525.Az

"Səhər görüşü"- Marqaret NORRİS


 

"Səhər görüşü"- <b style="color:red">Marqaret NORRİS </b>

XX əsrin sonlarıkütləvi sənətin (yaxudkutlə üçün sənətin) artıq sabitləşmiş janrlarını yaratdı: film-dəhşət, roman-kataklizm, triller, vuruş-film (“boyevik”), yaxud vuruş-roman, komiks, fentezi s.

 

Oxucudan  gizlətmirəm, mən hələ özum üçün müəyyən etməmişəm  ki, bu janrları nəzərdə tutubkütləvi sənətdeyəndə, bizsənətsözünü yerində işlədirik, yoxsa,  yox? Yəni söhbət həqiqətənmi sənətdən gedir?

 

Bilmirəm, amma burası da mənim üçün aydındır ki, həmin bukütləvi sənətin maraqlı nümunələri yaranır.

 

Mənim əlim dinc durmadı məşhur Marqaret Norrisin bir triller-hekayəsiniməncə, xaliskiçnümunəsinimüəllifin üslubunu saxlamağa çalışaraq tərcümə etdim.

 

ELÇİN

 

 

SƏHƏR GÖRÜŞÜ
hekayə

 

Marqaret NORRİS

 

 

Əvvəlcə  ona heç fikir vermirdim. Bu qadın ilə mən Ceyems-stritin kəsişdiyi tində, saatın altında dayanmışdıq, çərşənbə axşamı səhər saat  beş idi biz bomboş küçənin gah o başına, gah da bu başına baxırdıq. Mən Redi gözləyirdim, dostumu. Soyuq idi, Red ki,  gəlib cıxmırdı. Özümü saxlaya bilməyib əlimi çiynimdən asdığım qolf çantasına vurdum Redin qarasına yavaşcadan bir-iki yağlı söz dedim.

 

Əsəblərinizi qoruyun, cavan oğlan! – deyə qadının bir az istehzalı, bir az da mehribansayaq səsi eşidildi.

 

Yaxşıdı , səhər saat beşdə adamın fikrini oxuyan tapılıb mənimçün! Sərt hərəkətlə çevrilib onu əməlli-başlı süzdüm.

 

Bu  qadının qəribə görkəmi vardı: orta yaşlarındaydı, özü pota, tviddən balaxon palto geymişdi, köhnə ayaqqabılarının qısa dabanları yeyilmişdi, bütün bunları da cidd-cəhdlə yığdığı dalğavari saçları, səliqə-səhmanla da kirşanlanmış sifəti tamamlayırdı doğrusu, belə bir səliqə-sahmandan, bu cidd-cəhddən sonra, bu cürə geyinməkdə bir tələm-tələsiklik varıydı.  Çox güman ki, qonaq getmək istəyirmiş, amma birdən nəsə bu qadına mane olub o da əlinə düşəni əyninə keçirib, tələm-tələsik küçəyə çıxıb.   

 

Mənim onunla çərənləməyə həvəsim yox idi. Lənətə gələsən səni, Red! Harda itib-batmısan?

 

Adam gərək səbrli olsun, onda hər şey düzəlir,-deyə qadın nəsihət verməyə başladı onun səsində yenə bir balaca rişxənd var idi.

 

Yaxşı . Bəlkə doğrudan da mən səfehin birinə oxşayıram, səhər saat beşdə qolf çantasıyla burda dayanmışam? Qoy olsun, amma o kimdi ki, mənə rişxənd edir?

 

Mən küçənin o biri başına gedə bilmirdim, qorxurdum ki, ora getsəm Red məni görməz. Çantanı çiynimdən çıxarıb telefon köşkünün yanına qoydum bankın giriş qapısına tərəf getdim ki, orda divardan asılmış səhər qəzetlərinin başlıqlarına baxım.

 

Bu qadın da gəlib yanımda dayandı.

 

Televiziyanın axşam xəbərlərində dedilər! Karnovendən qaçıb. Manyak qatildir!  Belələri gərək hospitalda istirahətlə məşğul olmasınlar! Onları dəmir qəfəsə salmaq lazımdı, ordadı onların yeri, həbsxanada!

 

Karnoverdə dəmir qəfəs var,-deyə etiraz etdim qadın mənə baxanda: – Yanından keçəndə görmək olur.- dedim.-Pəncərələrin hamısında dəmir barmaqlıqdı.

 

Deməli möhkəm deyil ! Yoxsa ordan qaçmaq olardı? Özü , məncə, manyakı xəstə adlandırmaq  axmaqlıqdı. Qatil!-bax budu onun əsl adı!

 

Biz yanaşı dayanıb xəstəxanadan qaçanın fotosuna baxırdıq. Yağış fotonun üzünü elə yuyub aparmışdı ki,  əməlli-başlı bir şey görünmürdü. Elə pırpızaqlı saçları vardı ki, elə bil arvaddı. Cibimdə heç olmasa,  beş sent olsaydı, qəzet alıb bütün məqaləni oxuyardım...

 

İşə bax ! Qatili tutub elə yerə aparırlar ki, oradan qaçır, bizim canımıza vəlvələ salır!

 

Amma belə baxanda, heç qorxan qadına oxşamır... Beləsinin mən cikinə , bikinə bələdəm: sən deyirsən, de, vecinə deyil, dayanmaq bilmir, elə hey çərənləyir. Özündən müştəbeh. Məni həmişə cin atına mindirən elə belələridir.

 

Başıma gələnlərdən bilirəm ki, bu cür görüşlərin axırı nəyə gətirib çıxarır, ona görə telefon köşkünə tərəf geri qayıtdım yenə o tərəf- bu tərəfə baxdım. Səbrim tamam tükənmişdi.  Bir maşın ötdü, sonra da biri. Hələ yuxudan yaxşı oyanmamış bir işçi qoltuğunda günorta yeməyi qabağımdan keçib getdi.

 

Red isə görünmürdü ki, görünmürdü.

 

Əvvəlcə saata baxdım, sonra da o qadına. Eləcə bankın qapısı yanında dayanıb gözlərini qəzet başlıqlarına zilləmişdi.

 

Bəlkə onun da cibində beş senti yox idi ki, gedib qəzet alsın?

 

Çox boz bir səhər açılırdı ürəkoxşayan heç bir şey görünmürdü. Yenə bankın qapısına yaxınlaşdım qəzetdə bugün üçün hava haqqında  məlumatı oxudum.

 

Hava tutulacaq ara-sıra yağış yağacaq.”

 

Bilirdim ki, belə olacaq...

 

Axı bu Red harda qaldı?

 

Darıxmağın mənası yoxdu, cavan oğlan. Birinci avtobus ancaq beş otuzda gələcək.

 

Elə istəyirdim ağzımı açıb deyim ki, mən avtobus-zad gözləmirəm, amma yaxşı ki, vaxtında özümü ələ aldım susdum.

 

Yoxsa ki, başlayacaqdı höcətləşməyə, məni cıxaracaqdı özümdən.

 

Bu qadın xalamı yadıma salırdı, xalamın işıldayan  o özündənrazı gözlərini görürdüm kin məni boğurdu.

 

Mənə baxa-baxa:

 

Mənə elə gəlir ki, biz sizinlə haradasa görüşmüşük. Sifətiniz mənə  tanış gəlir...- dedi.

 

Deyəsən olursa- olsun, mənimlə tanış olmaq istəyir. Qorxdum. Səhəri hirslə, qəzəblə açmaq istəmirdim.

 

Siz yəqin hərdənBir fincan qəhvə dəyirsiz.-deyə diqqətlə mənə baxdı.-Yüz faiz, sizi hardasa görmüşəm!

 

İndi başa düşdüm ki, bu qadın niyə belə geyinibşübhəsiz ki, xörəkpaylayan işləyir. “Bir fincan qəhvəkafesinə girən kimi, paltosunu, hay-hayı gedib, vay-vayı qalmış  çəkmələrini çıxarıb atacaq bir kənara, formasını, tuflilərini  geyəcək o saat da girişəcək işə.

 

Mən o kafeni tanıyırdım, Ceyms-stritin axırında idi. Hətta bir- iki dəfə  orda olmuşdum da, amma xeyli vaxt bundan qabaq.

 

,-dedim,-orda oluram.

 

Bunu ki, belə görürdüm, maraqlanmadığı bir şey yoxdu, cavab verdim ki, bəlkə məndən əl çəkdi...

 

Yaxşı ki, dediz, yoxsa bütün günü fikirləşəcəydim ki, sizi harda görmüşəm.

 

Tində bir adam göründü bu qadın nəzərlərini indi ona zillədi. Gözləri bərəldi, ağzı da təəccübdən bir az açıldı, elə bil ki, balaca, məzəliohərfi idi.

 

Həmin adamın çox gülməli görkəmi var idi. Uzun, lap uzundraz idi, özü arıq, qəribə paltar geyinmişdi, elə bil ki, yarmarka artisti idi. Paltosu əyninə gödək idi, qolu az qala dirsəyinə qalxmışdı, gödək şalvarının balaqları ilə uzunboğaz ayaqqabılarının arasından da qıpqırmızı yun corabı görünürdü. Sifəti uzunsov idi, dərin qırışları gözlərindən düz ağzınacan uzanırdı. Ağzını açıb üzümüzə gülürdü.

 

Sabahınız xeyir, əziz dostlar! Necə bilirsiz, sizdən birinizin ürəyini yumşaldıb bir fincan qəhvə üçün on şillinq almaq mənə müyəssər olacaq, ya yox?

 

Qadın dodaqlarını bir-birinə sıxdı onun sifətinin ifadəsindən başa düşdüm ki, bu adama acı cavab vermək istəyir. Yadıma  düşdü ki, depressiya vaxtı qapımızı döyən avaraları başından eləmək istəyəndə xalamın da  sifətində belə bir ifadə  yaranırdı.

 

Niyə o bir fincan qəhvənin pulunu özünüz qazanmırsınız, ?- deyə qadın buz kimi bir səslə dilləndi.

 

Artistə oxşayan o adam ciddi bir görkəmlə təzim etdi:

 

Özüm? Madam, mən bunu lap axıra saxlamışam. İnsanların əliaçıqlığı, xeyirxahlığı birdəfəlik itib-batandan sonra, mən sizin bu təklifiniz haqda fikirləşərəm. Hələlik isə...-O mənə tərəf  çöndü.- Dostum, bəs siz, mənə bir balaca yardım edə biləcəksizmi?

 

Mən verərdim, amma hayıf  ki,  hec bir sentim yoxdur...

 

etmək olar?- deyə filosof kimi, təəssüf etdi.- Belə hesab edək ki, bu səhər bizim bəxtimiz gətirmədi. Belə bir sübhçağı gərək yorğan-döşəkdən qalxmayaydım... Əlbəttə yorğan-döşək olsaydı!..-Yenə gülümsədi.

 

Ona bir şey verə bilmədiyim üçün, ürəyim  hayıl-mayıl olmuşdu.

 

Sizin kimilərdir bizi biabır eləyən!- deyə qadın böyük-böyük dilləndi.-Sizə heç   vermək lazım deyil. Sizi qovmaq lazımdı! Sizin kimilərdir şəhəri pis günə qoyan!

 

Madam,- deyə o adam qadını başdan ayağa qədər süzdü.-Bu saat fikrimdə o qədər küçə sözləri var ki, gəl görəsən, amma mən ağzımı açmayacağam.- mənə göz vurub çıxıb getdi.

 

Bundan sonra, qadın özünü elə təhqir olunmuş saydı, elə coçub-daşdi ki, elə bil birdən-birə tvid balaxonu əyninə daraldı. Arvad, elə bil, bu saat partlayacaqdı.

 

Mən ürəyimi bürümüş qüssə içində o bomboş küçəyə baxırdım hiss edirdim ki, bu saat coşub-qaynayacağam orasını da bilirdim ki, bunun axırı mənim üçün nəylə qurtaracaq...

 

Kaş Red tez gələydi!.. – deyə  ürəyimdə Allaha yalvarırdım.-Tez elə, gəl, Red!.. Yəni tapa bilməyəcəksən ki, mən səni harda gözləyirəm?”

 

Qadın birdən-birə yenə bankın qapısı ağzında asılmış qəzetlərə tərəf qaçdı.

 

Bəlkə elə odu... Çirkli, qoca avara... Gör kim mənim kimi təmiz qadınla necə danışır?! Mənimlə, bir tikə çörəyini əlinin zəhmətiylə qazanan  adamla! deyirsiz deyin, bu elə Karnovendən qaçan həmin o manyakdı ki, var!

 

Özümü saxlamağa çalışırdım.

 

Məncə elə deyil...

 

Sən hardan bilirsən?!

 

Aman Allah, mənim o xalam da, bax, o vaxt mənim üstümə belə bir səslə çığırırdı...

 

O səs indiyəcən qulağımdadı: “Axı sən kimsən belə, misgin yetim, sən özünü kim hesab edirsən?!”

 

Anam öləndən sonra axı niyə məni onun yanına göndərdilər? Niyə göndərdilər ki, onunla yaşayım?

 

Qadın telefon köşkü tərəfə getdi.

 

Bu saat polisə zəng edəcəyəm! Görər, onun başına oyun açacağam!

 

Yox, belə eləmək olmaz!- dedim.

 

Sənə dəxli var? Sən niyə mənim işimə qarışırsan?-deyə çığırdı. ––Mən ona göstərəcəyəm! Mənimlə elə danışmaq olmaz!-Sonra da əlini çantasına soxdu ki, xırda pul çıxarıb polisə zəng eləsin.

 

    

 

lll

 

 

Mən az qala tamam ümidsiz halda yarmarka artistinə oxşayan o adamın ardınca boylandım. Eləcə addımlayırdı, elə bil, bütün dünya vecinə deyildi. Yox, mən imkan verə bilməzdim ki,  ona nəsə bir pislik eləsinlər. Bayaq mənə elə bir məhrəmliklə göz vurdu ki, elə bil, bu qadın kimi özündən müştəbeh, küt,  vücudundan zəhrimar yağan adamlara qarşı mənimlə ittifaq yaradırdı.

 

birdən küçənin axırında hospitalın furqonu göründü.

 

Mən bilirdim ki, bu Reddir, mənə kömək eləməyə gəlir. Bu arvadı bir neçə dəqiqə yubandıra bilsəydim... Əlimi onun çiyninə toxundurdum.

 

O isə:

 

Tərbiyəsiz!- deyə çımxırdı, sonra da səsini qaldırdı.- Lənətə gələsən səni! Sən özünü kim hesab edirsən, misgin gədə?!

 

Gördüz ki?! Heç bir sözə qulaq asmaq istəmirdi. Mənim xalam da belə idi, o vaxt boğazımı yırtırdım onu başa salım ki, çantasından pulu mən oğurlamamışam, amma bax, beləcə qışqırırdı, bu arvad kimi.

 

Redə deyirdim ki, əgər mənə qolf ağacları gətirsələr, hospitalda tamam xoşbəxt bir adam olacağam...

 

Qolf ağacını dartıb çantadan  çıxartdım zərbə ilə arvadın təpəsinə vurdum...

 

Sonra bir ...

 

Bir ...
 





16.12.2012    çap et  çap et