525.Az

Sufizmin açarı


 

Sufizmin açarı<b style="color:red"></b>

filologiya elmləri doktoru,professor

Belə bir elmi həqiqətə heç vəchlə laqeyd qalmaq olmaz ki, “XIII-XVI əsrlər Azərbaycan təsəvvüf ədəbiyyatında fəlsəfə poeziyanın qarşılıqlı münasibəti Mahmud Şəbüstəridən Füzuliyə qədər çox mürəkkəb bir inkişaf yolu keçmişdir. Bu inkişaf özünün ilk iki əsrini poetik fəlsəfədən fəlsəfi poeziyaya doğru (Mahmud Şəbüstəri, Marağalı Əvhədi, İzzəddin Həsənoğlu, İmadəddin Nəsimi), sonrakı dövrlər inkişafını isə istər çılpaq şəkildə, istərsə simvollarla əyaniləşən fəlsəfi məzmunun daxili qata (şeirin nüvəsinə) sıxışdırıb poetik büllurluğa can atma istiqamətinə keçmişdir. Belə bir can atma Füzulinin timsalında özünün zirvə məqamına yetişmişdir” (Xavəri S. Azərbaycan təsəvvüf ədəbiyyatı: XIII-XVI əsrlər, NDA. Bakı, 2000, s.11).

Vəhdətivücud fəlsəfəsini sufizmləmistizimlə birləşdirən, İbn Ərəbi ideyalarını davam etdirmiş, cəmi 33 il yaşamış görkəmli Azərbaycan filosof   şairi Şəbüstərinin təsəvvüfə dair əsərləri bunlardır: “Həqiqül-yəqin” (İnamın gerçəkliyi), “Miratül-mühəqqiqin” (Araşdırıcıların güzgüsü), “Gülşəni-raz” (Sirlər bağçası), “Səadətnamə” (Səadət kitabı). Bu əsərlərin dördü farscailk ikisi nəsrlə, son ikisi isə nəzmlə yazılıb. M.Şəbüstərinin başqa nəsr əsərləri var. O, həm xeyli qəzəl rübainin müəllifidir.

Bir sufi nəzəriyyəçisi şairi kimi M.Şəbüstəriyə dünya şöhrəti gətirmişGülşəni-razəsərini sufizmin qamus kitabı, ensiklopediyası kimi qiymətləndirmək olar. Bu əvəzsiz abidənin fars dilindən filoloji tərcümə edərək, məzmunlu ön söz izahlarla çap etdirmiş görkəmli şərqşünas mətnşünas filologiya elmləri doktoru Möhsün Nağısoylunun qeydlərindən əsərinKitabın yazılma səbəbihissəsindən məlum olur ki, 1317-ci ildə Xorasanın böyük sufi alimi Seyid Hüseyn Hərəvi (1246-1320) Şəbüstəriyə bir məktub göndərib ondan sufizmə dair 15 çətin suala şeirlə cavab verməsini xahiş edir. İndiyədək şeir yazmadığını bəhanə edərək nəsrlə yazdığı əsərlərdə bu sualların cavabları açıqlandığını bildirərək Şəbüstəri bu xahişdən boyun qaçırmaq istəyir. Nəhayət (  xoşbəxtlikdən!) yaxın bir adamının xahişi ilə o, ilk nəzm əsəri olanGülşəni-razməsnəvisini yazır (Nağısoylu M. “Gülşəni-raztəsəvvürün ana qaynaqlarından biridir. “Gülşəni-raz”, Bakı, “Nurlan”, 2005, s.4-5). “Gülşəni-raztəxminən min beytdən ibarətdir. Yetmiş beş beytdən ibarət dibaçədə müəllif İbn Ərəbinin vəhdəti-vicuda dair gizli mənalarla, rəmzlərlə dediyi həqiqətləri açıq poetik mətnlərlə şərh edir. “Gülşəni-razməsnəvisi təsəvvüflə bağlı məsələlərə həsr olunduğu üçün daha çox təsəvvüf məzmunlu bir əsər kimi tanınır. FikrimizcəGülşəni-razı bütövlükdə götürdükdə bədii fəlsəfi əsər saymaq daha məqsədəuyğun olardı. Əsərdə bütövlükdə sufizmin elmi-nəzəri məsələləri işıqlandırıldığı kimi, filosof-şairin mövzu dövrlə bağlı əxlaqi-didaktik görüşləri öz əksini tapmışdır... “Gülşəni-razyüksək bədii keyfiyyətləri ilə seçilən sənət əsəri-poeziya örnəyidir” (M.Nağısoylu). Şəbüstərinin ölümündən üç il əvvəl bu əsər onlarla müəllif tərəfindən tərcümə edilmiş, ona 40-a yaxın şərh yazılmış, XIX əsrdən etibarən Avropada da tanınıb məşhurlaşmışdır.

Ömrü boyu səyahət edib, daim öz biliyini təkmilləşdirən M.Şəbüstəri Aristoteli, Platonu, İbn Sinanı, İbn Ərəbini, Əbu Həmid Qəzzalini, Nəsirəddin  Tusini, Mənsur Həllaci, Bəyazid Bistamini, Fəridəddin Əttarı dərindən öyrənmiş, mənimsəmiş onlara əsaslanmışdır. Bütün dünyada olduğu kimi Azərbaycanda da Ş.M.Şəbüstərinin irsinə maraq oyanmış  Şaiq İsmayılov onun fəlsəfi görüşləri haqqında monoqrafiya yazmışdır. (İsmayılov Ş. Filosofiya Maxmuda Şabustari. Bakı, “Elm”, 1976). Qurbanəli MəhəmmədzadəGülşəni-razı tərcümə etmiş, Şəbüstərinin əlyazmaları haqqında məqalələr çap etdirmişdir.

Ş.İsmayılov bir sıra mübahisələrə son qoyaraq məktubunu Sankt- Peterburq nüsxələrinə əsasən sübut edir ki, Seyid Hüseyn Hərəvinin (Saadatın) göndərdiyi şeirlə yazılmış 15 sual on beş beytdən yox, 22 beytdən ibarət olub, 6 beyt isə məktubun yazılma səbəbi ilə bağlı idi (s.34.). Ş.İsmayılovKimin xahişi ilə M.Şəbüstəri Hərəvinin məktubuna – 15 suala cavab yazmışdır? sualına da aydınlıq gətirir. Bu şəxs M.Şəbüstərinin müəllimi Əminəddin Təbrizi olmuşdur” (s.32).

Gülşəni-razəsərinin bədii-fəlsəfi mövqeyini təhlil edən Ş.İsmayılov belə qənaətlərə gəlir: “Qlavnoy ideey, pronizıvaöhey vsö pogmu. “Qölğşan-i raz”, əvləetsə panteistiçeskoe obosnovanie edinstvo bıtiə, ibo zdesğ provoditsə mıslğ, soqlasno kotoroy boqgto çelovek, boqgto otdelğnıe predmetı i vehi materialğnoqo mira. V çastiüe mira estğ boqutverjdaet Şabustari. Takim obrazom, on panteistiçeski identifiüiruet boqa i prirodu.

İsxodə iz edinstva bıtiə, Şabustari dokazıvaet edinstvo mira, vıstupaet pri gtom protiv kak filosofskoqo, tak i reliqioznoqo razdveniə mira. V pogme usilenno razvivaetsə raüionalizm, vpervıe vıskazıvaetsə kritiçeskoe otnoşenie k ortodoksalğnomu islamu, eqo predstaviteləm, dopuskaetsə vepoterpimostğ, izlaqaötsə gtiçeskie idei” (s.45).

Gülşəni-razpoemasının bütün mahiyyətindən keçən əsas ideya varlığın vəhdətinin panteistik əsaslandırılmasından ibarətdir. Burada belə bir mətləb irəli sürülür ki, dünyanın hər zərrəsində Allahinsandır, Allah maddi aləmin ayrı-ayrı predmetlərindədir. Şəbüstəri sübut edir ki, dünyanın hər zərrəsində Allah var. Beləliklə o Allahı təbiəti panteistikcəsinə eyniləşdirir.

Şəbüstəri varlığın vəhdətindən çıxış edərək dünyanın vəhdətini sübut edir, beləliklə o dünyanın həm fəlsəfi, həm dini ikiləşməsinə qarşı çıxır. Poemada qüvvətli bir tərzdə rasionalizm inkişaf etdirilir, ilk dəfə ortodoksal islama onun nümayəndələrinə tənqidi münasibət bildirilir etik ideyalar irəli sürülür.

Mövcud elmi fikrin Ş.M.Şəbustərinin görüşləri Gülşəni-razməsnəvisi haqqında qənaətləri belədir. Seyid Hüseyn Hərəvi hansı sualları göndərmişdi Şəbüstəri ona hansı cavabları vermişdi ki, bunun əsasında sufizmin qamus kitabı – “Gülşəni-razyarandı?! Əlbəttə, bütövlükdəGülşəni-razı şərh təhlil etmək fikrində deyilik. Fəqət bəzi mahiyyətli məqamlara nəzər salmalıyıq.

HərəviBilik əhlinə, məna sahiblərinə məna haqqında bir neçə sualım  vardeyə müraciət edir. Yəni verilən suallar da, alınacaq cavablar da hər kəs üçün deyil, idrak sahibləri üçündür. Birinci sualTəfəkkür düşüncə dedikləri şey nədir? Düşüncənin başlanğıcının əlaməti nədir? Onun sonu haqqında deyə bilərsən?”.  Elçi şeirlə yazılmış sualları gətiribbütün hörmətli şəxsləriniştirak etdiyi məclisdə oxuyandan sonra, bu dillərə düşür. Hörmətli şəxslər hamısı cavab üçün Şəbüstəriyə dönüb baxır. Hamı ondan bu məktuba nəzmlə cavab yazmağı xahiş edir. Müəllifsöz-mənanın” (dərin mənalı sözün) əruza, qafiyəyə sığacağına inanmır. Bu Şəbistərinin ilk nəzm əsəri idi. ŞəbüstəriMən şairliyimə görə utanmıramdeyir. o, böyük sufi Fəridədin Əttardan utandığını söyləyir, öz kitabınıƏttar dükanından bir qoxuadlandırır. Bu fakt belə fikir söyləməyə imkan verir ki, sufilər arasında mürşid mürid əlaqələri çox güclü imiş. Bu kontekstdə düşünən Ş.M.Şəbüstəri birinci suala belə cavab verir: “Düşüncə batildən (yalandan) (Bizcə gizlindənG.Ə.K.) həqiqətə doğru getməkdir. Cüz küllü görməkdir. Bir zaman Eymən vadisinə (Musa peyğəmbərin Allahın səsini eşitdiyi yerG.Ə.K.) gəl ki, // Ağac da sənə. “Mən Allaham” – desin... Həqiqəti görən insan // İlk baxışda varlıqdakı nuru görür. Mərifətdən nur səfa görən hər bir ürək (sahibi), Nəyi gördüsə onda Allahı gördü”. Şam işığı ilə səhrada parlaq günəş axtaran ağılsız adamdır. Bütün dünya Tanrı nurunun işığından ibarətdir. Ağılda elə bir güc yoxdur ki, o, üzün (Allahın üzününG.Ə.K.) nurunu görə bilsin: Bunun üçün başqa bir göz (Bizim fikrimizcəbəsirət gözü” – G.Ə.K.) axtarmaq lazımdır. Zahir əhliadi adamlar dünyada görünən şeylərdən başqa bir şey görməzlər. 

Sufizmin ağıla, insan təfəkkürünə münasibəti olduqca sərt idi. Sufizm nəzəriyyəçiləri təsəvvüfdə əqli sevgilini yarı yolda qoyub qaçan namərdə bənzədirlər. Ağıl insana Allah tərəfindən yer həqiqətlərini dərk etmək üçün verilmişdir. Onun səma həqiqətlərinə gücü çatmazdı. İlahi həqiqətləri, o cümlədən ilahi eşqi dərk etmək üçün bəsirət gözü lazım idi. Heç təsadüfi deyil ki, – böyük sufi Füzuli

Əql yar olsaydı, tərki-eşqi-yar

etməzmidim?

İxtiyar olsaydı, rahət ixtiyar

etməzmidim?

Yaxud:

Ey Füzuli, qıl kəmali-fəzl kəsbin,

 yoxsa mən

Kamili-eşqəm, dəxi özgə

kəmali neylərəm?

deyir yalnız belə bir kəmalı qəbul edirdi ki,

Ey Füzuli, qılmazam

tərki-təraqi-eşq kim

Bu fəzilət daxili-əhli-kəmal

eylər məni.

İnsanı bu dərəcədə kamala çatdıran bu eşq heç şübhəsiz ki, eşqi-mütləq, eşqi-ilahi idi. Hərəvinin ikinci sualı belədir: “Yolumuzda sərt olan hansı düşüncədir? // Niyə o bəzən ibadət, bəzən günahdır?” Cavablar bilavasitə Şəbüstərinin sufi məktəbini davam etdirdiyi İbn Ərəbinin vəhdəti-vücud təlimini izah edir:

Allahın nemətləri haqqında düşünmək şərtdir // Allahın zatı haqqında düşünmək əsl günahdır. Çünki onun zatının nuru görünən şeylərə sığmaz. Ağılın nuru İlahinin nurlu zatının yanında Günəş nuruna baxan gözə bənzər.

Şəbüstəri yoxluğu mütləq varlığın güzgüsü hesab edir. Ona görə göy üzü göz bəbəyində gizlənir, ağcaqanadın bədənindəki əzalar eynilə fildəki kimidir. Şəbüstəri vəhdətivücudun düsturunu bu sualı cavablandırarkən nəqş edir: “Əgər bir damlanın ürəyini yarsan // Ondan yüzlərlə pak dəniz qopar; Əgər bir ovuc torpağa baxsan // Onda minlərcə insan görərsən”. Bu yerdə Məhsəti Gəncəvinin  məşhur bir rübaisini xatırlamaya bilmərəm:

Dün  kaşı kuzəmi daşlara çaldım,

Sərxoşdum, bilmədim, əlimdən saldım.

Kuzə dilə gəlib dedi ki, mən

Sənin kimi idim, bu günə qaldım!

Bəlkə dünya mövcud olan gündən insan təfəkkürü Şərq Qərb vəhdəti haqqında düşünüb. İstər tarixdə, istər fəlsəfədə, mədəniyyətdə mənəviyyatda mütəfəkkir şairlər alimlər bu vəhdətin zərurətini şərtləndirən səbəblər üzərində düşünüblər. İ.V.HöteninŞərq-Qərb divanı, KonradınQərb Şərqmonoqrafiyasını yada salsam elə bilərəm ki, bu fikrimə şəkk gətirənlər düz yola qayıtmış olarlar. Fəqət hələ XIV əsrin önlərində, məşhur səlib yürüşləri erasında Ş.M.Şəbüstəri bu vəhdəti belə mənalandırırdı: “Şərq, Qərb haqqında bir düşün // Çünki bu aləm birdən çox deyilYəni, hər iki aləm birdir, onu ikiləşdirmək olmaz. M.Şəbüstəri hər bir zərrənin pərdəsi altında cananın (Allahın) canlar bağışlayan gözəl üzünü görür. Əgər kim bunu görmürsə o sufi deyil...

Qiyamət günü sübh tezdən oyanarkən // Anlarsan ki, gördüklərinin hamısı zənn güman imişcavabını verir. Ş.M.Şəbüstəri eyzən onun kimi düşünür, dahi hürufi şair filosof Nəsimi:

Kimsə gümanü zənn ilə olmadı haqq ilə bilim

Həqqi bilən bilir ki, mən zənnü-gümanə sığmazam.

Birdən başlayan rəqəmlər sonsuz olduğu kimi, təfəkkürün sonu da heyrətlə bitir. İnsan yerdən aldığı heyrətin qanadlarında səmalara uçur:

Mən, fəqət hüsni-xuda şairiyəm

Yerə enməm səma şairiyəm

deyən böyük romantik şair filosof Hüseyn Cavid YER-ə məhz göylərdən, səmalardan baxdı onu adi bir göy cismi kimi gördü. Yoxsa H.CavidŞeyx Sənankimi sufi bir əsəri yaza bilməzdi. “Şeyx Sənanı sufizmdən ayıran kimi o gülməli bir əsrə çevrilir.

Fəlsəfədə ən böyük problem insanın özünün özünü dərk etməsi, ən böyük cihad insanın özünün özünə qalib gəlməsidir. Hüseyn Hərəvinin üçüncü sualı da bu barədədir: “Mən kiməm, mənə məndən xəbər ver // “Özündən özünə səfər etaxı deməkdir?” “Mənsufi fəlsəfədə poeziyada böyük rol oynayır. Əvvəlcə Şəbüstərinin cavabına baxaq. Mütləq varlığa işarət ediləndə // Onu mən sözü ilə izah edərlər”. O, mən sən sözlərini varlığın sifətləri hesab edir. Alimə  görə, “mənhəm ruha işarədir.

Bu sualın cavabında bütün rəqəmlər tək rəqəmindən yaranır ideyasını Allah təkdir, fəqət o hər yerdə hər şeydə var təliminə uyğunlaşdırır. “Mənanlayışının poeziyada üç  müxtəsər təzahürünü qeyd edək: “Bir mən vardır məndə məndən içəri” (Yunis Əmrə), yaxud: “Məndə sığar iki cahan mən bu cahana sığmazam” (İmadəddin Nəsimi).

Dördüncü sualda  sorulur ki, müsafir kimdir, kimi kamil insan adlandırmaq olar? Müsafir (yaxud salikG.Ə.K.) xaliqə qovuşmaq üçün mənəviyyat-mistik yol gedən məxluq mənasında işlənilir. Şəbüstəriyə görə o, “mərhələləri bir-bir aşır kamil insan olur”. İnsan birlik aləmindən varlıq aləminəana bətnindən dünyaya gəlir. Kamil insan olmaq üçün isə o bu yolu əksinə gedir. Bu həm cüzlər aləmindən küll aləminə gedən yoldur. Şəbüstəriyə görə kamil insan şəriəti özünə  paltarı edən, ona bürünən, təriqəti özünə üst paltarı edən, onunla bəzənən, həqiqət onun zatının yeri olan, gözəl əxlaqla tanınan, elmi, təmizliyi, möminliyi ilə məşhur olan insandır. “Şəriət qabıqdır, həqiqət isə içdir // Bu ikisinin arası da təriqətdir”.

Hürufizmin böyük nəzəriyyəçisi Fəzlullah Nəimi insanları iki qismə bölürdü: kamil insan cahil insan! Hürufilər deyirdilər: “İnsan həqdən qopmuş nur parçasıdır”.

Vəhdət sirrinə kim bələd oldu, Arif olan nəyi bilirkimi səslənən beşinci suala Şəbüstərinin cavabı belədir: “Vəhdət sirrinə o kəs bələd oldu ki, // Yol boyu dayanmadan həqiqətə doğru getdi;  Arifin ürəyi varlıq sirrini bilir // Mütləq varlığı da o görür”.

Arifsözünün lüğəti mənası bilici, müdrik deməkdir. Təsəvvüfdə isə kamil insan mənasında işlənir. Haqqı, həqiqəti kifayət qədər bilən, tanıyan, batini aydınlıq tapan adama kamil insan deyilir. “Arifsözünün rəmzi açıqlaması belədir: əynali himmət sahibi; əlifhaqq ilə ülfət tapmaq; reHaqqın rəhmətini qazanmaq; fefəzilət fəna yolçusu” (Möhsün Nağısoylu).

Altıncı sualda deyilir: “Əgər məruf (bilinən) arif (bilən) pak zatdırsa (Allahdırsa) // Onda bu bir ovuc torpağın başındakı sevda nədir?” – Cavab: “Allahın nemətlərinə qarşı naşükürlük etmə // Sən həqiqəti ancaq Haqqın nuru ilə görə bilərsən; Ondan başqa məruf arifvar... Amma torpaq günəşin istiliyindən güc alır”.

Mütləq rəmz olanƏnəlhəqqsözü hansı mənada deyilmişdir?” Cavab: “Ənəlhəqqmütləq şəkildə sirrləri açmaqdır // Allahdan başqa kimƏnəlhəqq  deyə bilər”. “Mən Haqqammənasını verən sözü təsəvvüfşünaslar həm belə izah edirlər: “MənsurƏnəlhəqqifadəsiniMən yoxam. Haqq-təalə vardırmənasında işlətmişdir” (Möhsün Nağıoğlu). Əlbəttə, bu məsələ bir qədər mübahisəlidir.

Səkkizinci sual belədir: “Niyə məxluqa (yaradılmışa) vasil (qovuşan) deyirlər? // Onun yol alması, mənzilə çatması necə hasil olur?” Ş.M.Şəbüstəri bu suala çox dəqiq ağıllı cavab verir: “Allahın vüsalı (qovuşması) xalqdan ayrılmaqdır // Özünə qarşı biganə olmaq Allaha yaxın olmaqdır”. Bəlkə burada tərcümə dəqiq deyil, “özünü unutmaqdaha doğru olardı. Ş.M.Şəbüstərinin bu sualın şərhi konusunda yazdığıVarlığın şəkilləri haqqında təmsilxüsusi bir fəlsəfi əsərdir. “Mümkünün Vacibə qovuşması nədir? // Yaxınlıquzaqlıq, çoxluqazlıq deməkdir?” məzmunlu doqquzuncu suala Şeyx Mahmud müxtəsər cavab verir: “Varlıq özünü yoxluq aləmində göstərdiyi üçün // Ondan yaxınlıquzaqlıq, azlıqçoxluq halları yarandı. Yaxın odur ki, ona varlıq işığı düşdü // Uzaq isə varlıqdan uzaq düşən yoxluqdur” . O adam öz varlığından qurtulur ki, ona ilahi nuru çatır. O adamlar Allahdan qorxmur ki, onlar onu tanıyır sevir. Hər yerdə Allahın əlamətini görmək lazımdır. Allahın gördüyü bütün işlər gözəl əbədidir, onlar müqayisəyə gəlməz məntiqə sığmaz. 

Onuncu sual: “O dənizdir ki, sahili elmdir (sözdür)? Onun dibindən necə gövhər hasil olur?” Cavab: “Varlıq bir dənizdir, söz onun sahilidir // Sədəfi Hərf, cəvahiri (incisi) ürəkdəki bilikdir”.

On birinci sual: “Külldən daha çox olan o cüz nədir? O cüzə hansı yolla getmək olar?” Cavab: “Varlığı külldən çox olan cüz bil // Mövcud olan külldür, o da hər şeyin əksinədir; Mövcud olanların çoxluğu zahiridir. Həqiqətdə isə hamısı birdir; Küll zahirən çox görünsə // Öz cüzündən kiçikdir”.

Əvvəli olmayanla (qədimlə) sonradan yaradılan (mühdəs) bir-birindən necə ayrıldı ki, Bu aləm oldu,  o birisi Tanrı?” – on ikinci sualın cavabı olaraq Ş.M.Şəbüstəri deyir: “Əvvəli olmayanla sonradan yaradılan, əslində, bir-birindən ayrı deyil. Sonradan yaradılan Mütləq varlığın (Allahın) bir parçasıdır. Özünün varlığı yoxdur. Allahdan başqa hər şey varlığı olmayan quru bir addır”.

Məlumdur ki, ümumən Şərq, o cümlədən onun tərkib hissəsi olan Azərbaycan poeziyasındazülf”, “xətt”, “xal s. kimi rəmzi obrazlar işlədilir. On üçüncü sual sufizmdə genbol işlədilən bu bədii simvollara aiddir. Hərəvi soruşur: “Məna sahibinin gözəl dodağa işarə etməkdə məqsədi nədir? İlahi sevgisi ilə yaşayan hal əhli Saç, xətt (üzdəki zərif tük) xalda axtarır?” Şəbüstəri belə bir ümumi tezisdən çıxış edir ki, bu dünyada görünən hər şeyaləm günəşinin şəkili, surətidir. “Dünya saç, tük, xal qaş kimidir”// Hər şey öz yerində, məqamında yaxşıdır; Allahın təcəlli etməsi gah cəmal (gözəllik), gah da cəlal (böyüklük) vasitəsi ilə olur. Üz saç o mənalara bir işarədir; Allahtəalanın sifətləri lütf qəzəbdir // Gözəllərin üz saçında da bu ikisi vardır”. On dördüncü sual: “Şərab, şam gözəlin mənası nədir? Meyxanaya düşmək axı deməkdir?” Cavab: “Şərab şam irfan nurunun zövqüdür // Heç kimnən gizli olmayan gözəli gör... Gözəl isə ruhlar nurunun parıltısıdır. Mey ki, səni özündən qurtarsın // Bir damcı boyda olan varlığını dənizə qovuşdursun. Camı sevgilinin üzü olan şərabı Ş.M.Şəbüstəri meyxanənican quşunun yuvasılaməkan aləminin (sonsuz, ilahi aləmG.Ə.K.) astanasıdır, qənaətinə gəlir. Nəhayət, sonuncuon beşinci sual: “De görüm büt, zünnar tərsalıq (kavurluq). Bu məqamda hamısı küfürdür, yoxsa nədir? Böyük filosof bu suala belə cavablar verir: “Bu məqamda büt eşqin vəhdətin (birliyin) rəmzidir // Zünnar bağlamaq isə xidmətə bağlanmaqdır. Küfr , din varlıqla bağlı olduğu üçün Vəhdət (birlik) elə bütpərəstliyin özüdür”. Alimə görə, bütün əşyalar kimi büt varlığın rəmzidir. Əgər müsəlman bütün olduğunu bilsəydi  anlardı ki, din elə bütpərəstlikdir. Tərsalıq (kavurluq) hər şeydən ayrılmaq, təqlid boyundurunğundan xilas olmaqdır. Allahı tanımağın əlaməti şükr etməkdir”.

Beləliklə biz, bədii ədəbiyyatdapoeziyada sufizmin bədiifəlsəfi ifadəsinə XIII əsrin sonu  XIV əsrin önlərində yaşamış dahi Azərbaycan alimi Şeyx Mahmud Şəbustərinin sufizmin ensiklopediyası səviyyəsində dayananGülşəni-razəsərinin müddəaları prizmasından nəzər salmalıyıq. XIII-XVI əsrlər arasındakı 400 il Azərbaycan ədəbiyyatında sufizmin ən güclü təkamül dövrüdür. Ona görə ŞəbüstərininGülşəni-razəsəri üzərində belə geniş dayandıq ki, fəlsəfə ilə poeziyanın ən kamil ( bərabərhüquqlu) vəhdəti bu əsərdə ortaya çıxır. İlk dəfə fəlsəfə tam hüquq statusla məhz bu əsərdə poeziya dilində danışır. Əslində sufizmin bizim ədəbiyyatdakı təkamül yolunu məhz belə müəyyənləşdirmək olar: fəlsəfədən poeziyaya! Şəbüstəri bu yolun nəzəri zirvəsi ( başlanğıcı!), Füzuli isə bu yolun poetik zirvəsi yekunudur. Azərbaycan sufi poeziyasına Ş.M.Şəbüstərinin təqdim etdiyi hücrədən daxil olmaq mümkündür.

 





24.12.2012    çap et  çap et