525.Az

"Redaktor ürəyi"- Xəlil Rza


 

"Redaktor ürəyi"- <b style="color:red">Xəlil Rza</b>

Keçən ay 80 illik yubileyini təntənə ilə qeyd etdiyimiz görkəmli Xalq şairimiz Xəlil Rza Ulutürk sağlığında rəsmi orqanlar tərəfindən hücumlara məruz qalmış, bəzi əsərlərinin çapı qadağan olunmuş sənətkarımızdır. Mən işlədiyim mətbuat orqanlarında həmişə onun əsərlərinin çapına, yaradıcılığının təbliğ olunmasına çalışmışam, şairimizin mənə dostluq münasibəti bəsləməsi ilə fəxr etmişəm. Görkəmli şairimizin mənə həsr etdiyi şeiri haqqımda yazdığı məqaləni oxuculara təqdim edirəm.

Xəlil RZA

REDAKTOR ÜRƏYİ

Abbas Abdullaya

Ən cəsur şerini ver!” – dedi bana,

Ən böyük şerini ver!” – dedi bana.

Ən əla şerini bizə qıysana!”

Baxdı, sonuladı. “Bəxti !” – dedi.

Növbəti nömrədə çıxacaq” – dedi.

Çıxdı. Uzaqdaydım, doğma Türkanda.

qonaqlıq verdim, Sağ ol!” dedim,

O gün xoş havanı bal kibi yedim.

Təpgəcli bel ilə yer şumlayanda,

Sanki silkələdim Yer kürəsini.

Gülüm çay uzatdı güllü fincanda,

Nuş etdim arzular şəlaləsini.

Açıq üz. Tunc alın. Qüdrətli. Qadir.

Redaktor qardaşım, imzan mübarək.

Redaktor ürəyi qurd ürəyidir,

Ürəyi yoxdursa çaqqaldır demək.

            Türkan, 19 qasim, 1981



 

QARDAŞLIQ KÖRPÜSÜ

A.Abdulla üçün Vətən dünya anlayışları konkret bir ünvandan, doğma kənddən başlanır. Kitabda bu ünvan, daha dürüst desəm, Gürcüstan SSR-in azərbaycanlılar yaşayan hissəsi, Borçalı mahalı aydın görünür. Məsələ yalnız onda deyil ki, A.Abdullanın şeirlərində həmin əraziyə aid toponimlər, məsələn: Ləlvər dağı, Koroğlu qalası, Narınqala, habelə Kəpənəkçi, Dəlixaçlı, Ortaçala, Ovçala, Sərtçala, Qızıl Hacılı, Sadaxlı, Daşdıqullar, cəlaloğlu, canbaxça, Ayorta, Ləmbəli, Yormuğanlı, İncəli, Göylüyan, Soyuqbulaq başqa yerlər böyük məhəbbətlə xatırlanır.

Abbas Abdullanı düşündürən həyəcanlandıran başlıca cəhət min illər ərzində bu mahalda yaranmış böyük xalq mədəniyyəti, saysız-hesabsız qədim incilərə malik folklor sərvətləri yurdun tərəqqi uğrunda mübarizədə keçən qəhrəmanlıq tarixidir. Əslində A.Abdullanın ən yaxşı şeirləri məhz bu qəhrəmanlıq tarixindən  folklor qaynaqlarından qidalanır. Cəsarətlə demək olar ki, həmin yerlərin şeiriyyətini, ruhunu, təbii mənəvi koloritini şeirimizə ilk dəfə böyük ilhamla gətirən məhz Abbas Abdulladır.

Borçalı bağ yeridi,

Başkeçid dağ yeridi,

Bizə qorxaq lazım?

İgid, qoçaq yeridi.

A.Abdullanın şeirlərindəki səmimilik, dil aydınlığı, ifadə zənginliyi, folklor ənənələrinə dərin sədaqətdən doğan bədii şəffaflıq onun gələcək uğurları üçün məncə ən yaxşı təminatdır. “Dünyanın mənsiz şəhərlərişeirində həmin keyfiyyətlər xüsusilə güclüdür.

Bu dünyanın şəhərləri məni  görmək dilərmi ola?

Evlərinə qonaq getsəm, tanıyarmı, bilərmi ola?

Göyə dayaqdı damları, Çiçək açar badamları,

Mən ağlasam, adamları,

Göz yaşımı silərmi ola? Bu dünyanın körpüləri,

Birləşdirib göyü, yeri, Yol gözlər Təbriz şəhəri,

Bəxt üzümə gülərmi ola?

Nəsr şəklində verdiyimizə baxmayaraq, bu misralarda aydın eşidilən şair səsini, poetik ruhun doğmalığını kəsərdən salmaq olmur. Lakin şeirin davamını mən, olduğu kimi, məhz şeir biçimində nəzərə çatdırmaq istərdim:

Dost qucmağa qollar açıq,

Bağlı qalan yollar açıq.

durubsan, yollara çıx!

Belə bir gün gələrmi ola?

Belə bir gün tezcə gələ,

Bu sahildən o sahilə

Toya gedək deyə gülə-gülə,

Abbas onda ölərmi ola?

Diqqətəlayiq cəhət budur ki, A.Abdullanın doğmalıqdan söz açan şeirlərindəki səmimiyyət qardaş xalqlara, onların həyatına  mədəniyyətinə həsr etdiyi şeirlərdə öz gücünü saxlayır. Yeni corrafi mənzilləri tutduğu üçün bir az da zənginləşir. “Dostların portreti”, “Ukrayna naxışları  adlı şeir silsilələrində həmin cəhət xüsusilə aydın görünür. “İvan Draçın qələmi” “İqor Malışevskinin evində”, “Kiyev  nağılıtipli şeirləri yaşanmış hisslərin məhsuludur. Mən bu keyfiyyəti xüsusilə yüksək qiymətləndirmək istərdim. Bizdə səyahət şeirləri çox yazılır. Lakin  bunların çoxu şair bioqrafiyasının bir parçası, yaşanmış duyğuların bəhrəsi kimi deyil, ötəri təəssürat kimi ortaya çıxdığı üçün tez unudulur. “Ağlı, qaralı dünyakitabı bu bəsitliyə, yekrəngliyə qarşı poetik reaksiya kimi yaranmışdır.

Mən Abbas Abdullanı həm şair mütərcim, həm tədqiqatçı kimi tanımağa imkan verən kitablardan bir qismini gözdən keçirməyə macal tapdım. Taras ŞevçenkoFikirlərim, düşüncələrim”, İvan KotlyarevskiNatalka Roltavka” (pyes), İvan DraçKönlümün harayı” (şeirlər toplusu), Mikola ŞapovalSon görüş” (povest), “Qızıl buğda” (Ukrayna nəsr antologiyası), “Günəş bayraq” ((Ukrayna şeiri antologiyası), “Körpülər” (Ukrayna Sovet şairlərinin şeirləri). A.Abdulla bu kitablardan bir çoxunun tərtibçisi, önsöz müəllifi, tərcüməçilərdən biri bəzən müstəqil tərcüməçisidir.

Bir küll halında bu əsərlər A.Abdullanın Ukrayna mədəniyyətini dərindən mənimsədiyini  bunu həm Azərbaycan xalqının mənəvi sərvətinə çevirmək uğrunda gərgin, yorulmadan ədəbi mübarizə apardığını sübut edir.

Ağsaqqal sənətkarımız, Xalq yazıçısı İlyas Əfəndiyev dürüst deyir ki, Abbas Abdulla ciddi qələmçalandır. O, çağdaş ədəbiyyatımızın elə fədakar xadimlərindəndir ki, başını aşağı salıb öz işini görür heç kəsdən təşəkkür ummadan işinə can yandırır. Məncə bu qiymət hazırda yaradıcılığının çiçəklənən çağlarını yaşayan sənətkara anasının südü kimi halaldır onu daha böyük ədəbi uğurlara hazırlayan ağsaqqal alqışıdır.

Türkan, 30 iyul, 1981

 





21.12.2012    çap et  çap et