525.Az

Ağdamın “MVD” döngəsi


 

Ağdamın “MVD” döngəsi  <b style="color:red"></b>

Ağdam şəhərinin küçə, meydan parklarının hər biri özünəməxsusluğu ilə seçilirdi. Sanki bu küçələrin hər birinin  illər boyunca formalaşmış xarakteri var idi. Şura məhlələri, Maşın həyəti, Dəyirman həyəti, Hamam məhləsi, İmarət, Sarıtəpə, Beşmərtəbə, Armudun dibi, “Sayuztransməhləsi, Layışlar məhləsi (Lahıcdan olanların yaşadığı ərazi belə adlanırdı) ... Hər biri öz tarixi məqamları ilə yaddaşlarda iz buraxmışdı.

 

Araşdırmalarımız göstərir ki, Ağdamda 53 küçə prospekt olub. 1989-cu ildə Ağdamkənd, Pərioğullar, Muradbəyli, Əlimərdanlı,  Qaradağlı   kəndləri yaşayış sahəsi kimi şəhər ərazisinə qatılmışdı.

 

Maraqlısi o idi ki, Ağdamın ölçüsü kiçik küçəsinin uzunluğu 600 metrə çatmırdı. “MVD  döngəsi, sonralar Mir Bəşir Qasımovun adını daşıyan küçə şəhərin tanınmış intellekt mərkəzlərindən sayılırdı...

 

Ağdamı heç olmasa virtual olaraq xeyli vaxt idi ki, gəzmək istəyimi reallaşdırmaq üçün qarşılaşdığım hər bir həmyerlimlə söhbətdə məhz şəhəri küçəbəküçə dolanırdım. İlk görüşüm ən kiçik küçə hesab edilən  MVDdöngəsinin sakini Tariyel Eyvazovla oldu. Hazırda  T. Eyvazov Azərbaycan Tibb Universitetinin dosenti tibb elmləri üzrə fəlsəfə doktorudur.  Uzun illər Ağdam Səhiyyə şöbəsinin müdiri işləmiş Tariyel müəllimlə söhbətimiz maraqlı alındı.

 

...Bir faktı qeyd etmək kifayətdir ki, ötən əsrin 50-60- illərində  şəhərdə olan internat musiqi məktəbidə daxil olmaqla mövcud olan səkkiz təhsil müəssisəsinin dördünün direktoru  məhz  MVD   döngəsində yaşayırdı. Həmin illərdə Əli Eyvazov-2 nömrəli, Paşa Qarayev-4 nömrəli, Həsən Axundov-internat məktəbin, Cəlal Əliyev-musiqi məktəbin direktoru vəzifəsində çalışırdılar.

 

Tariyel müəllim deyir ki, “28 Aprelprospektindən başlanan döngə Lenin küçəsini kəsərək bir tərəfdən Milis şöbəsinin – “KPZ”-nin (müvəqqəti saxlama təcridxanası) çox hündür hasarı ilə, digər tərəfdən isə rayon partiya komitəsinin siyasi maarif kabinetinin (partkabinet) hasarı arasından  Əli İbrahimov küçəsinə – “hamam məhləsinədək uzanırdı.

 

Qeyd edək ki, Ağdam Rayon Partiya Komitəsi 1965-ci ildə yeni ünvana-Voroşilov küçəsi 3-ə  köçdükdən sonra onun yerində Maarif şöbəsi   bir mərtəbəli hissəsində  isə (partkabinetdə)  pionerlər evi fəaliyyət göstərdi. Lenin küçəsindəki raykomun əvvəlki binasının isə  bəy evi olduğu deyilir...

 

Küçəni Tariyel Eyvazovla birgə gəzəsi olduq. Hər ünvanda olduq. Sanki sakinlərlə görüşür 30-40 il əvvəlki xoşbəxt günlərə qayıdırdıq:

 

– 1-nömrəli ünvanda Lətif kişi ailəsi ilə qalırdı. Üç nömrəli ünvanda yaşayan Firudin kişinin yaxın qohumu olan Lətif  səhiyyə şöbəsində statistik işləyırdı. Deyilənə görə, cavanlığında yaxşı futbol oynamaqla yanaşı, sonralar bu oyunlarda hakimlikdə edərmiş.

 

– 2-nömrəli ünvandaağzıbirHeydərin oğlu  usta Zahidin ailəsi yaşayırdı. Televizorsoyuducu ustası olan Zahidin atası vaxtıilə bəyin faytonçusu olmuşdu.

 

– 3-nömrəli ünvanda uzun illər rayon səhiyyə şöbəsində mühasib işləyən Firudin dayının ailəsi yerləşmişdi. Onun həyat yoldaşı Suqra müəllimə 5 nömrəli məktəbin coğrafiya müəllimi işləyirdi.   Onların  Emil İlqar adında iki oğlu  var idi.

 

– 4 nömrəli ünvan bir neçə ailənin birgə yaşadığı nisbətən kiçik ümumi həyətdən ibarət idi. Bu həyətdə rayonun çox sayılıb seçilən şəxsləri, 50-ci illərdə raykom katibi olmuş Səlim Abdullayev, əslən Xıdırlı kəndindən olan Məhəmməd kişinin oğlu Hümbət Əhmədov yaşayırdı. Həmyaşıdları arasında özlərinə məxsus yerləri olan Asif Akif qardaşları valideynləri ilə birgə bu həyətdə yaşayırdılar.

 

– 5 saylı ünvanda yağ zavodunda mühasib işləyən İldırım kişinin ailəsi yerləşmişdi.

 

– 6-nömrəli ünvanda M.B.Qasımov küçəsinin Lenin küçəsi ilə kəsişməsindən sonrakı başlanğıc hissəsində, “KPZilə üzbəüz ərazidə məşhurMaşın həyətigəlirdi. Beynəlmiləl həyətdəmaşın həyətinin sakinləri olan Rasim, Kolya, Adil ilə dostluğumuz bu gündə davam edir.

 

Bu həyətəMaşın həyətinin deyilməsinin maraqlı tarixçəsi var. Belə ki, müharibədən sonra Ağdamda ilk avtomobil sahiblərindən dördu məhz bu həyətdə yaşayırdı. Həyət sakinlərindən Məhi kişi, “taksiƏsgərin, çayşı Böyükkişinin oğlu Oktayın rus Nikolayın maşınları var idi. İlkpolutorkayük maşını, sonralar isəMoskviçinilk buraxılışları həyət sakinlərində olduğundan bu həyətəMaşın həyətideyərmişlər. Xatırladaq ki, həyətdə iki Nikolay adında rus yaşayırdı. Maşın sahibi olan Nikolay adaşından bir qədər yaşlı idi. Ona nisbətən cavan olan Nikolay Yerşov isə ev təmiri ilə məşğul olurdu. Həyətin  maraqlı baməzə adamlarından bir Sanitar Epidemioloji Stansiyada  baş mühasib işləyən Soltan kişi idi. 

 

– 7 nömrəli ünvanda Mütəllim müəllim onun həyat yoldaşı uzun illər poliklinikada bir yerdə çalışdığım bacarıqlı tibb bacısı Tamella bacı uşaqları ilə  yaşayırdı.

 

Qeyd edək ki, bu sakinlərMaşın həyətiistisna olmaqla M.B.Qasımov küçəsinin 28 Aprel prospekti ilə Lenin küçəsinin arasındakı  hissədə yaşayırdılar. Təkrəqəmli  ünvanlar yolun sol tərəfində, cütrəqəmli ünvanlar isə yolun sağ tərəfində yerləşirdi.

 

Yeri gəlmişkən deyək ki, Lenin küçəsi rayonun ən tanınan küçəsi idi. Həmin küçəninMVD  döngəsinə yaxın hissəsində bir-birinə yaxın olan Sosialist Əməyi Qəhrəmani Məmməd Məmmədovun,  birinci katiblərin  xidməti evi,  şəhərin məşhur simalarından olan Məşədi Abbasın evi, vaxtı ilə Ağdam RPK nın birinci katibi işləmiş  əslən Xıdırlı kəndindən olan Məmməd Əliyevin evi KQBnin (Dövlət Təhlükəsizlik Komitəsinin Ağdam Rayon Şöbəsi) iqamətgahı  rəisinin  yaşayış evi  var idi...

 

–8 nömrəli ev. Tam sakit gözəl zövqlü həyət idi. Axşamüstü demək olar ki, heç kimlə ünsiyyətə girməyən nurani bir qoca öz darvazasının ağzında, özü , ancaq ayaqüstə, çəliyinə söykənib qısa bir müddət dayanar sonra evinə dönərdi. Çox sonralar öyrəndik ki,  bu ağsaqqal  İldırım bəy Vəlibəyov imiş. Sovet rejiminin repressiyalarından zülmlər çəkən bu ailənin qız övladı Adilə xanım 5 nömrəli məktəbdə  bizim birinci sinif müəlliməmiz olmuşdu. Qeyd edilən ünvanda onun oğlu İdris gəlini Tamara müəllimə   yaşayırdı.  Tamara müəlimə 5 nömrəli məktəbdə rus dili müəlliməsi işləyirdi.

 

 –9 nömrəli ünvanda musiqi məktəbinin uzun illər direktoru işləmiş Cəlal Əliyev 1 nömrəli məktəbdə işləyən  həyat yoldaşı Barat müəllimə ilə yaşayırdı. Bu ailənin  dörd  oğlu bir qızı var idi.

 

– 10 nömrəli mənzildə uzun illər internat məktəbin direktoru işləmiş Həsən Axundovun ailəsi yaşayırdı. Həyat yoldaşı Mama xala əsl Azərbaycan qadınının nümunəsi idi. Bu evdə ailənin yeddi qız bir oğlan övladı yaşayırdı.

 

–11 nömrəli ev həkim Rizvan Eyvazova məxsus idi. O, öz layihəsi əsasında iki mərtəbəli, bütün incəliklər nəzərə alınmaqla ev tikdirmişdi. Çox vaxt bu küçəni tanıtmaq üçün Rizvan həkimin küçəsi kimi adlandırırdılar.

 

–12 nömrəli ünvan iki mərtəbəli geniş həyəti olan  ev idi. Bu evdə 4 nömrəli məktəbin direktoru, tanınmış  ziyalı Paşa Qarayevin ailəsi yaşayırdı. Həyat yoldaşı Sitarə xala idi. Onun dörd oğlu bir qızı vardı.

 

– 13 nömrəli ev əslən Xıdırlı kəndindən olan  Məhəmmədəli İbrahimovun mənzili idi. Buradan nisbətən qədimdə tikilmiş iki mərtəbəli evlər başlanırdı. Həyat yoldaşı çox mehriban Bulqeyis xala idi. Məhəmmədəli kişi kolxoz sədri olmuşdu. Biz uşaq ikən onun Əsgəran rayonunda öldürüldüyünü eşitdik.

 

– 14 nömrəli ünvanda Əhməd Musəvinin ailəsi yaşayırdı. Müharibədən sonraki illərdə  hərbi komissar, konyak zavodunun, yağ zavodunun direktoru, son zamanlarda  isə yol idarəsinin müdiri işləmişdi. Prinsipiallığı, mübarizliyi ilə tanınırdı. Təbiətləri uyğun gəldiyindən Rizvan həkimlə çox dostluq edərdilər. Həyat yoldaşı Mələk xala mülayim, hamının yerini bilən xanım-xatın bir qadın idi. İki  oğlu iki  qızı vardı.

 

– 15 nömrəli evdə Əsgər Əsgərovun ailəsi yaşayırdı.  Həyat yoldaşı Sara müəllimə idi. Həmin mənzildə onlarla birgə yaşayan Humay müəllimə  5 nömrəli məktəbdə  nümunəvi pedaqoq kimi ad-san qazanmışdı. Ailənin böyük övladı Marlen ƏsgərovAzərenerjiSC- vitse-prezident vəzifəsinədək yüksəlmişdi. Təəssüf ki, biz uşaq olanda bu evdə bədbəxt hadisə baş verdiyini eşitdik. Əsgər müəllim dünyasını vaxtsız dəyişdi. Ailə Bakıya köçdü. qədər acınacaqlı olsada, o gözəl evlərə Norik adlı bir erməni sahib çıxdı.

 

– 16 nömrəli evdə bizim ailəmiz,  Azərbaycanın ilk ordenli müəllimlərindən olan  Əli Eyvazovgil yaşayırdı. Uzun illər Ağdamda, sonra yeni yaradılmış Beyləqan (o vaxt Jdanov) rayonunda Maarif şöbəsinin müdiri, son 20 ilə yaxın isə Ağdam şəhər 2 nömrəli beynəlmilləl orta məktəbin direktoru olmuşdu. Həyat yoldaşı Abuhəyat müəllimə bütün ömrü boyu təlim-tərbiyə sahəsində çalışmışdı. O qədər əlverişli olmayan şəraitdə dörd oğlan, üç qız böyüdüb tərbiyə etmişdilər. Onlardan altısı həkim, biri isə mühəndis peşəsinə yiyələnmişdi.

 

Əvvəllər bizim həyətdə bir neçə qonşu birlikdə yaşayırdıq. Nəzər əmi,  həyat yoldaşı Şüküfə xalagilin oğlanları Mehman bu həyətdə dünyaya gəlmişdi. O, DİN sistemində çalışmaqla polkovnik rütbəsinədək yüksəlmişdi.

 

Digər qonşumuz Qumru xala idi. Yaşlı qadın idi, balaca bir otaqlı mənzili var idi. O qədər səliqə-səhmanlı olurdu ki, o vaxtlar elə bilirdik ki, bu ən gözəl bir mənzildir. Qəlbi sınıq idi. Oğlu  (biz onu görməmişdik) müharibədən qayıtmamışdı. Lakin hər birimiz onlara gedəndə mütləq ondan söhbət salar oğlunun qayıdacağına inamını bir gün itirmirdi. Digər oğlu Cavanşir dənizçi idi, anasına, bacısına çox mehriban idi. Qızı Ofelya tərbiyəli, mərifətli xanım idi. Tək qız uşağı o vaxtlarda Xarici Dillər İnstitutuna qəbul olunmuş elə həmin institutda sonralar müəllimə saxlamışdılar.

 

Başqa bir qonşumuz Nina xala, qızı Janna bir otaqlı mənzildə yaşayırdılar. Deyəsənpasportstolda katibə işləyirdi. 50-ci illərin axırlarında Ağdamdan  köçdülər...

 

– 17 nömrəli evin 2-ci mərtəbəsində Xanım xala, qızı Fazilə, əkiz oğlanları Tofiq Vaqif Cəfərovlar yaşayırdı. Tam şəraitsiz 1-ci mərtəbəni isə dağ rayonlarından gəlmiş imkansız adamlara simvolik qiymətə kirayəyə verirdilər. Suvağı yumurta sarısından hazırlanmış  yuxarıda dediyim iki mərtəbəli binalar Cəfərovlar ailəsinin mülkləri olmuşdu. Evlərin çoxunda əsasən 1-ci mərtəbədə başqa-başqa adamlar, o cümlədən erməni ailələri yerləşdirilmişdi. Binaların qarşısında kifayət qədər böyük, geniş ümumi bir həyət var idi. Maşın həyətindən fərqli olaraq bu həyətin ayrıca bir adı yox idi. Amma hamımız oranıKişi Mələyinhəyəti kimi tanıyırdıq. Bu ürəyi təmiz, ailə qurmamış, bir hadisə olanda hamıdan qabaq yüyürən, açığı xarakteri xarici görünüşündə  kişi xarakterini  xatırladan bir qadın idi. Onun mənzili 2-ci mərtəbədə idi.

 

Yeri gəlmişkən deyim ki, millət vəkili Bəxtiyar Sadıqovgilin ailəsi həmin bu binanın ikinci mərtəbəsində yaşayırdı. Onun uşaqlıq illəri MVDməhləsində keçmişdi. Birinci mərtəbə isə kifayət qədər tanınmış qoçaq Möhübə adlı bir qadın yaşayırdı. Onun İlqar adında oğlu da var idi. Çətin bir mühitdə böyüməsinə baxmayaraq onun tərbiyəsinə, davranışına hamı  heyran qalırdı.

 

Sıra ilə düzülmüş ikimərtəbəli binaların digərinin 2-ci mərtəbəsində isə bu mülklərin varislərindən olan 5 nömrəli məktəbdə işləyən Sara müəllimə tək yaşayırdı. 1-ci mərtəbə, demək olar ki, yaşayışa yararsız idi. 70-ci illərdə onun qardaşı Fikrət gəldi. Yaxşı yadımdadır, heç bir söz-söhbətsiz Sara müəllimə birinci mərtəbəyə köçərək,  qardaşı Fikrətə toy eləyib, onu öz mənzilinə köçürdü. Özü isə tam şəraitsiz  birinci mərtəbəyə köçdü...

 

Bax belə hörmət-izzət  var idiMVDməhləsində.

 

–18 nömrəli ünvanda Abbasov İsmayıl olurdu. Bu ailə İrandan gəlmişdi. Bir mərtəbəli bina olsa da geniş həyəti var idi. Özünü yaxşı xatırlamasamda bilirdim ki, kolxoz sədri olmuşdu İsmayıl kişi. Gərək ki, beş qızı,  bir oğlu vardı. Oğlunun adı  Vahid idi. Çoxları  özünəməxsus xarakteri ilə seçilən Vahidin qoçaqlığını davakarlığını yaxşı xatırlayırlar. Həyətdə Vahidin əmisi, heç bir vəzifə sahibi olmasada tay-tuşu arasında xətir-hörmət sahibi Məmi kişinin bir kürsülü evi var idi. O, Ağdamda böyümüş yerli rus qızı Valya ilə ailə qurub yaşayırdılar. Ailənin üç oğlu   iki qızı var idi.

 

Xatırlatma: O vaxtki vəziyyətlə əlaqədar olaraq çox adam o tayda qohuməqrəbasının olduğunu bildirmirdi. Bir gün küçədə hay-küy düşür. Qoca bir nurani qadınla Məmi sözün həqiqi mənasında bir-birinə sarınıb hönkürtü ilə ağlayırlar. Uzun müddət onları ayırmaq mümkün olmur. Sonradan məlum oldu ki, bu nurani təmiz-tariq qadın Məminin doğmaca anası imiş. 40 ildən çox bir vaxtda bir dəfə olsun onların nəinki görüşməsi, hətta danışıqlarına da qadağa qoyulubmuş. Sovet dövründə bu anaya yalnız Bakıya qədər getməyə icazə veriblər. O, isə aeroporta düşən kimi bir taksi tutub maşını sürdürüb Ağdama-“MVDməhləsinə. Oğluna qovuşandan bir neçə gün sonra xanım dünyasını dəyişdi elə  Ağdamda da dəfn olundu...

 

–19 nömrəli ünvan nisbətən kiçik bir həyətdən ibarət idi. İkimərtəbəli iki yanaşı binanın birinin qurtaracağının 1-ci mərtəbəsi ondan sonrakının başlanğıcının hər iki mərtəbəsi mülk sahiblərindən alınıb digər ailələrə verilmişdi. 1-ci mərtəbədə peşəsinin mahir ustasıKisəçi Mütəllimin ailəsi yaşayırdı. Ən mötəbər vəzifəli adamlar Mütəllim kişinin növbəsinə çox çətinliklə düşə bilrdilər. Elə bu peşəsi ilə o böyük bir ailəni dolandırırdı. Onun mənzilinin üstündəki 2-ci mərtəbədə Xavər xala qızı ilə yaşayırdı. Köz üstündə çox gözəl paxlava bişirərdi. Birdən səhərə qədər oturub hamımız onun hazır olmasını gözləyərdik. Onun gərək ki, Hamlet adlı bir oğlu da var idi. Amma isə buralara uyuşmurdu, çox az görsənirdi. Amma qızı oxudu, tibb bacısı oldu, məhşur xanəndə Haqverdi ilə ailə həyatı qurdu, oğul-uşaq sahibi oldu.

 

Mütəllim kişinin olduğu 1-ci mərtəbə Xavər xalanın olduğu ikimərtəbəli olan bina həmin sıra ilə düzülmüş iki mərtəbəli binaların sonuncusu idi. Binanın ikinci mərtəbəsinin əsas otaqları həmin binanın əsas varisi, 10-dan çox uşağı olduğuna görəQəhrəman anafəxri adını almış, həyatda həmişə özünü qəhrəman kimi aparan Azad bəyin qızı Əntiqa xalanın istifadəsində idi. Binanın başlanğıc hissəsi onlardan alınmasına baxmayaraq, həyətdəki 1-ci mərtəbə çox sakit adam olan Məhəmməd kişinin ailəsinə verilmişdi. Onun Musa adlı bir oğlu var idi. İndi yada salanda görürəm ki, “qabağından yeməyən” 8 oğul həmin tək uşaqla qədər mehriban davranırmışlar. Təəssüf ki, Əntiqə xalanın həyat yoldaşı gəmi kapitanı olan Rza kişi dünyasını tez dəyişdi. Həmin binanın çıxışı Əli İbrahimov küçəsinə açılsada, bina bütünlükləMVDdöngəsində yerləşdiyindən həmin evin 8 oğlu öz yaşlarına uyğun olaraq bizim məhlənin   sakinləri hesab olunurdular çox yaxşı ünsiyyət qurulmuşdu. Onun nəticəsi idi ki, indi həmin münasibətlər davam edir. Sonralar Əntiqə xala həqiqi varisi olduğu bütün binanın qanuni şəkildə geri qaytarılması məsələsini qaldırsa da, Ermənistan Silahlı Qüvvələrinin Ağdamı işğal etməsi onun bu arzusunu gözündə qoydu...

 

Beləliklə, Tariyel Eyvazovla söhbətimizi burdaca yekunlaşdırırq. Əlavə edim ki, döngənin digər sakinləri olan Bəhruz Axundov, Bəxtiyar Sadıqov Sədrəddin Abdullayevlə söhbətlərim olub. Bu virtual gəzintidə onların da fikirləri yer alıb...

 

Kiçik döngə sakinlərinin zənginliyi onda idi ki,  Ağdama xas olan bütün cəhətləri özündə daşıyır birləşdirirdi...

 

Ağdamın küçələri ilə, maraqlı şəhərin maraqlı adamları ilə xəyali  görüşlərimizi davam etdirəcəyik...

 

 





21.12.2012    çap et  çap et