525.Az

Kəlməbaz- Altıncı yazı


 

Kəlməbaz- <b style="color:red">Altıncı yazı</b>

Kappuçino

 

1525-ci ildə İtaliyanın Marke bölgəsindən olan fransiskan mürid Matteo di Bassi dövrünün keşişlərinin dini xadim Assizli Fransiskonun tətbiq etdiyi həyat tərzində yaşamadıqlarını iddia edərək fransiskan təriqətinin yeni bir qolunu yaradır. Onun tərəfdaşları tərkidünyalığın rəmzi sayılan qonur rəngli kapuşonlu cübbə geyməyə başlayırlar. İtalyan dilində kapuşonun tərcüməsikappuçodur (əslicappucio”) bu səbədən el arasında bu rahiblərə geyimlərindən dolayıkappuçinləqəbi verilir.

Sonrakı dövrlərdəkappuçinkəlməsi, ümumiyyətlə, cübbənin malik olduğu rəngə istinadən tez-tez işlədilməyə başlayır təsadüfi deyil ki, haqqında bəhs etdiyimiz qəhvə ixtira edilərkən rəngindən dolayı məhzkappuçinoadlandırılır.

 

Venesuela

 

1499-cu ildə səyyah Alonso de Oxedanın ekspedisiyası Venesualanın sahillərində lövbər salır. Səyyah onu müşayiət edən heyət Marakaybo gölündə suyun üzərində tikilmiş ağacayaqlı evlərlə rastlaşırlar. Heyətin üzvü olan naviqator Ameriqo Vespuççi qarşısındakı mənzərəni görüb, Venesiyanı xatırlayır. Öz ölkəsi üçün qəribsəyən naviqator yoldaşları ilə kəşf etdiyi bu torpaqlarıVenesuela” – doğma toskan ləhcəsindəkiçik Venesiyaadlandırır.

 

Jaluzi

 

qədər təəccüblü olsa da, bu pəncərə növünün adı fransız dilindəkiqısqanclıqmənasındakıjalousiein əsasında yaranıb. Hələ bu ad qoyulmazdan qabaq bənzər taxtalı pəncərələr FransadaMəğrib pəncərələriadlanırdılar. “MəğribFransanın şimali Afrikadakı müsəlman müstəmləkələri olmuş Tunis, Əlcəzair Mərakeşin yerləşdikləri bölgənin adı idi. Jaluzinin quruluşu həmin bu ölkələrdə geniş yayılmış taxta pəncərələrə oxşar idi. Bu pəncərələr müsəlman qadınlarına xəlvətdə qala-qala küçədə baş verənləri izləməyə imkan verirdi. Bundan əlavə, qısqanc hərəm sahiblərini bu cür pəncərələr başqa xüsusiyyətlərinə görə qane edirdi: içəri asanlıqla işıq hava daxil olur, onlar isə aradabir gizlincə hərəmxanaya baxıb, qadınlara nəzarət edə bilirdilər.

 





19.12.2012    çap et  çap et