Konyaya qayıdırlar. Şagirdlər Şəmsi düşməncəsinə qarşıladılar. Fiziki hədələr davam etdirilirdi. Cəlaləddin özü isə sevincindən göyün yeddinci qatında idi. Lakin Şəmsin düşmənləri yanılmamışdı bu dəfə birdəfəlik yox oldu. Bu hadisə 1247-ci ilin ortalarında baş vermişdir. Mənbələrdə bir sıra versiyalar irəli sürülür. Onlardan biri belə idi ki, Şəms Cəlaləddinin kiçik oğlu Ələddin tərəfindən xəncərlə öldürülmüş quyuya atılmışdır. Onu quyudan çıxaran Sultan Vələd Şəmsi torpağa basdırmışdır”. (Şükürov A. Şərq fəlsəfəsi filosofları. Bakı, 2005, s.466-467). Əldə olan məlumata görə, bu olay Cəlaləddin Rumidən gizlədilmiş, o, Dəməşqə gedərək Şəmsi axtarmışdır. Dərddən Cəlaləddinin vəziyyəti ağırlaşır hamı düşünür ki, o dəli olacaq. Lakin Allahın köməyi, buyruğu iradəsi ilə o dönüb şair olur (“Şəmsimzası ilə yazır). “Divani-Şəms Təbrizini yaradır. Mənbələrin verdiyi məlumata görə, Şəms Təbrizinin oğlu Ələddin tərəfindən öldürüldüyünü biləndən sonra oğlundan imtina edir o öləndə dəfninə getmir... Şəmsdən sonra oSəmaadlanan rəqslərə baxıb təskinlik tapırmış.

Əminliklə qeyd etməliyik ki, Mövlanə Cəlaləddin Rumi ilə Şəmsəddin Təbrizi arasındakı münasibət cinsiyyət üzərində yox, ülviyyət məqamında qurulmuşdur. Bu ilahi sevgi mütləq bir eşq idi. Tarixdə onların obrazı əl-ələ tutub Allaha doğru gedən müqəddəslər kimi qalacaq...

Mərhum Azadə xanımın dediyi kimi, Şəms Mövlana üçün Tanrı məzhəri idi. Sufilərə görə isə belə bir varlıq yox ola bilməzdi. Ona görə Mövlanə heç vaxt Şəmsi unutmamışdı. Cəlaləddin Rumi özündən əvvəlki böyük sufiləriSənan Əttarı, Mütənnəbini,  böyük Mənsur Həllağı, Bəyazid Bistamini, imam Qəzalini, Dəməşqdə dərs deyən İbn əl-Ərəbini yaxşı mənimsəmişdi.

C.Rumi ümumiyyətlə sufilər elə sənətkarlardır ki, onların həyatı, mühiti taleyini, sufizmin mövcud tarixi-fəlsəfi  ədəbi kontekstini nəzərə almadan onların ayrı-ayrı müddəalarını düzgün təhlil şərh etmək olmaz. Mövlana haqqında bütün həqiqətləri demək üçün on illərlə işləmək, onlarla traktat yazmaq lazımdır. Böyük yazıçı namuslu ziyalı A.Məsudun  Mövlanadan seçib incələdiyi Xəzərjurnalında dərc etdirdiyi (2004, №4, s.25-30) bəzi fikirləri hüzurunuza çatdıraq.

Bu dünyanın ali məqsədiinsandır, insanın ali məqsədian... Bədənin məqsədi  ruh qazanmaqdı, ruhun məqsədihissləri idarə etmək. Hissləri idarə etməyin məqsədiqəlbin kamilliyi, qəlbin məqsədi isəsevgidir.

Ey sufi! Şərabsız məst olan, çörəksiz toxtayan, havalanıb çörəyini, yuxusunu unudan dilənçi əbası geymiş padşah! ... Xarabalıqda xəzinə, havadan, torpaqdan olmayan, alovdan, sudan olmayan sahilsiz dəniz... Yüzlərlə ayın, günəşin sahibi! Müdrikliyi kitablardan olmayan, həqiqətin yoğurub ərsəyə gətirdiyi kamil insan!

Sufiyə dindar demək olarmı? ... Yox, o daha ali yüksəkliklərdədir! O etiqadın kafirliyin fövqündədi. Onun üçün saleh əməl, yaxud günah deyilən şey yoxdur. O gizlidədi, axtarmayın onu.

Günəşin mövcudluğuna sübutGünəşin özüdür. Sübut istəyirsənsə  ondan üz çevirmə.

Zamanın dövriyyəsindən çıxmaq lazımdı, sevgi dövriyyəsinə düşmək gərəkdi.

Dünyanı işıqlandıran Günəş ona yaxınlaşarsa dünya məhv olar.

Dünyaya nəşə dolu gözlərlə baxma: ilanın kürəyini gözəl naxışlar bəzər, zəhəri isə öldürər.

Mən təsdiq edirəm ki, insan qanmazlığının bütün növlərindən ən pisi, ən yaramazı ən zərərlisi bu dünyadan sonra ayrı bir həyatın olmadığına inanmaqdır. Əslinə baxsan, bütün müdrik filosofların müdrik yazıçıların əsərlərini vərəqləyəndə görürük ki, bunların hamısı eyni bir şeyi deyir: bizlərdə əbədi olan isə var.

Bədəni yüksəldib nəcibləşdirən qəlbdir. Bədənruhun dəryasında bircə damladır.

Hər bir düşmənin sənə dərmandır. O sənə fayda gətirər: qəlbinə dinclik verir. O səbəbdən ki, ondan qaçıb təklənirsən Allahın mərhəmətinə ümid kəsilirsən.

Kainatın yaranmasına altı gün sərf edilibsə, insanın yaranmasına 40 il sərf edilib s.

Bu münvalla Mövlana Cəlaləddin Ruminin yüzlərlə sufi kəlamını misal gətirmək olar... lakin sufilər (vəhdəti-vücud!) demişkən dənizin suyunun şor olduğunu anlamaq, hiss etmək üçün bütövlükdə dənizi içməyə ehtiyac yoxdur, bir qurtum da kifayət edər. Beləliklə yolumuz Mövlanadən (Cəlaləddin Rumidən!) Mövlanayə (Məhəmməd Füzuliyə!) doğru yön alır. Amma biz bu yolu Yunis Əmrə işığında getməliyik, Şeyx şair Şah İsmayıla salam verməliyik, Nəsimi poeziyasının fəlsəfi şərbətini (bəzən ağısını!) dadmalıyıq, hürufizmin müəmmalı dolanbaclarında Fəzlullahın ətəyindən tutub irəliləməliyik. Nəvai dəryasında paklanıb Azərbaycan ədəbiyyatında sufizmin ( bir çoxizmlərin!) ucsuz-bucaqsız okeanına baş vurmalı, dünya lirik şeirinin kahkəşanınasonuncu Mövlanə Füzuli poeziyasına, bədii-fəlsəfi şeirin tanrısının müqəddəs ətəklərinə baş qoymalıyıq.

Türk poeziyasında sufizmin parlaq təmsilçisi Yunus Əmrə (1240-1320) olmuşdur. Əhməd Yəsəvi eşqin peyğəmbəri idi. Dahi Füzuli onun tanrısı səviyyəsinə yüksəldi. Beləliklə XII əsrdə türk bədii-fəlsəfi təfəkküründə yəsəviləşən eşqXVI əsrdə füzuliləşdi. Bütün füzulişünaslar şairin heç bir sufi təriqətinə mənsub olmadığını bununla da Füzulinin sufi olmadığını iddia edərkən məhz başlıca həqiqəti görə bilməmişlər: Füzuli eşqinin ilahi qüdrətini! Füzuli SÖZ-ünün xəmiri bu eşqdən yoğurulmuşdu. Onun disturu belə idi:

Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl

Edə hər saət səni ol uyğudan

bidar söz.

Yəsəvidən Füzuliyədək bu sözün nazını çəkən, onu ölünü diriltmək gücündə görən, yaradan şairlərdən biri Yunus Əmrə idi. Y.Əmrə özündən sonra bütün türk sufi aşıq poeziyasına təsir etdi, nəinki təsir etdi, bu poeziyanı yaratdı. O, bizim aşıq poeziyasında ən azı Molla Qasıma, Şah Xətaiyə, Qurbanəliyə güclü təsir göstərmişdir. Türkiyə alimi A.KölpnarlınınYunus Əmrə təsəvvüf” (1961), Azərbaycan alimi K.V.NərimanoğlununTürk dilinin bəstəçisi, rəssamı memarı” (1994) kitabları Y.Əmrə haqqında dəyərli örnəklərdir. Bununla belə biz S.Mümtazın, A.Şaiqin T.Namazovun araşdırmalarını unutmuruq. Y.Əmrədən öncə Ə.Yəsəvi Mövlanə Cəlaləddin Rumi var idi. Yunisin gücü, qüdrəti təkcə ilahinin verdiyi istedada deyil, həm bu istedadın qədrini bilmək, onu yönəltmək istedadında idi. Yunisin yaşayıb yaratdığı XIII əsrdə artıq ümummüsəlman mədəniyyəti konteksti dağılmış, xalq poeziyası, ana dilli şeir uklonuna, aşıq poeziyasına keçid başlamışdı. Y.Əmrə klassik Şərq (türk) sufi poeziya ənənələri ilə, ana  dilli şeiri, xüsusilə türkazəri aşıq şeiri sintez edə bildi. Məhz Y.Əmrədən sonra poeziya sufizm haqqında sadə dildə böyük həqiqətlər söyləməyə başladı. Yunus poeziyada mürəkkəbliyin sadə, aydın poetikasını yaratdı.

Yunus Əmrənin sufi fəlsəfəsi Şərqdə  məşhur dörd ünsürə əsaslanırdı: “Risalətün-Hüshiyyə oxuyuruq:

Padişahul hikməti gör neylədi,

Odu su, torpağı yelə söylədi.

Torpaq ilə suyu bünyad eylədi,

Ana Adəm deməki ad eylədi.

Yel gəlib ardınca dəbitdi anı

Andan oldu cismi-Adəm, bil bunu

Od dəxi gəldi bu qızdırdı anı

Çünki qızdı cismə ulaşdı canı

Surətə can girməgə fərman olur

Padşah əmri ona dərman olur.

(Yunus Əmrə. Əsərləri. Bakı, 2004, s.255)

Bunun sufi yozumu belədir ki, “həm can, həm ünsürlərdən hər biri öz əslinə dönəcəkdir” (Qəzzali). Əmrəyə görə insanın fiziki bədəni bu dörd ünsürdən yaranıb, yenə nəhayətdə bu dörd ünsürə qayıdacaq. İnsanın bədəni torpaqdan, nəfəsi havadan, qanı sudan, enerjisi oddan qidalanıb. Əslində insanın varlığı bu dörd ünsürdən ibarətdir. İnsan öləndə qan suya çevrilir, bədən torpağa, məzarda ikən enerji od şəklində dışarı çıxır, ruhu (hava) Tanrıya qovuşur.

Dahi FüzulininRindü-Zahidəsərində, dünyada irfandan böyük heç tanımayan Zahid (ata) oğlu Rində deyir: “Daha yaxşı olar ki, sənət kəsb etməkdən qabaq elmə rəğbət edəsən. Elm öyrənmək vadisinə gələsən ki, elm ruhani ləzzətlərin zəncirini hərəkətə gətirəndir Allahı tanımaq sirrlərinə vasitədir”. Şeir: “Elm bir dəryadır ki, ondan Həqqi tapmaq gövhəri hasil olurHind ona belə cavab verir: “İrfan istedadı xəttdən (elmdən!) asılı deyildir. Peyğəmbərin savadsızlığı, təhsilsizliyi buna şahiddir:

                                                           Rübai

Münəccimlik, nəhv, sərf, fiqh,

fəlsəfə elmləri

Əqli yüksəltmək danışığı

ziynətləndirmək üçündür

Həqiqət əhlinin bunlara

ehtiyacı yoxdur

Çünki Allaha yaxınlıq məqamında əql heyran, nitqdə laldır.

            (V c. s. 18).

Burada bir haşiyə:

Bir gün birisi məsciddə namaz qılırmış. Bir sufi gəlib namazın önündən keçir. Namaz əhli hirslə səsini ucaldır. Sufi bir qayıdıb keçəndə kişi dözə bilmir, günah sənin deyə namazı pozur qəzəblə dillənir: Ay kişi niyə mənimlə Allahımın arasına girirsən? Sufi tez cavab verir: Əgər səninlə Allah arasında bir adam keçən qədər məsafə varsa sənin namaz qılmağının heç bir əhəmiyyəti yoxdur.

Allah insanın qəlbində olmalıdır. Mən bu fikirdəyəm ki, Allah sevən ürəklərdə gecələyir. Vaxtı yetmişkən bir fikri ərz edim: bir var müdrik elmlər, insanlar kitabları oxuyub filosof olur. Bu yer adamının ağlının imkanları çevrəsində olan elmlərdir. Bir var mistiksəmavi, ilahi elmlər. Müdrikin yüz kitab oxuyub gəldiyi nəticəni, mistik insanın (hadisənin, yer üzünün) üzünə bir baxışla hasil edir. Əslində dahi Füzuli Rindin dili ilə dediyi həqiqətləri böyük türk Yunus Əmrə 700 il öncə belə söyləyib:

Elm ilə, hikmət ilə kimsə girməz bu sirrə

Bu bir əcayib sirdir, elmə, kitabə sığmaz.

Biz qoca sufi Yunusu elmə, kitabə sığışdıra bilmədik...

 





16.12.2012    çap et  çap et