525.Az

Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur


 

Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur <b style="color:red"></b>

(Əvvəli ötən şənbə saylarımızda)

 

Antonin kimi mənim üçün şəhər vətən Romadır, bir insan kimi isədünyadır.

 

Mark Avreli

 

 

MərmərKupidonusatın alan kardinal Rafael Riario rəssamı işləmək üçün 1496- ildə Romaya dəvət edir. Ona görə ki, Romaadamın nəyə layiq olduğunu nümayiş etdirmək üçün geniş meydanidi. Burada o, bir bankir üçünVakxheykəlini yondu. Sonra isə yaradıcılığında mühüm yer tutan xristian mövzularına keçdi. O, mərmərdənPyeta” – “Xristə yas tutmaqheykəlini yondu heykəl indiyədək Müqəddəs Pyotr kilsəsini bəzəyir. Burada oğlu İisusu ağlayan elə bil ki, gəncliyə məxsuz cizgiləri olan bakirə qadın təsvir olunur. “Pyetasında (“Xristə yas tutmaq”) Mikelancelo elə bir mövzuya müraciət etmişdi ki, həmin vaxta qədər bu mövzu daim yalnız günahı yumaq ideyası ilə əlaqələndirilirdi. 23 yaşlı sənətkar isə, əksinə, Madonnanın doğma ölü oğlu ilə əvvəllər heç vaxt rast gəlinməmiş təsvirini təklif edir. Bu qadının gənc qız sifəti vardı, lakin bu, heç yaşın əlaməti deyildir, bu təsvir elə bil ki, zamandan kənar bir təsəvvür yaradır. Yaşlı oğlu ölən qadın bakirəlikdən xəbər verir. Vazari Madonnanın məhzilahi gözəlliyibarədə söhbət açır. Mikelancelo özünü bizi təsvir edilən fiqurların ilahi təbiətinə ilahi təyinatına inandırır. Gözəllik barədəki insan meyarlarına uyğun olaraq onlara kamil füsunkarlıq bunun nəticəsi kimi ilahi gözəllik bəxş edir. Burada günahın yuyulmasının şərti kimi əzab o qədər göstərilmir, bunun əvəzində ona yiyələnmənin nəticəsi kimi məhz gözəllik meydana çıxır.

 

1501-ci ildə Florensiyaya döndükdən sonra Madonnanın 4 heykəltəraşlıq obrazını yaradır. 1504- ildə mərmərdənDavidheykəli üzərində işini başa çatdırır. Ona bağışlanmış iri mərmər daşında çat olduğundan sol çiynini nisbətən qısa etmiş bunun üstünü örtmək üçün həmin çiyninə qaldırılmış əlində sapand tutduğunu təsvir etmişdi. Əslində heykəltəraş bu yaraşıqlı obrazda Bibliya təsvirlərindən uzaqlaşmışdır. ÇünkiKöhnə Vəsiyyət David cılız bədənli bir çoban uşaq kimi göstərilir, heykəldə isə qəddi-qamətli, düzgün proporsiyalara cazibədar sifətə malik olan bir gənc təsvir edilir. Mikelancelo qəsdən bu yolu seçmişdi, heykəl Florensiyanın mənəvi qüdrətinin alleqoriyası idi.

 

1505-ci ildə Papa II Yuli tərəfindən heykəltəraş Romaya çağırılır Papa ona özü üçün qəbirüstü düzəltməyi sifariş verir. Mərmərlə işləmək üçün səkkiz ay ərzində Toskanadakı məşhur Karrar mərmər karxanasında olur.

 

1505-1545-ci illərdə fasilələrlə qəbirüstü heykəllər üzərində işləyir, bu vaxtMoisey”, “Əli-qolu bağlanmış qul”, “Ölən qulLiyaheykəllərini yaradır.

 

1506- ildə sözləşdiyi Papa II Yuli ilə Bolonyada barışır Pontifik ona özünün bürünc heykəlini tökməyi sifariş verir. Sonrakı ili o, həmin sifariş üzərində işləyir.

 

1508-ci ilin mayında II Yulinin xahişi ilə Sikstin kapellasının tavanında freska çəkmək üçün Romaya gedir. Bu üzərində o, 1512-ci ilin oktyabrına qədər işləyir.

 

XVI əsrin erkən dövrünün böyük rəssamı olan Mikelancelo Döyüşçü Papaolan II Yuli bir-birinə bənzəyən titanlar idi. Rəssamın temperamenti Papanın mülayimliyi bu iki adam arasında uzun sürən çox hallarda ucadan səslənən sözləşmələrə səbəb olurdu. Papa Mikelanceloya sifariş verdi ki, Romada Sikstin kapellasının tavanına freska çəksin, lakin o, heykəltəraş olduğuna görə, bu, onun üçün olduqca çətin bir tapşırıq idi.

 

Heykəltəraşlıq əvəzinə, bədbəxtlikdənmi ya xoşbəxtlikdənmi o, rəngkarlıqla məşğul olmağa məcbur edildi. Bu əslində Herkules vəzifəsi hesab oluna bilərdi. Dostu bu hadisəni belə izah etmişdi ki, o, “heç düz yerində  deyildir həm rəssam deyildir”. Lakin bəzi tarixçilər onun rəssamlığını heykəltəraşlıq bacarığı ilə müqayisə edirlər. Panorama şəklindəki tavan xristianlıqdan əvvəlki peyğəmbərləri bütpərəst sivillalarla tarazlıqda təsvir edirdi. BuradaKöhnə Vəsiyyətdən doqquz tarixi əhvalat nəql edilirdi, onlar Xristin əcdadları kimi göstərilirdi.

 

Mikelancelo layihəni öz üzərinə götürməyə məcbur oldu, lakin uzun müddət Papa da daxil olmaqla, heç kəsə öz işinə baxmağa icazə vermədi. Yulinin narahatlığı artırdı, tavandakı işin vaxt qurtaracağını gözləmək onu boğaza yığmışdı. Nəhayət, Mikelancelo Papanın tələblərinə cavab verdi ki, tavandakı o vaxt başa çatacaqdır ki, “bu məni bir rəssam kimi məmnun etsin”. Papa bu sözlərə belə cavab qaytardı: “ siz istəyirsiniz ki, bizi məmnun edəsiniz işi tezliklə qurtaracaqsınız”. Həm Mikelanceloya hədə gəldi ki, əgərtezliklə tavandakı işi qurtarmasanPapaonu üstündə işlədiyi nərdivandan aşağı atacaqdır”. Papanın hiddətindən qorxan Mikelancelovaxtı itirmədən bütün lazım olan işləri gördü tavandakı işi tezliklə başa çatdırdı. Bu əsər Qərb rəssamlığı tarixində ən böyük incilərdən biri oldu.

 

Bu əsərində o, insanın ilk günaha batmasını BibliyanınBaşlanğıckitabından götürdüyü doqquz səhnə kimi təsvir etmişdi. BuradakıAdəmin yaranmasısəhnəsində yaxşı, dəqiq proporsiyalanmış fiquralı Adəmin ilahi qığılcımı gözlədiyini göstərir. Adəm, digər kişi fiquraları kimi insan varlığının ideal tipini açır. Yaxşı neoplatonik dəbdə olan bu fiquraların gözəlliyi ilahi füsunkarlıq mənasını verməli idi. Ən gözəl bədən isə Allaha daha çox bənzəyən fiqura idi.

 

Sikstin kapellasının tavanındakı rəngkarlıq siklində rəssamın yaratdığı möhtəşəm, təntənəli, bütövlükdə detallarda çox asanlıqla müşahidə edilən kompozisiya, fiziki ruhi gözəlliyə bir himn kimi, Allahın onun özünə bənzər şəkildə yaratdığı insanın yaradıcılıq imkanlarının təsdiqi kimi qəbul edilir. O, dörd il ərzində nəhəng plafonun divar naxışı üzərində heç bir köməyə ehtiyac duymadan yalnız öz əli ilə işlədi. Bu plafonun sahəsi 600 kv. metr idi. Bibliyadakı süjetlərdən doqquz kompozisiya çəkilmişdi, burada dünyanın yaranmasından tutmuş, yer üzərindəki ilk insanlara qədər hər şey təsvir olunurdu: “İşığın qaranlıqdan ayrılması”, “İlk günaha batma”, “Daşqın”, “Nuhun sərxoş olması s. Hətta allah obrazında təsvir olunan əzəmətli nəhəng qocada hər şeydən əvvəl yaradıcı coşqunluq diqqətə çatdırılır. Bu onun əlinin hərəkətlərində ifadə olunur. Elə bil ki, bu əllər həqiqətən dünyanı yaratmağa ilk insana həyat verməyə qadirdir. Titan qüvvəsi, intellekt, uzağı görən müdriklik, əzəmətli gözəllik peyğəmbərlərinhüznlü İeremiyanın, poetik ilhamlı İsayyanın obrazlarını xarakterizə edir.

 

Romadakı bazilikanın Sikstin kapellasının plafonunda çılpaq kişi rəsmləri ilə o, möhtəşəm yaradıcılığının apogeyinə çatdı. O, kişi fiquralarını şöhrətləndirirdi. Bunun üçün uzun müddət anatomiyanı öyrənmişdi. O, hesab edirdi ki, bunlarAllahın özünü açıb göstərən bir rübənddir”.

 

Mikelancelonun ideal gözəllik axtarışını biz mərmərdən yonulmuşDavidheykəlində görürük. Heykəltəraş yaradıcılığında inqilabi tapıntılardan yorulmurdu, burada da Bibliya mətninə məhəl qoymayaraq Qoliafı məğlub edən bu zəif bədənli çoban oğlanı gözəl bədənə cazibədar sifətə malik olan bir gənc kişi kimi təsvir etmişdir. Mikelancelo bu əsəri ilə insan bədəninin gözəlliyini vəsf edərək, insan varlığını şərəfləndirirdi.

 

1514- ildə Florensiyada ona Mediçi San Lorentso kilsəsinin fasadını yaratmaq sifarişini verirlər o, artıq dünyadan köçmüş Papa II Yulinin qəbirüstünü yaratmaq üçün üçüncü müqaviləni imzalayır.

 

1534-1541-ci illərdə elə həmin Sikstin kapellasında Papa III Pavel üçün dramatizmlə dolu olan, möhtəşəmQiyamət günüfreskasını yaradır. Öz gözəlliyi əzəməti ilə Mikelancelonun arxitektura işi olan Kapitoli meydanının ansamblı həmçinin Vatikan kilsəsinin qübbəsi hələ heyranlıq obyekti kimi qalır.

 

Bu dövrdə onun şəxsi həyatında da əlamətdar hadisə baş verir. 1536- ildə Romaya gələn 43 yaşlı şairə Vittoriya Kolonnamarkiza Peskara ilə 61 yaşlı Mikelancelonun ehtiraslı məhəbbət macərası başlanır. Öz böyük platonik məhəbbətinə Mikelancelo bir neçə alovlu sonet həsr etmişdi. O, bu qadının yanında bir çox saatlarını keçirirdi. Vittoriya yeganə qadın idi ki, Mikelancelo ona möhkəm bağlı idi. “O, bu qadını pyedestala çıxardı, lakin ona olan məhəbbətini çətin ki, fiziki yaxınlıq saymaq olardı. O, rəfiqəsiniqadında kişi” (un uoma in una donna) adlandırırdı. Bu, fikirlərin, bütöv ağılın, zərif müşahidənin istehzanın canlı mübadiləsinin nadir nümunəsi idi”.

 

1546- ildən həyatının sonuna qədər Mikelancelo Müqəddəs Pyotr kilsəsinin Romadakı Kapitoli ansamblının tikintisinə rəhbərlik etdi. Onu gözü götürməyənlər böyük heykəltəraşı biabır etmək üçün Papanı dilə tutub kilsənin tikintisini ona tapşırmağa inandırmışdılar, axı vaxtilə rəssamlığa da o, məcbur edilmişdi onun üçün yeni olan arxitektura işindən nəinki qorxmadı, ona girişməklə əslində bu sahədə dühasının yeni bir zəfərini çala bildi. Onun layihəsi əsasında kilsə binasının çox iri analoqu olmayan qübbəsinin tikilməsi ilə Mikelancelo memarlıqda da öz adını əbədiləşdirdi.

 

Mikelancelonun poetik əsərləri 343 sonetdən, madriqaldan ibarət olmaqlaruhi tərcümeyi-halxarakteri daşıyır. Corco Vazariyə yazdığı sonetonun ikinci uşaqlıqda olduğunu sübut etmək üçünidi. Mikelancelo vaxtından çoxunu məhəbbət şeirləri yazmağa həsr edirdi. 50- qədər epitafiya yazmışdı. Vazariyə göndərdiyi məktubunda yazırdı: “Sən deyəcəksən ki, mən qocayam sərsəmcəsinə sonetlər qoşuram. Lakin o vaxtdan çoxları deyir ki, mən ikinci körpəliyimdəyəm, arzu etmişəm ki, özümə aid olan işi görüm”. O, yazdıqlarının nəşr edilməsinə icazə verməkdə tərəddüd edirdi. Yalnız ölümündən sonra əsərləri çap olundu o, şair kimi tanındı.

 

Onun ömür yolu adlanan xalçanın uzun toxunuşu hesabına Mikelancelo özünün arzusuna zidd olaraq Renessans adamı idi Vazari Renessansda onu inkarnasiya kimi görürdü. Humanist eranın məhsulu olmaqla Mikelancelonun zənginləşmiş maraqları onu geniş universal qaydada bu eranı ağuşuna almağa aparıb çıxardı. O, öz ömrü boyu bütpərəst humanizm ilə xristian ortodoksiyasının arasındakı ziddiyyətləri barışdırmağa çalışmışdı. Gəncliyində yaşlı vaxtında yunan-roman mifologiyasının obrazlarını xristian teoqoniyasının şəxsiyyətləri ilə tarazlaşdırırdı.

 

Onun ən ciddi fərqləndirici cəhəti üç ayrıca sənət arasında barışıq yaratması idi. Gəncliyində o, əsasən heykəltəraşlıqla məşğul olmuşdu, lakin artıq 1546- ildə deyə bilərdi ki, “hər kəs bilir ki, mən heykəltəraşam, rəssamam arxitektoram”. O, təkcə bu üç sənətdə sadəcə uğur qazanmamışdı, onların hər biri üzrə dahilik zirvəsinə yüksəlmişdi. Bu Renessans mütəfəkkiri rəssamlara yol göstərirdi. Rafael onu cəllad adlandırmışdı. O, asketik fəlsəfi zonaları barışdırmış, rəssamlıq nəzəriyyəsini praktikasını birləşdirmişdi.

 

Borciaların qovulması ilə Mediçilər hakimiyyətə qayıtdıqda o, yenidən iyirmi il müddətində Florensiyada yaşadı, sonra isə ölənə qədər Roma sakini oldu. Romada o, “Moisey ikiQulheykəllərini yaratdı, onlar Papaların qəbir üstlərini bəzəyəcəkdi.

 

Ona həm Papadan, həm mərhum II Yulinin varislərindən təzyiq güclənirdi. Mikelancelo məktubunda bu barədə yazırdı ki, “mənə elə çox təzyiq edirlər ki, çörək yeməyə vaxt tapa bilmirəm”.

 

Mikelancelo 1321-ci ildə vəfat etmiş italyan şairi Danteyə çox vurulmuşdu. O, yazırdı: “Əgər ki, mən onun yerində olsaydım! Belə seçimlə doğulsaydım, yalnız onun ləyaqətinə malik olmaq, dünyanın bütün xoşbəxtliklərindən hətta acı sürgünə görə imtina edərdim”. 

 

Sonrakı illərdə Mikelancelo əsasən arxitektorluqla məşğul olurdu, çünki onun qolları çəkic tişədən yorulmuşdu. O, Müqəddəs Pyotr bazilikasının qübbəsinin layihəsindən başqa Florensiyada kilsənin layihəsini hazırlamışdı. Ona bu işlər tapşırılanda özü Papaya demişdi ki, o, heç arxitektor deyildir.

 

Mikelancelonun spartan adətləri ağır zəhmət cədvəli sənətdəki uzun həyatı üçün onu dözümlü etmişdi. Əlbəttə o, öz sağlamlığından şikayət edirdi. Çox sayda xəstəliklərə tutulmuşdu. Onun məhsuldarlığı həm bir növ sınaq rolunu oynayırdı. Ömrünün son günlərində yenidən sevimli qəbir üstü işlərinə qayıtdı, “Palestrina Pyetası yondu.

 

O, demək olar bütöv 89 il yaşadı, 1564- ildə həyatdan getdi. Onun kardinala son etirafı belə idi: “Mən peşimanam ki, öz ruhumu xilas etmək üçün kifayət qədər çalışdım mən öz sənətimin əlifbasını öyrənməyin başlanğıcında olanda ölürəm”.

 

Corco Vazari Mikelancelo barədə yazırdı: “O, (Yaradıcı-Tanrı) ona Vətən kimi Florensiyanı vermişdi ki, bu Vətən layiqincə kamilliyin zirvəsinə, bütün şücaətinə özünün yalnız bircə vətəndaşının qüvvəsi ilə nail olsun”.

 

Mikelancelo Buanorottinin həyatı fəaliyyəti demək olar ki, bütöv bir əsr, 1475-ci ildən 1564- ilə kimi davam etdi. Bu zamanın fiziki ölçüsüdür, onun irsi isə çox-çox əsrlərə bərabər olan zəhmətin bəhrəsi hesab edilə bilərdi.

 

(Ardı var)
 





23.12.2012    çap et  çap et